DÜŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0.53 Mb.

səhifə1/6
tarix19.06.2017
ölçüsü0.53 Mb.
  1   2   3   4   5   6

1

DÜŞÜNƏN İNSAN

Elmi-kütləvi, mənəvi-psixoloji jurnal

İyul 2014; № 33

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyində qeydiyyatdan keçmişdir.

Reyestr № 3418  

Təsisçi və redaktor: Ziya Kazımov

Telefon: (077) 381 61 91

E-mail:info@dusuneninsan.az

www.dusuneninsan.az

Ünvan: AZ1000 Abonent qutusu 35,

   Bakı, Azərbaycan

Çapa imzalanma tarixi: 

Şərq-Qərb mətbəəsində çap edilib.

Tiraj: 300

Qiyməti: 2 manat

Sinir hüceyrələri nə üçün enerjiyə 

qənaət edirlər?

Allah’ın dünyada yaratdığı bənzərsiz 

müxtəlifliyin mənbəyi: iqlim qurşaqları

Qədim insanların mağalardakı incəsənəti

Yalan danışanlar hər cür 

xeyirdən uzaqlaşırlar

Orqanizmimizdə həyati əhəmiyyətə 

malik nasoslar

Hörümçək ipi insanın həyatını dəyişəcək

Terrorizmin qarşısını ancaq sevgi ilə 

almaq olar

Ağaclar nə qədər uzana bilir?

Yaxşı işlər görməkdə yarışmaq 

ağlı dərinləşdirir

Təkamülün açıqlaya bilmədiyi 

simmetriya və uyğunluq

Böyrək dializ aparatı ilə müqayisə 

edilməyəcək üstünlüyə malikdir

Dünyadakı bütün mənbələr sevginin 

öyrədilməsi üçün istifadə edilməlidir

Ramazanla bağlı Peyğəmbərimizin (səv) 

tövsiyələri

Yeni texnologiyalarda təqlid edilən bitkilər

Qlobal iqtisadi böhranın həlli yolu: 

Quran əxlaqı

Yarpaq kəsən qarışqalar: attalar



8

36

40

42

46

50

54

10

16

20

24

30

58

34

62

26

4

Elm adamları süni əzələ icad edib

Toxuma mühəndisliyində mühüm addım atılaraq 

özünü sağaldan süni əzələ icad edilib.

Elm adamları laboratoriyada əsl əzələyə bənzəmək 

və  əsl  əzələ  kimi  işləməklə  yanaşı,  özünü  müalicə 

edən  əzələ  icad  edib.  Laboratoriyada  yetişdirilən 

əzələdən  insanlarda  zədələnmiş  əzələləri  sağaltmaq 

üçün istifadə olunacağına ümid bəsləyirlər.

Təcrübələr siçanlar üzərində aparılıb

Bu tədqiqatların nəticələri Milli Elmlər Akademi-

yasının “Proceedings” jurnalında açıqlanıb. Sınaqlar-

da laboratoriyada yetişdirilən əzələnin güclü olduğu 

və yaxşı gərildiyi müşahidə olunub.

Tədqiqatçılar  toksinlə  əzələni  zədələdikdə  bu 

əzələ miosatellit hüceyrələrdən istifadə edərək özünü 

təmir edə bilib. Əzələ siçanlara tətbiq olunduqda onu 

əhatə edən toxumalar ilə birləşib və lazımi funksiyanı 

yerinə yetirməyə başlayıb.

Baş tədqiqatçı Nenad Bursak: “İlk dəfə yerli ne-

onatal  skelet  əzələsi  qədər  güclü  gərilən  əzələ  icad 

edilib”, -deyib.

Lafboro  Universitetində  skelet  əzələ  toxuması 

mühəndisliyi üzrə mütəxəssis professor Mark Levis 

də: “Yetişdirilən əzələlərin canlıya nəql olunması və 

yerli əzələ kimi işləməyə davam etməsi sahəsində bu 

fəaliyyətlər ilə mühüm addım atılmışdır”, -deyib.

Qoxu ilə xərçəng diaqnozu

ABŞ-dakı tədqiqatçılar xərçəngi erkən müəyyən 

edən  “elektron”  burun  üzərində  işləyirlər.  Xərçəngi 

qoxusundan  müəyyən  edən  cihaz  indidən  sinə 

xərçəngini müəyyən etməkdə rentgen qədər müvəffəq 

olub. 

Hər  xəstəliyin  bir  qoxusu  olduğunu  bildirən 



tədqiqatçılar  cihazı  digər  xərçəng  növlərini  də 

müəyyən  edəcək  şəkildə  təkmilləşdirməyə  çalışır-

lar.  Bunun  üçün  mükəmməl  iybilmə  duyğusu  olan 

itlərdən faydalanırlar.

Düşünən İnsan, İyul 2014

4

www.elmxeberleri.com



5

Asiyada yeni quş növü kəşf edilib

Sərçəkimilər  dəstəsini  tədqiq  edən  tədqiqatçılar 

bu  dəstəyə  aid  10  müxtəlif  növ  müəyyən  edib. 

Mütəxəssislər  çalıquşu  və  digər  sərçəkimilər 

dəstəsinə  aid  quşlara  bənzəyən  yeni  quş  növünün 

“Elachura”  adlandırılmasını  irəli  sürürlər.  Tədqiqat 

“Biologiya  məktubları”  (Biology  Letter)  jurnalında 

dərc olunub.

İsveçin  Upsala  Universitetinin  Kənd  Təsərrüfatı 

fakültəsindən professor Per Alstrom: “Növün yeganə 

üzvü olan bu quş ən böyük dəstə olan sərçəkimilərin 

arasında yaşayan ən qədim təmsilçidir. Bu dəstə dün-

yadakı 10.500 quş növünün 36%-ini əhatə edir”, -de-

yib.

Tədqiqatı  Upsala  Universiteti  və  Çin  Elmlər 



Akademiyası  birgə  həyata  keçirib.  Bundan  əvvəl, 

spelaeornis formosus kimi tanınan elachura formosa 

Himalay dağlarından Çinin cənubuna qədər uzanan 

bölgədə yaşayan sərçəkimilərə aid kiçik bir növdür.

Professor  Alstrom  bu  növün  subtropik  dağ 

meşələrindəki qarışıq bitki örtüyünün dərinliklərində 

gizləndiyi üçün çətin müşahidə olunduğunu deyib.

Çalıquşuna bənzəyir

Erkək 


quşlar 

cütləşmə 

dövründə özünəməxsus qulaqba-

tırıcı səslə oxumağa başlayır. Bu 

səs Asiyada heç bir quşun səsinə 

bənzəmir. Bəzən kolların arasın-

da bir budağın üstündə görünür.

Prof.  Alstrom  bu  yeni  quş 

növünün  bundan  əvvəl  kəşf 

edilməməsini  çalıquşu  və  digər 

sərçəkimilərə çox bənzəməsi ilə 

əlaqələndirir.

Düşünən İnsan, İyul 2014

Düşünən İnsan, İyul 2014

5


6

Arnoud van Doornun 

oğlu da müsəlman oldu

Hollandiyada qatı sağçı və İslam 

düşməni, “Müstəqillik” partiyasının keçmiş 

üzvlərindən Arnoud van Doornun oğlu 

İsgəndər Amien de Vray müsəlman olub.

Dubayda Beynəlxalq Sülh Qurultayında 

İslamı qəbul edən 37 nəfərdən biri 

də Hollandiyada qatı sağçı və İslam 

düşməni, “Müstəqillik” partiyasının keçmiş 

üzvlərindən Arnoud van Doornun oğlu 

İsgəndər Amien de Vray olub.

Van Doorn İslam əleyhinə “Fitnə” 

filmini çəkən Qert Vildersin rəhbərlik 

etdiyi “Müstəqillik” partiyasının ən əsas 

üzvlərindən idi.

İslam düşməni olan Doornun həyatı 5 

il sonra başqa istiqamətdə davam etməyə 

başlayıb. İslam dini haqqında çoxlu 

kitab oxuyan Arnoud van Doorn İslam 

dinini “qlobal din” adlandırmağa başladı. 

Nəticədə, İslam dinini qəbul etməsi bütün 

dünyanı heyrətləndirdi.

Doornun oğlu isə “Khaleej Times”a 

verdiyi müsahibədə: “Atam İslamı qəbul 

etdikdən sonra daha sakit və tolerant olub. 

Bu dində yaxşı şeylərin olduğunu onda 

anladım. Təbii ki, nəticədə, mənim də 

müsəlmanlara baxışım dəyişdi. Mən də 

müqəddəs kitab Qurani-kərimi və digər 

ilahiyyat kitablarını oxumağa başladım”, 

-deyib.

Avropanın ən böyük məscidi



 Rusiyada olacaq

Rusiyanın  Şimali  Qafqaz  respublikalarından 

İnquşetiyada Avropanın ən böyük məscidi inşa edilir. 

Məscidin inşaatı Rusiya parlamentinin yuxarı qanadı 

Federasiya Şurasının senatoru Əhməd Palankoyevin 

rəhbərlik  etdiyi  “Azan”  təşkilatı  tərəfindən  həyata 

keçirilir. Palankoyev Rus-Türk İş Şurasının rəhbəri 

vəzifəsini də yerinə yetirir.

Cihan  Xəbər  Agentliyinə  müsahibə  verən 

Palankoyev layihəni 4 il əvvəl İnquşetiya prezidenti 

Yunusbek  Yevkurovla  müzakirə  etdiklərini  deyib. 

Palankoyev: “Layihədə Maqas şəhərində böyük İslam 

mərkəzinin inşa edilməsi nəzərdə tutulur. 20 hektarlıq 

sahədə salınacaq mərkəzdə İnquşetiya Müsəlman Dini 

İdarəsi,  İslam  Universiteti,  yataqxana,  mədəniyyət 

mərkəzi və məscid inşa ediləcək. Habelə, məsciddə 

8000 nəfər namaz qıla biləcək, ona görə, Avropanın 

ən böyük məscidi olacaq”, -deyə məlumat verib.

İslam  Mərkəzinin  təkcə  İnquşetiyanın  deyil, 

bütün Rusiyanın dini təhsil mərkəzi olacağını qeyd 

edən  Palankoyev:  “Vətəndaşlarımız  bu  mərkəzin 

inşa  edilməsi  üçün  “Azan”  təşkilatına  könüllü 

yardım edirlər. Əcdadlarımızın əsrlər əvvəl inşa etdiyi 

məscidləri göz bəbəyi kimi qoruyuruq. Bu gün inquş 

xalqı bölgədə mərkəzi məscidin olmasını arzulayır. 

İslam Mərkəzinin dini ənənələrimizi gücləndirəcəyinə, 

xalqların mədəniyyətini zənginləşdirəcəyinə, dini və 

etnik qruplar arasında əlaqələrin artmasına xidmət 

edəcəyinə inanırıq”, -deyib.

Düşünən İnsan, İyul 2014

6

www.imanisaytlar.com



7

İslam Ensiklopediyası 

rus dilinə tərcümə olunur

Türkiyənin  Diyanət  İşləri  Başqanı  professor 

Mehmet Görmez İslam Ensiklopediyasının rus dilinə 

tərcümə edilməsinin bütün bölgə üçün təkcə mədəni 

xidmət deyil, həm də sülh layihəsi olduğunu deyib. 

Rusiya Federasiyası İslam Elm, Mədəniyyət və 

Təhsilini  Dəstəkləmə  Təşkilatının  idarə  heyətinin 

rəhbəri  Şafiq  Pşıxaçevi  qəbul  edən  Görmez  bilik 

və təhsilin bütün problemləri həll edən iki məfhum 

olduğunu  bildirib:  “Sizin  də  elm,  mədəniyyət  və 

təhsilə xüsusi diqqət ayırdığınızı, təşkilatınızın adının 

bu  məfhumlardan  ibarət  olduğunu  görməyə  şad 

oldum. Doğrusu, əslində, Rusiyadakı İslam təcrübəsi 

çox önəmlidir. Xüsusilə 30 il üzərində çalışdığımız 

İslam Ensiklopediyasının rus dilinə tərcümə edilməsi 

böyük əhəmiyyət kəsb edir. Bu fəaliyyətə təşəbbüs 

göstərdiyi üçün heyəti təbrik edirəm. Birinci cildin 

tərcüməsi tamamlanıb. Ümid edirəm ki, digər cildlərin 

də  tərcüməsi  ən  qısa  zamanda  tamamlanar.  Hal-

hazırda,  birlikdə  Moskva  məscidini  tamamlamağa 

çalışırıq.  İstərdik  ki,  Moskva  məscidini  ibadətə 

açarkən ensiklopediyanı da tamamlayıb hər ikisini 

birlikdə cəmiyyətə hədiyyə edək”, -deyib.

“Rusiya Federasiyası İslam Elm, Mədəniyyət və 

Təhsilini Dəstəkləmə” təşkilatı idarə heyətinin rəhbəri 

Pşıxaçev isə Rusiyadakı müsəlmanlardan Türkiyədəki 

müsəlman qardaşlarına salam gətirdiklərini deyərək, 

Diyanət  İşləri  Başqanlığının  dəstəyi  ilə  Rusiyada 

İslam dəyərlərinin yayılması və inkişafı üçün cəhd 

etdiklərini bildirib.

Ulduz futbolçu 5 vaxt namazını qılır

Almaniya  Birinci  Futbol  Liqası  (Bundesliqa) 

komandalarından  Hamburqda  oynayan  Hakan 

Çalhanoğlu Almaniyada  özünü  yaxşı  hiss  etdiyini 

deyərək Bundesliqada qalmaq istədiyini deyib.

“Billdam  Sontag”  qəzetinə  açıqlama  verən 

Çalhanoğlu  Hamburqun  liqada  qalması  üçün  dua 

etdiyini bildirib. Mühafizəkar olduğunu və gündə 5 

vaxt namazını qıldığını deyən Çalhanoğlu: “Məkkəyə 

getmək arzumdur. Vaxtım olduqda Hamburqda cümə 

namazı üçün məscidə gedirəm”, -deyib.

Düşünən İnsan, İyul 2014

Düşünən İnsan, İyul 2014

7


Sinir sisteminiz və görmə sinirləriniz 

vasitəsilə, əslində, qeyri-adi sürətlə görə 

biləcəyinizi bilirdinizmi? Bəs bu sürətə mane 

olan nədir? Sinir hüceyrələri nə məqsədlə bu 

sürəti azaldırlar?

İnsan orqanizmi günbəgün kəşf edilən yeni 

möcüzəvi xüsusiyyətləri ilə birlikdə yaradılış 

möcüzəsidir. Uca Allah kompleks sistemlərlə 

yaratdığı insan haqqında Quranda belə bildirir:

Ey insan! Səni kərim olan Rəbbinə 

qarşı aldadan nədir? O Rəbbin ki, səni 

yaratdı, düzəldib qaydaya saldı. Sənə 

Özü istədiyi surətdə biçim verdi. (İnfitar 

surəsi, 6-8)

İnsanın üstün yaradılışı ilə bağlı tədqiqatlar 

aparan elm adamları insan orqanizminin 

sirlərini günbəgün açırlar. Bir müddət əvvəl 

Pensilvaniya Universitetində sinir sisteminin 

sürəti ilə bağlı  təcrübələr keçirilib.

Görmə sürəti necə müəyyən edildi?

Tədqiqatçılar görmə sürətini müəyyən 

etmək  üçün  təcrübədə  istifadə  etdikləri 

donuzların  tor  qişalarına  elektrodlar 

yerləşdiriblər. Gözə daxil olan işıq tor 

qişada  ardıcıl  kimyəvi  reaksiyalar 

nəticəsində elektrik impulsuna çevrilir 

və görmə sinirlərinə ötürülür. Çünki beyin işığı 

deyil, ancaq elektrik impulslarını şərh edə bilir. 

Daha sonra gözdəki sinir hüceyrələrindən çıxan 

akson adlı sinir çıxıntıları beyinin arxasında 

yerləşən görmə mərkəzinə elektrik impulsları 

ötürürlər. Tədqiqatçıların hesablamalarına görə, 

məlumat ötürmə əməliyyatları donuzlarda 875 

kilobit sürətlə baş verir.

Elm adamları insanda məlumat ötürülmə 

əməliyyatlarının 10 dəfə sürətlə baş verdiyini 

deyirlər. İnsanın görmə prosesi saniyədə 8.75 

meqabitlik sürətlə işləyir. Tədqiqatı aparan 

Vijay Balasubramanian insanın potensialının, 

əslində, saniyədə 10 meqabitdən çox olduğunu 

bildirir. Elə isə insanın görmə sinirləri nə üçün 

potensialından zəif işləyir?

Sinir sisteminin enerjiyə qənaəti

Hər sinir hüceyrəsi öz funksiyasını 1 

millisaniyədə  (saniyənin mində biri) yerinə 

yetirir. Ancaq elm adamları insan orqanizminin 

enerjiyə qənaət etmək üçün sürəti bilərək 

zəiflətdiklərini deyirlər. Buna baxmayaraq, 

çox sürətlə görürük. Ancaq daha sürətlə 

görsək, bu, artıq enerji sərfinə və bizim 

Düşünən İnsan, İyul 2014

8

www.meqaleler.com



tez yorulmamıza səbəb olar.

Göründüyü kimi, biz fərqinə varmadan 

belə,  bizim  əvəzimizə  enerjiyə  qənaət 

edən sinir hüceyrələrimiz açıq-aşkar şüur və 

ağıl nümayiş etdirirlər. Şüursuz atomlardan 

meydana gələn sinir hüceyrələrimiz uca 

Allah`ın sonsuz ağlının və elminin saysız-

hesabsız dəlillərindən biridir.

Sinir 

hüceyrələrinin 



sürətlərini 

məhdudlaşdırmasını sürəti saatda 300 km-ə 

çatan, ancaq yanacağa qənaət etmək üçün yavaş 

gedən avtomobilə bənzətmək olar. Unutmaq 

olmaz ki, avtomobilin sürətini mühakimə 

qabiliyyəti olan ağıllı sürücü tənzimləyir. 

Sinir hüceyrələri isə şüursuz atomlardan 

ibarət mikroskopik vahidlərdir. Bu, onları 

yaradan Allah`ın sonsuz ağlının açıq-aydın 

göstəricisidir.

Beyin necə enerji sərf edir?

Sinir hüceyrələrinin enerjiyə qənaət etmək 

üçün bu cür tədbir görməsi belə bir sual 

doğurur: sinir hüceyrələri enerjiyə nə qədər 

qənaət edir? Çünki insan beyninin kütləsi bütün 

insan bədəninin sadəcə 2%-ini təşkil edir. 

Ancaq beyin işləyərkən bədəndəki enerjinin 

20%-indən istifadə edir. Xüsusilə sinir yolları 

yüksək enerji sərf edir, ona görə, insan daha 

sürətlə görmək istəsəydi, bunu bacarardı, ancaq 

daha çox enerji sərf etdiyi üçün yorulardı. 

İnsanın tor qişasının hər hüceyrəsi saniyədə 

13 bit əməliyyat sürəti ilə işləyir, bu yolla belə 

insan hərəkət edən cisimləri görə bilir. Hərəkət 

edən cisimləri görmək vacib olduqda fövqəladə 

iş rejiminə keçən göz məlumatları daha sürətlə 

əməliyyatdan keçirməyə başlayır. Tor qişadakı 

qanqlionar hüceyrələr adlanan hüceyrələr 

hərəkətli və hərəkətsiz hüceyrələr olmaqla 

iki qrupa bölünür. Hərəkətli cisimləri 

sürətlə görmək lazım gəldikdə hərəkətli 

hüceyrələr işə başlayır, beləliklə, sürət ancaq 

lazım gəldikdə artırılır.

İnsan  gözü  saniyədə  10  milyon  bit 

əməliyyat keçirmək qabiliyyətinə malikdir. 

Mütəxəssislərin fikrincə, görmə sinirləri 

şirkətlər arasında qurulan ezernet şəbəkəsi 

sürəti ilə məlumat göndərə bilir.

İnsanın hər iki gözü eyni anda, eyni sürətlə, 

iki müxtəlif bucaqdan aldığı görüntünü xətasız 

şəkildə birləşdirib, elektrik impulsuna çevirərək 

beyinə göndərir.

Hüceyrələrə qənaət etməyi 

Allah ilham edir

Qənaət ağıl və məntiq sahibi olan insanların 

sınama-yanılma metodu ilə müəyyən etdikləri, 

məsrəfləri azaltmaq üçün əl atdıqları yoldur. 

Ancaq bu məqalədə enerjiyə qənaət edənlər 

təhsilli, ağıllı, məntiqli insanlar deyil, gözlə 

görünməyən, kiçik, beyni, ağlı və şüuru 

olmayan bioloji varlıqlar – sinir hüceyrələri, 

elektrik impulsları ötürən sinir yolları və rabitə 

sürətini tənzimləyən kimyəvi maddələrdir. 

Şübhəsiz ki, bir problemə qarşı tədbir görmək, 

həll yolu gətirmək ağılın göstəricisidir. Bütün 

kainata hakim olan bu sonsuz şüur və ağıl 

aləmlərin Rəbbi olan Allah`a məxsusdur. Allah 

yaratdığı hər şeydə elmini və ağlını təcəlli 

etdirir. Bu həqiqət bir ayədə belə xəbər verilir:

Sizin yaradılışınızda və (Allah`ın yer 

üzünə) yaydığı canlılarda qəti iman 

gətirmiş insanlar üçün neçə-neçə dəlillər 

vardır. (Casiyə surəsi, 4)

Düşünən İnsan, İyul 2014

Düşünən İnsan, İyul 2014

9


Yer kürəsində və kainatda böyük uyğunluq var. 

Pəncərədən çölə nəzər saldıqda belə, bu uyğunluğun 

bir çox dəlili ilə qarşılaşırıq. Göy üzündəki buludlar, 

ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün 

nümunələrdə qüsursuz nizam və simmetriya var.

Təbiətə  baxdıqda  hər  bitkinin  və  heyvanın 

özünəməxsus rəng və naxışlarının olduğunu görürük. 

Üstəlik, bu rəng və naxışların hər birinin canlılar üçün 

müxtəlif mənaları var. Cütləşməyə çağırma, qəzəb, 

təhlükədən xəbərdarlıq və bunun kimi bir çox məfhum 

heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır.

Hər şeyin kortəbii təsadüflər nəticəsində əmələ 

gəldiyini iddia edən təkamül nəzəriyyəsi təbiətdəki 

sənət, rəng müxtəlifliyi və uyğunluğu açıqlaya bilmir. 

Təkamülçülərin canlılardakı dizaynı açıqlamaqda 

çarəsiz olduğunu nəzəriyyənin banisi olan Çarlz Darvin 

də etiraf etmişdir. Darvin canlılardakı rənglərin nə 

üçün xüsusi mənalarının olduğunu anlamadığını belə 

ifadə edir:

“Çətinlik çəkdiyim cəhət budur: nə üçün bəzi 

sürfələrin olduqca gözəl və estetik rəngləri var? Bəziləri 

təhlükələrdən qorunmaq üçün rənglənib. Sadəcə fiziki 

şərtlər üçün bu cür parlaq rənglərinin olmasını çətinliklə 

anlaya bilirəm... Əgər biri: “Erkək kəpənəklər cinsiyyət 

seçimi ilə gözəl görünüş almalarına baxmayaraq, nə 

üçün sürfələri qədər gözəl deyil?” -deyə soruşsa, necə 

cavab verərsən? Mən buna cavab verə bilmərəm...”1

Sürfələrin üstündəki naxış və rənglər təkamülün 

olmadığına dəlildir.

Çarlz Darvin başqa bir yazısında nəzəriyyəsinin 

ziddiyyətini belə ifadə edir:

“Parlaq rənglər, erkək balıqların kürt yatması, əlvan 

dişi kəpənəklər... bu gözəlliyin təbii seçmə yolu ilə 

əmələ gəldiyini düşünə bilmirəm”.2

Əlbəttə,  təbiətdəki  rənglərin,  nizam  və 

simmetriyanın təbii seçmə yolu ilə əmələ gəlməsi 

qeyri-mümkündür. Burada təkamülün irəli sürdüyü 

“təbii seçmə” məfhumunu təhlil etməkdə fayda 

vardır: məlum olduğu kimi, təbii seçmə təkamül 

nəzəriyyəsinin xəyali mexanizmlərindən biridir. Buna 

əsasən, təbiətdəki canlılardan yaşadığı mühitə ən yaxşı 

uyğunlaşanlar həyatda qalır, zəiflər və ətraf mühit 

şərtlərinə uyğunlaşmayanlar məhv olur. Təkamülçü 

iddiaya görə, bir canlı üçün faydalı olan dəyişiklik digər 

Düşünən İnsan, İyul 2014

10

www.tekamulsaxtakarliqlari.com



dəyişikliklərin arasından seçilərək canlıda həmişəlik 

qalır və bu yolla sonrakı nəslə ötürülür.

Belə  bir  mexanizmlə  təbiətdəki  canlıların 

rənglərinin, naxışlarının, naxışlarındakı simmetriyanın 

əmələ gəlməsi, əlbəttə, mümkün deyil. Bu, açıq-aydın 

həqiqətdir. Nəzəriyyənin banisi olmasına baxmayaraq, 

Darvin də xəyali təbii seçmə mexanizminin belə bir 

nizamı əmələ gətirə bilmədiyini etiraf etməli olmuşdur. 

Bundan başqa, C. Houks (J.Hawkes) “New York 

Times Magazine”də dərc olunan “Nine Tantalizing 

Mysteries of Nature” adlı məqaləsində təbii seçmənin 

mənasızlığını belə açıqlayır:

Quşların, balıqların, çiçəklərin və s. göz qamaşdıran 

gözəlliyin sadəcə təbii seçmə ilə əmələ gəldiyinə inana 

bilmirəm. Habelə, insan şüuru belə bir mexanizmin 

məhsulu ola bilərmi? Necə olur ki, sivilizasiya 

nemətlərinin yaradanı olan insan beyni, Sokrat, 

Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn 

kimiləri ölümsüzləşdirən yaradıcı təxəyyül “yaşamaq 

uğrunda mübarizə” adlanan meşə qanununun bizə 

hədiyyəsi olsun?3

Təkamülçülərin bu etiraflarından da başa düşülür 

ki, öz nəzəriyyələrinin nə qədər əsassız olduğunu 

özləri də bilirlər. Yer üzündə şimşəklərin çaxması, 

yağışların yağması nəticəsində təsadüfən əmələ gəlmiş 

bir hüceyrənin tədricən rəngarəng canlılara çevrilməsi 

iddiası heç bir ağıllı insanın müdafiə edəcəyi iddia 

deyil. Düşünün ki, bir elm adamı bir hüceyrəni, 

məsələn, bir bakteriyanı götürsə, ən uyğun laboratoriya 

şərtlərini təmin etsə, hər cür lazımi maddədən istifadə 

etsə, milyon illər (bu mümkün deyil, ancaq fərz edək ki, 

mümkündür) gözləsə, bu hüceyrənin təkamül keçirməsi 

üçün çalışsa, nəticədə nə əldə edər? Bir bakteriyanı 

al-əlvan rəngli tovuz quşuna, yaxud qüsursuz naxışları 

olan bəbirə, yaxud məxməri ləçəkləri olan gözəl qırmızı 

gülə çevirə bilərmi? Əlbəttə, ağıllı insanlar belə bir 

şeyi nə düşünər, nə də iddia edərlər. Ancaq təkamül 

nəzəriyyəsi məhz bunu iddia edir.

Təkamül nəzəriyyəsi rəngləri açıqlaya bilmir

Canlıların  rənglərinin  və  rəng  dəyişdirmə 

sistemlərinin təbii seçmə yolu ilə əmələ gəlməsi 

qeyri-mümkündür. Bunu bir nümunə ilə izah edək. 

Buqələmunu götürək. Buqələmun olduğu məkanın 

Düşünən İnsan, İyul 2014

Düşünən İnsan, İyul 2014

11


rənglərinə uyğunlaşan, həmin məkana uyğun rənglərini 

dəyişdirən canlıdır. Yaşıl yarpağın üstündə yaşıl rəng 

alır, qəhvəyi budağın üstündən keçdikdə dərisi qısa 

müddətdə qəhvəyi rəngə çevrilir. Rəng dəyişdirmə 

prosesinin necə əmələ gəldiyini birlikdə düşünək.

Bir canlının dərisinin rəngini dəyişdirməsi bədənində 

meydana gələn mürəkkəb reaksiyalar nəticəsində baş 

verir. Bir insanın öz rəngini və ya başqa canlının rəngini 

dəyişdirməsi mümkün deyil. Çünki insan orqanizmində 

buna uyğun sistemlər yoxdur. Belə bir sistemi insan 

öz-özünə də əmələ gətirə bilməz. Çünki sistem istehsal 

olunub canlı orqanizminə yerləşdiriləcək alət deyil. 

Qısası, bir canlının rəngini dəyişdirməsi üçün həmin 

canlı rəng dəyişdirmə mexanizmi ilə birlikdə var 

olmalıdır.

Yer üzündəki ilk buqələmunu düşünək... Əgər bu 

canlıda rəng dəyişdirmə xüsusiyyəti olmasaydı, nələr 

baş verərdi? Əvvəla, buqələmun gizlənə bilməyəcəyi 

üçün asanlıqla yırtıcılar tərəfindən ovlanardı. Bundan 

başqa, asan görüləcəyi üçün özünə yem ovlaması 

da çətinləşərdi. Bu da qorunma sistemi olmayan 

buqələmunun ölməsinə, ac qalmasına və bir müddət 

sonra nəslinin kəsilməsinə səbəb olardı. Ancaq bu 

gün dünyada hələ də buqələmunların olması belə bir 

hadisənin olmadığını göstərir. Deməli, buqələmunlar ilk 

dəfə var olduqları andan etibarən bu qüsursuz sistemə 

malikdirlər.

Təkamülçülər buqələmunun orqanizmində bu 

sistemi tədricən əmələ gəldiyini deyirlər. Bu təqdirdə, 

bəzi suallar doğur: buqələmun rəngini dəyişdirmək üçün 

bu qədər mürəkkəb sistem əvəzinə nə üçün daha sadə 

qorunma sistemi əmələ gətirməyib? Nə üçün bu qədər 

çox müdafiə metodu var ikən rəng dəyişdirməyi seçib? 

Rəng dəyişdirmək üçün lazımi kimyəvi proseslərdən 

ibarət mexanizm buqələmunun bədənində necə əmələ 

gəlib? Belə bir mexanizmi bir sürünənin düşünərək 

tapması və bədənində əmələ gətirməsi mümkündürmü? 

Bundan əlavə, bir sürünən hüceyrələrindəki DNT-lərdə 

rəng dəyişikliyi üçün lazımi informasiyanı şifrləyə 

bilərmi?


Şübhəsiz ki, belə bir şey əsla mümkün deyil. Bu 

suallara verilən cavablardan bir nəticəyə gəlirik: bir 

canlıda rəngini dəyişdirmək üçün lazımi kompleks 

sistem öz-özünə əmələ gələ bilməz.

Kəpənəyin hər iki qanadının simmetrik olması 

Düşünən İnsan, İyul 2014

12

www.tekamulsaxtakarliqlari.com



təsadüflə açıqlana bilməz.

Təkcə rəng dəyişikliyi sistemləri deyil, canlılardakı 

rəng və naxış müxtəlifliyi də düşündürən mövzudur. 

Tutuquşuların parlaq rənglərinin, balıqların zəngin 

rəng müxtəlifliyinin, kəpənəklərin qanadlarındakı 

simmetriyanın, çiçəklərdəki əlvan rənglərin və digər 

canlıların rənglərinin öz-özünə əmələ gəlməsi qeyri-

mümkündür. Bu cür qüsursuz naxışlar, canlıların 

həyatında  xüsusi  funksiyaları  olan  rənglər  və 

formalar açıq-aydın yaradılış dəlilidir. Ətrafımızdakı 

rənglərin əmələ gəlməsində üstün yaradılış olduğu 

göz qabağındadır.

Bunu  bir  nümunə  ilə  aydınlaşdıraq:  hər 

hansı məhsulu dizayn etdiyinizi və bu dizaynın 

da  kvadratlardan  ibarət  olduğunu  düşünək.  Bu 

kvadratlardan  təkcə  birini  çəkmək  üçün  kiçik 

hesablama aparmalıyıq: kvadratın dörd tərəfi də 

bərabər olmalı, dörd bucağı da 90 dərəcə olmalıdır. 

Kvadratı ancaq bu hesablamalardan sonra çəkə bilərik. 

Göründüyü kimi, bircə kvadratın çəkilməsi üçün də 

ağıl tələb olunur.

Eyni məntiqi ətrafımızdakı canlılara tətbiq 

edərək düşünək. Canlılarda qüsursuz uyğunluq, 

nizam və plan var. Bir kvadratın çəkilməsi üçün 

ağıl tələb olunduğunu anlayan insan kainatdakı 

nizamın, uyğunluğun, rənglərin, formaların 

əmələ gəlməsində üstün ağılın olduğunu dərhal 

anlayar. Deməli, kainat kimi bir sistemin təsadüfən 

əmələ gəlməsini iddia etmək ağıl və elmi cəhətdən 

əsassızdır. Bütün kainat sonsuz qüvvət sahibi Allah 

tərəfindən yaradılmışdır. Allah hər şeyi ən gözəl 

surətdə yaratmışdır.



1. Francis Darwin, Life and Letters,Vol.II, s. 275

2. Francis Darwin, Life and Letters,Vol.II, s. 305

3. J. Hawkes, Nine Tentalizing Mysteries of Nature, New York Times 

Magazine, 1957, s.33

Düşünən İnsan, İyul 2014

Düşünən İnsan, İyul 2014

13


14

15

Düşünən İnsan, İyul 2014

16

www.imaningozellikleri.com



İnsanlar imanın dərəcəsinə görə bir-birindən 

fərqlənirlər. Bəziləri Allah`a heç iman gətirmir. 

Bəziləri isə güclü Allah qorxusuna görə daima 

xeyirli işlər görməyə və dinə xidmət etməyə 

çalışır. Bu işdə sanki yarışırlar. Ancaq Allah`ın 

Quranda “...Yaxşı işlər görməkdə bir-birinizlə 

yarışın...” (Maidə surəsi, 48) əmri ilə bildirdiyi 

bu yarış Quran əxlaqından uzaq olan insanların 

bir-birini əzməsi şəklində rəqabət deyil, əksinə, 

xeyirli işləri, gözəllikləri artırmaq yarışıdır. 

Çünki möminlərin yarışmaqda məqsədləri 

dünyəvi mənfəət əldə etmək və ya insanlar 

arasında üstünlük qazanmaq deyil.

Möminlər Allah`ın rizasını 

qazanmaq üçün yaxşı işlər 

görməkdə yarışarlar

Möminlər sadəcə Allah`ın əmrlərini yerinə 

yetirməkdə, Onun bəyəndiyi əxlaqla yaşa-

maqda və Rəbbimizi razı etməkdə yarışarlar. 

Quranda möminləri Allah qatında dəyərli 

edən ünsürün yaxşı işlərdə yarışmaq olduğu 

bildirilmişdir:



: 2014
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Мisvak вя онун XXI ясрдя истифадяси
2014 -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2014 -> Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2014 -> Вместе к высотам стоматологии
2014 -> 31(2): 106-13 Müzeyyen Kayataş, 1 Rabia Figen Kaptan
2014 -> Ankara Numune E¤itim ve Araflt›rma Hastanesi Aile Hekimli¤i Klini¤i, Asistan Dr., Ankara


  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə