Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3.77 Mb.
Pdf просмотр
səhifə1/41
tarix11.06.2017
ölçüsü3.77 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   41

 

 



 

 

 

 

Dr. Mustafa GÖRÜRYILMAZ 

 

 

 

 

 

 

 

 

 

 

 

TÜRK QAFQAZ ĠSLAM ORDUSU VƏ ERMƏNĠLƏR 

(1918) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – QĠSMƏT – 2009 

 

BBK53 



G-80 

 

 

 

Editor, Bədii və texniki redaktor:  



Halil ÖZTÜRK 

NəĢriyyatın direktoru: 



Zahid MƏMMƏDRZAYEV 

Redaktor: 



Azad AĞAOĞLU 

Korrektor: 

Yusif ƏFġAR 

 

G-80 Dr.Mustafa GÖRÜRYILMAZ, 



 

TÜRK QAFQAZ ĠSLAM ORDUSU VƏ ERMƏNĠLƏR (1918)  

Qismət, Bakı, 2009, 408 səhifə. 

 

TRT-nin  Bakı  nümayəndəsi  olmuĢ  Mustafa  Görüryılmazın  bu  kitabında, 



Türk  Qafqaz  Ġslam  Ordusunun  Azərbaycan  və  Dağıstanda  apardığı  hərbi 

əməliyyatlar və bu əməliyyatların nəticələri, Birinci Dünya müharibəsi dönəminin 

mürəkkəb  siyasi  və  hərbi  hadisələri  fonunda  ələ  alınmıĢdır.  Ermənilərin, 

Azərbaycanda əhaliyə qarĢı törətdikləri qətliamlar və Qafqaz Ġslam Ordusunun bu 

qətliamları nə Ģəkildə önlədiyi də kitabda öz əksini tapmıĢdır. 

 

0503000000  



M-085-62-09 

ĠSBN 10 9952-8082-5-9 

ĠSBN 13 978-9952-8082-5-4 

Qismət, 2009 


 

T Ə Q D Ġ M 



 

Azərbaycan  cəmiyyətinin  yaxĢı  tanıdığı  və  ölkəmizin  dostları  siyahısına  daxil  olan



 

TRT-nin Bakı ofisinin sabiq müdiri, Mustafa Görüryılmazın "Türk Qafqaz İslam Ordusu və 



ermənilər" adlanan kitabının mühüm əhəmiyyətə malik olduğunu düĢünürəm. 

Çünki  təxminən  70  il  ərzində  sovet  imperiyasının  əsarəti  altında  yaĢayan 

Azərbaycanda  Qafqaz  Ġslam  Ordusu  və  onun  fəaliyyəti  ilə  bağlı  həqiqətlərin  iĢıq  üzü 

görməsinə imkan verilmədi. Bir  sıra hallarda qəhrəman türk əsgərlərinə, onların Qafqazda 

bolĢevik-daĢnak  qüvvələrinə  qarĢı  mübarizəsinə  qərəzli  münasibət  göstərildi.  Ona  görə  də 

bu sahədə daha çox araĢdırmalar aparılmalı, real faktlar cəmiyyətə, Azərbaycan və Türkiyə 

ictimaiyyətinə təqdim olunmalıdır. 

Məhz  bu  səbəbdən  Mustafa  Görüryılmazın  gərgin  çalıĢmalarının  nəticəsi  olan 

kitabın  Türkiyə  türkcəsindən  Azərbaycan  türkcəsinə  uyğunlaĢdırılmasıyla  insanlarımız  bir 

daha  o  dövrün  hadisələrinə  obyektiv  qiymət  vermək  Ģansı  əldə  edəcəklər.  Kitaba  diqqət 

yetirdikdə  müəllifin  yalnız  Qafqaz  Ġslam  Ordusunun  Azərbaycandakı  fəaliyyətini 

araĢdırmaqla  qalmadığını,  eyni  zamanda  Dağıstan  hərəkatının  məqsədini,  məramını  da 

təqdim və təhlil etdiyini görmək mümkündür. 

Müəllifin  kitabda  Qafqazın  və  Azərbaycanın  coğrafi  mövqeyindən  ictimai-siyasi 

durumuna  qədər  olan  bütün  məsələləri  iĢıqlandırması,  I  Dünya  müharibəsi  ərəfəsində 

Osmanlı  imperiyasındakı  siyasi  vəziyyət,  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  bağlı  da 

oxucuya geniĢ informasiyalar verməsi onun məlumat dairəsinin geniĢliyindən, Azərbaycana, 

ümumən Türk Dünyasına olan sevgisindən irəli gəlir. 

Yazarın  kitabda  faktlara  istinad  etməklə  yanaĢı,  müasir  dövrdə  araĢdırma  aparan 

Ģəxslərin  fikirlərinə  nəĢrdə  yer  ayırması  onun  həm  keçmiĢ  nəsil,  həm  də  gələcək  nəslin 

arasında  məhz  Qafqaz  Ġslam  Ordusunun  vasitəsilə  vəhdət  yaratmaq  istəyindən  irəli  gəlir. 

Kitabda  həmin  hadisələri  gözləri  ilə  görmüĢ  Ģahidlərin,  Ģəhidlik  abidələri  komplekslərinin 

qurulmasında,  sovet  hakimiyyəti  illərində  türk  hərbiçilərinin  məzarlarının  qorunmasında 

böyük  səy  göstərmiĢ  insanların,  o  cümlədən  Ģairlərin  Ģeirlərinin  əks  olunması  xüsusi  bir 

vəhdət  yaradır.  Bununla  da  oxucu  Qafqaz  Ġslam  Ordusunun  fəaliyyəti  ilə  yanaĢı,  həmin 

tarixdə cərəyan edən hadisələr haqqında da ətraflı məlumat almaq imkanı əldə edir. 

Belə  sanballı  araĢdırmaların  sayının  artmasına  böyük  ehtiyac  var.  Çünki  bu 

araĢdırmalar  da  Azərbaycan-Türkiyə  əlaqələrinin  möhkəmlənməsi  istiqamətində  ciddi 

töhfələr  verir.  Bu  il  Qafqaz  Ġslam  Ordusunun  Bakı  Ģəhərini  azad  etməsinin  90  ili  tamam 

olduğu  bir  tarixdə  belə  bir  kitabın  çap  olunmasını  oxucular  üçün  yubiley  töhfəsi  saymaq 

olar.  Müəllifə  isə  Azərbaycan-Türkiyə  əlaqələrinin  möhkəmlənməsinə  xidmət  edəcək 

araĢdırmalarını davam etdirməsini arzulayıram. 



Nizami Cəfərov,  

professor, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin müdiri 

 

ÖN SÖZ 



 

Onlar: 

Qar-boran demədən, 

Toroslardan, Palantökənlərdən 

Qatar-qatar qopub gəldilər. 

Qartallar kimi 

Qanad çalıb Qafqazlara, 

Hiddətlə düşmənin başına 

endilər. 

 

TURQUT ƏR 

 

Birinci  Dünya  müharibəsinin  baĢlandığı  illərdə  yer  üzündə  türklərin 

qurduğu azad  və  müstəqil  iki dövlət  vardı. Bunlardan  biri  Osmanlı dövləti,  digəri 

bugünkü  Ġran  coğrafiyasında  vaxtilə  hakimiyyətini  sürdürən  Qacar  xanlığı  idi. 

Geridə  qalan  coğrafiyada  yaĢayan  türklər  Rus  çarlığı  və  Çin  idarəçiliyi  altında 

varlıqlarını qorumağa və yaĢatmağa çalıĢırdılar. 

Osmanlı  dövləti  və  Ġstanbul,  türk  ellərində  yaĢayan  soydaĢların  diqqət 

mərkəzi  idi.  Onlar  gözlərini  və  qulaqlarını  Türkiyəyə  çevirmiĢdilər.  Rusiyadakı 

ixtilal  çarlıq  idarəçiliyinin  basqı,  Ģiddət  və  zülmünə  məruz  qalan  türk  ziyalılarını 

hərəkətə gətirdi. Ancaq nə onların, nə də Osmanlı dövlətinin bir və bərabər olmaq, 

gələcəyi  birlikdə  qurmaq  üçün  heç  bir  hazırlığı  yox  idi.  Üstəlik  Birinci  Dünya 

müharibəsində imperialist qərb dövlətlərinin hədəfində Ģərq mədəniyyətinin (türk-

islam  dünyası)  öncüsü  və  təmsilçisi  olan  Osmanlı  dövləti  var  idi.  Müstəmləkəçi 

ölkələr  bu  türk  dövlətinin  yıxılması  və  bölüĢdürülməsinə  dair  planlar  qururdular. 

Müharibə baĢlayan kimi Osmanlı dövləti imperialist qərb qüvvələrinə qarĢı, baĢda 

Çanaqqala  və  Ģərq  cəbhəsi  olmaqla,  cənubda  Qut,  Bağdad,  Yəmən,  Hicaz  və 

Fələstin kimi bölgələrdə böyük hərbi uğurlar əldə etdi. 

Qəhrəman Türk Silahlı Qüvvələri Qafqazlarda da eyni üstün uğuru göstərdi. 

Türk Qafqaz Ġslam Ordusunun Azərbaycan və Dağıstandakı hərbi hərəkatı, böyük 

"Turan  Dövləti"  qurulması  üçün  ümidlərin  göyərdiyi  və  budaqlandığı  bir  dövrdə, 

ancaq  yetərincə  hazırlıq  görülmədən  və  çox  ağır  Ģərtlər  altında  gerçəkləĢdirildi. 

Birinci  Dünya  müharibəsi,  Ġttihad  və  Tərəqqi  Partiyası  iqtidarında  çökməyə 

baĢlayan Osmanlı dövlətinin yerinə yeni bir Osmanlı dövləti, ya da Ənvər PaĢa və 

silahdaĢlarının  söyləyiĢi  ilə  "Turan  İmperatorluğu"  qurmaq  istəyənlərin  dramına 

səhnə oldu. YaĢanan bu acıların qəhrəmanları bu dramın fədakar cəfakeĢləri, adsız 

əsgərindən  komandirinə  qədər  cahan  dövləti  Osmanlının  çökməsini  dayandırmaq 

istəyən  və  böyük  ideallarla  silahlanmıĢ  vətənsevərlər  idi.  Onlar  tarixdə  bir  neçə 



 

dəfə cahan dövləti qurmuĢ olan adil və qəhrəman bir millətin övladları idi. Millətin 



yaddaĢını təzələyərək yeni bir cahan dövlətini qurmaq üçün yola çıxmıĢdılar. 

Çar Rusiyası Birinci Dünya müharibəsində çöküncə Osmanlı dövlətini idarə 

edən  Ġttihad  və  Tərəqqi  Partiyasının  üzvləri  türk  ellərində  yaĢayan  soydaĢları  ilə 

birləĢməyə  qərar  verdilər.  Böyük  Turan  ideyası  yolunda  yeni  bir  cahan  dövləti 

qurmaq üçün yola çıxanların öncülləri Qafqaza doğru hərəkət etdilər. Fəqət belə bir 

uğurlu  yola  çıxanların  baĢına  yetərincə  müharibə  təcrübəsi  olmayan    gənc  bir 

yarbayın  (yarbay:  podpolkovnik)  gətirilməsi  strateji  və  taktiki  bir  xəta  idi.  Bu 

yanlıĢ  qərar  Nuru  PaĢanı  və  onun  qəhrəman  silahdaĢları  ilə  verdikləri  uğurlu 

mücadiləni,  qazanılan  uğuru  əsla  kiçiltməz.  Ancaq  hərbi  toplantıda  edilən  xəta 

bütün  müharibə  boyu  davam  etmiĢ  və  Mehmetçik  (Mehmetçik:  Türk  əsgəri)  nə 

Ġrana, nə Turana, nə də Sibirə çata bilməmiĢdir.

 

Türk  Qafqaz  Ġslam  Ordusu  1918-ci  ildə  ġimali  Azərbaycana  girərək 



bugünkü Azərbaycan və Dağıstan respublikalarının təməlini qoydu. Bu iki dost və 

qardaĢ dövlətdən biri olan Dağıstan Muxtar  Respublikası,  Rusiya Federasiyasının 

tərkibindədir.  Azərbaycan  isə  bu  gün  azad  və  müstəqildir.  Bu  iki  dövlət  bu  gün 

dünyada "dövlət" olaraq qəbul edilir və tanınırsa, bu, ən ziyadə 1918-ci ildə böyük 

qəhrəmanlıqlar göstərən Türk Qafqaz Ġslam Ordusunun xidmətidir.

 

Türk  Qafqaz  Ġslam  Ordusunun  1918-ci  ildəki  fəaliyyəti  Türkiyədə  kifayət 



qədər  araĢdırılmamıĢdır.  Bəlli  dairələr  xaricində  bu  haqda  lazımi  qədər  ictimai 

rəyin  olduğunu  da  söyləmək  olmaz.  Bunun  baĢlıca  səbəbi:  Mudros  barıĢığı 

imzalandığı  və  Ġttihad  və  Tərəqqi  Partiyası  liderlərinin  vətəndən  kənara  çıxmaq 

məcburiyyətində  qaldığı  bir  dövrdə,  əlbəttə,  Qafqazlarda  əldə  edilən 

müvəffəqiyyətlərin yetərincə dilə gətirilməsi gözlənə bilməzdi. Belə də oldu.

 

Qəhrəman Mehmetçiyin  uğuru  Azərbaycan  və  Dağıstanda  da  lazımi qədər 



araĢdırılmadı.  Çünki  bu  dövlətlər  qısa  müddətdən  sonra  bolĢevik  Rusiyasının 

iĢğalına  məruz  qalaraq  onun  hakimiyyəti  altına  girdilər.  Ġmperialist  və 

müstəmləkəçi bir rejimdən özünə qarĢı müvəffəqiyyətlə aparılan milli mücadiləni 

tərifləməsi, ya da tərəfsiz insanların araĢdırmasına izin verməsi də gözlənə bilməz. 

Rusiya  da  belə  münasibət  göstərdi  və  türk  əsgərini  hər  fürsətdə  pislədi,  həqiqəti 

ört-basdır etdi, insanları susdurdu.

 

Bu  araĢdırmada  türk  hərbi  qaynaqlarını  və  hadisəyə  Ģəxsən  qatılanların 



görüĢlərini  yetərincə  incələdiyimizə  və  dəyərləndirdiyimizə  inanırıq.  Fəqət 

Azərbaycan  və  Dağıstan  dövlətləri  həm  öz  ölkələrindəki  və  həm  də  Moskva  və 

digər yerlərdəki arxiv sənədlərini, rəsmi hesabatları və informasiya  məlumatlarını 

cəmiyyətə  açıqlamamıĢdılar.  Rəsmi  arxiv  sənədlərinin  tədqiqatçılara  açılması  və 

ictimai  rəylə  paylaĢılması  halında  Rusiya  ilə  Dağıstan  baxımından  1918-ci  ildəki 

hadisələrin üstündəki sirr pərdəsi götürüləcəkdir.

 


 

Azərbaycan  müstəqillik  qazanandan  sonra  Qızıl  Ordunun,  marksist-



bolĢeviklərin  və  Sovet  Ġttifaqı  rəhbərlərinin  təxribatından  qurtula  bilən  Ģəhid 

məzarlarını  Qəhrəman  Türk  Silahlı  Qüvvələri  bölgədəki  türklərin  köməyi  ilə 

yenidən bərpa  etdi və  bir abidə  qurulmasını təmin etdi.  Bu çalıĢmalar son dərəcə 

önəmlidir. Buna rəhbərlik edənlərin hörmətlə alqıĢlanması və bu iĢdə göstərdikləri 

səylərinə görə təbrik edilməsi lazımdır.

 

Bu araĢdırmanın hazırlanmasında yardımlarını əsirgəməyən və əməyi keçən 



professor  Nizami  Cəfərova,  professor  Musa  Qasımlıya,  Mehman  Süleymanova, 

Elxan  ġahinoğluna,  Koroğlu  Zöhraba,  Azər  Turana,  Araz  Qurbanova  və  bütün 

dostlara,  xüsusilə  Turqut  Ər  və  Ağası  Huna  təĢəkkürlərimi  bildirirəm.  Kitabı 

Azərbaycan türkçəsinə uyğunlaĢdıraraq çap edən Xəlil Öztürkə də sonsuz dərəcədə 

minnətdaram.

 

Dr. Mustafa GÖRÜRYILMAZ

 

ANKARA-2008 



 

 



ĠÇĠNDƏKĠLƏR 

 

TƏQDĠM  



ÖN SÖZ 

GĠRĠġ 

 

QAFQAZLAR VƏ AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI 



1. Qafqazlar və Azərbaycanın coğrafiyası 

a.  Cənubi Azərbaycan 

b.  ġimali Azərbaycan 

c.  Dağıstan 

2.Azərbaycanın tarixi 

3.

 



Azərbaycanın strateji əhəmiyyəti 

4.

 



Birinci  Dünya  müharibəsindən  əvvəl  Osmanlı  Dövlətindəki  fikir 

cərəyanları 

a.  Qərbçilik cərəyanın 

b.   Ġslamçılıq cərəyanı   

c.  Türkçülük cərəyanı  

5.Ġstanbuldakı siyasi hadisələrin Azərbaycandakı aydınlanmaya təsiri   

6.BolĢevik ixtilalına qədər Rusiya və müsəlmanlar (Türklər) 

 

I  HĠSSƏ 

 

BĠRĠNCĠ DÜNYA MÜHARĠBƏSĠ 



1.Osmanlı Dövlətinin müharibəyə girməsini hazırlayan hadisələr  

2.Birinci Dünya müharibəsində Qafqazların durumu  

3.Qafqaz cəbhəsində müharibənin baĢlaması  

a.  Rus Qafqaz ordusunun sərhədi keçməsi  

b.  Erməni təhciri   

c.   MuĢ və Bitlisin qurtuluĢu  

4.Osmanlı Dövlətinin Qafqaz türkləri ilə münasibətləri 

5.Rusiyadakı bolĢevik ixtilalının cəbhəyə təsiri 

6.ġərq cəbhəsində müharibənin sona çatması  

 

II HĠSSƏ 

 

AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠ HAZIRLAYAN HADĠSƏLƏR 



1.Qafqaz Seyminin quruluĢu və strukturu   

 

2.Trabzon konfransı  



 

3.Qars, Ərdahan və Batum hərbi hərəkatı  

4.Batum konfransı  

  

III HĠSSƏ 



 

TÜRK ORDUSUNUN QAFQAZLARA GĠRĠġĠ 

1.Osmanlı Dövlətinin Qafqazlar və Türküstan siyasəti 

2.BolĢevik ixtilalı və Azərbaycandakı irəliləyiĢlər  

3.Osmanlı Dövlətinin Cənubi Qafqazlara girməsi 

4.Azərbaycan Cümhuriyyətinin elan edilməsi 

5.Türk Qafqaz Ġslam Ordusunun quruluĢu və güclənməsi  

 

IV HĠSSƏ 



 

TÜRK QAFQAZ ĠSLAM ORDUSU VƏ AZƏRBAYCANDAKI SĠLAHLI 

MÜCADĠLƏ 

1.BolĢevik və daĢnakların Türk ordusuna qarĢı hərəkətə keçməsi   

2.Göyçay savaĢı 

3.Ağsu və Kürdəmirin qurtuluĢu  

4.Göyçay savaĢının siyasi və hərbi nəticələri 

5.Göyçay və Qaraməryəm ətrafındakı Ģəhidliklər   

6.Azərbaycanın cənub bölgələrindəki savaĢlar  

7.ġamaxının düĢmən iĢğalından qurtuluĢu   

Türk Qafqaz Ġslam Ordusunda yeni təĢkilatlanma 

Türk ordusunun ġamaxı üzərinə yürüĢü  

8.Acıdərə Ģəhid məzarlığı 

9.ġəki Ģəhid məzarlığı  

10.BaĢ Göynük Ģəhid məzarlığı 

  

V HĠSSƏ 



 

TÜRK QAFQAZ ĠSLAM ORDUSUNUN BAKI ÜZƏRĠNƏ YÜRÜġÜ 

1.ġimal və Cənub qruplarının irəli hərəkatı   

2.Mühasirədə olan Bakıda siyasi və hərbi vəziyyət  

3.Bakı cəbhəsində döyüĢlər  

4.Hücumdan əvvəl Türk Qafqaz Ġslam Ordusunun vəziyyəti  

5.Birinci Bakı hücumu 

 


 

VI HĠSSƏ 



 

BAKININAZAD EDĠLMƏSĠ 

1.Türk Qafqaz Ġslam Ordusunun güclənməsi 

2.Bakıdakı hərbi qüvvələr 

3.Bakı ətrafının düĢməndən təmizlənməsi 

4.Hücuma hazırlıq   

5.Ġkinci Bakı hücumu  

a.Bakıya hücum əmrinin verilməsi  

b.Bakıya hücumun ikinci günü 

c.Bakının təslim olması   

6.Türk Qafqaz Ġslam Ordusu komandanı Bakıda  

7.Azərbaycan Cümhuriyyəti və hökumətinin paytaxta köçməsi  

8.Ġkinci Bakı hücumuna qiymət verilməsi  

9.Bakının qurtuluĢu və bolĢevik Rusiya  

10.Bakının qurtuluĢu və Almaniya 

11. Bakının qurtuluĢu və Ġngiltərə  

12.Türk mətbuatında Bakının qurtuluĢu 

  

VII HĠSSƏ 

 

TÜRK QAFQAZ ĠSLAM ORDUSUNUN QARABAĞ HƏRƏKATI 



1.Andranikin dəstəsinin Naxçıvandan çıxarılması 

2. Andranik qüvvələrinin ġuĢanı mühasirəyə alması 

3.ġuĢanın qurtuluĢu  

Qarabağ hərəkatının sonu 

 

VIII HĠSSƏ 

 

BAKI ƏTRAFINDAKI ġƏHĠD MƏZARLARI 

Novxanı Ģəhid məzarlığı  

Mərdəkan Ģəhid məzarlığı 

Bakı Ģəhid məzarlığı 

  

IX HĠSSƏ 



 

TÜRK QAFQAZ ĠSLAM ORDUSUNUN DAĞISTAN HƏRƏKATI 

1.ġimali Qafqaz və Dağıstan 

2.ġimali Qafqaz Respublikasının elan edilməsi 



10 

 

3.Çar tərəfdarlarının Dağıstanı iĢğal etməsi 



4.Quba və Xaçmazın qurtuluĢu  

5.Dərbəndin qurtuluĢu  

6.Dərbənd döyüĢləri əsnasında cərəyan edən siyasi və hərbi münasibətlər 

7.Türk ordusunun Mahaçqala üzərinə yürüĢü 

8.Türk ordusunun Mahaçqalaya girməsi   

9.Dağıstan hərbi hərəkatının qiymətləndirilməsi   

 

X HĠSSƏ 

 

TÜRK QAFQAZ ĠSLAM ORDUSUNUN QAFQAZI BOġALTMASI 

1.Mudros barıĢığı  

a.Osmanlı Dövlətində Tələt paĢa hökumətinin istefaya getməsi  

b.Mudros barıĢığının imzalanması 

2.Mudros barıĢığının Qafqazdakı əks-sədası  

3. Bakının ingilislər tərəfindən iĢğal edilməsi 

4.Türk ordusunun Azərbaycan və Dağıstandan çəkilməsi  

NƏTĠCƏ 

ƏDƏBĠYYAT 



ƏLAVƏLƏR  

XƏRĠTƏLƏR  

ġƏKĠLLƏR 

 

 



11 

 

GĠRĠġ 

 

QAFQAZ VƏ CƏNUBĠ AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI 



 

1. Qafqaz və Azərbaycanın coğrafiyası: 

Qafqaz  sıra  dağları  Qara  dəniz  ilə  Xəzər  dənizi  arasında  Ģimal-qərb  və 

cənub-Ģərq  xəttində  uzanır.  Qara  dənizin  Ģərq  sahillərində  Rusiya  Federasiyasına 

aid  olan  torpaqlardan  baĢlayıb,  Azərbaycanın  paytaxtı  Bakı  Ģəhərinin  Ģimalında 

Xəzər dənizinə çatır. Bu dağlara Böyük Qafqaz sıra dağları da deyilir. Gürcüstanın 

Türkiyə  sərhədindəki  Acarıstan  və  Hopa-Artvin  bölgələrindən  baĢlayan  bir  baĢqa 

dağ  silsiləsi  də  cənub-Ģərq  istiqamətində  uzanaraq,  Ermənistan  sərhədləri  içində 

qalan  Göyçəgölün  Ģərqindən  Qarabağ  və  Naxçıvana  qədər  davam  edir.  Bu  dağ 

silsiləsi  də  Kiçik  Qafqaz  sıra  dağları  adlanır.  Böyük  Qafqaz  sıra  dağlarının 

Ģimalında  Rusiya  Federasiyasının  tərkibində  olan  muxtar  respublikalar,  qərbində 

və cənubunda isə Gürcüstan ilə Azərbaycan yerləĢir. Azərbaycanın Ģərqində Xəzər 

dənizi,  qərbində  Ermənistan  və  Türkiyə  yerləĢir.  Cənub  sərhədləri  isə  Ġranın 

tərkibində  olan  Urmiyə  gölünün  cənubundakı  Mehabad  (Sovuçbulaq)  Ģəhərindən 

Xəzər dənizinin cənub-qərb bölgəsindəki  RəĢt və Ənzəli Ģəhərlərinə qədər uzanan 

bir xətlə ayrılır. 

Azərbaycan,  Türkiyədən  baĢlayan  Araz  çayı  vasitəsilə  Ģimal  və  cənub 

olaraq  ikiyə  bölünür.  Bu  bölünməyə  elmi,  ya  da  siyasi  və  coğrafi  baxımdan  haqq 

qazandırmaq  mümkün  deyil.  Bölgədə  yaĢayan  Oğuz  türklərinin  tarixi  keçmiĢi, 

mövqeyi  və  keçmiĢdə  Rusiya  ilə  Ġran  arasında  əldə  olunan  razılıqlar  və  Sovet 

Ġttifaqı  dövründə  bu  sərhədin  əsas  alınması  baxımından  belə  bir  siyasi  bölgü 

yaranmıĢdır. 

A. Cənubi Azərbaycan: Bugünkü Türkiyənin qərbində yaĢayan türk əhalisi 

sərhədin  Ġran  tərəfində  də  bölünmədən  Ģərqə  və  Ģimal-Ģərqə  doğru  davam 

etməkdədir.  Bölgənin  Ģərqində  Xəzər  dənizi  yerləĢir.  Türkiyə  sərhədindən 

baĢlayaraq  Ġranın  Ģərqindəki  "İran  Azərbaycanı"  deyilən  bölgədə  tamamən  Oğuz 

türkləri  məskunlaĢmıĢdır.  Bu  bölgə  ġərqi  Anadolu  kimi  ətrafı  tamamən  yüksək 

dağlarla əhatəli hövzələrdən ibarət bir sahədir. Dağların yüksəklikləri həddən artıq 

yağmurludur. Aralıq hövzələr isə az yağmurlu iqlim tipinə malikdir. QıĢı soyuq və 

qarlı, yayı isə  isti və  quraqdır. Cənubi  Azərbaycanda  bu gün  təxminən  25  milyon 

əhalinin  yaĢadığı  məlumdur.  Cənubi  Azərbaycan  dənli  bitkilər  istehsalı 

baxımından  Ġranın  ikinci  böyük  bölgəsidir.  Bu  bölgə  əkinçiliklə  bərabər 

heyvandarlıq  və  təbii  qaz  istehsalı  sahəsində  də  önəmli  bir  ekonomik  dəyərə 

sahibdir.  Bölgənin  ən  böyük  Ģəhəri,  əhalisi  bir  milyon  yarımdan  çox  olan  Təbriz 

Ģəhəridir.  Ərdəbil,  Xoy,  Qəzvin  və  Urmiyə  Ģəhərləri  də  Cənubi  Azərbaycanın 

önəmli Ģəhərlərindəndir.

1

 


12 

 

B.  Şimali  Azərbaycan:  ġərqi  Anadolu  və  Cənubi  Azərbaycandakı  türklər 

yenə  bölünmədən  Ģimala  və  Ģimal-Ģərqə  doğru  davam  edir.  Ġki  bölgəni  Araz  çayı 

ayırır. Azərbaycanın ərazisi 86 min kv.km-dir. Ərazi coğrafi olaraq üç ana bölgəyə 

ayrılır: ġərqi Qafqaz  və  AbĢeron  yarımadası,  Kür çayı çökəkliyi  ilə Murovdağ və 

Qarabağ yaylası. ġərqi Qafqaz dağları Dağıstan ilə Kür çökəkliyini bir divar kimi 

bir-birindən ayırır. Bu hissə ilə əlaqə ancaq Xəzər dənizi sahilindən mümkündür. 

Kür çayının yerləĢdiyi ikinci hissə Azərbaycanın ən sulu bölgəsidir. Kür və 

Araz  çaylarının  kanallar  vasitəsilə  suladıqları  bu  sahə  ölkə  iqtisadiyyatının  ən 

önəmli kənd təsərrüfatı qaynağıdır. 

Murovdağ  və  Qarabağ  yaylası  isə  Kiçik  Qafqaz  dağlarının  Azərbaycan 

hissəsini  təĢkil  edir.  Ətrafının  dağlarla  əhatəli  olmasına  rəğmən  Azərbaycan 

torpaqlarının  40%-i  düzənlikdir.  Bu  düzənliklərin  yarıdan  çoxu  400-1500  metr 

yüksəklikdəki  platolardan  meydana  gəlir.  Dağların  2000  metr  yüksəkliyinə  qədər 

fıstıq, palıd və Ģam meĢələri vardır. 

Azərbaycanın  qərbində  Ermənistan  Respublikası  yerləĢir.  Türkiyənin  Ġqdır 

vilayəti  ilə  qonĢu  olan  Naxçıvan  Muxtar  Respublikası  da  Azərbaycanın 

tərkibindədir.  Sovet  Ġttifaqı  dövründə  Stalin  Naxçıvan  ilə  Azərbaycanın  və 

Türkiyənin  quru  yolu  əlaqəsini  kəsmək  üçün  Zəngəzur  bölgəsini  Ermənistana 

vermiĢdir.  Zəngəzurdakı  erməni  hakimiyyəti  Araz  çayına  qədər  uzanır  və  Ġran  ilə 

sərhəd  təĢkil  edir.  Azərbaycanın  Ģimalında  Qafqaz  dağları  və  Dağıstan,  Ģimal-

qərbində Gürcüstan yerləĢir. ġərqində isə yenə Xəzər dənizi vardır. 

Azərbaycanın əhalisi təxminən 8 milyon nəfərdir. Xalqın dolanıĢıq mənbəyi 

əsasən  kənd  təsərrüfatı  və  heyvandarlıqla  bağlıdır.  Neft,  təbii  qaz,  taxta-Ģalban, 

balıq  məhsulları  (kürü)  dövlətin  önəmli  gəlir  mənbələridir.  Sovet  Ġttifaqı 

dağıldıqdan  sonra  Azərbaycanın  qərb  qonĢusu  olan  Ermənistan  Respublikası, 

Azərbaycan  Respublikasına  aid  olan  Dağlıq  Qarabağ  bölgəsini  iĢğal  etmiĢdir.  Bu 

bölgə Azərbaycan torpaqlarının 20%-ni təĢkil edir. 

Azərbaycanın  paytaxtı  Bakı  Ģəhəri  3  milyonu  aĢan  əhalisi  ilə  Ġstanbul  və 

Ankaradan  sonra  türklərin  yaĢadığı  üçüncü  böyük  türk  Ģəhəridir.  Bakı  geniĢ  küçə 

və meydanları, park və xiyabanları, teatr, konsert salonları və universitetləri ilə bir 

təhsil,  mədəniyyət,  sənət  mərkəzi  olması  ilə  bərabər,  eyni  zamanda  bir  sənaye 

Ģəhəridir. 

Gəncə  Ģəhəri  eyni  adı  daĢıyan  çayın  iki  tərəfində  qurulmuĢdur.  Türk 

mədəniyyət və ədəbiyyat dünyasının ən önəmli Ģəxsiyyətlərindən biri olan Nizami 

Gəncəvinin  məmləkətidir.  Gəncə  uzun  müddət  Azərbaycanın  paytaxtı  olmuĢdur. 

Mis və alüminium emalı bu Ģəhərin sənayesinin əsasını təĢkil edir. 

Naxçıvan  Ģəhəri  Səlcuqlulardan  bu  yana  önəmli  bir  mədəniyyət,  elm  və 

sənət mərkəzidir. 


13 

 

Sumqayıt  Ģəhəri  Azərbaycanın  əsas  ağır  sənaye  müəssisələrinin  yerləĢdiyi 



Ģəhərdir. Ancaq bu müəssisələrin bəziləri hələlik fəaliyyət göstərmir. 

ġəki  Ģəhəri  keçmiĢ  tarixlərdə  Nuxa  da  adlanırdı.  Bu  Ģəhər  uzun  illər  ġəki 

xanlarının idarəetmə mərkəzi olmuĢdur. Qaf dağının qoynunda ipək istehsal edilən 

ən önəmli mərkəzdir. 

ġuĢa Ģəhəri ermənilərin iĢğalı altındadır, vaxtilə burada ipək açma və xalça 

toxuma sənəti inkiĢaf etmiĢdi. 

Ermənilərin  iĢğalı  altında  olan  ġahbulaq  Qarabağ  xanlarının  mərkəziydi. 

Azərbaycanın Ģimal tərəfində yerləĢən Quba, Qazax, Tovuz Ģəhərləri də əhalisinin 

sayına görə əsas Ģəhərlərdəndir.

2

 



İQLİM: Qafqaz dağlarının Ģimaldan əsən soyuq küləkləri kəsməsi bölgədə 

ilıq  bir  iqlimin  yaĢanmasına  səbəb  olur.  Lənkərandan  baĢlayaraq  cənub 

bölgələrində sərt yaylaq iqliminə keçilir. ġimal və orta zonalarda qıĢ uzun, yayı isə 

çox istidir. Nəmli və subtropik iqlimin yer aldığı cənubdakı Astara və ətrafı ən çox 

yağıĢlı  bölgədir.  Ölkədə  ortalama  istilik  qıĢda  0-la  -6  dərəcə  arasında,  yayda  isə 

+24-lə  +30  dərəcə  arasında  dəyiĢir.  Azərbaycanda  yay  ayları  Xəzər  sahillərindən 

orta  və  iç  zonalar  və  Ģimal-qərbə  doğru  çox  isti  keçir.  Bakı  və  ətrafı  ilə  orta 

zonalarda,  Kür  çayı  boyunca  sərt  isti  külək  əsir  və  zaman-zaman  qum  fırtınaları 

meydana  gəlir.  Kür  çayının  hər  iki  yanında  sulanan  ərazinin  kənarında  qalan 

bölgələrdə  hava  çöl  istiliyində  olur.  Buralarda  içmə  suyu  yox  dərəcəsindədir. 

Kürün  sahil  zonaları  isə  ağcaqanadların  ən  çox  olduğu  yerlərdir.

3

  Aran  ovası 



deyilən  bu  bölgədə  kənd  təsərrüfatı  üçün  əlveriĢli  ərazilər  var.  Bölgə  əhalisi  hələ 

keçmiĢdən yay mövsümündə dağ və yaylaqlara köçər, qıĢı isə bu ovalardakı qəsəbə 

və kəndlərində keçirərdilər. 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə