http://www.amu.edu.az
16 noyabr 2015-ci il
2
Konqres iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin
Azərbaycan Tibb Universiteti-
nin foyesindəki büstünün önünə
əklil qoymuş və gül dəstələri
düzmüşlər. Bundan sonra tədbir
də Azərbaycan Respublikasının
dövlət himni səsləndirilib.
Konqresin açılış mərasimində
çıxış edən akademik Əhliman
Əmiraslanov belə beynəlxalq
əhəmiyyətli
tədbirlərin
Tibb
Universitetində keçirilməsi ar-
tıq bir ənənəyə çevrildiyini bil-
dirib. Bir il bundan öncə uni
versitetimizdə keçirilən gənc
həkim və tələbələrin 1ci beynəl
xalq
konqresini
xatırlayan
Ə.Əmiraslanov vurğuladı ki,
Tələbə Elmi Cəmiyyəti belə konf-
ransları ənənəvi olaraq hər il ke-
çirir. “Lakin iki il bundan öncə bu
cəmiyyətə rəhbərlik edən profes-
sor Amalya Əyyubova ilə qərara
gəlindi ki, bu konfrans yalnız
universitet çərçivəsində deyil,
beynəlxalq səviyyədə qeyd olun-
sun. Çünki bu konqres vasitəsi ilə
gənclərimiz dünya universitetləri
ilə geniş əlaqə yaradar, gələcəkdə
elmi tədqiqat işlərini davam
etdirmək üçün bu imkanlardan
yetərincə
faydalana
bilərlər.
Bununla yanaşı gənclərimizin
elmi tədqiqatlarının nəticələrinin
müzakirəsi sayəsində diskussiya
mədəniyyəti formalaşır. Əlbəttə,
hər bir gəncin arzusu oxuyub
yüksək
səviyyəli
mütəxəssis
olmaqla yanaşı, həm də öz
gələcək
karyerasını
quraraq
doğma vətəninə və ailəsinə fay-
da verməkdən ibarət olmalıdır.
Müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı, millətimizin
ümummilli lideri Heydər Əliyev
gələcəyimiz olan gənclərə son
dərəcə böyük qiymət verdi və
onlara daim diqqət göstərdi.
Onun
gəncliyimizə
qayğı-
sı sayəsində elmin müxtəlif
sahələrində bir çox yüksək ix-
tisaslı mütəxəssislər yetişmiş-
dir ki, bu gün onlar Azərbaycan
dövlətinə layiqincə xidmət edir
lər. Fəxrlə qeyd etməliyik ki, ulu
öndərin elmə, təhsilə, səhiyyəyə,
mədəniyyətə və eləcə də müxtəlif
sahələrə olan diqqət və qayğısı
bu gün də möhtərəm Prezidenti-
miz tərəfindən uğurla davam et-
dirilir. Bu konqresin belə yüksək
səviyyədə keçirilməsi də məhz
cənab İlham Əliyevin bu sahəyə
olan diqqətinin bariz nümunəsidir.
Bu il olduğu kimi ötən il də dün-
yanın 10a qədər ölkəsindən,
xeyli sayda yüksək ixtisaslı, öz
sahəsində kifayət qədər tanın-
mış professormüəllim heyəti və
tələbələr gəlmişdilər. Qeyd etmək
lazımdır ki, ölkəmizə gəlmiş
bu nümayəndə heyəti təkcə bu
konqresdə iştirak etmir, həmçinin
onlar respublikamızda gedən
inkişafla tanış olur, təhsilimizin
nailiyyətlərini görür, millətimizin
mədəniyyəti və adətənənələri ilə
yaxından tanış olurlar. Onlar öz
ölkələrində Azərbaycan haqqında
fikir formalaşdırırlar.”
Sözünə davam edən aka-
demik Ə.Əmiraslanov TECin
elmi rəhbəri, professor Amal-
ya Əyyubovanın bu sahədəki
uzun illik fəaliyyətini yüksək
qiymətləndirərək noyabrın 7
dək davam edəcək konqresdə
təbabətin aktual problemlərinə
həsr olunmuş elmi müzakirələrin
aparılacağını və bu beynəlxalq
tədbirin gənc həkim və tələbələr
üçün faydalı olacağına əminliyini
söylədi: “Konqresdə həmçinin
qardaş Türkiyə, Almaniya,
İtaliya,
Rusiya,
Gürcüstan,
İran və İngiltərənin nüfuz-
lu
universitetlərindən
gəlmiş
nümayəndələrin
onkologiya,
cərrahiyyə, mikrobiologiya, histo-
logiya, əczaçılıq, stomatologiya,
pediatriya, genetika, tibbi sta-
tistika və ümumi mövzular üzrə
elmi məruzələri dinləniləcəkdir.
Eyni zamanda, yerli və xari-
ci tələbələr təqdimatlarla çıxış
edəcəklər. Bu isə ölkələrimiz
arasında yeni elmi əlaqələrin
qurulması, tibb sahəsində möv-
cud əməkdaşlığın və gələcək
əlaqələrinin möhkəmlənməsində
mühüm rol oynayacqdır.”
Türkiyənin İstanbul Universiteti-
nin professoru Cavit Avçı çıxışın-
da konqresdə ikinci dəfə iştirak
etməsindən məmnun qaldığını
qeyd edərək bildirdi ki, konqre-
sin keçirilməsi ilə bağlı dəfələrlə
TECin sədri, dosent Müşfiq
Həsənovla əlaqə saxlayıb və
geniş fikir mübadiləsi aparıblar.
Türkiyəli alim çıxışında vurğula-
yıb ki, gənc həkim və tələbələrin
elmi tədqiqat işlərinə cəlb olun-
masında və onlarda diskussiya
mədəniyyətinin formalaşmasında
belə tədbirlərin böyük əhəmiyyəti
vardır. Bu cür beynəlxalq
tədbirlərin keçirilməsi ölkələrimiz
arasında təhsil əlaqələrimizin
inkişaf etməsində səmərəlidir
və gənclərimizin dünyaya inteq-
rasiyası istiqamətində böyük rol
oynayır, dünya ölkələrinin tibb
təhsili üzrə təcrübə mübadiləsinin
aparılmasında mühüm yer tutur.
Azərbaycanın sürətlə inkişaf etdi-
yini və günügündən gözəlləşən
Bakını İstanbul qədər sevdiyini
söyləyən türkiyəli alim, profes-
sor Cavit Avçı ATUya xatirə
hədiyyəsini də təqdim edib.
Sonra universitetin elmi işlər
üzrə prorektoru, professor İb-
rahim İsayev reqlamenti elan
edərək plenar iclasda çıxış
etmək üçün sözü gənc həkim və
tələbələrə verdi.
ATUnun psixiatriya kafedra-
sının müdri, professor Gəray
Gəraybəyli və İsmayıl Atayev
“Dissosiativ pozuntularda psi-
xoloji korreksiyanın istifadəsi,”
Türkiyənin Acıbadem Universi-
tetinin Tibb Məktəbindən gəlmiş
Murat Aksoy və Turqut Ekici
“Türkiyədə tibb tələbələri arasın-
da səriştəsizliyə münasibət” və
bu kimi aktual mövzularla çıxış
etdilər.
Konqresin bədii hissəsində
2 saylı Bakı musiqi məktəbinin
şagirdləri tərəfindən ifa olunan
Azərbaycan və dünya xalqlarının
musiqilərini iştirakçılar alqışlarla
qarşıladı.
İki gün davam edən “Gənc
həkim
və
tələbələrin
2ci
beynəlxalq konqresi” öz işini ple-
nar və bölmə iclaslarında davam
etdirmişdir. Sonda qaliblər dip-
lom və sertifikatlarla təltif olun-
muşlar.
Dostları ilə paylaş: