Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

453

Məhəmməd Hadini düşündürən Şərq və Qərb

arasındakı təzadlara diqqəti yönəldir.

Fikrət


Sadıq

Məhəmməd


Hadi

yaradıcılığındakı sənətkarlıq məsələlərinə diqqəti

daha çox yönəldir. Onun yaradıcılığındakı millilik, 

milli mənafeyi qoruma duyğuları ilə yanaşı, 

yaradıcılığındakı sənətkarlıq imkanlarını da bir

ədəbiyyatşünas

kimi

təhlilini



verir.  Onun

şerlərindəki daxili qafiyələri klassik şerimizdə də

olduğunu açıqlamaqla,  Füzuli,  Nəsimi,  Nəbati

şerindəki daxili qafiyənin zənginliyini bildirməklə

onu da qeyd edir ki,  Məhəmməd Hadinin

şerlərindəki daxili qafiyələr,  ilham selinin yazı

prosesində gətirdiyi qafiyələr kimi qiymətləndirilir. 

Onun yaradıcılığındakı daxili qafiyələrin bir növü

olan qafiyələrin rədif ilə qafiyələnməsini şerə

gətirdiyi həzinlik, səmimilik, musiqilik araşdırılır.

Fikrət Sadıq Məhəmməd Hadi yaradıcılığı, 

onun sənətkarlıq məziyyətləri haqqında böyük

ustalıqla,  ədəbiyyatşünaslığın bütün sahələrinə

dərindən


bələd

olan


bir

ədəbiyyatşünas, 

ədəbiyyat nəzəriyyəçisi, tənqidçisi kimi danışır ki, 

bu da Fikrət Sadıq zəkasının,  istedadının

böyüklüyündən

xəbər


verir.  O,  şerlərində

Məhəmməd Hadinin bir millətin vətəndaşı, 

qeyrətli şəxsiyyət,  xalqının dərdini,  qayğısını öz

yaradıcılığında əks etdirən,  dünya-insan- milli

varlığımız

nöqteyi-nəzərindən,  Şərq-

Qərb

taleyini,  Şərq müsəlmanlarının həyatını əks



454

etdirən bir şair kimi ona olan hörmətini, sevgisini

şəxsiyyətinə

olan


ehtiramını

ifadə


edirsə, 

"ümmandan damla"  əsərində onun yaradıcı

sənətkarlıq

imkanlarını

araşdırır."Həyat

həqiqətlərini,  hadisələr və predmetlər arasındakı

oxşarlığı düzgün təyin etməkdən ötəri zəngin

xəyal,  dərin müşahidə əsas şərtdir.  Bu iki

keyfiyyətdən məhrum olan şair məcaz yarada

bilməz. Klassik Şərq və mütərəqqi türk poeziyası

zəminində yaranan Hadi şeri başdan-başa

oricinal məcazlar:  bənzətmə,  bədii təyin,  istiarə

mübaliğələr



ilə

doludur.  Hadi

həyat

həqiqətlərini həm həqiqi, həm də məcazi mənada



əks etdirməkdə əvəzsiz sənətkar idi:

…dodaqsız

dişlər

üstündə


dururdu bir bəyaz xəndə.

Nə müstəhzi gülüşlərdi həyata

qarşı mədfəndə.

Şair təsadüfən qəbirstanda gördüyü bir

kəllənin

dişlərinin

ağarmasını

gülüşə


bənzədərkən,  "Ölülər

həyata


gülür"  -deyə

qüvvətli bir təzad yaratmışdır".

Fikrət Sadıq adi həyat həqiqətlərini poetik

yüksəkliklərə qaldıran,  onu şair təfəkkürünün

süzgəcindən keçirərək onlara yeni məna verən, 

obrazlı ifadələr yaradan Məhəmməd Hadinin incə

dərin həyat müşahidələrinə malik olduğunu

yüksək qiymətləndirir və fikrini bu cümlələrlə

bitirir:"Hadidə rast gəldiyimiz məcazları ümmana


455

bənzətsək, bu misralar damladır. Fəqət dəryadan

götürülən bir damla su,  həmin dəryadakı suyun

acılığını və ya şirinliyini göstərə bilər.  Hadi hər

vərəqi min kitab olan bir kitabdır".

Məhəmməd


Hadi

yaradıcılığının

zəngin

təhlilini



aparan

şairin


"Ümmandan

damla" 


məqaləsi ədəbi-tənqidi fikir tarixində bu mövzuda

yazılmış ən samballı yazıdır. Həm Şərq, həm də

Qərb ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına

dərindən bələd olan Fikrət Sadıq Azərbaycan

sənətkarlarının, 

şairlərinin

fitri

istedadının



məhsulu

olan


əsərlərini, 

yaradıcılığını

araşdırarkən onların möhtəşəmliyini,  əsərlərinin

ideya-bədii dəyərini,  bəşəriliyini üzə çıxarmaqla

ədəbiyyatşünaslığımızı da zənginləşdirmiş olur. 

Sabir


yaradıcılığı,  onun

sənətkar


kimi

ədəbiyyatda mövqeyini aydınlaşdıran "Əbədi

ziyarətgah"  məqaləsi də zəngin ədəbi-tənqidi

fikirlərinə görə dəyərlidir. "Sənədsiz filansız "Xalq

şairi"  Sabir

Fikrət


Sadıq

üçün


"azadlıq

təşnəsi"dir.  Onun

"Səttarxana"  şeri

şairin


gözündə Azadlığın Sabiranə tərənnümüdür. 

Mahnı üçün söz axtaran bəstəkarlarımıza Sabirin

"Bənzətmə"  şerini nümunə göstərir və bildirir ki, 

"Sabirin "Bənzətmə"  şerindən yaxşı mahnı

tanımır:

Sevdayi məvadətdən,

Xali görünür başlar.

Biganə bilir yeksər,



456

Qardaşları qardaşlar.

Gözlər dəxi qan saçsın,

Bitsin saçılan yaşlar.

Ağlar bizə torpaqlar,

Düzlər, dərələr, daşlar.

Zinhar edəlim xidmət,

İnsanlığa, yoldaşlar!

Qeyrət a vətəndaşlar!

Hümmət a vətəndaşlar!

Şairin

sənətinə,  qüdrətinə



hörmət

məhəbbətin ifadəsi olaraq Sabir poeziya günləri



komitəsinin yaranması,  Rəsul Rzanın komitənin

sədri seçilməsi, onun bu sahədə gördüyü işlər və

1962-ci ildən bəri onun hər il məzarının ziyarət

edilməsi, 

o

vaxtdan


bəri

həyatımızda, 

cəmiyyətimizdə Azərbaycan xalqının həyatında, 

taleyində

baş

verən


dönüşlər,  yeniliklər, 

azadlığını əldə etmək yolunda verdiyi qurbanlar, 

Millətindən nigaran uyuyan,  gözü yolda qalan, 

böyük şairə qələbə xəbəri"  yetirmək arzusu və

istəkləri azadlıqsevər şairə bəslənən sonsuz

məhəbbətin təzahürü kimi qiymətləndirilməlidir. 

Fikrət Sadıq onun 100  illiyi münasibətilə yazdığı

poemasında

öz

lirik


duyğularını, 

Sabir


şəxsiyyətinə,  sənətinə olan hisslərini poetik bir

dillə ifadə etmişdir.

Mikayıl

Müşfiq


yaradıcılığına,  sənətinə, 

şəxsiyyətinə Fikrət Sadıq münasibətini poetik

cümlələrlə bildirir:


457

Müşfiq-şəfəq sözündəndir.

Müşfiqin şəfəqində yol getmək

olar.


Müşfiqin şəfəqində yol gedən

adam yorulmaz!

Bu şəfəq Ay işığı, Günəş nuru-

şer odudur.

Müşfiq şairin nəzərində sözü mum kimi

yoğurub çiçəkdən Günəş,  kədərdən sevinc

yaradandır.  Fikrət Sadıq yazır ki,  "o əruzu

hecaya


elə

yaxınlaşdırmışdı

ki,  hələ

ədəbiyyatşünaslar bu şerləri bir-birindən ayıra



bilmirlər:

Baxışın qəlbimi incitmişdir.

Bu baxışdan,  bu duruşdan əl

çək.


Bir də baxsan mənə iş bitmişdir,

Bir


baxsan


mən

fikrim


dönəcək"

Atasının Müşfiq taleyinə bənzəyən taleyini, 

stalinizmin

qurbanı


olan

insanların

başına

gətirilən fəlakətləri,  qadağan illərində heç bir



qorxu-hürkü

bilməyən


Müşfiq

yaradıcılığını

öyrənən,  öz şerləri ilə Fikrət Sadığın "gözlərini " 

açan, Müşfiq şəfəqindən bir zərrə payına düşən, 

bər-bəzəkli,  təm-təraqlı şerlərə könül verməyən, 

yalana, yalançıya tərif dolu misralar düzmyən bir

şair oldu Fikrət Sadıq.  Müşfiq onun gözlərində

ədəbiyyatdan dərsini alan,  Azərbaycan dili kimi



458

rəvan,  fikirləri aydın,  təşbeh,  mübaliğə,  istiarə

seli,  qafiyə təzəliyi,  forma gözəlliyi yaradan bir

sənətkardır. O bir çox sənətkarların, Azərbaycan

ədəbiyyatının

korifeylərini

Mikayıl

Müşfiq


yaradıcılığına,  şəxsiyyətinə,  sənətinə doğma

münasibətini,  onun həyatı,  yaradıcılığ haqqında

yazılan əsərləri,  bu cəhətdən Rəsul Rzanın, 

Gülhüseyn

Hüseynoğlünün

əməyini


yüksək

qiymətləndirir:"Həqiqət uğrunda fəda olan"lardan

olduğunu bildirir və "Müşfiqin şəfəqində yol

gedənləri işığa doğru yol gedənlər" adlandırır.

Fikrət

Sadığın


"Şuşada

Vaqif


poeziya

günləri",  "Rəsul Rza",  "Ç inar ömürlü şair"  adlı

məqalələrinin hər biri lirik bir əsrəi xatırladır. İstər

xatirə,  istər

oçerk

şəklində


olsun,  necə

adlandırırsınızsa adlandırın mən bu yazılarda

poetika, lirizm görürəm. 

Şair duyğuları,  hissləri onun gördüyü yaxşı

insanlara,  xeyirxah adamlara,  sənətə,  sənətkara

qayğı ilə yanaşanlara,  gənc qələm sahiblərinin

əlindən tutaraq,  enişli-yoxuşlu sənət yollarında

büdrəməmələri üçün açdıqları çığırlar insan

yaddaşında qalıb. 

Dədə Şəmşirin 85  illik yubileyində iştirak

etmək üçün Bakıdan Kəlbəcərə gedən şairin

ustadla görüşü,  Kəlbəcərin füsunkar təbiətinin

şairdə doğurduğu təəssürat və onların Fikrət

Sadıq qələmində poetik təsviri poetik sənətimizin

incəliklərini

özündə


yaşadan

zəngin


ifadə

459

vasitələrinə,  bədii təsvir vasitələrinə malik gözəl

ədəbi-bədii nümunələrdəndir. "Kəlbəcər sözündə

"daş" var. Allah, Allah! Daş neçə rəngdə olar? Bu

bölgənin dağlarına çiçəklər, otlar və hətta quşlar

da həsəd aparırlar.  Daş üstə daş!  Qaya üstə

qaya! Başdan-başa qayalaşan dağlar!"

Fikrət Sadığın "Balaş Azəroğlu".  "Vətənə

qayıt",  "Həzin bir axşamda yada düşmək" 

yazılarının dili,  rəvanlığı,  ahəngi, poetikası könül

oxşayır.  Balaş Azəroğlu Fikrət Sadıq üçün

"millətin dərdinə,  sevincinə şərik olan,  onun

uğrunda azadlıq yollarında can qoyan"  şairdir. 

Anadan şair doğulan,  mərd,  mübariz Balaş

Azəroğlu "Elə oğul istəyir ki,  Vətən"  yazdı ki,  bu

saat da Vətən həmin  elə o arzulara möhtacdır." 

Ömür-gün yoldaşı,  mərhum,  zərif qəlbli,  həsrət

dolu şairə Mədinə Gülgün B. Azəroğlunun səadət

çeşməsidir.  "Onu hər gün öz yanında görür. 

Onunla nəfəs alır,  onu düşünür,  özü ilə onu da

yaşadır.  Əgər Leyli- Məcnun olubsa,  Fərhadla

Şirin olubsa,  onda Balaş -Mədinə məhəbbəti də

əbədidir, həqiqətdir. Bu iki şair bizim üçün səadət

rəmzidirlər.  Bir şerin yox,  bir beytin iki ayrılmaz

qafiyələridir.  Bir şerin şah bəndləridir.  Biz

onlardan Vətəni sevməyi-bütöv vətəni sevməyi, 

biz onlardan məhəbbəti-əsil məhəbbəti, nəhayət, 

biz onlardan mübarizlik,  mərdlik öyrənmişik. 

Bizdən sonra gələn nəsillərə də Balaş Azəroğlu

görk olacaq. And yeri olacaq.



460

Nə qədər ki, Vətən para-paradır, nə qədər ki

mübarizə var,  nə qədər ki,  şer var,  Balaş

Azəroğlu da var bu dünyada"

Fikrət Sadıq açıq qəlbli,  sidq ürəkli bir şair

yanımcılığıyla,  şair təəssübkeşliyi ilə Balaş

Azəroğlu sənətinə,  sənətkarlığına bələd olan, 

onun şəxsiyyətinə, o şəxsiyyətin Mədinə Gülgün  

ilə birlikdə böyüklüyünə səmimi,  poetik bir dillə

yanaşır.


B.  Azəroğlunun yaradıcılığana,  xarakterinə

bələd


olan

qələm


dostu

kimi


onun

ülvi


məhəbbətinə-əbədi məhəbbətinə Leyli-Məcnun, 

Fərhad-Şirin

ülviyyəti

kimi


baxır

bu



yanaşmada

dediyi


sözdə,  səmimi

insani


duyğularla zənginlik var.  Bu da Fikrət Sadıq

şeriyyətindən,  saflığından,  sənətkara,  sənətə

hörmətindən doğur.

Əzizə Cəfərzadənin "Vətənə qaıt",  "Aləmdə

səsim var mənim",  "Yad et məni"  əsərlərinin

şairanə adlarını bir-birinə "qovuşdurur":

Vətənə qayıtdım,  imana -dinə qayıtdım. 

Vətənə qayıtdım ki,  aləmdə səsim car oldu.İndi

aləmdə səsim var mənim.Yad et məni,  yana-

yana yad et!

Nişat Şirvani,  Seyid Əzim Şirvani və Abbas

Səhhət Şirvaninin həyatından bəhs edən bu

əsərlərin adlarını bir Günəşdən asılı "üç şüa", bir

ağacda "üç budaq"  adlandırır və "bu adlar bir

beşikdə boy atan üç şairin üç əsrlik ömrüdür, 


461

dördüncü şair qəlbli kövrək Əzizə xanımın

qələmindən bir də dünyaya gəlib,  yenidən

əbədiləşibdir"-deyir. 

Əzizə

Cəfərzadə



yaradıcılığına,  onun tarixə dərindən bələdliyinə

bir sənətkar gözü ilə baxır,  yaratdığı obrazları

bədii təxəyyülünün süzgəcindən keçirir,  onlar

poetik bir dillə xatırladır.  Əsərlərindəki həyatilik, 

doğruluq onu necə tilsiminə salıbsa,  şair o

obrazların taleyini

Zülfün suda mar kimi,

Oynar su damar kimi,

Sızıldatdın yaramı,

Yağa su damar kimi.

eldən gələn bir xalq bayatısıyla ümumiləşdirir, 

obrazın,  onun taleyinin bir bayatıyla təhlilini

vermiş olur.  Oxucu qəlbində,  zehnində təsirini

belə bədii ümumiləşdirmələr şair təxəyyülünə

məxsusdur.

"Həzin bir axşam yada düşmük" məqaləsində

şair Nigar xanım Rəfibəylinin dünyasına baş

vurur.  Onu "ən uca"  məhəbbəti və ən adi

"məhəbbəti"  şerə

gətirən,  məhəbbəti

"mətbəxi"  də göylərə ucaldan,  "Ana şair-şair



Ana"  adlandırır.  Onun tərcüməçilik fəaliyyətini, 

layla, nağıl, dastan ruhlu şerlərini, onun uşaqların

da

sevimli


şairi

olmasını


bir


insanpərvərliyini yerlərə,  göylərə sığmayan "şair

qəlbinin böyüklüyünü"  tərənnüm edir.  Özü də

nəsr üstündə "tərənnüm"  edir.  Buna tərif deyə



462

bilmərik. Bu sətirlər poetika ilə zəngindir.  Fikrət

Sadıq ruhuna, qələminə məxsusdur.

"Küləkli havalarda,  yağışlı havalarda"  -şair

Qabilin şerindən götürülmüş misradır. O misranın

işığında


şair

qələm


dostunun

sənətkarlıq

imkanlarını dilə gətirir.  Onun şerə ilk gəlişini, 

Səməd Vurğun qayğısıyla açdığı cığırla inamla

irəliləməsini, klassik şerimizə bələdliyini, qəlbində

yaşatdığı,  kədərinə alışıb yandığı,  kəsəsində

kəsilən Təbriz yolunun bağlılığını,  Təbriz dərdini

və şerlərində bu mövzuları necə lirik,  incə bir

duyumla

təsvirini, 



təbiətin, 

məhəbbətin

mövzusunun

şairin


yaradıcılığında

özünəməxsusluğunu, 

oricinallığını

tədqiqat


obyekti kimi götürür.  Şairin ilk şerlərindən biri

olan "Odunçular"  dan tutmuş-ən iri həcmli

"Nəsimi"  poemasına qədər keçdiyi yaradıcılıq

yolunun birər-birər izləyir,  gətirdiyi nümunələr

əsasında

onun


yaradıcılığındakı

məhəbbət, 

həyat,  ömür,  kainat,  insan fəlsəfəsini şairin

istedadının işığında "əridir",  incə mətləblərə

aydınlıq gətirir.  Bir ədəbiyyatşünas alim kimi

onun yaradıcılıq imkanlarını,  şairin istedadının

görünməyən məqamlarını açır,  onun həm şair

kimi qabiliyyət və istedadını,  həm gözəl insan, 

həm də gözəl şəxsiyyət olduğunu,  Nəsimi kimi

sənətkardan dərs almasını,  "dönməz"  meylini, 

xalqa,  vətənə,  insana olan məhəbbətini,  insani

keyfiyyətlərini açır.  "Mirzə Qabil"  deyə müraciət



463

etdiyi şəxsiyyətin müəllimlik fəaliyyətini,  eyni

zamanda şer, sənət yolu öyrəniləcək ondan dərs

alınacaq bir müəllim olduğunu şirin bir dillə ürək

açıqlığıyla, könül xoşluğuyla dilə gətirir.

Şair bildirir ki,  "Qabilin şerlərində yük var. 

"Yük"  sözünün də tərsi küy olur Fərq də elə

bundadır.  Qabilin şerlərində yük var.  Amma bir

çox şair və şair kimilərin şerlərində küy var.  Nə

qədər hay-küy salsalar da,  küy elə küydür,  şer

deyil.  Qabili istədən də elə şerlərindəki yükdür; 

Fikirlə yüklənib misraları.  Şair boş yerə güllə

atmır,  hədəfə sərrast vurur.  Asta vurur-rasta

vurur.  Hər dəfə düşmənə vurur,  hərdən bir də

dosta vurur.  Babamız Füzuli demişdi ki,  "Elmsiz

şer,  əsası yox,  divar olur".  Qabilin şerləri əsaslı

divar kimidir. Bu divar sal daşlarla hörülüb.  Yıxa

bilməzsən.  Bir daşını da tərpədə bilməzsən". 

Sakit,  sadə,  aramla,  müxtəsər Fikrət Sadığın

fikirləri Qabilin yaradıcılığı haqqında yazıla

biləcək monoqrafiyalara bərabərdir.  Az sözlə, 

qiymətli sözlərlə sərrast, arif bir baxışla bir şairin

yaradıcılığını, 

sənətini, 

idealını

belə


ümumiləşdirmədə qələmə alan müəllifin,  onun

potensial gücündən asılıdır.  Bu Fikrət Sadıqda

var,  özü də bu "var"  toxunulmaz,  tutarlıdır. 

İstədiyi vaxt,  istədiyi yazıda,  istədiyi sənətkarda

görə bildiyini, müşahidə edə bildiyini, onun sənət

meyarlarını tərəzi gözünə çıxara bilmək üçün

karına gəlir.  Şairin 90-cı ildə yazdığı,  20  Yanvar


464

faciəsini yaşadığı millətinin qəmilə yüklənmiş

"Mərsiyə"  şerinə şair "mərsiyələr mərsiyəsidir" 

deyir.  Bu mərsiyə başdan-başa ah-nalədir. 

Kövrək bir şair qəlbinin gücü çata biləcək dərd

yüküdür ki,  misralara dönüb.  Bir adamın

müsibətnaməsi deyil bu,  bütöv bir millətin

fəryadıdır.  Bu fəryadın içində təpədən dırnağa

qəzəblə yüklənmiş bir tarıma çəkilmiş insan

əsəblərinin  qarşısını ala bilməyəcək bir dağ seli

yatır ki,  tezliklə tüğyan edəcək və bu millətin əli

silah tutanı da,  tuta bilməyəni də bu əsarət

tilsimini qıracaq,  o zəncirləri imperialist kabusun

öz cismini qandallayacaq.  Bu millət elə bir qan

törədəcək ki,  onun apardığı mübarizə 70  il

qardaşlıq,  bərabərlik,  döstluq deyilən sətiraltı

zəncirləri elə qırıb məhv edəcək ki,  istiqlal, 

hürriyyət deyib qarşısındakı dağı uçuracaq,  öz

müqəddaratını öz əlinə alacaq,  möhtəşəm bir

imperialist qüvvənin bel sütununu qıracaq. Və bir

də o qalxa bilmək imkanlarındldan məhrum

olacaq və onun öz ərazisindəki muxtariyyətlər

müstəqillik arzusunu həyata keçirmək üçün

silahlanacaq, həttta onun öz bağrında elə yaralar

açacaq ki,  20  yanvar faciəsinin    beş,  on qat

intiqamı alınacaq.  Bu mərsiyə deyil,  xalqları

oyanışa çağıran,  qəflət yuxusundan oyatmağa

çalışan arzuların, istəklərin qarşısı alına bilməyən

istəyidir.    Fikrət Sadığın nəzərində şair Qabil

tarixi hadisələri o dərəcə dərin müşahidə edib ki, 



465

inandırıcı sözlər də tapıb ki, bu şeri oxuya-oxuya

oyanırsan,  təzədən

nəsə,  yenidən

nəyisə

görürsən.  Görürsən ki,  bu şer bir "salnamədir". 



Belə elə bir salnamə ki,  imperialist qüvvələrin

yırtıcı iç üzü ordadır.  Fikrət Sadığın Qabil

yaradıcılığına baxışları,  onun yaradıcılığından

gördüyü,  götürdüyü təəssüratdır.  Və bunlar

faktlarla şairin yaradıcılığı üzərində öz tədqiqini

tapır.


Qabilin hər bir əsərinə,  şerinə baxışları

müxtəlifdir;  millət dərdi,  fəryadı,  düşmənə nifrət, 

dost məhəbbəti,  mərdi-mərdanə tənha "türk

qəbrinə" -xalqının köməyinə gələn türk övladının

qəhrəmanlığının, 

qardaş


köməyinin

şairin


ürəyində yaratdığı duyğular …  Birində isə ana

ürəyinin böyüklüyü qələmə alındı, oricinal bir dillə

ana mövzusuna yeni dəyərli bir "möhür"  də

vuruldu.  Fikrət Sadıq bunu hamıdan,  hətta

ədəbiyyatşünaslardan da tez gördü: "Allah, Allah! 

Nə böyük Ana ürəyi.  Ana şerinə bir qüdrətli şer

də qoşuldu. Ana şeri yazan, aləmdə məşhur olan

Cəfər Cabbarlı,  Mikayıl Müşfiq,  İrəc Mirzə, 

Qriqori Vieru kimi şairlərin cərgəsində şair Qabil

də göründü".

Fikrət Sadıq Qabil şəxsiyyətinə dərindən

bələd olan insan kimi onun şairlik istedadından

başqa,  bir sıra gözəl insani xüsusiyyətlərini də

qələmə alır;  ailəcanlı,  sədaqətli,  gözəl dost, 

səxavətli insan, Azərbaycan türkü, rəhmli, insaflı, 


466

səmimi,  həqiqəti sevən,  hövsələsiz,  həmişə

narahat,  halal adam,  doğrunu müdafiə edən, 

yalanı qovan,  qrafamonları,  qafiyəpərdazları

sevməyən, şer yaza biləni "qolundan tutub birliyə

gətirən",  təkrarsız,  dili şirin-bütün bünlar Fikrət

Sadığın hamımızın sevimlisi Qabil haqqında

dediyi sözlərdir.

Fikrət Sadığın öz müasirlərinə,  eləcə də

özündən


əvvəlki

sənətə, 


sənətkara

münasibətləri, insani münasibətləri hazırki qələm

sahibləri üçün əsl həyat məktəbidir.  Bir-birinin

sənətinə,  kölgəsinə selbə atanlara,  istəyəndə

oturduğu budağa- əbədiyyət ağacının kökünə

balta çalanlara əsl dərsdir,  həyat dərsi,  ibrət

dərsidir.

Fikrət Sadıq nəinki müasirlərini,  tanınmış

böyük

sənətkarları,  klassik



ədəbiyyatımızın

korifeylərini,  onların yaradıcılığını,  yaratdıqları

sənət əsərlərini oxuyur, arayıb araşdırır, qiymətli

fikirlər söyləyir, eyni zamanda bir istedadlı qələm

sahibi kimi Yazıçılar Birliyinin şer məsləhətçisi

kimi uzun illərin təcrübəsindən əldə etdiyi

nailiyyətlər əsasında yeni yazarların yaradıcılığı

haqqında fikirlərini də qələmə alır.

Fikrət Sadıq heç bir şair,  sənətkar haqqında

dediyi sözü bir də qeyrisi haqqında təkrar etmir, 

hər birinə söz tapır,  hər birinə bir-birinə

bənzəyəməyən xarakterinə,  yaradıcılığına sərraf

gözüylə baxıb,  oricitnal sözünü deyir.  Əli Kərim


467

yaradıcılığına, şəxsiyyətinə hörmət və məhəbbəti

ifadə edən kəlmələri lirik,  romantik,  poetik bir

dünyagörüşün,  şair

təxəyyülünün,  fikirlərini

həqiqətə münasibətinin ifadəsidir.  Əli Kərim

haqqında yazır:"  O,  şer dənizində özünün

sahilləri,  dalğaları,  sal qayaları olan bir adaya

bənzəyir.  O,  şer xəlimizdə öz ilməsi,  öz naxışı

olan bir bütadır.  Basmaqəlb şairlər hazır

qafiyələri,  hazır vəznlərə pərçimləyib,  meydan

sulayanda,  o,  şeri doğrudan da,  sap-sap,  ilmə-

ilmə toxuyurdu…  Hər dəfə təzə xətlər,  təzə

güllər. Allah vergisi var idi onda. Elə şerləri var ki,

yazılmayıb,  elə

bil


kimsə

onun


qulağına

pıçıldayıb bu misraları.  Onun şeri dünyanı

heyrətdə qoyan Şərq şeri ilə dünyanı düşündürən

Qərb şerinin qovuşduğu yerdə göz açıb dünyaya. 

Onun

şeri


şer

salnaməmizin

ayrıca

bir


bölməsidir.  Şərq şeri Şərq şairləri barədə

əfsanələr dolaşır dünyanı, Əli Kərim həmin Şərq

şairlərindən biridir",  Fikrət Sadığın bu fikirlərinin

təhlilə ehtiyacı olmayan bir dəfə deyilən və

deyilişi ilə qanuna çevrilən bu msisralarında, 

kəlmələrində

Əli

Kərim


sənətini, 

şerini


əbədiləşdirir:"  Uzaq illərdən üzü bəri gələn

şerimizin hər yüzillikdə bir,  iki,  üs duracaq yeri

var.  Son illərin duracaq yerlərindən biri Əli

Kərimdir".

Fikrət Sadıq şerə,  sözə ehtiyatla yanaşan

şairdir.  O sözü tanıyır,  özü də özündən yaxşı



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin