RADİOİZOTOP SKANERLƏŞDİRMƏ
Hal-hazırda dünyada ən geniş yayılmış, yüksək spesifik və
həssaslığa malik müayinə üsullarından biridir. Radioizotop
skanerləşdirmə (sintiqrafiya) – qalxanabənzər vəzidə izotopun
toplanma xüsusiyyətinə əsaslanır. Bu üsulla düyünün funksional
xarakteri müəyyən edilir. Əgər tiroid düyünü və ÇDU zamanı TSH-
nin səviyyəsi normal göstəricinin aşağı sərhədindən kiçik olarsa və
ya ektopik tiroid toxumasının mövcudluğuna və ya retrosternal ura
şübhə olarsa, QV-nin sintiqrafiyası aparılmalıdır (B).
Dostları ilə paylaş: |