DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
50
rində bütün işçi qüvvəsinin 90%-ni təşkil edirdi, lakin hazırda, bu
göstərici 2%-dən də aşağıdır. Bu dramatik azalma elə də ciddi sosial
parçalanmalara və ya işsizliyə yol açmadan nisbətən yumuşaq şəkil-
də həyata keçmişdir.
Hazırda, tətbiqi proqram iqtisadiyyatı (
ing. app economy
) yeni
iş ekosisteminin bir nümunəsini təqdim edir. “Apple”ın qurucusu
Stiv Cobz [Steve Jobs] kənar mütəxəssislərdən “iPhone” üçün tət-
biqlər yaratmalarını istədiyi zaman hələ 2008-ci ilin əvvəlləri idi.
2015-ci ilin ortalarında qlobal tətbiqi proqram iqtisadiyyatının
100 ildən çoxdur ki, mövcud olan film sənayesini ötüb keçərək 100
milyard dollardan çox gəlir əldə etməsi gözlənilirdi.
Texno-optimistlər bu sualı verirlər: Əgər keçmişə baxaraq nə-
ticə çıxarmalı olsaq, bu dəfə nə üçün fərqli olsun? Texnologiyanın
dağıdıcı ola biləcəyini qəbul edirlər, lakin onun hər zaman məh-
suldarlığın və zənginliyin yüksəlməsinə gətirib çıxaracağını iddia
edirlər. Əlavə olaraq da qeyd edirlər ki, bu proses mal və xidmətlərə
olan tələbi artıracaq və bu tələbi qarşılamaq üçün yeni növ iş yerləri
yaradacaqdır. Arqument belə formalaşır: insanın ehtiyac və arzuları
sonsuzdur, bu səbəbdən onları təminetmə prosesi də sonsuz olma-
lıdır. Normal resessiya və nadir depressiya dövrlərini bir kənaraq
qoysaq, hər zaman hər kəs üçün iş yerləri olacaqdır.
Bunu dəstəkləyən sübutlar varmı və bunlar bizə qarşımızda nələ-
rin dayandığı haqqında məlumat verə bilirmi? İlkin məlmatlar, qarşı-
dakı illərdə çoxlu sektorlarda və iş kateqoriyalarında əməyin əvəzlən-
məsinə gətirib çıxaracaq bir innovasiya dalğasının olacağını göstərir.
Dostları ilə paylaş: