ildə ümumxalq referendumu
yolu ilə qəbul edilən müstəqil
Azərbaycanın son Konstitu-
siyasını dünyanın ən təkmil
konstitusiyalarından biri kimi
dəyərləndirdi.
.
Klinikanın direktoru yaddaqa-
lan bir gündə mənalı ömrünü
bütövlükdə Azərbaycan Tibb
Universiteti ilə bağlayan profes-
sor Yaqub Qurbanovu da yubi-
leyi münasibətilə təbrik edərək
ona gələcək fəaliyyətində uğur-
lar arzuladı.
Bundan sonra gündəlikdə du-
ran məsələlər diqqətə çatdırıldı
və əvvəlcə klinikanın oktyabr
ayındakı
müalicədiaqnostik
fəaliyyətinin yekunları haqqında
klinikanın baş həkimi, dosent
Ramin Bayramlının hesabatı
dinlənildi.
Baş həkim hesabatını əsasən
statistik rəqəmlər üzərində qu-
raraq paralellər apardı, aylıq
göstəriciləri slaydlar vasitəsilə
nümayiş etdirdi. Hesabatda bu
ilin oktyabr ayı ərzində klinikaya
506 nəfərin daxil olduğu, 455
nəfərin isə çıxdığı qeyd edildi.
Müqayisə üçün deyək ki, sent-
yabr ayında klinikaya daxil olan
xəstələrin sayı 321 nəfər, klini-
kadan çıxan xəstələrin sayı 266
nəfər olub. Ən çox xəstə yenə
terapiya profilli şöbələrdə qeydə
alınıb (264 nəfər daxil olub, 297
nəfər çıxıb). Bu il klinikaya daxil
olan xəstələrin sayı 2014ci illə
müqayisədə cüzi də olsa artıb.
Belə ki, ötən ilin oktyabr ayında
klinikaya daxil olan xəstələrin
sayı 496 nəfər idi. Hesabatda kli-
nikanın bölmələri üzrə daxil olan
xəstələr, onların xəstəliklərinin
profilləri, həmçinin noyabrın ilk
həftəsində klinikaya 152 nəfərin
daxil olması barədə məlumat da
öz əksini tapdı.
“Reanimasiya və intensiv te-
rapiya: güvənə bilərikmi?” ad-
lanan növbəti hesabatla çıxış
edən şöbənin müdiri, dosent
Əliyar Sultanov bildirdi ki, şöbə
öz aktiv işinə 2011ci il apre-
lin 18dən başlayıb. O vaxtdan
indiyədək şöbədə 1437 xəstə
müalicə alıb. İki reanimasiya
zalının biri böyüklər, biri uşaqlar
üçündür. Şöbədə 3 intensiv te-
rapiya palatasının biri, 25 funk-
sional çarpayının isə 7si uşaq-
lar üçün nəzərdə tutulub. Şöbə
ən müasir aparatlar və cihazlar-
la təchiz olunub.
Şöbə müdiri 2015ci ilin yanvar
oktyabr ayları ərzində şöbədə
cəmi 293 xəstənin müalicə al-
dığını, onlardan da 269nun bö-
yük, 24nün uşaq olduğunu dedi:
“269 böyük xəstədən 163ü kişi,
106sı qadın olub. Xəstələrin
yaşı 1893 arasında dəyişib.
Birbaşa qəbuldan RİTŞə 203
xəstə gəlib, 29 xəstə başqa
xəstəxanalardan bizim klini-
kaya köçürülüb. Klinikamızın
şöbələrindən RİTŞə köçürülən
xəstələrin sayı isə 66dır. İnten-
siv müalicədən sonra 134 xəstə
şöbələrdə yerləşdirilib, 21 xəstə
başqa xəstəxanalara, əsasən,
cərrahi əməliyyatlar üçün köçü-
rülüb”.
Reanimasiya
və
intensiv
terapiya
şöbəsinin
həkim
reanimatoloqu Emil Qasımov
isə müxtəlif diaqnozlarla şöbəyə
daxil olan konkret 4 xəstə
üzərində aparılan müayinə və
müalicə üsullarından danışdı.
Ağır vəziyyətdə şöbəyə gətirilən
xəstələrin sağalaraq evə qa-
yıtması faktları həm də “Rea-
nimasiya və intensiv terapiya
şöbəsinə güvənə bilərikmi?” su-
alının cavabı kimi qiymətləndirilə
bilər.
“Reanimatoloqların
dədə
babadan öz xəstəsi olmur”
deyimini xatırladan I daxili
xəstəliklər və reanimatologiya
kafedrasının müdiri, professor
İsfəndiyar İsmayılov briqada
sisteminə keçməklə nəticələri
daha da yaxşılaşdırmağın müm-
künlüyünü vurğuladı. O, reani-
matologiya şöbəsinin yarandığı
gündən, yəni ötən əsrin 60cı
illərindən güvənc yeri olduğunu,
bu gün də yüksələn xətt üzrə
inkişaf etdiyini söylədi. Evə ya-
zılan xəstələrin sayının azaldıl-
ması təklifini də irəli sürən pro-
fessor bunu reanimasiya işinin
prinsipi ilə əlaqələndirərək bil-
dirdi ki, xəstə kritik vəziyyətdən
çıxdıqdan sonra mütləq uyğun
şöbəyə köçürülməlidir. Onun
sözlərinə görə, bu eyni zaman-
da şöbələrdə xəstə sayının art-
masına da təsir göstərər. Pro-
fessor çıxışında ölüm faktlarını
müzakirə etməyin vacibliyinə
və aparılan tədbirlərin effektiv-
liyinin qiymətləndirilməsinə də
toxundu.
Tibbi şuranın genişləndirilmiş
yığıncağında qeydiyyatı olma-
yana ambulator kart yazılması
barədə iradlar da səsləndi və
ambulator qəbul zamanı yol
verilən bəzi nöqsanlara aydınlıq
gətirildi.
Dostları ilə paylaş: |