Seçmə aşıq şeirləri
16
OLMUSAN
Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,
Haçan yardan yarımısan, sevilib bay olmusan?
Sən dərvişsən haqq yolunda haqqı istə, haqqı sev,
Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.
Yar olsan da incimə gəl, Ulu Tanrı bağışlar,
Dərgahında apaydındı bu cizgilər, naxışlar.
Qoy didəndən sel-sel olub, axsın qara yağışlar,
Axır məhşər görəsən ki, köpüklü çay olmusan.
Çay olmağın paklığındı, durma yuyun paka çıx,
Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıx,
Miskin Abdal, dolansan da ayaqyalın, baş açıx,
Zər qədrini zərgər bilər, zaylara say olmusan.
Dostları ilə paylaş: |