“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli



Yüklə 4.22 Mb.
Pdf просмотр
səhifə1/35
tarix10.07.2017
ölçüsü4.22 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   35

 

DÜNYA ƏDƏBİYYATI 

KLASSİKLƏRİ 

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin 

“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin 

əsərlərinin Azərbaycan dilində nəşr edilməsi 

haqqında” 2007-ci il 24 avqust tarixli 

sərəncamı ilə nəşr olunur. 



Şərq-Qərb” 

Bakı — 2009 

downloaded from KitabYurdu.org



Антон ПаВлоВич 

ЧЕХОВ 

downloaded from KitabYurdu.org



Anton Pavloviç 

ÇEXOV 


1860-1904 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

“Şərq-Qərb 

Bakı-2009 

downloaded from KitabYurdu.org



ISBN 978-9952-34-213-0 

Tərtib  ədəni  və  ön 

sözün müəllifi: 

Rəhilə 


Quliyeva 

Salam Novruzov 

Redaktor: 

Korrektor: 

Yeganə Məhdiyeva 

Bədii tərtibat və 

dizaynın müəllifi: 

Tərlan Qorçu 

Kompüter düzümü: 

Hikmət Aydınoğlu 

Mehman Musabəyli 

Bu kitab “A.P.Çəxov. Seçilmiş ə

s

ə

rl

əri” (Bakı, “Öndə

r

” 

2005) 



n

əşri əsasında tə

krar n

əşrə

 

hazırlanmışdır

 

Anton Pavloviç Çexov. Seçilmiş ə

s

ə

rl

ə

ri. 

- Bakı: “Şərq-Qərb”, 2009,456 səh.



 

Dünya  ədəbiyyatında  görkəmli  yərlərdən birini tutan böyük  rus yazıçısı A.P.Çəxov 

öz  əsərlərində  yaşadığı  dövrün  real  səhnələrini,  ictimai  həyatın  səciyyəvi  tərəflərini  əks 

etdirmişdir.  Lev  Tolstoy  onu  “nəsrin  Puşkini”  adlandırırdı.  Ziyalıların  xalq  qarşısında 

məsuliyyəti  mövzusu,  xalq  taləyinə  etinasızlıq,  meşşanlıq,  qına  çəkilmək  kimi  mənəvi 

eybəcərliklərin  tənqidi,  “obıvatel”  mühitinin  insani  keyfiyyətləri  və  müsbət  idealları  puç 

etməsi Çexov yaradıcılığının leytmotividir. 

Həkayə  sahəsindəki  fəaliyyəti  ile  bütün  dünya  ədəbiyyatında  diqqəti  cəlb  ətmiş 

Çexov  üçün  bir  novator  yazıçı  kimi  təmkinli,  lakonik  təhkiyə  üslubu  xarakterikdir.  Əsas 

diqqəti  qəhrəmanın  daxili  aləminə  yönəldən  müəllifin  əsərlərində,  adətən,  gərgin  süjet, 

konflikt yoxdur. Həmin əsərlerdeki özünəməxsus yumor bu mənada lirik təbəssümü, ciddi 

istehza və satiranı özündə birləşdirən tragikomik gülüşdür. 

Təqdim olunan kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan 

hekayələri toplanmışdır. 

Mətn: Bakı Slavyan Universiteti, “Kitab aləmi” NPM, 2009 

Bədii tərtibat, səhifelənmə: “Tutu” nəşriyyatı, 2009 © “Şərq-

Qərb” ASC, 2009 

downloaded from KitabYurdu.org



BİZİM MÜASİRİMİZ 

- ÇEXOV 

Böyük  rus  yazıçısı  Anton  Pavloviç  Çexov  dünya  ədəbiyyatında  ən 

görkəmli yerlərdən birini tutur. O, ədəbiyyatın bir çox janrlarında yazıb-

yaratmış,  öz  qələmi  ilə  yaşadığı  dövrün  ən  real  səhnələrini,  ictimai 

həyatın  maraqlı  və  ziddiyyətli  tərəflərini  əks  etdirmişdir.  A.P.Çexovun 

istər  hekayələri,  istər  pyesləri  o  zamankı  rus  ictimai  həyatının  geniş 

mənzərəsini  təsvir  edir.  Bir  dramaturq  və  hekayəçi  kimi  Çexov  rus 

ədəbiyyatının mütərəqqi ənənələrini davam etdirən və eyni zamanda rus 

ədəbiyyatına  yenilik  gətirən  novator  yazıçıdır.  Çexovun  hekayə 

sahəsindəki  fəaliyyəti  isə  bütün  dünya  ədəbiyyatında  diqqəti  cəlb 

etmişdir,  çünki  onun  yazdığı  hekayələr  yığcam  bədii  novellanın  klassik 

nümunələridir. 

Anton  Pavloviç  Çexov  üçüncü  gildiyaya  mənsub  tacir  ailəsində 

doğulmuşdur.  Moskva  Universitetinin  tibb  fakültəsini  bitirmiş  (1884), 

həkimlik  etmişdir.  İlk  əsərləri  1880-ci  ildən  Moskva  və  Peterburq 

jurnallarında dərc olunmuşdur (əsasən, Antoşa Çexonte ləqəbi ilə). 1892-

ci  ildə  Melixovo  (Moskva  yaxınlığında)  malikanəsini  almış  və  burada 

yaşamış,  ictimai  fəaliyyət  göstərmiş,  kəndlilərə  tibbi  yardım  etmişdir. 

Ağır  xəstələnən  (verəm)  Çexov  1898-ci  ildə  Yaltaya  köçmüş,  burada 

L.N.Tolstoy,  M.Qorki,  İ.A.Bunin,  A.İ.Kuprin  və  İ.İ.Levitanla  görüşüb 

yaxınlaşmışdır. 

1902-ci 


ildə 

M.Qorkinin 

akademiyaya 

üzv 


seçilməməsinə  etiraz  əlaməti  olaraq,  V.Q.Korolenko  ilə  birlikdə 

akademik adından (1900-cü ildə seçilmişdi) imtina etmişdir. 1904-cü ildə 

arvadı,  Moskva  Bədaye  Teatrının  aktrisası  O.L.Knipper-Çexova  ilə 

birlikdə Badenveyler kurortuna müalicəyə getmiş, orada da ölmüşdür. 

Çexovun  yaradıcılığı  özünəməxsus  sənətkarlıq  xüsusiyyətləri  ilə 

seçilir.  Bir  yazıçı  kimi  Çexov  üçün  təmkinli,  lakonik,  yığcam  təhkiyə 

üslubu  səciyyəvidir.  O,  əsas  diqqəti  qəhrəmanın  daxili  aləminə 

yönəldirdi. Çexovun əsərlərində, adətən, gərgin süjet, 

downloaded from KitabYurdu.org


 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

konflikt  yoxdur.  Onun  bir  çox  əsərlərinin  dramatizmi  məhz  ondadır  ki, 



heç bir şey baş vermir, hər şey köhnə qaydasında qalır. Çexov faciəviliyə 

qeyri-adi,  fövqəladə  deyil,  adi,  gündəlik  bir  hadisə  kimi  yanaşırdı. 

Çexovun  özünəməxsus  yumoru  da  bununla  bağlıdır.  Onun  gülüşü  lirik 

təbəssümü, ciddi istehza və satiranı birləşdirən tragikomik gülüşdür. 

Anton  Pavloviç  Çexov  ədəbiyyata  gələn  vaxt  Tolstoy  və  Dos- 

toyevski  artıq  köhnə  formaların 

imkanlarının 

tükəndiyini  başa  düş-

müşdülər.  Bu  barədə  Tolstoyun  mülahizələri  yeni  ifadə  vasitələri 

axtarışlarının  necə  böyük  əhəmiyyət  kəsb  etdiyindən  xəbər  verirdi.  Bu 

axtarışlar,  janr  problemi  də  daxil  olmaqla,  söz  sənətinin  ən  müxtəlif 

sahələrini  əhatə  edirdi.  Ona  görə  heç  də  təsadüfi  deyil  ki,  Çexovun 

təhkiyə sistemində hekayə və povest janrı aparıcı yer tutur. 

Çexov  müxtəlif  səpkidə  600-ə  qədər  hekayə  yazıb.  O,  povestə 

bənzər dramlar, hekayəyə bənzər povestlər yaradıb və biz tam qətiyyətlə 

deyə  bilərik  ki,  Çexov  təhkiyəçi  yazıçıdır.  Çünki  onun  dramlarında 

Şekspirsayağı  açıq  konflikt  yoxdur.  Bütün  faciələr  mətnin  gözə 

çarpmayan  dərinliyində  baş  verir.  Onun  hekayələrində  səkkiz  min 

qəhrəman iştirak edir. Bu, rus ədəbiyyatında qəhrəmanlarla ən zəngin bir 

aləmdir. Müqayisə üçün deyək ki, Balzakın 30-a qədər romanı əhatə edən 

“İnsan  komediyası”  silsiləsində  3000  personaj  var.  Çexovun 

yaradıcılığında hekayələrin sayının çox olmasına baxmayaraq, onlar 6-7 

əsas  problem  ətrafında  qruplaşıb.  Bunlardan  kiçik  adam  problemi, 

özgələşmə, atalar və oğullar, artıq adam, qadın emansipasiyası - ənənəvi 

mövzular,  ikili  dünya  və  adaptasiya  problemi  isə  Çexovun  orijinal 

tapıntısıdır. 

Məhz  bu  mövzu  və  problemlərin  Çexov  yaradıcılığının  ana  xəttini 

təşkil  etməsi  yazıçının  bədii  prinsiplərindən  irəli  gəlir  (“Ədəbiyyatçı  - 

kimyaçı qədər obyektiv olmalıdır”). 

Çexov  yazırdı  ki,  insanın  gündəlik  arxayın  güzəranı  içində  gözə 

çarpmayan faciələr baş verir (“Hər şey bədnam, hər kəs bədbin, günahkar 

isə tapılmır”). 

Çexov, sanki, Efesli Heraklitin fikrini ifadə etmişdir. İnsanın taleyi 

onun  xasiyyəti  ilə  tam  bağlıdır.  Ona  görə  müqəssiri  kənarda  axtarmaq 

lazım deyil, müqəssir insanın öz daxilindedir. 

Öz əsərlərində o, insanların laqeydliyinə və biganəliyinə, insanlarda 

bütün müsbət keyfiyyətləri tədricən məhv edən “həyat 

downloaded from KitabYurdu.org



xırdalıqlan”na  qarşı  çıxırdı.  Çexov  qəhrəmanlarının  həqiqətə,  gözəlliyə 

və  ədalətə  doğru  yolu  əzablıdır.  Lakin  xeyirxahlığa  cəhd  onların 

mövcudluğunu  mənalı  edən  yeganə  məfhumdur.  Bu  qəhrəmanların 

axtarışları  heç  də  həmişə  uğurlu  olmur,  lakin  Çexovun  “Tələbə” 

hekayəsindəki  tvan  Velikopolski  kimi  onların  ən  yaxşılan  inanırlar  ki, 

“insan  həyatını  istiqamətləndirən  həqiqət  və  gözəllik...  bu  günə  kimi 

davam etmiş və yəqin ki, həmişə insan həyatında, ümumiyyətlə, dünyada 

əsas yer tutmuşdur”. 

Lakin Çexovu təsadüfi olaraq “qəddar” realist adlandırmırlar. O heç 

vaxt  təskinlik  verən  sonluqlar  yaratmır  və  ən  yaxşı  hekayəsi  olan 

“Arxiyerey”də yenidən alilikdə tənhalıq mövzusuna qayıdır. “Danxdıncı 

əhvalafi’ın  qəhrəmanı  professor  Nikolay  Stepanoviç  də,  əlahəzrət  Pyotr 

da  tənhadır.  Onların  tənhalığı  kütlə  içərisində  tənhalıqdır.  “Arxiyerey” 

hekayəsi  bir  çox  məqamlarda  Çexov  şəxsiyyəti  ilə  bağlıdır.  Lakin  bu 

hekayədə qəhrəmanın ölümünə baxmayaraq, həyatın əbədiliyi düşüncəsi 

ön plandadır. 

Çexovun  qəhrəmanları  -  məmurlar,  ziyalılar,  fəhlələr,  kəndlilər, 

uşaqlar,  sürgün  olunanlar  və  hətta  xüsusi  qəhrəmanlara  aid  edilə  bilən 

xülyaçılardır. Onların hamısı Rusiya adlı vahid bir dünyam təşkil edirlər. 

Eyni zamanda, Çexov ümumbəşəri məsələlərə toxunur. Məhz buna görə 

Çexovu bütün ölkələrdə və bütün dillərdə oxuyur, diqqətlə öyrənirlər. 

Yaradıcılığındakı  ilk  addımlarından  Çexov  nəqli  formanın 

imkanlarını  hekayədə  ifadə  etmişdir.  Kiçik  formalara  müraciət  Çexov 

üçün  prinsipial  xarakter  daşıyırdı.  E.A.Polotskaya  haqlı  demişdir: 

“Çexovun böyük epik təsvirləri hekayə və povest ilə əvəz etməsi mühüm 

deyildir, mühüm olan onun bunu nə cür etməyidir. Kiçik janrlarda insan 

təsvirinin  romanik  prinsipi  itirilməmişdir,  o  qorunub  saxlanmış  və 

sonrakı  ədəbi  dövrlərə  ötürülmüşdür.  Ancaq  yeni,  sözün  həqiqi 

mənasında,  romanlarda  olduğundan  daha  yığcam  və  lakonik  şəkildə. 

Buna  görə  də  Tolstoyun  “Dirilmə”  və  Qorkinin  “Foma  Qordeyev” 

əsərləri yarandığı zaman kiçik formalar öz əhəmiyyətini itirməmişdir”. 

Çexov  həyatın  obyektiv  ziddiyyətlərini  əks  etdirməyə  çalışırdı.  O, 

gerçəkliyin  xarakterini  açmaqla  yanaşı,  eyni  zamanda,  insanm  daxili 

aləmini  daha  dolğun  əks  etdirmişdir.  Obyektiv  gerçəklik  və  fərdi 

psixologiya,  “daxili”  və  “xarici”  amillər  Çexov  yaradıcılığında  monolit 

şəkildə üzə çıxır. 

downloaded from KitabYurdu.org


 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

Beləliklə,  Çexov  konfliktin  sərhədlərini  genişləndirdi.  Onun 



əsərlərində  konflikt  obyektiv  ziddiyyətlərdən  yaranırdı.  Bu  cür 

ziddiyyətlərin qarşısında fərdi şüur və iradə gücsüzdür. 

Personajların  xarakterində  Çexov,  ilk  növbədə,  onların  dəyiş-

kənliyini, qeyri-sabitliyini, “axıcılığını” ön plana çəkməyə çalışır. Bu hal 

təkcə  personajlar  deyil,  ümumiyyətlə,  həyati  hadisələrin  təsviri  üçün 

səciyyəvidir. 

Müəllif  həyatın  qeyri-müəyyənliyini,  etibarsızlığını,  qarşıdan  gələn 

dəyişikliklərin yaxınlığım və qaçılmaz olmasını göstərir. 

Çexovun “açıq”  finalları da məhz  bu  məqsədə  xidmət  edir. Burada 

inkişaf etməkdə olan həyatın perspektiv meyilləri aydın hiss olunur. Eyni 

zamanda  nəticənin  natamam  qalması  həyat  yolunun  nəhayətsiz 

olduğundan xəbər verir. 

Çexovun  realizmində  konkretliyi,  bilavasitə  baş  verənləri  həyatm 

ümumi  axan  ilə  əlaqələndirməyə  imkan  verən  gizli  mənanın,  ikinci 

planın  xüsusi  yeri  var.  Bu  üsul  Çexova  müəllif  “müdaxiləsini” 

minimuma endirməkdə kömək edir. 

Çexovun  hekayələri  həyat  dialektikasım  əks  etdirən  böyük 

güzgünün  xırda  qınntılanm  xatırladır.  Bunlan  başqa  hekayələrdən 

fərqləndirən  də  elə  budur.  Onun  qələmə  aldığı  “hadisə”  yalnız  ilk 

baxışdan təsadüfi görünə bilər. Bu, insanın taleyini həll edən təsadüfdür. 

Məsələn,  “Məmurun  ölümü”  hekayəsində  Çervyakovun  asqırması 

təsadüfdür, lakin bu təsadüf onun ölümü ilə nəticələnir. 

Çexovun dramaturgiyası onun  yaradıcılıq irsində  mühüm  yer tutur. 

O,  incəsənətdə  “Çexov  teatrı”  adlanan  xüsusi  hadisədir.  Çexov 

dramaturgiyaya  münaqişənin,  psixologizmin  yeni  anlayışım  gətirmişdir. 

Onun pyeslərinin səhnələşdirilməsi teatr kollektivinin yetkinlik və ustalıq 

meyarına  çevrilmişdir.  Bu  nöqteyi-nəzərdən  Çexov  pyeslərinin 

Azərbaycan teatr səhnəsində qoyuluşu təqdirəlayiqdir. 

Çexov yazırdı: “Yazdıqlanmın hamısı 5-10 ildən sonra unudulacaq, 

lakin  saldığım  yollar  bütöv  və  toxunulmaz  qalacaqdır  -  mənim  yeganə 

xidmətim bundan ibarətdir”. Amma bu gün belə ədəbi irsinə dönə-dönə 

üz tutulması onun yaradıcılığının müasirliklə qırılmaz əlaqələrinin əyani 

sübutudur. 

İngilis yazıçısı Con Middlton Marri Çexovun ölümündən 50 il sonra 

yazırdı: “Çexovu, onun həyat və yaradıcılığını öyrənmək lazımdır... Qərb 

ədəbiyyatı öz xəstəliyinin xarakterini tapmaq 

downloaded from KitabYurdu.org



iqtidarında  olmayaraq,  bir  çıxılmaz  yoldan  o  birisinə  atılan  vaxt, 

Rusiyada Qərbdə heç kimin tanımadığı Çexov hansı yolla getmək lazım 

olduğunu aydın görürdü. A.P.Çexovun bizə nə qədər yaxm olduğunu biz 

bu gün anlayırıq. Çox güman ki, sabah onun bizi nə qədər qabaqladığını 

başa  düşəcəyik.  Ona  görə  də  biz  bu  gün  də  qətiyyətlə  deyə  bilərik  ki, 

Anton Pavloviç Çexov bizim müasirimizdir”. 



Rəhilə Quliyeva 

downloaded from KitabYurdu.org



 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

downloaded from KitabYurdu.org



MƏMÜRÜN ÖLÜMÜ 

Bir  gün  axşam  ekzekutor

1

  İvan  Dmitriç  Çervyakov  ikinci  sıra- 



dakı kresloda oturub durbin ilə “Komevil zəngləri” operasına baxır və 

özünü  son  dərəcə  xoşbəxt  hiss  edirdi.  Lakin  birdən...  Hekayələrdə 

“lakin  birdən”  sözünə  tez-tez  təsadüf  olunur.  Müəlliflər  haqlıdırlar: 

həyat gözlənilmədən baş verən hadisələrlə doludur! Bəli, birdən onun 

üz-gözü  qırışdı,  gözləri  qıyıldı,  nəfəsi  kəsildi...  O,  durbini  gözündən 

uzaqlaşdırıb əyildi və... asqırdı. Asqırmaq heç kimə heç yerdə qüsur 

tutulmur. Kəndlilər də, polis rəisləri də, bəzən hətta məxfi müşavirlər 

də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, yaylıqla ağız-

bumunu  sildi  və  asqırması  ilə  bir  kimsəni  narahat  edib-etmədiyini 

bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman 

o utanmalı oldu; qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi ilə 

daz  başını  və  boynunu  bərk-bərk  silir  və  yavaşcadan  deyinirdi. 

Çervyakov  qocanı  tanıdı,  o,  yollar  idarəsində  işləyən  statski  general 

Bnzjalov idi. 

Çervyakov  düşünərək  öz-özünə  dedi:  “Asqıranda  tüpürcəyim 

üstünə  sıçrayıb!  Mənim  rəisim  olmasa  da,  hər  halda,  yaxşı  olmadı, 

üzr istəmək lazımdır”. 

Çervyakov  öskürdü  və  özünü  qabağa  verib,  generalın  qulağına 

pıçıldadı: 

-

 



Bağışlayın,  zati-aliləri,  asqıranda  üstünüzə  sıçrayıb...  qəfildən 

oldu... 


-

 

Eybi yoxdur, eybi yoxdur... 



-Allah eşqinə bağışlayın. Mən bunu... bilə-bilə eləmədim! 

-

 



Eh, oturun yerinizdə, xahiş edirəm! Qoyun qulaq asaq! 

Çervyakov pərt olub, mənasız bir halda gülümsədi və səhnəyə 

tamaşa  etməyə  başladı.  O  tamaşa  edirdi,  ancaq  əvvəlki  ləzzəti 

duymurdu. Çox narahat idi. Tənəffüsdə Bnzjalova yaxınlaşdı və onun 

yanı ilə gedə-gedə özünə ürək-dirək verərək astadan dedi: 

-

 



Zati-aliləri,  mən  asqıranda  sizin  üstünüzə  sıçradı...  Bağışla-

yın... Axı mən... 

1

 

Ekzekutor - idarədə təsərrüfat işlərinə baxan xırda məmur. 

11 

downloaded from KitabYurdu.org



 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

General: 



-

 

Ah,  bəsdir  də...  Mən  bunu  unutmuşam,  sizsə  yenə  də  ondan 



danışırsınız,  -  dedi.  Bunu  söyləyərkən  o,  alt  dodağını  əsəbi  halda 

tərpətdi. 

Çervyakov  şübhəli-şübhəli  generala  baxaraq  düşünürdü:  “tlnu- 

dubdur, ancaq gözlərindən zəhər yağır, heç danışmaq da istəmir. Onu 

başa  salmalıyam  ki,  mən  bunu  bilə-bilə  eləməmişəm.  Bu  təbiətin 

qanunudur,  yoxsa  elə  güman  edər  ki,  mən  onun  üstünə  tüpürmək 

istəmişəm. İndi belə düşünməsə də, sonra bu cür düşünə bilər!” 

Çervyakov  evə  gəldikdən  sonra  öz  nəzakətsizliyini  arvadına 

danışdı. Onun fikrincə, arvadı bu hadisəyə çox ağılsızcasına yanaşdı; 

o,  əvvəl  qorxdu,  lakin  Brızjalovun  “başqa”  rəis  olduğunu  bildikdən 

sonra sakitləşdi. 

Arvadı dedi: 

-

 

Hər  halda,  sən  get  üzr  istə.  Yoxsa,  elə  güman  edər  ki,  sən 



camaatın arasında özünü apara bilmirsən! 

-

 



Elə də eləmişəm! Cİzr istədim, ancaq o, qəribə adamdır... Heç 

əməlli-başlı bir söz demədi. Danışmağa da vaxt yox idi. 

Ertəsi gün Çervyakov təzə vismundirini geydi, üzünü qırxdırdı və 

izahat  vermək  üçün  Brızjalovun  yanına  getdi...  Generalın  qəbul  ota-

ğına  girəndə  orada öz  işindən  ötrü  gələn  çoxlu  adam  gördü;  general 

özü  də  onların  arasında  idi.  O,  gələnləri  yenicə  qəbul  etməyə 

başlamışdı.  Bir  neçə  nəfərdən  nə  üçün  gəldiyini  soruşduqdan  sonra 

Çervyakova da baxdı. 

-

 

Zati-aliləri,  dünən,  əgər  yadınızdadırsa,  “Arkadi”də,  -  deyə 



ekzekutor izahat verməyə başladı, - mən asqırdım və... sizin üstünüzə 

sıçradı... Bağış... 

-

 

Xataya  düşmədik?!  Heç  dəxli  var?!  -  General  o  biri  adama 



müraciət etdi. - Sizə nə lazımdır? 

Çervyakov  rəngi  ağarmış  halda  fikirləşdi:  “Heç  danışmaq  istə-

mir!  Deməli,  acığı  tutub...  Yox,  bu  məsələni  belə  qoymaq  olmaz... 

Mən ona izah etməliyəm...” 

General  axınncı  adamla  söhbəti  qurtardıqdan  sonra  içəriyə  gir-

mək istəyirdi ki, Çervyakov onun ardınca gedərək mırıldadi: 

-

 

Zati-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət edirəmsə, 



bunu  məhz  peşmançılığımı  bildirmək  üzündən  edirəm!..  Özünüz 

bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm! 



12 

downloaded from KitabYurdu.org



General ağlamsınmış kimi üz-gözünü qınşdıraraq əlini yellədi: 

-

 



Cənab, siz məni ələ salmısınız! - deyərək içəri girdi. 

Çervyakov  düşünərək öz-özünə dedi:  “Ələ  salmaq nədi? Burada 

heç bir ələ salmaq-filan yoxdur! Özü generaldır, ancaq başa düşmür! 

İş ki belə oldu, mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəyəm! 

Qoy  cəhənnəm  olsun!  Ona  məktub  yazacağam,  amma  yanına 

getməyəcəyəm! Vallah getməyəcəyəm!” 

Çervyakov  evə  gedərkən  belə  düşünürdü.  O,  generala  məktub 

yazmadı.  Fikirləşdi,  fikirləşdi,  məktubu  necə  yazmaq  haqqında  heç 

bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu. 

General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən o, belə 

dedi: 

-

 



Zati-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyur-

duğunuz kimi, sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin 

üstünüzü  buladığım  üçün  üzr  istəməyə  gəlmişdim,  sizi  ələ  salmaq 

mənim  heç  ağlıma  da  gəlməzdi.  Mən  sizi  ələ  salmağa  heç  cəsarət 

edərəmmi?  Biz  başqalarını  ələ  salırıqsa,  belə çıxır  ki,  böyüklərə  heç 

hörmətimiz yoxdur... 

General qəzəbindən göyərərək titrəyirdi. O, birdən: 

-

 



Rədd ol buradan! - deyə çığırdı. 

Dəhşətdən yerində donub qalmış Çervyakov pıçıltı ilə soruşdu: 

-Mə? 

General ayağını yerə vuraraq təkrar etdi: 



-

 

Rədd ol buradan! 



Çervyakovun, elə bil, ürəyi qopdu. O heç bir şey görmədi, heç bir 

şey  eşitmədi,  yavaş-yavaş  qapıya  tərəf  getdi  və  küçəyə  çıxıb 

səndələyə-səndələyə  yeridi...  Evə  necə gəldiyini  özü  də  hiss  etmədi. 

Vısmundirini çıxarmadan divanda uzandı və... öldü. 



1883 

13 

downloaded from KitabYurdu.org



 

Anton Pavloviç Çexov 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ 

 

CƏRRAHLIQ 



Zemstvo  xəstəxanası.  Həkim  evlənməyə  getdiyindən  xəstələri 

nimdaş çesunça pencək və köhnə triko şalvar geymiş, qırx yaşlarında 

olan yoğun feldşer Kuıyatin qəbul edirdi. Onun üzündə ciddi və xoş 

bir  ifadə  vardı.  Sol  əlinin  şəhadət  barmağı  ilə  orta  barmağı  arasında 

pis qoxu verən bir siqar tutmuşdu. 

Əyninə  qəhvəyi  ləbbadə  geyib,  üstündən  enli  qayış  bağlamış 

ucaboy  və  enlikürək  qoca  kilsə  xadimi  Vonmiqlasov  qəbul  otağına 

girdi.  Onun  sağ  gözü  titəli  və  bir  az  qıyılmışdı.  Burnunun  üstündə, 

uzaqdan  böyük  milçəyə  oxşayan  bir  ziyil  vardı.  Kilsə  xadimi  içəri 

girən  kimi  gözləri  ilə  bir  an  ikonanı  axtardı,  lakin  belə  bir  şey  gör-

mədiyindən üzünü içində karbol məhlulu olan şüşəyə tərəf tutub xaç 

vurdu.  Sonra  qırmızı  dəsmala  bükülmüş  kilsə  çörəyini  çıxarıb, 

təzimlə feldşerin qabağına qoydu. 

Feldşer əsnəyərək: 

-

 

A-a-a... Buyurun! Xeyir ola?! 



-

 

Sergey  Kuzmiç,  bazar  gününüz  xoş  olsun...  Sizin  mərhəmə-



tinizə  pənah  gətirmişəm...  Psaltırda

1

  çox  doğru  və  düzgün  deyil-



mişdir,  bağışlayın:  “Gözümün  yaşı  çörəyimin  yavanlığı  olmuşdur”. 

Bayaq qan ilə oturub çay içmək istədim, pərvərdigara, bircə damcı da, 

heç bircə qurtum da içə bilmədim, elə ağrıyır ki, lap canım çıxır... Bir 

damcı  ağzıma  alan  kimi,  o  dünyanı  gedib  görürəm.  Bundan  başqa, 

təkcə  dişim  ağrısa  dərd  yarıdır,  bütün  bu  tərəfim,  elə  bil,  od  tutub 

yanır... Elə sancır, elə sancır ki!.. Qulağımda, elə bil, gurhagur var... 

Bağışlayın,  elə  bil,  içinə  mıx,  ya  başqa  bir  şey  düşüb,  deyirsən, 

çəkiclə  vururlar!  Günahkar,  üzüqara  bəndəyəm...  Allahın  yolundan 

çıxmışam,  tənbəllik  canımı  alıb...  Günah  işlədiyim  üçün,  Sergey 

Kuzmiç,  bu  bəlaya  düşmüşəm,  günah  işlədiyim  üçün!  Keşiş  baba 

duadan sonra məni danlayıb deyirdi: “Sən pəltəksən. Yefim, həm də 

burnunda  danışmağa  başlamısan.  Dua  oxuyursan,  ancaq  heç  bir  şey 

başa  düşmək  olmur”.  Siz  indi  özünüz  fikirləşin,  axı  ağzımı  heç  aça 

bilmirəm, necə oxuya bilərəm, tamam şişib, bağışlayın... bütün gecəni 

də yatmamışam... 

1




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə