“Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib


MƏNSUR Bu  günlərdə  Azərbaycan  Tibb



Yüklə 9,95 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix02.01.2022
ölçüsü9,95 Mb.
#1385
1   2   3   4   5   6   7   8   9   10   ...   22
MƏNSUR

Bu  günlərdə  Azərbaycan  Tibb 

Universitetinin  Tələbə  Gənclər 

Təşkilatının  seçki-hesabat  konfran-

sı baş tutub. ATU-nun tədris işləri 

üzrə  prorektoru,  ə.e.x.,  professor 

Sabir  Əliyev  açılış  nitqi  ilə  tədbir 

iştirakçılarını  salamlayıb  və  konf-

ransın işinə uğurlar arzulayıb.

Sonra konfransa sədrlik edən ATU-nun 

Həmkarlar İttifaqı Komitəsinin sədri, do-

sent  Cahangir  Qasımov  universitetimi-

zin  həyatında  tələbə-gənclərin  rolunun 

və  onların  dövlət  başçımızın  yaratdığı 

şəraitdən  bəhrələnərək  yüksək  ixtisas-

lı həkim adına yiyələnmələri üçün aktiv 

fəaliyyət göstərdiklərini vurğulayıb.

Gələn  il  ilk  dəfə  olaraq  “Bakı  2015” 

Avropa  oyunlarının  keçiriləcəyini  xatır-

ladan C.Qsımov bu tədbirlərin ölkəmizin 

həyatında  müstəsna  əhəmiyyət  kəsb 

edəcəyini  deyib.  O,  tələbə-gənclərin 

fəaliyyətinin  bu  oyunların  təşkilində  xü-

susi rol oynayacağını da nəzərə çatdırıb.

Daha  sonra  TGT-nın  əvvəlki  sədri 

Burxan Həsənov təşkilatın cari il ərzinə 

fəaliyyəti  haqqında  hesabat  xarakterli 

çıxış edib. O, tələbələri TGT-nin bir illik 

fəaliyyəti,  gördüyü  işlər,  reallaşdırılan 

layihələri haqqında məlumatlandırıb.

Hesabatın müzakirəsindən sonra ATU 

üzrə  Tələbə-Gənclər  Təşkilatının  yeni 

heyəti  seçilib.  Təşkilatın  yeni  seçilmiş 

sədri  Tural  Əzizov  TGT-nın  gələcək 

planları haqqında məlumat verib.

Qeyd edək ki, tədbirdə ATU-nun Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin  sədri El-

şad Novruzov, Nəsimi rayon Gənclər və 

İdman  İdarəsinin  rəis  müavini  Şahmar 

Tağıyev,  Azərbaycan  Tələbə  Gənclər 

Təşkilatları  İttifaqının    TGT-lərlə  iş  de-

partamentinin direktoru Yeganə Əliyeva 

da iştirak ediblər.

Toplantının  sonunda  təbdir  iştirakçı-

ları  Prezidentə  müraciət  qəbul  edərək 

tələbə-gənclərə göstərdiyi diqqət və qay-

ğıya görə dövlət başçısına təşəkkürlərini 

bildiriblər. 




Yüklə 9,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin