* * *
“Tənqidin” birinci nəşrində rasional psixologiyanın təkzibi sonrakı nəşrlərdəkindən xeyli
daha ətraflı və tamdır, ona görə mən burada yalnızca birincidən istifadə edəcəyəm. Bütövlükdə
bu təkzib böyük bir xidmətdir və onda həqiqət çoxdur. Buna baxmayaraq mən onu düşünməyə
meylliyəm ki, sadəcə simmetriyaya olan məhəbbətdən Kant şərtsizlik postulatının substansiya
anlayışına – münasibətin birinci kateqoriyasına tətbiqi yolu ilə qəlb anlayışını xalis zəka
paralogizmindən çıxarır və iddia edir ki, hər bir düşünən zəkada qəlb(ruh) anlayışı məhz belə
yaranır. Amma əgər onun mənbəyi məlum şeyin bütün predikatlarının son subyekti barədə
zənn, fərzetməsidirsə, onda elə bu cür zərurətlə də qəlbi təkcə insanda deyil, həm də hər cür
cansız şeydə də qəbul etmək lazım gələrdi, çünki sonuncu da bütün predikatlarının son
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
599
subyektini tələb edir. Ümumiyyətləsə Kant, predikat kimi yox, yalnız subyekt kimi mövcud ola
bilən nədənsə danışanda, yararsız ifadədən istifadə edir (məs. “Xal.zək.tənq”, 323; V, 412
“Proleqom”, §4 və 47); hərçənd ki, buna aid presedenti hələ Aristoteldə tapmaq olar
(“Metaph.” IV, 8). Subyekt və ya predikat olaraq heç nə mövcud deyil: çünki bu ifadələr tək
bircə məntiqə aiddir və yayınmış anlayışların bir-birinə münasibətini bildirir. Gözönü dünyada
onların korrelyatları və ya əvəzediciləri substansiya və aksidensiyadır. Amma belə bir halda
aksidensiya kimi deyil, yalnız substansiya kimi mövcud olan şeyi axtarmağımıza hacət yoxdur,
çünki biz buna artıq materiyada malikik. O, şeylərin elə onun aksidensiyaları olan bütün
xassələrinin substansiyasıdır. O, əslində (Kantın elə indicə rədd edilmiş ifadəsini saxlasaq) hər
cür empirik verilmiş şeyin predikatlarının “son subyekti” – hər türlü keyfiyyətlər aradan
qaldırıldıqdan sonra qalan şeydir: və bu insana olduğu qədər, heyvana, bitkiyə və daşa da tətbiq
oluna biləndir və o qədər aşkardır ki, bunu görməmək üçün qəsdən görməməyi istəmək lazımdır.
Onun, materiyanın substansiya anlayışının əsl prototipi olduğunu mən tezliklə aşağıda
göstərəcəyəm. Subyekt və predikat aksidensiyaya məntiqdəki əsas qanunu –təbiətdəki nədənlik
qanununa aid olduğu qədər aiddirlər və sonuncuların qarışıq salınması və eyniləşdirilməsi nə
qədər əsassızdırsa, birincilərin də qarışdırılması və eyniləşdirilməsi o qədər əsassızdır. Halbuki
“Proleqomenlərdə”,§46, Kant, qəlb(ruh) anlayışının mənbəyini bütün predikatların son subyekti
anlayışından və ussonucunun kateqorik formasından çıxarmaq məqsədilə bu qarışdırma və
eyniləşdirməni son həddə çatdırır. Bu paraqrafın səfsətəsini üzə çıxarmaq üçün onu yada
salmaq yetər ki, subyekt və predikat- yeganə və müstəsna olaraq mücərrəd anlayışlara və özü
də onların mühakimədəki əlaqəsinə aid sırf məntiqi təyinlər, təriflərdir: substansiya və
aksidensiyasa gözönü dünyaya və onun dərrakədəki qavrayışına məxsusdurlar, amma onlar
orada yalnız materiya və ya forma , və ya keyfiyyətlə eyni olan şeylər kimi mövcuddurlar ki, bu
barədə də mən indi daha narınca danışacağam.
İki kökündən fərqli substansiyanın- can və bədənin qəbul edilməsinə səbəb verən əkslik
əslində subyektiv və obyektiv olanın əksliyidir. İnsan özünü obyektiv olaraq dərk edirsə, xarici
gözönü təsəvvürdə o özündə məkanda yer tutan və ümumiyyətlə tam cismani bir varlığı görür;
o, özünü özünüdərkdə, yəni sırf subyektiv olaraq dərk edirsə, özündə intuisiyanın bütün
formalarından azad, deməli, cisimlərə xas bütün özünlüklərdən (xassələrdən) xali istəyən və
təsəvvür edən bir varlığı görür; o, özünü özünüdərkdə, yəni sırf subyektiv olaraq dərk edirsə,
özündə intuisiyanın bütün formalarından azad, deməli, cisimlərə xas bütün özünlüklərdən
(xassələrdən) xali istəyən və təsəvvür edən bir varlığı görür. Və budur, o qəlb (ruh) anlayışını
yaradır (bütün transsendent anlayışlar kimi Kant tərəfindən “ideya” adlandırılan), onunla
yaradır ki, əsas qanununu, hər cür obyektin bu formasını obyekt olmayan şeyə, – verilmiş halda
birbaşa idrak və iradənin subyektinə tətbiq edir. O, idraka, təfəkkür və iradəyə səbəblərini
axtardığı hansısa xassələr kimi baxır və bu səbəbi bədəndə tapmayaraq, onlarçün başqa,
cismdən tam fərqli bir səbəbi zənn edir. Birincidən sonuncuyadək bütün ehkamçılar – Platon
(“Fedra”da) və Volf da qəlbin (ruhun) mövcudluğunu bu sayaq sübut edirlər: onlar onu
bunlardan onların səbəbinə aid ussonucu edilən hərəkətlər olaraq təfəkkür və istəkdən çıxarırlar.
Və yalnız bu səbəbin hipostazlaşdırılması (ayrıca, müstəqil bir mahiyyət olaraq qəbulu, tərc.)
yolu ilə hansısa bir qeyri-maddi, bəsit və dağılmaz bir varlıq yarandıqdan sonra artıq sxolastiklər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
600
onu substansiya anlayışından çıxarış etməyə və sərgiləməyə başladılar, amma bununçün
substansiya anlayışının özü aşağıdakı, heç də maraqsız olmayan bir fokus yolu ilə müəyyən bir
ilkin emala məruz qoyuldu.
Təsəvvürlərin birinci sinfi, yəni gözönü, real dünya ilə materiya təsəvvürü də verilmişdir,
çünki onda hökm sürən nədənlik qanunu, öz növbəsində, dəyişilmələri olduqları hansısa bir
qaları şeyi nəzərdə tutan, şərt kimi qoyan halların əvəzlənməsini təyin edir. Yuxarıda
substansiyanın daimiliyi qanununa dair göstərmişdim ki, materiyanın bu təsəvvürü ondan
ortaya çıxır ki, elə məhz onunçün də mövcud olduğu dərrakədə nədənlik qanunu vasitəsilə
( onun yeganə idraki formasının) məkan və zaman birləşir və bu məhsulda məkanın payı
materiyanın daimiliyində, zamanın payısa onun hallarının əvəzlənməsindədir. Özlüyündə
materiya yalnız in abstracto düşünülə bilər, intuisiyanın predmeti ola bilməz, çünki sonuncuçün
o həmişə artıq bəlli bir formada və bəlli keyfiyyətlərlə təzahür edir. Substansiya- materiya
anlayışından daha sonrakı abstraksiyadır, demək- onun nisbətən ali türüdür (genus). Bu türsə
materiya anlayışından yalnız daimilik predikatının saxlanması, onun sair bütün mühüm
xassələrinin – yer tutma, keçilməzlik, bölünməzlik və s. kənara atılması ardımında alınır. Hər bir
ali tür, növ kimi substansiya anlayışı, əlbəttə məzmununa görə materiya anlayışından daha
dardır: amma bu üzdən o, həcminə görə daha geniş olmur (bu, hər ali növə xas olduğu kimi),
çünki o materiya ilə yanaşı heç bir daha aşağı türü, növü içəriləmir, odur ki, materiya
substansiya anlayışının yeganə, onun məzmununu reallaşdıran və bunu təsdiqləyən yeganə
növüdür. Beləliklə, zəkamızın yayınma, təcrid olunma vasitəsilə xatirinə ali anlayış yaratdığı
amac,- yəni məhz onda eyni zamanda növ əlamətlərilə fərqlənən bir neçə anlayış düşünmək ,–
verilmiş halda yeri olmayan məqsəd olur; deməli, bütün bu abstraksiya tam məqsədsiz və
mənasızdır, yaxud da özündə hansısa kənar məqsədi gizlədir. Onun əsl növü- materiya ilə
yanaşı substansiya anlayışı altında başqa bir növ, yəni məhz qeyri-maddi, bəsit, parçalanmaz bir
substansiya– qəlb(ruh) birgə tabe etdirilən kimi dərhal bu sonuncu üzə çıxır. Bu anlayış yalnız
onun sayəsində sivişib gəlmişdir ki, artıq elə subtansiya anlayışı əmələ gələrkən məntiqin izn
vermədiyi qanunsuz bir fənd işə salınmışdır. Qanuni hərəkət edərək, zəkamız ali tür, növ
anlayışını onunla yaradır ki, diskursiv olaraq müqayisə vasitəsilə bir neçə növ anlayışını
tutuşdurur, onların fərqlərini aradan qaldırmaq və aşkarlıqlarını saxlamaqla, əlbəttə,
məzmunca daha dar olsa da, onların hamısını içəriləyən, qapsayan bir tür (cins) anlayışı olur,
buradansa o çıxır ki, növ anlayışları həmişə tür,cins anlayışlarından daha öncə verilməlidir.
Gətirilmiş haldasa məsələ məhz elə tərsinədir. Tür (cins) anlayış olan substansiyayadək materiya
anlayışı var idi ki, ondan da sonra heç bir qanuni səbəb və hüquq olmadan birindən başqa
bütün təyinləri dışarılamaq yolu ilə alınmış, boş yerə yalançı substansiya anlayışı
uydurulmuşdur. Və yalnız sonra artıq materiya anlayışı ilə yanaşı ikinci, tam qanunsuz bir növ
anlayışı soxuşdurulmuşdur. Sonuncunu almaq üçünsə substansiya anlayışı halında artıq əvvəllər
dinməzcə inkar edilən şeyin, yəni məhz yertutmanın, keçilməzliyin, bölünənliyin bu dəfə yalnız
uca səslə inkarı tələb olunurdu. Beləliklə, substansiya anlayışının rolu yalnız öz çiyinlərində
qeyri-maddi substansiya anlayışını daşımaqdan ibarət olurdu. Deməli, o, heç də dərrakənin
kateqoriyası və ya zəruri funksiyası deyil, tamamilə izafi bir anlayışdır, çünki onun əsl məzmunu
materiya anlayışındadır və onunla bir sırada o tam bir boşluqdur: onusa elə əslində yalnız elə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
601
bununçün düzəldilmiş məkrli qeyri-maddi substansiya anlayışı ilə doldurmaq olar, odur ki, onu
həqiqi mənada tam bayıra atmaq, hər yerdə onun yerinə materiya anlayışını qoymaq lazımdır.
* * *
Əgər kateqoriyalar dünyadakı hər cür şey üçün prokrust yatağı idisə, ussonucunun üç
növü də zəka ideyaları üçün belə bir yataqdır. “Qəlb” anlayışı ussonucunun (əqli nəticənin)
kateqorik formasında mənşəyə malik olmaya məcbur idi. İndi növbə, o, xalis olaraq, ən kiçik
(atom) və ən böyük (dünyanın məkan və zamandakı sərhədləri) hədlərində düşünüldüyü üçün
bir bütöv olaraq dünya haqqında təsəvvürə gəlib çatır. Bu təsəvvürlər ussonucunun hipotetik
formasından irəli gəlməlidir. Bu zaman xüsusi zorluqlara əl atmaq lazım deyil. Zira hipotetik
mühakimə öz formasını bu qanunun düşünülməmiş, şərtsiz tətbiqindən yox, əsas qanununun
özündən alır, sonrasa ondan özistəkli (ixtiyari) üzdöndərmədən həqiqətən bütün ideyalar
deyilən şeylər ortaya çıxır, özü də təkcə kosmolojiləri yox: doğrudan da, bu qanuna uyğun
olaraq, nəhayət, əldən düşmüş təxəyyül məqsədə yalançı çatışı, yetməni yaradanadək aramsız
olaraq bir obyektin başqasından asılılığını axtarırlar, – özü də tam nəzərdən qaçırılır ki, hər cür
obyekt, eləcə də onların sırası və nəhayət, müəyyən, daha ümdə bir asılılıq, – məhz elə
obyektləri, yəni təsəvvürlər üçün bu qanunun önəm kəsb etdiyi dərk edən subyektdən asılılıqla
şərtlənmiş əsas qanunu artıq onların məkan və zamandakı varlığını təyin edir. Və əsas qanunu,
Kantda yalnız kosmoloji ideyaların ondan çıxmış olduqları idrak forması, əslində bütün
ümumiyyətlə ussonucu hipostazların mənbəyi olduğundan, ideyaların ayrılıb çıxarılması üçün bu
dəfə sofizmlər tələb olunmur; amma əvəzində onlar bu ideyaların kateqoriyanın dörd rubrikası
üzrə təsnifatı üçün daha çox lazımdırlar.
1)
Zaman və məkana, yəni kainatın onların hər ikisindəki sərhədlərinə
münasibətdə kosmoloji ideyalar cəsarətlə kəmiyyət kateqoriyası ilə təyin edilənlər
kimi nəzərdən keçirilir. Əslində bu kateqoriya ilə məntiqdə– mühakimədə
mübtədanın həcminin kəmiyyət sözü, uğurla başqası ilə əvəz oluna bilən obrazlı bir
ifadə ilə təsadüfi işarələnməsindən başqa onların ortaq heç nəyi yoxdur. Amma
Kantın simmetriya sevgisi üçün bu bəs edir ki, terminologiyada bu uğurlu üst-üstə
düşmədən yararlansın və dünyanın məkan və zaman davamiyyəti barədə
transsendent ehkamları kəmiyyətlə bağlasın.
2)
Daha böyük cürətlə Kant keyfiyyətlə, yəni mühakimənin iqrari və inkari
forması ilə materiya barədə transsendent ideyaları bağlayır ki, bu da hətta
terminologiyadakı təsadüfi üst-üstə düşmədə də əsasa malik deyil; çünki mexaniki
(kimyəvi yox) bölünənliyi materiyanın keyfiyyətinə deyil, kəmiyyətinə aiddir. Daha
önəmlisisə, bölünənlik ideyası, ussonucunun hipotetik formasının məzmunundan
olduğu kimi, bütün kosmoloji ideyaların çıxmış olduğu əsas qanununun ardımlarına
aid deyil. Zira Kantın bu zaman əsaslandığı iddia, –yəni hissələrin bütövə münasibəti
şərtin şərtlənmişə, yəni əsas qanununa uyğun olan münasibət əslində çox incə,
amma tam altıboş səfsətədir. Daha çox bu münasibət ziddiyyət qanununa əsaslanır.
Çünki bütöv hissələrin və hissələr bütövün mövcudluğu ardımında, nəticəsində
mövcud deyil, hər ikisi zəruri olaraq bir yerdə və bir anda mövcuddur, çünki onlar
əslində nəsə vahid bir şeydir və onların bölünməsi yalnız ixtiyari aktdır. O şey buna
əsaslanır ki, ziddiyyət qanununa görə hissələrin fikrən aradan qaldırılması bütövün
aradan qaldırılmasına səbəb olur, əsla ona əsaslanmır ki, hissələr guya əsas – nəticə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
602
kimi bütövü şərtləndirir və buna görə əsas qanunu guya bizi, bir əsas olaraq onlardan
bütövü anlamaq üçün son hissələri tapmağa vadar edir. Gör burada simmetriya
şövqü hansı çətinliklərə dov gəlir!
3)
Münasibət rubrikası altında, görünür, dünyanın ilk səbəbi ideyası yer
almalı idi. Ancaq Kant onu dördüncü modallıq rubrikası üçün ehtiyatda saxlayır ki,
əks təqdirdə onu heç nə ilə doldurmaq olmazdı və buraya o ideyanı onunla zorla
daxil edir ki, təsadüfi (yəni onun həqiqətə daban-dabana zidd izahına görə, öz
əsasından olan hər cür nəticə) ilk səbəb sayəsində zəruriyə çevrilir. Ona görə
simmetriyanın xilası üçün üçüncü ideya olaraq azadlıq ideyası çıxış edir ki, bunun da
altında əslində, üçüncü ziddiyyət tezisinə aid qeyd aydın göstərdiyi kimi, məhz elə
burada yerində olan dünyanın səbəbi ideyası başa düşülür. Beləliklə, üçüncü və
dördüncü ziddiyyətlər özlüyücə eynidirlər.
Bütün bunlar barədə mən qəti şəkildə bildirirəm ki, bütün antinomiya yel dəyirmanları
ilə mübarizədən başqa bir şey deyil. Yalnız antitezislərin müddəaları doğrudan da idrakımızın
formalarına, yəni obyektiv ifadə etsək, təbiətin zəruri, a priori doğru və ümumi qanunlarına
əsaslanır. Ona görə yalnız onlar obyektiv əsaslarda sübut olunur. Əksinə, tezislərin iddia və
sübutları subyektivdən başqa heç bir əsasa malik deyillər və təxəyyülü sonsuz reqresslə (enmə,
düşmə) ilə yorulan və sonradan hər cür tərzdə bəraətləndirilən ixtiyari zənnlər yolu ilə ona son
qoyan əllaməlik edən fərdin zəifliyinə köklənirlər, – fərdin mühakimə qabiliyyətisə, üstəlik, bu
bənddə öncəki və dərin xurafatlarla iflic edilmişdir. Ona görə hər dörd təzadda tezislərin
sübutları xalis səfsətədir; əksinə, antitezislərin sübutları – təsəvvür kimi dünyanın bizə a priori
bəlli olan qanunlarından qaçılmaz çıxarışlardır. Ona görə Kant yalnız böyük səylər və hiylələrlə
tezislərin gedişini tutub saxlaya və onları həqiqi qüvvə verilmiş rəqibə yalançı həmlələr etməyə
vadar edə bilir. Bu zaman birinci və əsas hiylə ondan ibarətdir ki, nervus argumentationis; ən
parlaq, səlis və kəskin ayrıcalaşmış formada çıxış etmək əvəzinə (insan öz iddiasının
doğruluğuna əmin olduqda olduğu kimi) gərəksiz və gur car çəkən cümlələr yığınına girib gizlənir.
Burada ziddiyyətdə çıxış edən tezis və antitezislər Aristofanın “Buludları” nda Sokratın öz
aralarında mübahisə etməyə vadar etdiyi ςικαιον və αςικον λογον-u (haqlı və haqsız danışığı)
xatırladır. Hərçənd ki, bu oxşarlıq nəzəri fəlsəfənin bu ən supekulyativ məsələlərindən birinə
mənəviyyata təsir etməni aid edənlərin və buna görə tezisləri ςικαιον, antitezislərisə αςικον
λογον saymağa ciddi hazır olanların, yəqin ki, ona şamil etmək istədikləri məzmuna yox, yalnız
formaya aiddir. Hərgah ki, bu miskin və məhdud ağıl sahiblərinin fikrinin üzərində dayanmağı
artıq sayıram və onlara yox, həqiqətə hörmət əlaməti olaraq göstərəcəyəm ki, Kantın gətirdiyi
tezis sübutları əslində səfsətədir, hərçənd ki, antitezislərin isbatı tam dürüst, düzgün və obyektiv
əsaslarda yerinə yetirilir. Güman edirəm ki, bu analiz zamanı hər kəsin qarşısında daim Kant
antinomiyası olur.
Hətta birinci tezisin isbatının düzgün olduğunu fərz etsək belə, o həddən artıq çox şeyi
isbat edir, çünki eyni zamanda həm zamanın özünə, həm də ondakı əvəzlənməyə tətbiq oluna
bilərdi və belə bir surətlə isbat edərdi ki, zamanın özü başlamalı idi, –bu isə mənasızlıqdır.
Hərçənd ki, burada səfsətə ondadır ki, haqqında əvvəlcə bəhs edilən hallar sırasının
başlanğıcsızlığı anlayışına qəflətən onun sonsuzluğu gizlicə daxil edilir və sonra isbat olunur ki, –
buna heç kim şəkk etmir, –bitmişlik məntiqi surətdə sonsuzluğa ziddir və hər halda hər bir indiki
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
603
an bütün keçmiş zamanın sonudur. Amma sonsuzluğuna heç bir xələl gətirmədən sonsuz sıranın
sonunu, eləcə də tərsinə – sonsuz sıranın başlanğıcını çox gözəl düşünmək olar. Dünyanın
dəyişilmələrinin özündən arxada saysız dəyişikliklər sırasını zəruri olaraq nəzərdə tutması
barədə antitezisin həqiqətən doğru arqumentinə qarşısa heç bir şey gətirilmir. Səbəb sırasının
mütləq kəsilməsi və dayanması imkanını biz düşünə bilərik, –amma mütləq başlanğıcın
mümkünlüyünüsə yox
. Dünyanın məkandakı sərhədlərinə dair sübut olunur ki, dünya verilmiş
bir bütövdürsə, onda o zəruri olaraq sərhədlərə malik olmalıdır: tam düzgün ussonucudur, bir
şərtlə ki, onun yuxarı hökmü sübut edilmiş olsun, –bu isə əslində yoxdur. Bütövlük, şübhəsiz ki,
sərhədləri və sərhədlər bütövlüyü nəzərdə tutur və hər ikisi burada tam ixtiyari olaraq götürülür.
–Antitezisə gəldikdəsə, bu ikinci bənddə o, birincidəki qədər təminedici sübutu təqdim etmir,
çünki nədənlik qanunu bizə zəruri təyinləri məkana yox, yalnız zamana münasibətdə verir və a
priori olaraq təkcə ona zamin durur ki, dolu zamandan öncə boşluq ola bilməz və heç bir
dəyişiklik birinci ola bilməz. Amma dünyanı məkanda məhdud kimi düşünməyin çətinliyi ondadır
ki, məkan özü sonsuzdur və buna görə onda olan məkanca sonlu dünya nə qədər böyük olursa-
olsun, sonsuz kiçik bir kəmiyyətə çevrilir, –bu cür tənasübsüzlükdəsə təxəyyülümüz özü üçün
dəfolunmaz maneəyə rast gəlir, odur ki, onun bircə seçimi qalır: dünyanı ya sonsuz böyük, ya da
sonsuz kiçik olaraq düşünmək. Bunu artıq qədim filosoflar görürdü: “Epikür məktəbinin başçısı
Metrodorun sözlərinə görə, nəhəng bir tarlada bir sünbülün və ya sonsuzluqda tək bir dünyanın
olması mənasız olardı” (Stob. Ecl. I. 23). Ona görə onlardan bir çoxu “sonsuzluqda sonsuz sayda
dünyaların olmasını” qəbul edirdilər (ibid., daha sonra). Özlüyündə, Kantda antitezisin sübutu da
buna gəlib çıxır, amma o onu şərhin sxolastik forması ilə eybəcərləşdirmişdir. Nədənlik
qanununun bələdçi ipi bizə çox-çox daha yaxşısını verməsəydi; eyni sübutu dünyanın zamandakı
məhdudluğuna qarşı da gətirmək olardı. Daha sonra, dünyanın məkanda məhdudlaşdığı fərz
edilsə, çözülməz bir sual yaranır: məkanın dolu hissəsinin onun boş qalmış hissəsi qarşısındakı
üstünlüyü nədədir? Dünyanın sonluluğuna aid pro və contra arqumentlərin ətraflı və ibrətamiz
şərhini özünün “Del infinito, universo e mondi” kitabının beşinci dialoqunda Cordano Bruno
verir. Hərçənd ki, Kantın özü ciddi surətdə və obyektiv sübutlara söykənərək, iddia edir ki, dünya
məkanca sonsuzdur: bax, onun “Səmanın təbii tarixi və nəzəriyyəsi”nə. (11-ci h., fəs. 7). Eyni
şeyi Aristotel də etiraf edir, bax, Phys. III, fəsil 4, – bu fəsil və ondan sonrakılar bu antinomiyaya
münasibətdə xeyli ibrətamizdir.
Ikinci ziddiyyətdə tezis “hər cür mürəkkəb substansiya hissələrdən ibarətdir” fikrini
bildirirək, xeyli dərəcədə incə olmayan petitionem principii (özü sübut tələb edən müddəaya
əsaslanan dəlil, tərc.) edir. İxtiyari olaraq fərz edilmiş mürəkkəblikdən, əlbəttə, sonra bəsit
şeylərin mövcudluğunu isbat etmək ona çox asandır. Amma hədəf götürdüyü “hər cür materiya
nəsə mürəkkəb bir şeydir” müddəası sübut olunmamış qalır, çünki bu cəfəngiyatdır. Sadəyə,
bəsitə mürəkkəb yox, hissələri olan, hissələrə bölünən yer tutanlıq, uzanıqlıq qarşı durur.
Əslində burada dinməzcə o şey qəbul olunur ki, hissələr (tərkiblər) bütövədək mövcud olmuş və
sonra bir yerə toplanmışlar, bunun ardımında da “mürəkkəb” yaranmışdır. Amma bunu elə əksi
qədər iddia etmək olmaz. Bölünənlik – yalnız bütövün hissələrə bölünmə imkanını bildirir, –
onun hissələrdən oluşaraq yarandığını yox. Bölünənlik hissələrdən a parte post (özündən
sonraya aid), mürəkkəblik – a parte ante- dən(özündən əvvələ aid, lat. tərc.) xəbər verir. Zira,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |