Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə88/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   84   85   86   87   88   89   90   91   ...   125
… 
 
Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan; 
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi, 
Qarabağın şikəstəsi. 
 
Gözəl Vətən! Mənan dərin, 
Beşiyisən gözəllərin! 
Aşıq deyər sərin-sərin, 
Sən Günəşin qucağısan, 
Şeir-sənət ocağısan. 
… 
 
Ölməz könül, ölməz əsər,  
Nizamilər, Füzulilər!  
Əlin qələm, sinəm dəftər,  
De gəlsin hər nəyin vardır,  
Deyilən söz yadigardır. 


 
 
Seçmə aşıq şeirləri 
 
142 
 
 
ġAĠR,  
NƏ TEZ QOCALDIN SƏN..!  
 
Nemətsə də gözəl şeir,  
Şair olan qəm də yeyir.  
Ömrü keçir bu adətlə,  
Uğurlu bir səadətlə.  
Görən məni, nədir deyir – 
Saçlarına düşən bu dən?  
Şair, nə tez qocaldın sən!?  
 
Dünən mənə öz əlində  
Gül gətirən bir gəlin də,  
Gözlərində min bir sual  
Heykəl kimi dayandı lal…  
O bəxtəvər gözəlin də  
Mən oxudum gözlərindən:  
Şair, nə tez qocaldın sən!?  
 
Ovçuluğa meyil saldım,  
Gecə-gündüz çöldə qaldım,  
Dağ başından enib düzə,  
Bir ox kimi süzə - süzə  
Neçə ceyran nişan aldım,  
Cavab gəldi güllələrdən:  
Şair, nə tez qocaldın sən?  
 
 
 
 
 
 


 
 
143 
 
 
Bəzən uca, bəzən asta,  
Ötür sazım min sim üstə.  
Andı yalan, eşqi yalan,  
Dostluğu da rüşvət olan,  
Ürək yıxan bir iblis də  
Üzəvari deyir hərdən:  
Şair, nə tez qocaldın sən!  
 
Saç ağardı,  
ancaq ürək  
alovludur əvvəlki tək!  
Saç ağardı,  
ancaq nə qəm.!?  
Əlimdədir hələ qələm…  
Bilirəm ki, deməyəcək  
Bir sevgilim,  
bir də Vətən:  
- Şair, nə tez qocaldın sən!  



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin