Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   19   20   21   22   23   24   25   26   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

3.1.3. İşin təbiəti
Başlıca iş paradiqmasının davamlı münasibətdən çox bir işçi 
ilə bir şirkət arasında bir əməliyyatlar seriyası olduğu bir dünyanın 
ortaya çıxması, hələ 15 il əvvəl Daniyel Pinkin [Daniel Pink]“Sər-
bəst Agent Milləti: Özün üçün İşləməyin Gələcəyi” adlı kitabında 
göstərilmişdi.
26
Texnoloji innovasiya bu trendi mühüm dərəcədə 
sürətləndirdi.
Hazırda, tələb iqtisadiyyatı bizim işə olan münasibətimizi və işin 
də daxil olduğu sosial strukturu kökündən dəyişdirir. Artıq daha 
çox işəgötürən öz işlərini həll etmək məqsədilə “insan buludu”n-
dan istifadə edir. Peşəkar fəaliyyətlər dəqiq ifadə edilən vəzifələrə və 
müxtəlif layihələrə bölünür və sonra dünyanın istənilən bir yerində 
çalışmaq istəyən işçilərin olduğu virtual bir buluda göndərilirlər. Bu, 
yeni tələb iqtisadiyyatıdır. Öz əməyini təklif edənlər ənənəvi mə-


 T
Ə
S
İ
RL
Ə
R
61
nada işçilər deyil, daha çox xüsusi vəzifələri yerinə yetirən müstəqil 
çalışanlardır. Nyu-York Universitetinin (NYU) Stern Biznes Mək-
təbinin professoru Arun Sandararacan [Arun Sundararajan]

New 
York Times

qəzetində Fərhad Mancunun[Farhad Manjoo] bölmə-
sində vəziyyəti belə ifadə edir: “Nəticədə, iş qüvvəsinin bir qisminin 
gəlir əldə etmək üçün portfelindəki işləri yerinə yetirdiyi bir dün-
ya bizi gözləyir. Bir “Uber” sürücüsü, bir “Instacart” müştərisi, bir 
“Airbnb” kirayəçisi və “Taskrabbit” təsisatçısı ola bilərsiniz”
27
Şirkətlərin, xüsusilə də sürətlə böyüyən startupların rəqəmsal 
iqtisadiyyatdan əldə etdikləri üstünlüklər məlumdur. İnsan bulu-
du platformaları, işçiləri sərbəst çalışanlar kimi kateqoriyalaşdırdı-
ğı üçün hazırda minimum əmək haqqı, əmək haqqından tutulan 
vergi və sosial sığorta kimi öhdəliklərdən kənardadırlar. Birləşmiş 
Krallıqda yerləşən “MBA & Company”nin baş meneceri Daniyel 
Kallaqanın [Daniel Callaghan] “Financial Times” qəzetindəki 
məqaləsində deyilir: “Kimi istəyirsiniz, nə zaman istəyirsiniz və 
dəqiq olaraq necə istəyirsiniz, elə də təmin edə bilərsiniz və onlar 
sizin işçiniz olmadığı üçün məşğulluqla bağlı yaranan çətinliklər-
dən və tənzimləmə öhdəliklərindən də kənarda qalırsınız.”
28
Buluddakı insanlar üçün əsas üstünlüklər sərbəstlik (işləmək və 
ya işləməmək) və virtual qlobal bir şəbəkəyə aid olmanın təmin et-
diyi bənzərsiz dərəcədə mobillikdir. Bəzi müstəqil işçilər bu imkanı 
daha çox sərbəstlik, daha az stres və daha çox iş məmnunluğunun 
ideal birləşməsi kimi görürlər. Baxmayaraq ki, insan buludu hələ il-
kin inkişaf mərhələsindədir, ancaq onun səssiz şəkildə yol qət edən 
bir ofşorinq forması olduğunu ortaya qoyan mühüm sübutlar artıq 
mövcuddur (səssiz şəkildə, çünki insan buludu platformaları siya-
hıya alınmır və məlumatlarını açıqlamağa məcbur deyillər).
Bəlkə bu, internetə çıxışı olan hər kəsi gücləndirəcək və çatış-
mayan bacarıqlarını tamamlayacaq yeni və çevik bir iş inqilabının 
başlanğıcıdır? Yoxsa bu, işçilərin ağır şərtlər altında işlədiyi iş yer-
lərinə doğru qaçılmaz bir yarışmı başladacaqdır? Əgər nəticə ikinci 
olacaqsa, o zaman prekarya (
ing. precariat
) - keçimlərini təmin et-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
62
mək məqsədilə müxtəlif vəzifələrdə çalışan, əmək hüquqlarından, 
sövdələşmə hüquqlarından və iş təhlükəsizliyindən məhrum olan 
işçilərin sosial sinifi – bizi gözləyən sosial narahatlıqların və siyasi 
qeyri-sabitliyin potensial mənbəyi rolundamı çıxış edəcəkdir? Nə-
hayət, insan buludunun inkişafı yalnız insan işlərinin avtomatlaş-
masını sürətləndirməkləmi kifayətlənəcəkdir? 
Qarşı-qarşıya qaldığımız çağırışa yalnız sosial və məşğulluq 
müqavilələrinin dəyişən iş qüvvəsinə və işin dəyişən təbiətinə uy-
ğun gələn yeni formaları ilə cavab verilə bilər. Biz, əmək bazarla-
rının böyüməyinə zərər vermədən və insanları seçdikləri formada 
işləməkdən məhrum etmədən insan buludunun mənfi tərəfl ərini 
mümkün ola biləcək istismar baxımından məhdudlaşdırmağı ba-
carmalıyıq. Əgər bunu edə bilməsək, o zaman dördüncü sənaye 
inqilabı işin gələcəyini, London Biznes Məktəbinin menecment 
təcrübəsi üzrə professoru Linda Qrattonun [Lynda Gratton]“Yer-
dəyişmə: işin gələcəyi artıq burdadır”adlı kitabında da qeyd etdiyi 
kimi, qaranlıq bir yerə, bütün cəmiyyətlərdə parçalanma, təcrid və 
kənarlaşdırmanın daha yüksək səviyyələrinə aparıb çıxara bilər.
29
Kitabın əksər hissələrində qeyd etdiyim kimi, seçim bizimdir və 
tamamilə bizim verəcəyimiz siyasi və instutsional qərarlardan asılıdır. 
Ancaq hüquqi tənzimləmələrdə proses daxilində siyasətçilərin gücü-
nü artıracaq və mürəkkəb sistemlərin uyğunlaşma qüvvələrini çətinə 
salacaq şəkildə bir boşluğun ola biləcəyini də unutmamaq lazımdır.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin