Dünyagörüşü: strukturu və tarixi formaları. Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu



Yüklə 47,69 Kb.
səhifə2/19
tarix06.09.2023
ölçüsü47,69 Kb.
#141720
1   2   3   4   5   6   7   8   9   ...   19
Biletler

3. Metodoloji səviyyə - dünyagörüşünün ən yüksək pilləsidir. Onun məzmununa dünyagörüşünün nüvəsini təşkil edən əsas anlayışlar və prinsiplər daxildir. Bu prinsiplərin xüsusiyyəti odur ki, onlar sadəcə təsəvvürlər və biliklər əsasında formalaşmaqla bitmir, həm də dünyanı və insanı dəyər baxımından əks etdirir.
Dünyagörüşünün ən qədim tarixi forması mifologiyadır. Mifologiyanın əsasını fantastik varlıqlar haqqındakı müxtəlif rəvayətlər – miflər (əsatirlər) təşkil edir. Miflərin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada təbiət hadisələri və cansız predmetlər canlı varlıqlar şəklində təsvir olunurdu. «Hilozoizm» adlanan bu canlılaşdırma prinsipi mifi yaradan ibtidai təfəkkürün xüsusiyyətlərindən irəli gəlirdi. İbtidai insanın şüuru bütünlüklə icmadaxili həyatın xüsusiyyətləri ilə şərtlənirdi. Bu həyatın səciyyəvi cəhətini icmada fəaliyyət növlərinə münasibətdə əmək bölgüsünün yoxluğu təşkil edirdi. Buna görə də qəbilədaxili həyat da öz tərkib hissələrinə ayrılmayaraq, sinkretik (bütöv) bir tam kimi mövcud idi. Özünü müstəqil şəkildə bu həyata qarşı qoya bilməyən ibtidai şüurun da səciyyəvi xüsusiyyətini, bu səbəbdən, onun sinkretizmi təşkil edir.
Dünyagörüşünün digər tarixi forması dindir. Din və fəlsəfə gerçəkliyin mənəvi mənimsənilməsinin elə formalarıdır ki, onlar hər ikisi elmi biliyin məhdudluğundan və natamamlığından doğan ehtiyacı sanki, kompensasiya etməyə, insanın bitkin, tamamlanmış, fəlsəfi terminlə desək, mütləq biliyə olan əzəli tələbatını ödəməyə çalışırlar. Həm din, həm də fəlsəfə üçün mütləq biliyin mənbəyini dünyanın mütləq başlanğıcına inam təşkil edir. Dinə görə bu mütləq başlanğıc dünyanı hər şeyə qadir olan öz azad iradəsi ilə və möcuzə yoluyla heçdən yaradan fövqəltəbii varlıq – tək Allahdır. Din dünyanın mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məqsədi, insanın dünyada yeri, xeyir, şər haqqında və digər ehkamlarını Allahın kəlamları kimi təqdim edir. Dini şüurun mövcudluq üsulu dünyanın fövqəltəbii başlanğıcına dərin inamı ifadə edən etiqad hissidir.



  1. Yüklə 47,69 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin