Diqqət – şüurun müəyyən bir obyekt üzərinə yönəlməsi və mərkəzləşməsindən ibarət psixi hadisədir.
Bu halda fərdin həm sensor, həm də intellektual hərəki fəallığının səviyyəsi yüksəlir, bu cisim və hadisələrə seçici münasibət bəsləməyə başlayır. Seçicilik təkcə müəyyən fəaliyyətin təsirinin ayırd edilməsində deyil, eyni zamanda onların hifz olunmasında (onların uzun müddət şüurda saxlanılmasında) təzahür edir. Demək ki, diqqət, şüurun müəyyən bir obyekt üzərinə yönəlməsində, onun üzərində mərkəzləşməsində və nəticədə cism və hadisələrə seçici münasibət bəsləməsində təzahür edir. Diqqətin əmələ gəlməsi üçün ilk növbədə onun obyekti ayırd edilməlidir. Diqqətin obyekti həm xarici aləm, cisimlər, həm də insanın rəftarı və davranışı ola bilər.
İlk olaraq seçmə funksiyası tələbatlarla bağlı mövcud fəaliyyətə uyğun gələn təsirləri seçməkdən təzahür edir. Bu funksiyayla yanaşı olaraq, idrak fəaliyyəti və ya davranış aktı başa çatana qədər diqqətin onların üzərində saxlanması funksiyası da vardır. Diqqətin mühüm funksiyalarından biri də fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdən ibarətdir.
Bu funksiyalar iki mühüm nəticə çıxarmağa imkan verir:
1. Diqqət mürəkkəb psixi proses kimi bütün hadisələrə sensor fikrı və hərəki proseslərə nüfuz edir, onların fəaliyyətinin daha səmərəli olmasını şərtləndirir.
Dostları ilə paylaş: |