artmasına sensibilizasiya deyilir.
Sinesteziya. Duyğu ilə bağlı bu qanun daha az ümumiliyə malikdir. Bu hadisə ən
çox özünü rəngli eşitmə deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı
A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında rəng çalarları yaranır, rəng
duyğusu əmələ gəlirmiş. Duyğularımızda sinesteziyanın olmasını dilimizdə olan,
«yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.
Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz kimi, duyğular
qıcıqlandırıcıların təsiri kəsildikdən sonra dərhal yox olub getmir. Həmin qı-
cıqlandırıcıları bu və ya digər səviyyədə hələ də duymaqda davam edirik, başqa sözlə
onların surəti bizim tərəfimizdən hələ də duyulur. Bu hadisə elmdə ardıcıl surətlər adı
ilə qəbul olunmuşdur. Ardıcıl surətlər həm müsbət, həm də mənfi xarakter daşıya bilir.
Adətən müsbət ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin qıcığa
uyğun gəlir. Məsələn, bir üzündə quş, o biri üzündə qəfəs şəkli çəkilmiş kardon
parçanın iki ucundan bağlanmış iplə fırlatsaq biz quşu qəfəsin içində duymağa
başlayarıq. Bu ona ğörə baş verir ki, kardon parçasının o biri üzü gələnə qədər hələ
bizim gözümüzün tozlu qişasında quşun şəkli qalır. Nəticədə qəfəs şəkli ilə üst-üstə
düşdüyünə görə biz quşu qəfəsdə görməyə başlayırıq.
Dostları ilə paylaş: |