Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   2   3   4   5   6   7   8   9   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

95 


seçim  edərsə,  qətiyyətsizlik  doğurar  və  asanlıqla  hər  şeyi 

korlaya bilər. 

Nəhayət,  həm  fəzilət,  həm  də  paklıq,  övliyalıq 

refleksiyadan yox, iradənin mənəvi dərinliyindən və onun idraka 

münasibətindən  irəli  gəlir.  Bunun  izahı  bu  kitabın  tamamilə 

başqa  yerinə  aiddir,  burada  isə  mən  yalnız  onu  qeyd  etməyi 

özümə  rəva  bilirəm  ki,  əxlaqi  ehkamlar  bütöv  xalqların 

zəkasında eyni ola bilər, lakin hər bir fərd öz bildiyi kimi hərəkət 

edir: və əksinə, əməllər, necə deyərlər, yəni – əgər onların etik 

məzmunu nəzərdə tutulursa, anlayışlara yox, hisslərə əsaslanır. 

Ehkamlar  asudə  ağlı  məşğul  edirlər;  əməl  onlardan  asılı 

olmayaraq  öz  yolu  ilə  gedir  və  əsas  etibarilə  abstrakt  yox, 

söylənilməmiş  əxlaq  qaydaları  üzrə  törədilir,  onun  ifadəçisi  isə 

bütün  tamlığı  ilə  insanın  özüdür.  Buna  görə  xalqların  dini 

ehkamları  nə  qədər  fərqli  olsa  da,  hamıda  xeyirxah  əməl  sözlə 

deyilə  bilməyən  məmnunluqla  müşayiət  olunur,  pis  əməl  isə  – 

intəhasız  nifrətlə.  Birincini  heç  bir  rişxənd  yerindən  oynada 

bilməz,  sonuncudan    heç  bir  keşiş

 

günahları  silməklə  xilas  edə 



bilməz.  Lakin  bu  o  demək  deyil  ki,  fəzilətli  həyat  sürmək  üçün  

ağlın  iştirakı  vacib  deyil,  lakin  o,  belə  həyatın  mənbəyi  deyil. 

Onun funksiyası tabelidir: o, bir dəfə qəbul edilmiş qərarları hifz 

edir,  ani  zəifliyə  müqavimət  göstərib  əməllərimizə  ardıcıl 

xarakter verməklə prinsiplərin keşiyində durur. Onun sənətdəki 

rolu da son nəticədə buna müncər edilir: burada o, əhəmiyyətli 

olan  şeydə  gücsüzdür,  lakin  fikrin  icrasına  kömək  edir,  çünki 

                                                                                                                             

*

 Heç kəs uzun müddət maska daşıya bilməz. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

96 


düha  hər  dəqiqə  üzə  çıxmır,  əsər  isə  tamamlanmalı,

 

bünövrə 



qazılıb çıxarılmalıdır.

 



 

 

§ 13 



İstər  ağlın  tətbiqinin  faydası,  istərsə  də  ziyanı  barədə 

bütün bu mülahizələr aydınlaşdırmalıdır ki, abstrakt idrak əyani 

təsəvvürün refleksi olsa da və ona əsaslansa da o, bununla belə, 

təsəvvürlə  o  dərəcədə  üst-üstə  düşmür  ki,  hər  yerdə  onu 

dəyişdirə  bilsin:  əksinə,  onlar  arasında  heç  vaxt  tam  uyğunluq 

olmayıbdır.  Hərçənd  gördüyümüz  kimi,  bəşəri  əməllərin  çoxu 

yalnız  ağlın  köməyi  və  düşünülmüş  plan  əsasında  həyata 

keçirilir,  lakin  onlardan  bəziləri  yaxşı  olardı  ki,belə  kömək  

olmadan  törədilsin.  Əyani  və  abstrakt  idrakın  –  sonuncu 

birinciyə mozaika rəssamlığa yaxınlaşdığı kimi yaxınlaşır – məhz 

həmin uyğunsuzluğu gözəl bir təzahürün əsasında durur ki, o da 

zəka  kimi  yalnız  insana  xasdır,  lakin  onun  bütün  şərhləri,  yeni-

yeni  cəhdlərə  baxmayaraq,  indiyədək  qeyri-qənaətbəxş  olaraq 

qalır:  mən  gülüşü  nəzərdə  tuturam.  Gülüşün  bu  mənşəyi 

üzündən  biz  burada  onun  izahı  olmadan,-  bu  izah  yolumuzun 

üstündə yeni ləngimə olsa belə,- keçinə bilmərik,. 

Gülüş  həmişə  müəyyən  anlayış  və  real  obyekt  arasında 

uyğunsuzluğun qəfil dərkindən yaranır. Bu obyektlərin özləri isə 

hansısa  baxımdan  həmin  anlayışda  düşünülür  və  gülüş  yalnız 

                                                           

*Bura II cildin 7-ci fəsli aiddir. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

97 


həmin  uyğunsuzluğun  ifadəsidir.  Sonuncu  çox  vaxt  ondan  irəli 

gəlir ki, iki və ya bir neçə real obyekt bir anlayışda  düşünülür və 

onun  eyniyyəti  onların  üzərinə  keçir:  bu  zaman  onların  bütün 

qalan  şeylərdə  tam  uyğunsuzluğu  aşkar  edir  ki,  həmin  anlayış 

onlara yalnız hansısa bir tərəfdən uyğun gəlirdi. Çox vaxt elə bu 

cür qəfildən nadir real obyektin belə bir anlayışla uyğunsuzluğu 

hiss  edilir  ki,  o  yalnız  bir  cəhətdən  düzgün  olaraq  həmin 

anlayışın  altına  gətirilib  çıxarılmışdır.  Bu  səbəbdən  belə 

gerçəklik  hansısa  bir  münasibətdə  məlum  anlayışa  nə  qədər 

səhih uyğunlaşdırılırsa və digər baxımdan onların uyğunsuzluğu 

nə  qədər  çox  və  aşkardırsa,  bu  əkslikdən  irəli  gələn  gülünclük 

effekti  də  bir  o  qədər  güclüdür.  Beləliklə,  hər  cür  gülüş 

paradoksal və buna görə də gözlənilməz uyğunlaşdırma ilə bağlı 

yaranır,  onun  sözlərdə  və  ya  əməllə  ifadə  olunub-

olunmamasının fərqi yoxdur. Gülməlinin müxtəsər düzgün izahı 

belədir. 

Mən  burada  lətifələr  üzərində  dayanmayacağam, 

hərçənd  onlar  misal  kimi  mənim  izahımı  dəstəkləyə  bilərdilər, 

çünki o  o qədər sadə və aydındır ki, lətifələrə qətiyyən ehtiyac 

qalmır, oxucunun yadına düşən istənilən gülməli əhvalat bunun 

təsdiqi  ola  bilər.  Lakin  bizim  nəzəriyyəmiz  dayağı  və  onunla 

birlikdə izahını gülməlinin bölündüyü iki növün mövcudluğunda 

tapır, bu növlər isə yalnız bizim şərhimizdə aydınlaşır. Ya şüurda 

iki  (və  ya  bir  neçə)  çox  müxtəlif  real  obyekt,  əyani  təsəvvür 

yaranır  və  onları  bilərəkdən  hər  iki  predmeti  əhatə  edən 

anlayışın vəhdətində eyniləşdirirlər: bu növ gülməli incə zarafat 

adlanır. Ya da əksinə, anlayış başlanğıcda şüurda olur və ondan 

reallığa    və  ona olan təsirə  keçir;  nə  qədər  ki,  heyrətlənmiş  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

98 


mat qalmış xadimin qarşısında hər cəhətdən müxtəlif olan, lakin 

bu  anlayışda  eyni  cür  düşünülən  obyektlərin  qalan 

münasibətlərdə  tam  fərqli  olması  aşkar  edilməyib,  eyni  tərzdə 

nəzərdən  keçirilir  və  şərh  olunur:  bu  növ  gülməli  səfehlik 

adlanır.  Beləliklə,  gülməli  olan  hər  şey  ya  ağıllı  uydurmadır,  ya 

da  axmaq  hərəkət;  baxır  obyektlərin  uyğunsuzluğundan 

anlayışın  eyniyyətinə  və  əksinə  keçid  baş  verib,  ya  yox:  birinci 

həmişə  bilərəkdən  edilir,  sonuncu  isə  qeyri-ixtiyari  və  kənar 

məcburiyyət üzündən baş verir. Gözdən pərdə asmaq üçün çıxış 

nöqtəsini  dəyişmək  və  incə  mətləbləri  axmaqlıq  kimi  qələmə 

vermək  saray  təlxəyinin  və  Qansvurstun

28

 məharətidir: 



obyektlərin  fərqini  çox  gözəl  dərk  edən  bu  şəxs  onları  gizli 

hazırcavablıqla  bir  anlayışda  birləşdirir  və  ondan  çıxış  edərək 

obyektlərin sonradan aşkar edilmiş fərqlərindən elə özünün özü 

üçün  hazırladığı  heyrəti  keçirir.  Gülməlinin  bu  qısa,  lakin 

qənaətbəxş ifadə olunmuş nəzəriyyəsindən irəli gələn budur ki, 

hazırcavablıq  (təlxəklə  bağlı  hadisəni  kənara  qoyaraq)  həmişə 

sözdə, axmaqlıq isə əsasən əməllərdə ifadəsini tapmalıdır: qeyd 

edək  ki,  axmaqlıq  öz  niyyətini  bəyan  edərkən  -  əsil  həqiqətdə 

onu həyata keçirməsə də, - sözdə də özünü büruzə verir, ya da 

özünü təkcə elə mühakimə və fikirlərdə aşkara çıxarır. 

Səfehliyə  həmçinin  pedantizm  aiddir.  Onun  baş  vermə 

səbəbi budur ki, insan öz dərrakəsinə çox da etibar etməyərək 

hər  bir  ayrıca  halda  ona  vacib  olanın  bilavasitə  dərkini  onun 

öhdəsinə  buraxmaq  istəmir,  onu  bütünlüklə  ağlın  himayəsinə 

verir  və  sonuncunu  rəhbər  tutmaq  istəyir,  yəni  həmişə  ümumi 

anlayış,  qayda,  prinsiplərdən  çıxış  etmək,  həyatda,  sənətdə  və 

hətta  etik  davranışda  onlara  ciddi  şəkildə  riayət  etmək  istəyir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

99 


Pedantizmə xas formaya, ədaya, ifadə və sözə bağlılıq buradan 

irəli gəlir və deyilənlər əslində onun üçün işin mahiyyətini əvəz 

edir.  Burada  tezliklə  anlayışın  gerçəkliklə  uyğunsuzluğu, 

anlaşılmış  olanın  heç  vaxt  təfsilat  səviyyəsinə  enməməsi  aşkar 

olur  və  bəlli  olur  ki,  onun  ümumiliyi  və  dəqiq  müəyyənliyi  heç 

vaxt  incə  nüanslara  və  gerçəkliyin  müxtəlif  modifikasiyalarına 

tam  uyğun  gələ  bilməz.  Pedant  buna  görə  özünün  ümumi 

prinsipləri  ilə  həyatda  demək  olar  həmişə  olduqca  məhdud 

görünür;  o  ağıllı  deyil,  zövqü  yoxdur,  faydasızdır,  anlayışın 

səmərəsiz  olduğu  incəsənətdə  isə  o,  cansız,  süni,  ədalı  nəsə 

doğurur.  Hətta  əxlaqda  belə  ədalətli  və  ya  alicənab  hərəkət 

etmək  qətiyyəti  hər  yerdə  abstrakt  prinsiplərə  uyğun  həyata 

keçə bilməz; bir çox hallarda vəziyyətin intəhasız incə nüansları 

xarakterdən  bilavasitə  irəli  gələn  vaciblik  seçimi  zərurəti 

doğurur,  halbuki  yalnız  yarı  yararlı  sırf  mücərrəd  prinsiplərin 

tətbiqi  qismən  yanlış  nəticə  verir,  qismən  isə,  ümumiyyətlə, 

mümkün  deyil,  çünki  onlar  hərəkət  edən  şəxsin  fərdi 

xarakterinə  yaddır,  xarakterdən  isə  əl  çəkmək  qətiyyən 

mümkün  deyil.  Qeyri-ardıcıllığa  səbəb  də  budur.  Biz  Kantı 

bütünlüklə  əxlaqi  pedantizmi  şirnikləndirməsilə  bağlı  tənədən 

azad edə bilmərik, belə ki, əməlin mənəvi dəyərinin şərti kimi o, 

onun mənşəyini hər hansı meyl və ya ani coşqudan savayı, sırf 

şüurlu  abstrakt  prinsiplərdə  görür.  Şillerin  «Vicdan  əzabı»

29

 



epiqramının  məğzinin  mənası  da  bu  məzəmmətdən  ibarətdir. 

Söhbət, xüsusilə siyasətdə, doktrinyorlardan, nəzəriyyəçilərdən, 

alimlərdən  və  s.  gedəndə,  pedantlar,  yəni  şeyləri  in  concreto 

yox,  in  abstracto  qəbul  edən  adamlar  nəzərdə  tutulur. 

Abstraksiya  xüsusi  təriflərin  fikrən  aradan  qaldırılmasından 

ibarətdir, halbuki təcrübədə məhz onlar mühüm rol oynayır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

100 


Nəzəriyyə tam dolğun olsun deyə, hazırcavablığın 

qeyri-qanuni növünü - söz oyunu, kalamburu, cinası– 

xatırlatmaq yerinə düşərdi; buraya ikimənalılıq, pequivoque 

da aiddir ki, onun da başlıca sferası– ədəbsizlikdir. 

Hazırcavablıq iki müxtəlif real obyekti zorakılıqla bir anlayış 

altına gətirildiyi kimi, söz oyunu da fürsətdən istifadə edib iki 

müxtəlif anlayışı bir sözlə ifadə edir: elə həmin təzad yaranır, 

lakin daha sönük və səthi, çünki şeyin mahiyyətindən yox, 

adın təsadüflilyindən irəli gəlir. Hazırcavablıq zamanı 

eyniyyət– anlayışda, fərq– gerçəklikdə; söz oyunu zamanı 

fərq– anlayışda, eyniyyət–  sözün səslənməsi ilə təqdim 

edilən gerçəklikdədir. Əgər biz desəydik ki, söz oyunu 

hazırcavablığa çevrilmiş yuxarı konusun parabolasının aşağı 

parabolaya bəslədiyi münasibət kimi münasibət bəsləyir, 

müqayisə, çox güman ki, həddən ziyadə qəribə olardı. Şifahi 

anlaşılmazlıq, yaxud quid pro quo – bu, qeyri-ixtiyari 



calembourgdur və o, sonuncuya axmaqlığın hazırcavablığa 

bəslədiyi münasibətdə olur; bu səbəbdən qulağı ağır eşidən, 

axmaq kimi çox vaxt gülüş üçün bəhanə verir və pis 

komediyaların müəllifləri axmağın əvəzinə gülüş oyatmaq 

üçün ondan istifadə edirlər. 

Mən  burada  gülüşü  yalnız  psixoloji  baxımdan  nəzərdən 

keçirtdim:  fiziki  nöqteyi-nəzərə  gəldikdə  isə  “Parerqa”da 

deyilənlərə müraciət etməyi məsləhət bilirəm (II cild, 6-cı fəsil, § 

96, səh. 134,-I nəşr).

*

 



 

§ 14 


Ümidvaram ki, bir tərəfdən zəkanın idrakı, bilik, anlayış, 

digər  tərəfdən  dərrakə  vasitəsilə  sırf  hissi  riyazi  seyrdə  və 

                                                           

*

 II cildin 8-ci fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

101 


dərketmədəki bilavasitə idrak arasındakı fərqi və münasibətləri 

tam  izah  etmiş  bu  müxtəlif  mülahizələrdən;  daha  sonra,  bizim 

idrak  qüvvələrimizin  gözəl  münasibətlərinin  araşdırılmasının 

labüd şəkildə gətirib çıxardığı hisslər və gülüş haqqında epizodik 

qeydlərdən  mən  indi  şüurun  insana  bəxş  etdiyi  üçüncü 

üstünlüyün–  elmin  (dil  və  düşünülmüş  fəaliyyətlə  yanaşı) 

sonrakı  təhlilinin  üzərinə  qayıdıram.  Qarşımızda  duran  elmə 

ümumi baxış qismən onun formasına, qismən  mühakimələrinin 

əsaslandırılmasına və nəhayət məzmununa aid olacaqdır. 

Biz gördük ki, sırf məntiqin əsası istisna olmaqla, hər növ 

biliyin  mənbəyi  ağlın  özündə  deyil:  başqa  yolla  əldə  edilmiş, 

xarakterinə  görə  aşkar  olan  bilik  ağıldan  kənara  çıxmır  və 

bununla  da,  idrakın  bambaşqa  növünə  -  abstrakt  idraka  keçir. 

Hər cür bilik, yəni idrak in abstracto dərketməyədək yüksələrək, 

hissənin  tama  aid  olması  kimi,  öz  mənasında  elmə  aiddir.  Hər 

bir insan rast gəldiyi ayrı-ayrı hadisələri müşahidə etməkdən və 

təcrübədən müxtəlif şeylər barədə bilik əldə edir: lakin elmə o 

şəxs can atır ki, qarşısına əşyaların hansısa müəyyən sahəsini in 



abstracto  tam  dərk  etməyi  məqsəd  qoymuşdur.  Bu  sahəni 

yalnız  anlayışın  köməyi  ilə  fərqləndirmək  olar:  bu  səbəbdəndir 

ki,  hər  bir  elmin  başında  anlayış  durur  və  burada  məcmu 

şeylərin  o  hissəsi  düşünülür  ki,  elm  onun  barəsində  in 



abstracto-  tam  dərk  verməyi  vəd  edir.  Məsələn,  məkan 

münasibətlərinin anlayışı, cansız cisimlərin bir-birinə təsiri, bitki 

və  ya  heyvanların  xüsusiyyətləri,  yer  səthinin  ardıcıl 

dəyişiklikləri,  bütövlükdə  bəşəriyyətin    dəyişiklikləri,  dilin 

quruluşu  və  s.  bu  qəbildəndir.  Əgər  elm  onun  anlayışında 

düşünülən hər bir ayrıca əşyanı öyrənmək vasitəsilə öz obyekti 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

102 


haqqında  bilik  əldə  etmək  və  bu  işi  tədricən  başa  çatdırmaq 

istəsəydi,  bunun  üçün,  bir  tərəfdən,  heç  bir  insan  yaddaşı 

kifayət  etməzdi,  digər  tərəfdənsə,  öyrənilənlərə  xatircəmliklə 

tam  yəqinlik  hasil  etmək  olmazdı.  Buna  görə  o,  biri  digərini 

ehtiva  edən  anlayışlar  sferasının  yuxarıda  izahı  verilmiş 

xüsusiyyətindən istifadə edir və öz obyektinin anlayışı daxilində 

olan  geniş  sferalara  meyl  göstərir.  Bu  sferaların  qarşılıqlı 

münasibətlərini  müəyyən  etdikdən  sonra  o,  ümumiyyətlə, 

onlarda  düşünülənin  hamısını  müəyyənləşdirir  və  hər  dəfə 

anlayışın  daha  məhdud  sferalarını  fərqləndirməklə,  bu 

düşünülənləri öz tərifləri ilə getdikcə daha dəqiq əhatə edir. Elm 

üçün  də  öz  predmetini  bütünlüklə  əhatə  etmək  məhz  bunun 

nəticəsində  mümkün  olur.  Elmin  idraka  gəlib  çıxdığı  bu  yol 

ümumidən xüsusiyə gedən yoldur, onu adi bilikdən fərqləndirir: 

odur ki, sistematik forma elmin mühüm və səciyyəvi əlamətidir. 

Hər bir elmin ən ümumi anlayış sferalarının birləşdirilməsi, yəni 

onun ali prinsiplərini dərketmə onun tədqiqi üçün labüd şərtdir: 

belə  prinsiplərdən  xüsusi  müddəalara  gəlib  çıxmaq  bizim 

iradəmizdən  asılıdır  və  alimliyin  əsaslılığını  yox,  həcmini  artırır. 

Müxtəlif  elmlərdə  ali  prinsiplərin  sayı  –  yerdə  qalanlar  onlara 

tabedir–  çox  müxtəlifdir,  odur  ki,  onların  bəzilərində 

subordinasiya, digərlərində əlaqələndirmə çoxdur. Bu baxımdan 

birincilər  daha  çox  mühakimə  qabiliyyəti,  sonuncular  möhkəm 

hafizə  tələb  edir.  Hələ  sxolastlara  məlum  idi  ki,  nəticə  iki 

mühakimə  tələb  etdiyi  üçün  heç  bir  elm  yeganə,  sonradan 

başqasından çıxarılmayan əsas prinsipdən çıxış edə bilməz: hər 

bir  elm  bir  neçə  belə  prinsipə,  heç  olmazsa  ikisinə  malik 

olmalıdır.  Başlıca  olaraq  təsnif  edən  elmlər–  zoologiya, 

botanika,  habelə  kimya  və  fizika-  onlar  bütün  qeyri-üzvi 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

103 


fəaliyyəti  çox  az  miqdarda  əsas  qüvvələrə  müncər  etdiyi  üçün 

daha  çox  subordinasiyaya  malikdirlər,  əksinə,  tarix,  özlüyündə 

ona  qətiyyən  malik  deyil,  çünki  burada  ümumi  yalnız  başlıca 

dövrlərin  icmalında  qərar  tutur,  bu  dövrlərdən  isə  ayrı-ayrı 

hadisələri çıxarmaq mümkün deyil: sonuncular birincilərə yalnız 

xronoloji  baxımdan  tabedir,  öz  anlayışı  üzrə  isə  onlarla 

əlaqələndirilir.  Buna  görə  tarix,  düzünü  desək,  elm  yox,  bilikdir 

(seçdirmə  redaktorundur).  Doğrudur,  Evklidin  qurduğu  kimi, 

riyaziyyatda 

yalnız 

aksiomlar 



yarımçıq 

deyilmiş 

əsas 

müddəalardır,  bütün  isbatlar  isə    dəqiq  ardıcıllıqla  onlara  tabe 



olur. Lakin belə düzülüş riyaziyyatın mahiyyəti ilə bağlı deyil və 

əsil  həqiqətdə  hər  bir  teorem  özü  ilə  yeni  məkan 

konstruksiyasına başlayır ki,  o, da özü-özlüyündə əvvəlkilərdən 

asılı  deyil  və  doğrusunu  desək,  onlardan  tamamilə  ayrı,  öz-

özündən,  məkanın  xalis  seyrində  dərk  oluna  bilər,  burada 

(məkanda  )  isə  ən  dolaşıq  konstruksiya  belə  aksiom  kimi 

bilavasitə aydındır; bu barədə təfsilatı ilə aşağıda bəhs ediləcək. 

Bununla  belə,  hər  bir  riyazi  müddəa  çoxsaylı  ayrı-ayrı  hallara 

tətbiq olunan ümumi həqiqət olaraq qalır və ona da, həmçinin 

adi  vəziyyətlərdən  mürəkkəblərinə  tədrici  keçid  xasdır  və  bu 

əsas  etibarilə  birincilərdən  irəli  gəlir;  beləliklə  riyaziyyat  hər 

cəhətdən elmdir. 

Özlüyündə  elmin,  yəni  forma  üzrə  kamilliyi  ondan 

ibarətdir  ki,  onun  müddəalarında  imkan  daxilində  daha  çox 

subordinasiya və bacardıqca az əlaqələndirmə olsun. Buna görə 

ümumelmi  istedad-anlayışların  sferalarını  onların  müxtəlif 

tərifləri  üzrə  qarşılıqlı  tabe  etmək  qabiliyyətidir.  Məqsəd, 

Platonun  dəfələrlə  tələb  etdiyi  kimi,  elmin  təkcə  ucu-bucağı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

104 


görünməyən  müxtəlifliyinin  bilavasitə  müqayisə  edilə  biləcəyi 

ümumini  ifadə  etməsi  deyildi,  biliyin  daha  konkret  təriflərə 

əsaslanan vasitəçi anlayış və ayırmaların köməyi ilə son dərəcə 

ümumidən  xüsusiyə  tədricən  enməsi  idi.  Kantın  dili  ilə  desək, 

bu,  yekcinslik  və  ayrıcalaşma  qanunlarını  eyni  dərəcədə  təmin 

etmək  deməkdir.  Lakin  məhz  əsl  kamilliyin  bundan  ibarət 

olmasından  aşağıdakılar  aşkara  çıxır:  elmin  məqsədi–    daha 

böyük  dürüstlük  yox  (çünki  sonuncuya  ən  natamam  ayrıca  bir 

məlumatda  malik  ola  bilər),  biliyin  onun  forması  vasitəsi  ilə 

asanlaşdırılması və bununla verilən dolğun bilik imkanıdır. Odur 

ki,  idrakın  elmiliyinin  daha  çox  dürüstlükdən  ibarət  olması 

barədə  yayılmış  yanlış  fikir  və  elə  bu  cür  yanlışlıqla  yalnız 

riyaziyyat  və  məntiqin  əsl  mənada  elm  olması  (belə  ki,  yalnız 

onlar  özlərinin  xalis  apriorluğu  üzündən  təkzib  olunmaz  idrak 

səhihliyinə  malikdir)  barədə  bundan  irəli  gələn  iddialar 

əsassızdır.  İdrakın  təkzib  olunmaz  səhihliyi  kimi  sonuncu 

üstünlüyü qəbul etməmək olmaz, lakin bu onlara xüsusi elmlilik 

hüququ  vermir.  Elmlilik  idrakın  səhihliyindən  yox,  onun 

ümumidən  xüsusiyə  tədricən  enişə  əsaslanan  sistematik 

formasından ibarətdir.  

Bu,  ümumidən  xüsusiyə  doğru  elmlərə  xas  dərketmə 

yolu  ona  səbəb  olur  ki,  onlarda  bir  çox  şey  əvvəlki 

müddəalardan  deduksiya  ilə,  yəni  sübutlarla  əsaslandırılır.  Bu  

isə  köhnə  yanlışlığa    belə  bir  bəhanə  vermişdir  ki,  guya  yalnız 

sübuta yetmiş tam doğruların və guya hər bir həqiqətin sübuta 

ehtiyacı  var,  halbuki  əksinə,  hər  bir  sübut  onun  özünün  və  ya 

yenə  də  öz  sübutlarının  son  dayağı  ola  biləcək  isbatedilməz 

həqiqətə  ehtiyac  duyur,  elə  buna  görə  də  bilavasitə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

105 


əsaslandırılmış  həqiqət  sübuta  əsaslanan  həqiqətdən,  bulaq 

suyu  akvedukdan  götürülmüş  sudan  üstün  olduğu  qədər, 

üstündür. 

Seyr  –riyaziyyatı  əsaslandırdığı  kimi,  istər  sırf  a  priori 

olsun,  istərsə də empirik a posteriori olsun,  bütün digər elmləri 

əsaslandırdığı kimi – hər bir həqiqətin mənbəyi və hər bir elmin 

əsası  budur  (  yalnız  zəka  tərəfindən  öz  qanunlarını  əyani  yox, 

hər  halda  bilavasitə  dərkinə  əsaslanan  məntiq  istisna  təşkil 

edir).  Günəş  kainat  üçün  nədirsə,  sübuta  yetməmiş  hökmlər, 

onların  sübutları  yox,  bilavasitə  seyrdən  götürülmüş  və  hər 

hansı  sübut  əvəzinə  ona  əsaslanan  hökmlər  elm  üçün  odur, 

çünki  hər  bir  işıq  ondan  törəyir,  ondan  nur  alan  başqaları  da 

şölə  saçır.  Bu  cür  ilkin  fikirlərin  həqiqiliyini  bilavasitə  seyrdən 

çıxarmaq,  elmin  bu  cür  dayaqlarını  real  şeylərin  gözyetməz 

kütləsindən  irəli  sürmək-  mühakimə  qabiliyyətinin  işidir  və  bu 

qabiliyyət aşkar dərk olunanı mücərrəd şüura dəqiq və düzgün 

keçirmək bacarığından ibarətdir və buna görə dərrakə və zəka

30

 



arasında  vasitəçidir.  Fərddə  bu  qabiliyyətin  yalnız  müstəsna  və 

adi  ölçüdən  artıq  olan  qüvvəsi  həqiqətən  elmi  irəliyə  apara 

bilər, hökmdən hökm çıxarmağı, isbat etməyi, nəticə çıxarmağı 

isə  sağlam  ağla  malik  olan hər  kəs bacarır,  əksinə,  seyrdə dərk 

olunmuşları lazımi anlayışlara müncər etmək və refleksiya üçün 

elə  təsbit  etmək  lazımdır  ki,  bir  tərəfdən,  real  obyektlər  üçün 

ümumi  olan-şahid  bir  anlayışda  düşünülsün  və  digər  tərəfdən, 

onlarda  müxtəlif  olan  anlayışların  müvafiq  miqdarında 

düşünülsün;  bu  yolla  qismən  üst-üstə  düşməyə  baxmayaraq, 

fərqli  olan  hər  halda  fərqli  kimi  dərk  olunsun  və  düşünülsün, 

qismən fərqə baxmayaraq, eyni olanlar hər bir konkret hal üçün 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin