89
TAPILMAZ
Üzülübdü canım el tənəsindən,
Hamı deyər: Bəsti öydə tapılmaz.
Bir sazıdı,
bir sözüdü, bir özü,
Bir beləsi daha Löydə tapılmaz.
Bu qınağa vallah mənəm dözürəm,
Usanmışam, ölməyə də hazıram.
Dərdimi deməyə divan gəzirəm,
Yerdə axtarıram, göydə tapılmaz.
Hanı Xançobanım,
a qoca dağlar,
Tutulub
gözlərim, görməyir, ağlar.
Nə tez viran
oldu bağçalar, bağlar,
Barlı bağlarımda meyvə tapılmaz.