Duyğular haqqında anlayış



Yüklə 249,32 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix02.01.2022
ölçüsü249,32 Kb.
#40650
1   2   3   4   5   6   7   8   9   ...   19
Mövzu.4 İdrak proseslərinin ümumi xarakteristikası. Duyğular

beynində  inikasından  ibarət  olan  sadə  psixi  prosesə  deyilir.  Duyğuları  xarakterizə 

edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət 

olmasıdır. 

 Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxardığı səsi, 

əlimizin  ağrısını,  arının  rəngini  əks  etdiririk.  Duyğunun  fizioloji  əsasını,  akademik 

İ.P.Pavlovun  dediyi  kimi,  kompleks  anatomik  strukturdan  ibarət  olan  analizatorlar 

təşkil  edir.  Ona  görə  də  İ.P.Pavlov  analizatorları  duyğu  almaq  üçün  lazım  olan 

anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) 

periferik  şöbə.  Bu  hissə  reseptor  adlanır.  Reseptorun  funksiyası  xarici  qıcığı    qəbul 

etmək, xarici energiyanı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. 

Bunlara  afferent  (mərkəzəqaçan)  və  efferent    (mərkəzdənqaçan)  sinirlər  daxildir:  3) 

analizatorun  beyin  qabığı  şöbəsi.  Bunu  analizatorun  mərkəzi  şöbəsi,  nüvəsi  də 

adlandırırlar.  Bu  şöbənin  funksiyası  perifernik  şöbədən  gələn  impulsları  təhlil 

etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O 

beyin  qabığında  müxtəlif  yerlərdə  yerləşir.  Məsələn  görmə  duyğusunun 

analizatorlarının  mərkəzi  şöbəsi  beyin  qabığının  ənsə  payında  yerləşir.  Eşitmə 



 

 

 



 

duyğusunun  analizatorunun  mərkəzi  şöbəsi  beyin  qabığının  sağ  və  sol  gicgah 



payındadır.  Duyğunun  əmələ  gəlməsi  üçün  analizatorun  bütün  hissələrinin  tamlığı, 

birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu 

alınmaz. 

Analizatorlar  fəal  bir  orqandır.  O  qıcıqlandırıcının  təsiri  altında  daima  özünü 

yenidən qurur. Ona görə də demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə 

özündə hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır. 

Duyğuların  insanın  həyatında  əhəmiyyəti  əvəzolunmazdır.  Bunu  başa  düşmək 

üçün aşağıdakılara diqqət yetirmək kifayətdir. 

1.  Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil    edir. Gerçək aləm haqqında 

ilkin  məlumatı  duyğular  vasitəsilə  əldə  edirik.  Duyğulardan  kənarda  heç  bir  idrak 

prosesi yoxdur. 

2.  Duyğular  təkcə  bizim  biliklərimizin  mənbəyi  deyil,  həm  də  hiss  və 

emosiyalarımızın da mənbəyidir. 

Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, çürümüş ətin üfunətliliyi 

mənfi emosional halın yaranmasına səbəb olur. 

Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu faktı xatırlamaq yerinə 

düşər.  

Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə rastlaşmışdır: Xəstə bütün 

duyğulardan məhrumdur. Onun ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. 

Bir də əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim göstərir ki, əgər 

xəstə  həmin  görən  gözünü  yumursa,  əlindəki  hissiyyatın  qaldığı  sahəyə  heç  kim 

toxunmursa, bu zaman xəstə huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır. 

 


Yüklə 249,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin