İLKİN MÜALİCƏDƏN SONRA TƏKRAR
DİAQNOSTİK MÜAYİNƏLƏR
►
Fizikal müayinə xəstəliyin davam etməsi və ya residiv verməsinin
təyini üçün həssas deyil.
►
Boynun USM-i daha çox həssaslığa malikdir, limfa düyünlərinin və
QV yatağının qiymətləndirilməsi üçün istifadə edilir.
►
Limfatik düyünlərin diametri 2-3 mm olan hiperplaziyası çox vaxt
xoşxassəli olur.
►
Bir neçə ay ərzində diametri 5 mm-dən çox olan limfatik düyün
müşahidə edildikdə, boyun nahiyəsinin USM-i, US-NİAB aparıl-
malıdır və sonuncunun nəticəsində alınan mayedə Tg ölçülməlidir.
►
Ölçüsü 5 mm-dən kiçik olan şübhəli limfa düyünü dəqiq təsvir
edilməlidir və onun davamlı monitorinqi aparılmalıdır.
►
QV-nin papilyar və follikulyar karsinoması zamanı Tg spesifik və
geniş istifadə edilən onkomarkerdir.
►
Anti Tg anticisimlərinin səviyyəsi tam remissiyadan sonra azalır və
ya yox olur. Lakin antigenlərin və anticisimlərin tam yox olması 2-3
il ərzində baş verə bilər.
►
Tg normal və neoplastik tiroid hüceyrələrində TSH-nin kontrolu
altında sintez olunur. Bunun üçün hər iki göstərici ölçülməlidir.
►
Aşağı risk qrupuna aid olan və radioaktiv müalicə almamış
xəstələrdə xəstəliyin residiv vermə ehtimalı çox aşağıdır və belə
xəstələrdə TSH-nin stimulyasiyasını aparmaq tövsiyə olunmur.
►
Cərrahi və radioaktiv müalicədən dərhal sonra qanda Tg müəyyən
olunmamalıdır. Tg cərrahi müdaxilə və radioaktiv yodla müalicədən
ən azı 3 ay sonra yoxlanılmalıdır.
►
Tg-nin stimulyasiya nəticəsində yüksəlməsindən və yüksək
aktivlikli radioaktiv yod qəbul etdikdən sonra əvvəllər müəyyən
olunmayan neoplastik ocaqlar təyin oluna bilər.
►
Tg-nin səviyyəsinin kritik həddən yüksək olması və onun artımının
davam etməsi təkrar müalicəyə göstərişdir.
►
Müayinədən sonra bütün bədənin skanerləşdirilməsinin (BBS)
nəticəsi neqativ olsa, təkrar müalicəyə ehtiyac yoxdur. Bu halda KT,
NMR kimi müayinələrin aparılması kifayətdir.
►
Pozitiv AbTg və Tg-nin təyin olunmaması heç də həmişə remissiya
demək deyil.
►
Belə xəstələrdə periodik olaraq BBS və boynun USM-i
aparılmalıdır. Metastazlara şübhə olduqda xəstəyə KT, NMR
aparılmalıdır. Sonrakı müayinələr zamanı AbTg-nin yox olması
remissiyanın baş verməsini göstərə bilər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|