"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   16   17   18   19   20   21   22   23   ...   47
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
68
 
Paulo Koelyo 
 
"Rio-Pyedranın sahilində oturdum və ağladım" 
 
Roman 
 
 
 
(Dünyaşöhrətli Braziliya yazıçısından əla bir roman - azəricə) 
 
 
Azərbaycancaya tərcümə: Aygün Aslanlı 
 
 
 
 
 
Ön söz 
 
 
   İspaniyalı bir missioner adada üç astek kahininə rast gəldi. Keşiş onlardan soruşdu: 
  -Siz necə dua edirsiniz? 
  -Biz bircə dua bilirik, - baş kahin cavab verdi - O da budur: «İlahi, səndə üç ruh birləşib, 
biz də üç nəfərik. Bizi əfv elə». 
  - Pis dua deyil, - missioner dedi.  
  - Ancaq Allahın eşitmək istədiyi bir az başqa cürdür.Gəlin, mən sizə başqa dua öyrədim 
- bundan çox-çox yaxşısını. 
   Sonra onlara katolik duasını öyrətdi və Tanrı sözünü yaymaq üçün yoluna davam etdi. 
Bir neçə il sonra missioner İspaniyaya, öz evinə qayıdanda onun gəmisi həmin adanın 
yanından keçməli oldu. Missioner yuxarı göyərtədən üç kahini sahildə gördü və onlara əl 
elədi. 
   Həmin anda onlar suların üstüylə gəmiyə tərəf qaçdılar. İçlərindən biri, gəmiyə ən 
yaxın olanı qışqırdı; 
  -Padre! Padre! Biz tanrının sevimli duasını yadımızda saxlaya bilmədik! Onu bizə 
təzədən öyrət! 
  -Bu vacib deyil, - möcüzə şahidi olmuş missioner dedi. Və vaxtında başa düşmədiyi 
üçün Tanrıdan üzr istədi - Tanrı bütün dillərdə danışır. 
   Bu pritça «Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabında söhbətin nədən 
getməsinin ən yaxşı izahıdır. Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu 
boynumuza alırıq. Möcüzələr bizim lap yanımızda baş verir, səma işarətləri bizə yol 
göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz «Dinə gəlmək üçün konkret 
qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır» deyərək qətiyyətlə 
özümüzü görməməzliyə vururuq. Anlamırıq: «biz Onun üçün hansı qapıları açsaq, O da 
oradan  gırəcək».    
   Ənənəvi dini ayinlər vacibdir, zira birgə dua edən, mərasimləri yerinə yetirən zaman 
yaranan vəhdət hissini başqaları ilə bölməkdə bizə kömək edir. Bununla belə unutmaq 
olmaz ki, mənəvi təcrübə hər şeydən əvvəl praktik məhəbbət təcrübəsidır. Məhəbbətdə 


 
69
isə qaydalar yoxdur. Əlbəttə, dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış 
strategiyası hazırlamaq olar- bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir və yalnız  
onun qərarı vacib və gərəklidir. 
   Belə hadisə hər birimizin həyatında baş verib. Bizlərdən hər birimiz bu və ya digər 
anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz». Biz ona 
görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi (bizim fikrimizcə) düşünürük. Ona 
görə əzab çəkirik ki, bizim sevgimiz gizli, təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya 
bilməmişik, odur ki, əzab çəkirik. 
  Amma əbəs yerə. Zıra sevgidə bizim mənən böyüməmizin rüşeymləri qoyulub. Nə 
qədər çox seviriksə, mənəvi kamilliyin dərkinə bir o qədər yaxınlaşırıq. Həqiqətən 
kamilliyə çatmış insanlar – ürəkləri məhəbbətlə alovlananlar - öz dövrlərinin  bütün 
xürafatını, maneələrini dəf ediblər. Onlar mahnı oxuyublar, gülüblər, yüksək səslə dua 
ediblər, oynayıblar, apostol Pavelin «müqəddəs dəlilik» adlandırdığı hər şeyi həyata 
keçiriblər. Onlar şən olublar – zira dünya sevənlərin qarşısında diz çökür və onlar, 
itirmək qorxusundan xəbərsizdir.Əsl məhəbbət özünü bütünlüklə verməkdir. 
  «Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabı bunun nə qədər vacib olması 
haqqındadır. Pilar və onun dostu -uydurma personajlardır. Lakin onlar həm də Fərqli 
Məkan axtarışlarında  qarşılaşdığımız bir çox konfliktləri simvolizə edirlər. Gec, ya tez 
hər birimiz öz qorxularımıza qalib gəlməli olacağıq - zira mənəviyyatın yolu gündəlik 
qazanılan məhəbbət təcrübəsindən keçir. 
  Bir dəfə rahib Tomas Merton dedı: «Mənəvi həyat məhəbbətə bərabərdir. Kiməsə 
kömək eləmək, kimisə qorumaq, xeyriyyəçilik məqsədilə sevmirlər. Belə olanda 
yaxınımız bizim üçün sadəcə obyektə çevrilir, özümüzü isə xeyirxah və müdrik adamlar 
kimi görürük. Bunun məhəbbətə heç bir dəxli yoxdur. Sevmək - başqa adamın bir parçası 
olmaq, onda İlahi odun qığılcımlarını tapmaq deməkdir». 
   Qoy, Piların Rio-Pyedra sahilində tökdüyü göz yaşları bizə İlahi oda gedən yolu 
göstərsin.          
 
*** 
 
   Əgər rəvayətə inansaq, bu çayın sularına düşən hər şey – yarpaqlar, həşəratlar, quş 
lələkləri - zamanla onun yatağını döşəyən daşlara çevrilirlər. Of, əgər mən ürəyimi 
sinəmdən qopara bilsəydim. Qopara və coşğun sulara ata - bir də nə əzab, nə həsrət, nə də 
xatirə olmasın deyə. 
   Rio- Pyedranın sahilində oturdum və ağladım. Qışın soyuğu mənə yanaqlarımdakı göz 
yaşlarını hiss etdirdi və göz yaşları qarşımda axan buz kimi soyuq sulara qarışdı. Hardasa 
bu çay başqasıyla, sonra üçüncüsü ilə birləşir, o vaxta qədər ki  - ancaq artıq mənim 
gözümdən və könlümdən uzaqda - bütün bu sular dəniz suyu ilə qarışır. 
  Qoy, sular ona qarışmış göz yaşlarını da uzaqlaşdırsın, onda mənim məhəbbətim 
bilməyəcək ki, mən nə vaxtsa ona yas tutmuşam. Qoy, sular ona qarışmış göz yaşlarını 
uzaqlaşdırsın ki, mən Rio - Pyedranı, monastırı, Pireneyin ətəklərindəki kilsəni, birlikdə 
getdiyimiz yolları və dumanı unuda bilim. 
   Mən yuxuda gördüyüm yolları, dağları, düzənlikləri unudacağam -onlar yuxularıma 
girirdilər, ancaq mən bundan xəbərsizdim. 
  Lakin mən adi «hə» və ya «yox»un bizim bütün yaşamımızı dəyişməyə qadir  olduğu 
həmin sehirli anı xatırlayıram. Sanki bu çoxdan baş verib, bununla belə cəmi bir həftə 
əvvəl mən yenidən onunla görüşdüm və yenidən itirdim. 


 
70
   Rio-Pyedranın sahilində mən bu əhvalatı yazdım. Mənim əllərim donmuşdu, ayaqlarım 
narahat oturmaqdan keyimişdı və mən hər an dayanmağa, yazdıqlarımı tullamağa can 
atırdım. 
  -Sadəcə yaşamağa çalış. Xatirələri saxla qocalara - o belə deyirdi. 
   Bəlkə, məhəbbət bizi vaxtından əvvəl qocaldır və elə o da çoxdan ötmüş gəncliyi 
qaytarır. Axı o anları necə xatırlamamaq olar? Mən həm də sonsuz həsrəti işıqlı kədərə, 
tənhalığı xatirəyə çevirmək üçün yazıram. Bu əhvalatı özümə danışıb, sonra çaya 
tullamaq üçün - yanında sığınacaq tapdığım qadın mənə belə dedi. Əgər müqəddəslərin 
sözlərinə inansaq - onda su yanğı ilə yazılanları söndürəcək. 
  Bütün sevgi əhvalatları bir - birinə oxşayır. 
  Biz bir yerdə böyüyüb, bir yerdə boya-başa çatmışıq. Sonra o, ata yurdundan getdi, zira 
gec, ya tez bütün cavanlar doğma daldabucaqlarını tərk edirlər. Dedi ki, dünyanı görmək 
istəyir, onun arzuları üçün Soriyanın çölləri çox dardı. 
  Bir neçə il mən onun haqqında heç nə eşitmədim.Yalnız hərdən bir ondan qısa 
məktublar  gəlirdi - vəssalam. Zira bizim uşaqlığımızın küçələrinə və  meşələrinə o, bir 
də heç vaxt qayıtmadı. 
  Mənsə məktəbi bitirib Saraqosa getdim və orada anladım: O haqlı idi. Soriya kiçik 
şəhərcikdir və dünyaya bağışladığı yeganə məşhur şairin ən məşhur sözü «yol onunla 
getmək üçün yaranıb» misrası idi. Mən universitetə daxil oldum, nişanlandım. Hələ də 
qalib gələ bilmədiyim açıq müsabiqəyə hazırlaşmağa başladım. Təhsil haqqını ödəmək 
üçün  satıcı işlədım. Müsabiqədən kəsildim, nişanlımdan ayrıldım.  
Bütün bu vaxt ərzində isə ondan gələn məktubların sayı çoxalırdı və xarici ölkələrin 
markalarına baxanda mən həsəd aparırdım. Bax, - mən fikirləşirdim - mənim dostum 
yetkinləşib, o, hər şeyin dadına baxıb, o bütün dünyanı gəzib, onun qanadları böyüyüb, 
mənsə hələ də kök atmağa çalışıram. 
    
Bir vaxt gəldi ki, eyni ünvandan - kiçik fransız şəhərciyindən göndərdiyi məktublarında  
o, tez - tez Allahdan danışmağa başladı. Günlərin bir günü isə seminariyaya daxil olmaq, 
özünü duaya və moizəyə həsr etmək istədiyini bildirdi. Cavab məktubunda mən ondan 
tələsməməsini, azadlığın kefini bir az da çıxartmasını, yalnız bundan sonra belə ciddi 
addım atmasını xahiş etdim. 
  Təzədən oxudum və məktubu cırmaq qərarına gəldim - mən kiməm ki, azadlıq və ya 
rahiblik haqqında hökm çıxardım? Ondan da, o birisindən də o xəbərdardır, mən yox. 
  Yenə bir müddət keçəndən sonra mən onun mühazirə oxuduğunu eşitdim və 
təəccübləndim - axı, o, başqalarını öyrətmək üçün çox gəncdir. Ancaq iki həftə keçəndən 
sonra o, mənə yazdı ki, Madriddə mühazirə oxuyacaq və çox xahiş edir ki, mən də ora 
gəlim. 
  Və mən Saraqosdan Madridə qədər dörd saat yol getdim, çünki onu yenidən görmək 
ıstəyirdim. Onun səsini eşitmək istəyirdim. Onunla kafedə oturmaq, birlikdə oynadığımız 
zamanları yada salmaq istəyirdim - onda bizə elə gəlirdi, dünya o qədər böyükdür ki, onu 
gəzib qurtarmaq, dərk etmək mümkün deyil. 
*** 
   
     Mühazirəyə  mənim fikirləşdiyimdən də çox adam gəlmişdi, elə mühit də çox 
təntənəli və ciddi idi. Və mən heç nə anlamırdım. 
  «Bəlkə o, məşhur adam olub» - mən fikirləşdim.Öz məktublarında o, bu barədə heç nə 
deməmişdi. Mən zalda oturanlarla danışmaq, onları bura nəyin gətirdiyini soruşmaq 
istədim - ancaq cürət eləmədim. 


 
71
  Onu görəndə təəccübləndim. O, mənim bir vaxtlar tanıdığım yeniyetməyə heç 
oxşamırdı. Axı qəribə nə var ki, on bir il – az müddət deyil. O,gözəlləşmişdi, gözləri 
parıldayırdı. 
  -O, bizə bizim olanı qaytarır, - məndən solda əyləşmiş qadın dilləndi. 
  Qəribə sözlərdir. 
  -Nəyi qaytarır ? - mən soruşdum. 
  -Bizdən oğurlanmış olanı. İnamı. 
  -Yox, qaytarmır, - sağ tərəfdəki qonşu etiraz etdi, o, nisbətən gənc idi. -Onsuz da bizə 
məxsus olanı qaytarmaq mümkün deyil. 
  -Eləsə, siz bura niyə gəlmisiniz? - birinci qadın əsəbi halda xəbər aldı. 
  -Ona qulaq asmaq istəyirəm. Mənə onların indi nə fikirləşdiyi  maraqlıdır. Vaxt vardı, 
onlar bizi tonqalda yandırırdılar. Bəlkə elə bilirlər, az yandırıblar?  
  -Bu yalqız səsdi, – birinci dedi. - O, bacardığını edir. 
  İkinci qadın istehza ilə gülümsündü və söhbəti kəsib üzünü çevirdi. 
  -Bir seminarist üçün o, çox cəsarətlidir, - birinci qadın indi də mənə müraciət edərək və 
məndən dəstək gözləyərək davam etdi. 
  Ancaq mən heç nə başa düşmürdüm və susdum. Gənc qadınsa mənə göz vurdu - onun 
əlbiri, müttəfiqiyəmmiş kimi.    
  Mənsə ona görə susurdum ki, fikrim başqa şeylə məşğul idi. Mən birinci qadının dediyi 
haqqında düşünürdüm. 
  «Seminarist» 
  Ola bilməz. O, mənə xəbər verərdi. 
  O, danışmağa başladı, ancaq mən heç cür diqqətimi cəmləyə  bilmirdim. «Yaxşı 
geyinmək lazım idi» - bunun məni niyə belə narahat etdiyini başa düşmədən 
fikirləşirdim. O, zalda məni gördü və mən onun nə düşündüyünü, xoşuna gəlib - 
gəlmədiyimi tapmağa çalışdım. Yəqin ki, o vaxtkı mənlə indiki mən arasında böyük fərq 
var - onda mənim 18 yaşım vardı, indi 29. 
  Səsi heç dəyişməmişdi. Lakin tamam fərqli sözlər deyirdi. 
  Mütləq risk eləmək lazımdır. Həyatın möcüzəsini yalnız gözlənilməz hadisələrə hazır 
olduğumuz zaman tam şəkildə  dərk edə bilərik. 
Tanrı hər gün bizə - günəşlə birlikdə - bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı 
göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, 
ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan 
fərqlənmır. Ancaq öz gününə diqqətlə baxan kəs həmin sehirli anı tapacaq. O, bizim 
sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik 
anında, ya da bir - birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin 
an - ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an 
mövcuddur. 
     Düzdür, xoşbəxtlik hərdən başımıza göydən yağır, ancaq əksər hallarda o mübarizə, 
qələbədir. Sehirli an bizə dəyişməkdə və arzularımızın axtarışlarına çıxmaqda kömək 
edir. Doğrudur, bu yolda bizi  ağrı - acı, əzab, ehtiyac gözləyir, çoxlu məyusluqlarla 
rastlaşacağıq - lakin onların hamısı keçicidir, heç bir iz qoymur. Gələcəkdə biz geriyə 
qürur və inamla baxacağıq. 
    O şəxs bədbəxtdir ki, riskə getməkdən qorxur. Yəqin ki, o, məyusluqdan və 
illüziyaların puça çıxmasından xəbərsizdir, əzab çəkmir - arzu edən və arzusunu həqiqətə 
çevirməyə can atanlardan fərqli olaraq. Amma o, geri baxdığı zaman – o isə mütləq 
baxacaq, zira bu bizim hər birimizə xasdır - ürəyinin ona necə: « Sən, Tanrının bu qədər 
səxavətlə sənin günlərinə, iş və asudə vaxtlarına səpələdiyi həmin möcüzələri neynədin? 


 
72
Ustadının sənə etibar etdiyi istedadı, zəkanı necə dəyərləndirdin? İtirməkdən qorxduğun 
üçün dərinə basdırdın? Yaxşı, bundan sonra arxayın ola bilərsən: sən öz həyatını yelə 
verdin və xərclədin, puç və israf etdin. Bu arxayınçılıq  sənin yeganə qazancın olacaq». - 
dediyini eşidəcək. 
  Bədbəxt o kəsdir ki,  belə sözlər eşidir. Bədbəxtdir, çünki indi o, möcüzənin 
mümkünlüyünə inanır, lakin sehirli anlar bir daha qayıtmayacaq. 
  O, mühazirəni bitirəndə, adamlar hər tərəfdən onu əhatəyə aldılar. Mən bir qədər aralıda 
gözləyirdim və gərgin halda  uzun illərin ayrılığından sonra ona necə təsir 
bağışlayacağım barədə fikirləşirdim. Mən özümü körpə uşaq kimi hiss edirdim - onu 
təzə, yad dostlara qısqanan, qorxaq bir uşaq. Mən əzab çəkirdim, çünki o, başqalarına 
daha çox diqqət ayırırdı, nəinki mənə. 
  Nəhayət ki, o yaxınlaşdı. Yanaqları allandı və mən qarşımda bir dəqiqə əvvəl ciddi 
şeylərdən danışan yetkin kişi yox, bir vaxtlar mənimlə birlikdə müqəddəs Saturiya 
sovməəsində - (kiçik kilsə) gizlənən balaca oğlanı gördüm. Həmin oğlan mənə dünyanı 
gəzmək arzusundan danışdığı vaxt, valideynlərimiz polisə zəng edirdilər, çünki elə 
bilmişdilər ki, çayda boğulmuşuq. 
 -Salam, Pilar, - o dedi. 
  Mən onu öpdüm. Mən onun çıxışını tərifləyə  və bu qədər çox adamın içində özümü 
nədənsə yaxşı hiss etmədiyimi  deyə bilərdim. Mən  uşaqlığımızdan hər hansı bir gülməli 
hadisəni xatırlaya  və indi başqalarının ona necə heyranlıqla baxdığını görəndə qürur 
duyduğumu etiraf edə bilərdim. Mən Saraqosa gedən sonuncu gecə avtobusuna çatmaq 
üçün tələsməli olduğumu ızah edə bilərdim. 
  Bilərdim. Biz heç vaxt bu sözlərin mənasını sonacan anlamayacağıq. Zira həyatımızın 
hər bir anında nə isə bir şey baş verə bilər - baş verə bilər, ancaq vermir. Elə sehirli anlar 
var ki, geridə qalır və kəşf olunmadan keçir, və ya taleyin əli qəflətən bizim dünyamızı 
dəyişir. 
  Və onda da, məhz,  belə oldu. Bütün o deyə biləcəklərimin əvəzinə, mən cəmi iki söz 
dedim - bir həftədən sonra məni bu çayın sahilinə gətirib çıxardan, bu sətirləri yazmağa 
məcbur edən ikicə söz... 
    - Qəhvə içək? – bax, onda mən bunu dedim. 
 Və o, mənə tərəf dönərək taleyin ona uzatdığı əli geri çevirmədi.  
   - Səninlə danışmağa elə ehtiyacım var ki. Sabah Bılbaoda mühazirə oxuyacam. Mən 
maşınlayam. Gedirik? 
   - Mən Saraqosa qayıtmalıyam - bunun yeganə çıxış yolu olduğunu bilmədən cavab 
verdim. Ancaq sonrakı saniyədə ya yenidən uşaqlıq dövrünə döndüyüm üçün, ya da ona 
görə ki, həyatımızın ən gözəl anlarını biz yazmırıq, mən dedim: 
  - Amma, yox, Müqəddəs Məryəmin qüsursuz haimləliyi bayramı münasibətilə istirahət 
günləri olacaq. Mən səninlə Bilboaya gedə bilərəm, Saraqosa da oradan qayıdaram. 
  Yanımda oturmuş qadının «seminarist» barədə replikası mənə rahatlıq vermirdi və 
deyəsən o, bunu hiss etdi. 
   - Sən məndən nə isə soruşmaq istəyirsən? 
   - İstəyirəm, - mən biclik işlətməyə çalışaraq cavab verdim. - Bir qadın mühazirədən 
qabaq dedi ki, sən ona məxsus olanı qaytarırsan. 
   - Bu vacib deyil. 
   - Mənim üçün vacibdir, - mən etiraz etdim. - Axı, mən sənin haqqında, həyatın 
haqqında heç nə bilmirəm. Səni dinləmək üçün bu qədər adamın gəldiyini görəndə 
heyrətə gəldim. 


 
73
   O, gülərək yanındakı adamlara tərəf çevrildi və artıq onlarla söhbətə başlamağa 
hazırlaşdı. 
   - Dayan, - mən onun qolundan çəkərək dedim. - Sən mənə cavab vermədin. 
   - Pilar, inan ki, bu sənin üçün o qədər də maraqlı olmayacaq. 
   - Hər halda, mən bilmək istəyirəm. 
   O, dərindən nəfəs aldı və məni zalın küncünə çəkdi. 
   -Əsasında təkallahlıq duran böyük dinlərın hər üçü - iudaizm, xristianlıq, islam kişi 
dinləridir. Din xadimləri - kişilərdir. Qanunları kişilər qoyur, mərasimləri kişilər icra edir. 
   - Zaldakı o xanım nəyi  nəzərdə tuturdu? 
   O, çaşdı, duruxdu, ancaq hər halda cavab verdi: 
   - Mənim hər şeyə fərqli yanaşdığımı. Tanrının qadın simasına inandığımı. 
 Mən yüngülcə nəfəs aldım - qadın səhv etmişdi. O, seminarist ola bilməzdi, zira 
seminaristlər hər şeyə fərqli yanaşa bilməzlər. 
  - Müfəssəl izahatdır, - mən cavab verdim. 
 Qapıda məni zalda mənə göz vuran həmin qız gözləyirdi. 
  - Mən bilirəm ki, biz səninlə eyni məzhəbə etiqad edirik, - o dedi. - Mənim adım 
Bridadır.   
  - Nə barədə danışırsan? Başa düşmürəm. 
  - Çoz gözəl başa düşürsən, – o güldü. 
 Və mənə nə isə izah etməyə imkan vermədən əlimdən yapışmağı ilə çölə çıxmağı bir 
oldu. 
  Yetərincə isti axşam idi, ancaq mən səhərə qədər küçədə qala bilməzdim, gecələmək 
üçün hara getmək lazım gəldiyi haqqında isə heç bir fikrim yox idi. 
  - Hara gedirik? - mən soruşdum. 
  - Tanrıçanın heykəlinin yanına, - cavabı gəldi. 
  - Mən ucuz bir otel axtarsam, yaxşıdır. 
  - Hər şeyi sonra başa salaram. 
  Mən kafedə oturub danışmağa, dostum haqqında daha çox şey öyrənməyə üstünlük 
verərdim. Ancaq mübahisə eləmədim və qız məni Paseo-de-Kastelyana küçəsilə aparanda 
itaətkarcasına yanınca gedirdim və bu günə qədər heç vaxt görmədiyim Madridə baxa-
baxa başımı tərpədirdim. 
   Qız prospektin ortasında dayandı və səmanı göstərdi. 
   - Odur! 
   Çılpaq budaqların arasından bütöv ay parıldayırdı. 
   - Gözəldir, - mən dedim. 
   Ancaq qız, məni eşitmədən, qollarını geniş açdı, ovuclarını üzü yuxarı çevirdi, başını 
geri atdı və dondu. 
   «Hara gəlıi çıxmışam, - mən fikirləşdim. Mühazirəyə qulaq asdım, sonra bu 
ağıldankəm qızla Paseo-de-Kastelyanada gəzdim, sabahsa Bilbaoya gedirəm». 
 - Yer Tanrıçasının güzgüsü, - qız gözlərini açmadan dilləndı. - Öz qüdrətimizi dərk 
etməyi bizə öyrət. Elə et ki, kişilər bizi başa düşsün. Doğulan, işıq saçan, ölən və 
göylərdə yenidən dirilən Sən, toxumdan meyvəyə qədər olan yolu bizə göstərirsən. 
   Qız əllərini göyə uzatdı və  uzun müddət bu pozada dayandı. Yoldan keçənlər ona 
baxırdılar, gülürdülər, ancaq o, onlara fikir vermirdi. Əvəzində mən onun yanında 
olduğum üçün utandığımdan yerə girməyə hazır idim. 
   - Mən bunu etməli idim, - o, Aya bütün ehtiramını bildirdikdən sonra dilləndi: 
   - İndi İlahə bizi qoruyacaq. 
   - Bir əməlli başa sal görüm, nədən danışırsan? 


 
74
   - Sənin dostun nədən danışırdısa, ondan, ancaq həqiqi sözlərlə. 
  Və mən mühazirənin mənasını anlamağa çalışmadığım üçün peşman  
oldum. İndi orada nədən söhbət getdiyini bilmirəm. 
   - Biz bilirik ki, Tanrı qadın simasındadır, - yolumuza davam edəndə qız dedı. - Biz 
Böyük Ananı başa düşən və sevən qadınlarıq. Biliyimiz bizə baha başa gəlib - bizi təqib 
ediblər, tonqalda yandırıblar - amma biz sağ qala bildik. Və indi onun sirlərinin mənası 
bizə məlumdur. 
Tonqallar.Cadugərlər. 
  Yol yoldaşımın üzünə baxdım: gözəldir, pərişan, kürən saçları kürəyinə tökülüb. 
   - Kişilər ova gedirdilər, biz mağaralarda Ananın bətnində qalırdıq və uşaqları 
böyüdürdük, - o, davam etdi - Elə orada da Böyük Ana bizə öz elmini öyrətdi. 
   Kişi hərəkətdə olanda, biz Ananın bətnində idik. Ona görə də ailənin necə qol - budaq 
atdığını başa düşdük və kişilərimizi xəbərdar etdik. Biz birinci çörəyi bişirdik və onları 
doyuzdurduq. Biz gildən ilk piyaləni yapdıq və onlara su verdik. Biz yaradılışın necə 
dövr etdiyini anladıq, çünki bizim cismimiz ay fazalarının ardıcıllığını təkrarlayaraq 
yaşayır. Bax, odur! - qəflətən o, sözünü kəsdi.  
Mən onun göstərdiyi tərəfə baxdım. Dörd yandan sonsuz maşın selinın araya aldığı 
meydanın mərkəzində heykəllə bəzədilmış fəvvarə durmuşdu - şirlərin qoşulduğu cəng 
arabasının üzərində qadın. 
    -Bu, Kibela meydanıdır, - Mən Madridi yaxşı tanımağımla lovğalandım. Bu heykəli 
dəfələrlə poçt açıqcalarında görmüşdüm. 
   Ancaq qız məni eşitmirdi. O, artıq küçənin ortasında idi və maşınların arasından 
sivişərək fəvvarəyə tərəf qaçırdı.  
  - Gedək! Gedək! – o, əlini yelləyərək qışqırdı. 
   Mən, heç olmasa, otelin adını soruşmaq üçün onun ardınca getmək qərarına gəldim. 
Artıq bütün bu dəyişikliklərdən yorulmuşdum və doyunca yatmaq istəyirdim.  
 Fəvvarənin yanına ikimiz də, təxminən, eyni vaxtda çatdıq – mən - ürəyim ağzıma gələ - 
gələ, o - dodaqlarında təbəssümlə.      
  - Su! - qız qışqırdı. – Su onun əlamətidir! 
  - Xahiş edirəm, mənə ucuz bir otel adı de. 
  O, hər iki əlini fəvvarənin altına tutdu. 
   - Sən də belə elə, - mənə dedi. – Toxun suya. 
   - Dünyasında olmaz. Amma sənə mane olmaq istəmirəm - gedim, gecələməyə yer 
tapım. 
  - Bir dəqiqə də! 
  Bu sözlə, o, çantasından kiçik fleyta çıxartdı və dodaqlarına yaxınlaşdırdı. Mənə elə 
gəldi ki, musiqi məni hipnoz elədi - maşınların səs - küyü uzaqlaşdı, ürəyim sakitləşdi. 
Mən fəvvarənin kənarında oturub suyun şırıltısını və fleytanın nəğməsini dinləyə - 
dinləyə gözümü başımızın üstündə üzən ayın haləsinə zilləmişdim. Nə isə mənə deyirdi 
ki - hərçənd mən bunu tam dərk etmirdim - orada, göylərdə mənim qadın mahiyyətimin 
hansısa bir hissəciyi var. 
Bilmirəm, fleyta nə qədər oxudu. Qız melodiyanı yarımçıq kəsib, üzünü fəvvarəyə 
çevirdi. 
  - Kibela, - o dedi. - Böyük Ananın daha bir əlamətidir. Kibela tarlada sünbülün 
yetişməsini idarə edir, şəhərləri qoruyur, qadını din yoluna qaytarır. 
  - Kimsən sən? - mən soruşdum. - Məndən səninlə gəlməmi niyə istədin? 
  O çevrildi: 
  - Sən nə görürsənsə, mən, məhz, oyam. Mən Yer dininə etiqad edirəm. 


 
75
  - Mən sənin nəyinə lazımam? - yenə təkidlə soruşdum. 
  - Mən sənin gözlərini oxuyuram. Sənin ürəyin mənim üçün açıq kitabdır. Sən qızğın bir 
ehtirasla sevəcəksən. Və əzab cəkəcəksən. 
  - Mən? 
  - Kim haqqında danışdığımı özün bilirsən. Mən onun sənə necə baxdığını gördüm. O 
səni sevir. 
 Təbii ki, o dəlidir. 
  - Ona görə də səni özümlə çağırdım, - qız davam etdi. – O, vacib və qiymətlidir. 
Danışdıqlarının mənasız, cəfəngiyyat olmasına baxmayaraq, hər halda Böyük Ana 
kultunu qəbul edir. Onun məhvinə yol vermək olmaz. Ona kömək elə. 
  - Nə danışdığını özün də bilmirsən. Sən öz fantaziyalarında azmısan, -  mən yenidən 
maşınların arasından sivişə - sivişə dedim və özümə söz verdim ki, bir də heç vaxt bu 
qadının dedikləri barədə fikirləşməyəcəm. 
 
*** 
                                                                    
Biz qəhvə içmək üçün dayandıq.  
 - Həyat sənə çox şey öyrədib, - mən söhbət etməyə çalışaraq dedim. 
  - İlk öncə bizim dərk etməyə qadir və dəyişdirmək istedadına sahib olduğumuzu öyrətdi, 
- o cavab verdi. - Hətta bu qeyri - mümkün görünsə belə.  
  Bununla da söhbətimiz bitdi. Bundan əvvəl, yol kənarındakı barın yanında dayanana 
qədər keçən iki saatlıq yol boyu biz, demək olar ki,  danışmamışdıq. 
  Əvvəlcə, mən birlikdə keçən uşaqlığımızı xatırlamağa cəhd etdim, ancaq bu onu 
maraqlandırmadı və o, sadəcə nəzakət xatirinə danışırdı. O, hətta hərdən mənə qulaq da 
asmırdı və mənim artıq danışdığım haqqında yenidən soruşurdu. 
 Başlanğıcdan düz getməyən nə isə vardı. Bəlkə də zaman və məsafə onu birdəfəlik 
mənim dünyamdan uzaqlaşdırmışdı. «O, sehirli anlar haqqında danışır» - mən 
fikirləşdim. «Bəs Karmenin, Müqəddəs Yakovun və ya Mariyanın getdiyi yollar bir-
birindən nə ilə fərqlənir?» Bəli, o, artıq başqa aləmdə yaşayır, Soriya xatirəyə çevrilib - 
vaxtın yuduğu, keçmişdə ilişib qalmış xatirəyə. Onun uşaqlıq dostları elə uşaqlıqda da 
qalıblar, qocalarsa - əgər hələ sağdırlarsa - iyirmi doqquz il əvvəl neynirdilərsə, indi də 
onu edirlər. 
  Mən artıq onunla getməyə razılıq verdiyimçün peşman olmuşdum.Və həmin barda o, 
yenə də söhbəti yarıda kəsəndə, daha danışmamağa qərar verdim. Bilbaoya qədər qalan 
iki saatlıq yol mənim üçün əsl işgəncə idi. O, yola baxırdı, mən pəncərədən baxırdım və 
heç birimiz pis əhval -ruhiyyəmizi gizlətməyə cəhd belə etmirdik. Kirayə götürülmüş 
avtomobildə radio yox idi və üzücü sükutu heç nə poza bilmirdi. 
  -Gəl, avtobus stansiyasının yerini soruşaq - biz sürət magistralından çıxanda mən dedim. 
- Burdan Saraqosa müntəzəm ekspresslər (sürət avtobusları) gedir. 
  Siesta vaxtı olduğundan küçədə adam az idi. Biz bir kişinin, gənc cütlüyün yanından 
keçdik, ancaq o, maşını saxlamadı, soruşmadı. 
  -Bəyəm, sən onun yerini bilirsən? - mən dözmədim. 
  -Nəyin? 
 O, bayaqkı kimi məni dinləmir və eşitmirdi. 
 Və qəflətən, mən bu sükutun mənasını başa düşdüm. Axı o, dünyaya çıxmağa heç vaxt 
cəsarət tapmamış qadınla nə barədə danışa bilər? Məchulluq və naməlumluqla 
rastlaşanda qorxusundan əsən, yaxşı işi və uğurlu evliliyi dünyada hər şeydən üstün tutan 
bir şəxslə yanaşı addımlamaqdan necə həzz almaq olar? Mənsə - kül başıma! - onunla 


 
76
köhnə dostlar, üstünü toz basmış xatirələr, ucqar şəhərcik barəsində danışmağa 
çalışırdım. Mən başqa nə barədə danışa bilərdim ki? 
  -Bax, elə burda sən məni düşürəcəksən, - biz  mərkəzə çatanda dedim. Mən var 
qüvvəmlə çalışırdım ki, səsim təbii çıxsın. Ancaq əslində özümü axmaq, infantil, 
zəhlətökən kimi hiss edirdim. 
 O, maşını saxlamadı. 
  -Mənə avtobus stansiyasını tapıb, Saraqosa qayıtmaq lazımdır, - mən inad etdim.  
  -Mən heç vaxt burda olmamışam. Mən bilmirəm, otelim harda yerləşir. Bilmirəm, 
mühazirə harada olacaq. Və avtobus stansiyasının harda  
olduğunu da bilmirəm. 
  -Narahat olma, taparam. 
 O, sürəti azaltdı, ancaq dayanmadı. 
  -Mən istərdim ki.... 
 O, iki dəfə başladı və  heç cürə cümləsini bitirə bilmədi. Mən onun nə istədiyini ancaq 
təssəvvürümə gətirə bilərdim. - ona yol yoldaşlığı etdiyim üçün təşəkkür etmək, ümumi 
tanışlara salam göndərmək və beləcə xoşagəlməz hisslərdən qurtulmaq. 
  -Mən istərdim ki, sən bu axşam mənimlə mühazirəyə gedəsən, - nəhayət ki, o dilləndi. 
  Mən çaşdım. Bəlkə o, sadəcə yolboyu maşında hökm sürən məcburi səssizliyi pozmaq 
üçün vaxt qazanmağa çalışır? 
   -Mən çox istərdim ki, sən mənimlə gedəsən, - o, təkrar etdi. 
   Bəli, əlbəttə, mən - əyalət qızıyam. Əlbəttə, mənim həyatımda danışılmağa layiq olacaq 
maraqlı, həyəcanverici  heç nə baş verməyib. Əlbəttə, mən paytaxt xanımlarına xas olan 
parıltı və lətafətdən məhrumam. Ancaq əyalət həyatı qadına təcrübə və ya eleqantlıq 
verməsə də, ona ürəyinin səsini dinləməyi - ona diqqətlə qulaq asmağı və boyun əyməyi 
öyrədir. 
   Və heç gözləmədiyim halda ürəyimin səsi mənə pıçıldadı ki, yol yoldaşım səmimidir. 
   Mən dərindən nəfəs aldım. Təbii ki, heç bir mühazirəyə getməyəcəm, ancaq dostumun 
sanki yanıma qayıtdığını, məni öz macərasına dəvət  
etdiyini, öz qorxularını və qələbə fərəhini mənimlə bölüşdüyünü duymağın özü artıq çox 
sevindirici haldır. 
  -Dəvət üçün çox sağ ol, - mən cavab verdim. - Ancaq mənim otel üçün pulum yoxdur, 
həm də məşğələlərə çatmalıyam. 
 -Məndə pul var. Gecəni mənimlə qalarsan. İki çarpayılı otaq istəyərik. 
 Mən hiss etdim ki, havanın soyuq olmasına baxmayaraq, o, tər - su içindədir. Ürəyim 
həyəcan siqnalları verməyə başladı, səbəbini anlamaq isə imkanim xaricində idi. Bir neçə 
dəqiqə əvvəl içimi doldurmuş sevinc tam çaşqınlıqla əvəz olundu. 
  Qəflətən o, maşını kəskin saxladı və düz mənim gözlərimin içinə baxdı. 
Və əgər sənin gözlərinin içinə baxırlarsa, heç nəyi gizlədə, yalan danışa bilməzsən. 
  Və istənilən qadın - əgər hissləri tamamilə ölməyibsə - kişinin gözlərindən onun 
ehtirasın əsarətində olduğunu başa düşəcək. Bu nə qədər ağlasığmaz görünsə də, 
əlamətləri nə qədər yersiz və zamansız üzə çıxsa da, başa düşəcək. Elə o andaca 
kürənsaçlı qızın dediyi sözlər yadıma düşdü. 
  Bu mümkün deyildi. Amma bu belə idi. 
  Heç vaxt, həyatım boyu heç vaxt ağlıma da  gəlməzdi ki, o, - bu qədər ildən sonra – hələ 
xatırlayır. Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl - ələ verib dünyanı kəşf edirdik. 
Mən onu sevirdim - əlbəttə, əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə. 
Ancaq bütün bunlar o qədər uzaqda qalmışdı ki, sanki hansısa başqa, əvvəlki həyatda, 


 
77
hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər şeyə açıq olduğu zamanlarda baş 
vermişdi. 
  İndisə biz böyümüşük və öz əməllərimiz üçün cavab verməyi öyrənmişik. Uşaq vaxtı 
olanlarsa elə orada  da qalıb. 
  Yenidən onun gözlərinə baxdım. Mən inanmaq istəmirdim, ya da bacarmırdım. 
  -Mənim cəmi bir mühazirəm qalıb, sonra isə Bakirə Ananın  şərəfinə bayramlar 
başlayacaq. Mənə dağlara getmək lazımdır, - o, davam etdi. -Mən sənə bir şey 
göstərməliyəm. 
   Sehirli anlar haqqında danışan bu mükəmməl insan mənim qarşımda dayanmışdı - və 
hər şeyi tərsinə edirdi: həm yersizcəsinə inadkar idi, həm də yetərincə bədgüman, həm 
hadisələri tələsdirirdi və eyni vaxtda da hansısa qarışıq təkliflər edirdi. Onu belə görmək 
mənim üçün ağır idi. 
   Mən maşının qapısını açdım, düşdüm, kapota söykəndim. Xeyli vaxt, demək olar ki, 
boş olan prospektə baxdım. Siqaret yandırdım, düşünməyə çalışdım. Mən özümü elə 
apara bilərdim ki, guya heç nə başa düşmürəm - özümü inandırardım ki, söhbət ən 
məsum şeylərdən gedir, guya, doğrudan da, uşaqlıq dostu, bu təklifi öz rəfiqəsinə edib. 
Bəlkə o, həddindən artıq çox səyahət edib və reallığı başqa cür qavrayır. 
  Bəlkə mən hər şeyi şişirdirəm. 
  O, maşından sıçrayıb çıxdı, çömbəlib yanımda oturdu. 
  -Mən çox istərdim ki, sən axşam mənimlə mühazirəyə gedəsən, - təkrar etdi. - Mümkün 
deyilsə, - eybi yox, incimərəm. 
   Vəssalam! Yer kürəsi 360 dərəcə fırlandı və başlanğıc nöqtəyə qayıtdı. Mən hər şeyi 
səhv anlamışam - budur, o, artıq təkid eləmir, məni buraxmağa hazırdır. Ehtiras əsiri 
kişilər özlərini belə aparmırlar. 
   Mən özümü çox axmaq hiss elədim və eyni zamanda yüngüllük duydum. Bəli, mən 
qala bilərəm - heç olmasa, bir günlük. Biz birlikdə şam edərdik, ola bilsin, hətta, içki içib 
bir azca keflənərdik - uşaq vaxtı belə şey olmayıb. Bir neçə dəqiqə əvvəl ağlıma gələn 
bütün səfeh fikirləri unutmaq üçün gözəl fürsət yaranmışdı, Madriddən bu yana bizi 
buxovlayan buz qabığını qırmaq imkanı düşmüşdü. 
   Bir gün heç nəyi dəyişmir. Uzağı, rəfiqələrimə danışmağa sözüm olacaq. 
  -İkiçarpayılı nömrə, - mən zarafatyana dedim. -  Şam yeməyinin hesabı da sənlikdi, 
çünki mən gənc olmasam da, kasıb tələbəyəm. Pulum yoxdur. 
  Biz çemodanları nömrəyə qoyduq, oteldən çıxdıq, mühazirənin olacağı yerə tərəf getdik. 
Hələ vaxt vardı və biz kafeyə girdik. 
  -Mən sənə bir şey vermək istəyirəm, - o dedi və balaca qırmızı kisəciyi mənə uzatdı. Elə 
həmin dəqiqə onu açdım. İçində köhnə, paslanmış medalyon vardı: bir üzündə müqəddəs 
Məryəm ananın, o birisində -İsanın ürəyinin təsviri. 
  -Səninkidi, - o, mənim təəccübləndiyimi görüb dedi. 
  Və mənim ürəyim yenə də təlaşlandı. 
   -Bir dəfə - onda payız idi, hava da düz indiki kimi idi, biz yəqin ki, on yaşında - filan 
olardıq - sahildə oturmuşduq - böyük palıd ağacı olan yerdə. Mən bu söhbətə hazırlaşa - 
hazırlaşa bir neçə həftə özlüyümdə təkrarladığım sözləri demək istəyirdim. Ancaq təzəcə 
başlamışdım ki, sən medalyonunu itirdiyini qışqırıb sözümü kəsdin və onu axtarmağı 
xahiş etdin. 
   Yadıma düşdü. Aman Allahım, mənim yadıma düşdü. 
    -Mən onu tapdım. Ancaq sahilə qayıdanda o qədər uzun vaxt deməyə hazırlaşdığımı 
dilimə gətirməyə cəsarətim çatmadı.  Və mən and içdim ki, medalyonu sənə ancaq o gün 
– təxminən, iyirmi il əvvəl başladığım cümləni axıra çatdıranda verəcəm. Uzun müddət 


 
78
onu ağlımdan çıxartmağa çalışdım, amma heç nə alınmadı. Və artıq mənim onunla 
yaşamağa gücüm yoxdur. 
    O, fincanı yerə qoydu, siqaret yandırdı və tərpənməz baxışlarını tavana zillədi. Sonra 
mənə tərəf döndü və dedi: 
   -Cümlə çox sadədir. 
    Mən səni sevirəm. Hərdən bizi kədər bürüyür və biz onun öhdəsindən gələ bilmirik. 
Biz başa düşürük ki, bu günün sehirli anı keçdi, bizsə ondan istifadə etmədik. Və onda 
həyat bizdən öz magiyasını, öz hünərini gizlədir. 
    Körpənin səsinə qulaq vermək lazımdır. O körpənin ki, nə vaxtsa sən özün olmusan və 
hələ də içində bir yerlərdə yaşayır. O, həmin sehirli anların dərkinə qadirdir. Bəli, biz 
körpənin ağlamasını kəsə bilərik, lakin səsini batırmaq yox. 
    Bu körpə mövcudluğunu davam etdirir: körpələr xoşbəxtdirlər, zira artıq rəhmət 
qazanıblar.Və əgər biz yenidən doğulmağı bacarmasaq, əgər həyata  nə vaxtsa 
baxdığımız kimi – uşaq saflığı ilə və şövqlə baxa bilməsək, onda bizim 
mövcudluğumuzun  heç bir anlamı olmayacaq. 
   İntihar etməyin çoxlu üsulları var. O kəslər ki, cisimlərini öldürməyə cəhd göstərirlər, 
Allaha qarşı çıxırlar. Lakin ruhun qətlinə cəhd edənlər də Onun qanununu pozur - 
hərçənd adamlar onların bu cinayətini hesaba qatmırlar. 
   Sinəmizdə gəzdirdiyimiz  körpənin bizə dediklərini eşidək. Utanmayaq ondan, 
çəkinməyək. Onun qorxmasına yol verməyək - zira o təkdir və onun səsi, demək olar ki, 
heç vaxt eşidilmir. 
   İzn verək - heç olmasa, azacıq - yaşamımızın ixtiyarını əlinə götürsün. O körpəyə 
əyandır ki, bir gün o birindən fərqlənir.  
  Elə edək ki, o yenidən özünü sevimli hiss etsin. Onu sevindirək - hətta buna görə 
vərdişlərimizin əksinə çıxmaq lazım gəlsə belə, hətta bu kənardan axmaqlıq təsiri 
bağışlasa belə.  
  Yadımıza salaq ki, insanın müdrikliyi Tanrının gözündə dəlilikdir. Əgər biz ruhumuzda 
yaşayan körpəyə qulaq assaq, gözlərimiz yenidən parıldayacaq. Əgər həmin körpəylə 
əlaqəni itirməsək, həyatla da əlaqəmiz  qırılmayacaq.  
                                               
   Ətrafımdakı rənglər parlaqlaşdı: səs güclənirdi və qədəhin stola dəyən dibi də bərk 
cingildəyirdi.  
   Mühazirə sona çatan kimi bütün kampaniya - ona yaxın adam - şam eləməyə yollandı. 
Hamı birdən danışırdı, mənsə gülümsəyirdim -gülümsəyirdim, çünki bu axşam tamamilə 
fərqliydi. Uzun illər ərzində ilk dəfə hər şey öz - özünə baş verirdi - planlaşdırılmadan və 
qayğısızcasına. 
  Nə böyük xoşbəxtlik! Mən Madridə getmək qərarını verəndə, bütün hərəkətlərim 
kontrol altındaydı. İndi hər şey dəyişib. İndi - mən burdayam - Bilbaoda, heç vaxt 
olmadığım yerdə, baxmayaraq ki, o, mənim doğma şəhərimdən üç saatlıq məsafədədir. 
Mənimlə bir stol arxasında əyləşənlərdən ancaq birini tanıyıram. Lakin hamı sanki yüz 
ilin tanışıyıqmış kimi müraciət edir. Özüm - özümə heyrətlənirəm - çünki danışmağı, 
içməyi, əylənməyi onlardan heç də pis bacarmıram. 
   Mən ona görə burdayam ki, həyat qəflətən məni yaşama təhvil verib. Mən nə qorxu, nə 
günah, nə utanc hiss edirəm. Onu görən kimi və onun səsini eşidən kimi haqlı olduğuna 
inandım - elə anlar var ki, riskə getmək, çılğın əməllər etmək mütləq lazımdır. 
   «Mən nə qədər vaxtımı kitab - dəftərlə əlləşərək, fövqəlinsani səylər göstərərək boşa 
sərf etmişəm - könüllü qul olmaq üçün, - mən fikirləşdim. - Mən bu işi əldə etmək üçün 
niyə dəridən - qabıqdan çıxırdım ki? Bir insan, bir qadın kimi o mənə nə verə bilər?» 


 
79
   Heç nə. Yəni mən ancaq ona görə doğulmuşam ki, həyatımın qalanını dəftərxana stolu 
arxasında, hakimlərə məhkəmə proseslərini aparmaqda yardımçı olmaqla keçirim? 
   Yəqin belə fikirlər çox içməkdən yaranır: «İşləməyən dişləməz» - axı, bunu 
babalarımız hələ binayi - qədimdə deyiblər. 
   Bu yuxudur. Və o indicə sona çatacaq. Bəs onda niyə hələ də qurtarmır? Və ilk dəfə 
ağlıma gəldi ki, onunla dağlara getməyə dəyər. Onsuz da tətil başlayır - qarşıda bütöv bir 
həftə var. 
 - Sən onun nəyisən? - bizim stolun arxasında oturmuş gözəl qadın məndən soruşdu. 
 - Uşaqlıq dostuyuq, - mən cavab verdim. 
 - O, uşaq vaxtı da bunu bacarırdı? 
 - «Bunu» - yəni nəyi? 
   Stol arxasındakı söhbət get-gedə sönükləşirdi. 
 - Özün bilirsən, - o dedi. -Möcüzə yaratmağı. 
 - O, elə o vaxtdan yaxşı danışmağı bacarırdı, - nə dediyimi düz-əməlli anlamadan cavab 
verdim. 
   Stol arxasındakıların hamısı gülüşdü - o da hamı ilə birlikdə. Mənsə nəyin onları bu 
qədər əyləndirdiyini yenə də başa düşmədim. Ancaq şərabın təsirilə özümü azad hiss 
edirdim və baş verənləri idarə etməyə ehtiyac görmürdüm. 
  Mən ətrafa baxdım, nə barədəsə bir-iki replika atdım və bir dəqiqədən sonra onları 
unutdum. Və yenidən tətil haqqında düşünməyə başladım.  
  Burda oturmaq mənimçün xoş idi, maraqlı idi. Mənim təzə tanışlarım ciddi problemlərin 
müzakirələri arasında yaranan fasilələrdə zarafatlaşır, məzələnirdilər və mənə elə gəlirdi 
ki, dünyada baş verən hər şeyin mənə birbaşa dəxli var. Hər halda həyat, heç olmasa, bir 
gecəliyə qarşımda televiziya ekranından, qəzetdən dayanmamışdı. 
   Hə, Saraqosa qayıdanda danışmağa sözüm olacaq. Əgər onun dəvətini qəbul etsəm, 
xatirə və təəssüratlar bütün bir il üçün bəs edəcək. 
  «O, mənim Soriya haqqında danışdıqlarımı dinləməməkdə tamamilə haqlıydı» - mən 
düşündüm və özümün özümə yazığım gəldi: neçə illərdi ki, yaddaşımın rəfində eyni 
əhvalatlar yatır?! 
 - Bir az da iç, - və ağbaş kişi stəkanımı doldurdu. 
  Mən də uşaqlarıma və nəvələrimə, əslində danışacaq çox az şeyim olduğunu fikirləşib 
içdim. 
 - Mən sənə ümid edirəm - o, yalnız mənim eşidə biləcəyim səslə dedi: 
 - Gedək Fransaya. 
   Şərab mənim dilimi açmışdı. 
 - Əgər bir məsələyə aydınlıq gətirsək. Ancaq o halda. 
 - Hansı məsələyə? 
 - Mühazirədən əvvəl dediklərinə. Kafedə. 
 - Medalyon haqqında? 
 - Yox, - mən var-gücümlə ayıq görünməyə çalışaraq və düz onun gözlərinin içinə 
baxaraq cavab verdim. - Sənin onda mənə dediklərin haqqında. 
 - Yaxşı, biz sonra bu haqda danışarıq, - o, mövzunu dəyişməyə cəhd edərək dedi. 
   Sevgi etirafı. Onda biz danışa bilmədik, amma indi mən onu bütün məsələnin, məhz, 
bundan ibarət olduğuna inandıra bilərdim. 
 - Əgər səninlə getməyimi istəyirsənsə, mənə qulaq asmalısan. 
 - Daha burda yox ki. Burda biz əylənirik. 
 - Sən Soriyadan çox tez getdin, - mən təslim olmurdum.-  Mən səni doğma yerlərə 
bağlayan yeganə bağam. Məhz, o, sənə irəli getmək üçün güc verir. 


 
80
  «Vəssalam. Heç bir sevgidən söhbət belə ola bilməz». 
   O, mənə səssizcə, sözümü kəsmədən qulaq asırdı. Lakin qəfildən kimsə fikrini 
öyrənmək üçün onu çağırdı və bizim söhbətimiz qırıldı. 
  Nə isə, heç olmasa, mən hər şeyi aydınlaşdırdım, - mən öz-özümə dedim. Belə sevgi 
ancaq  nağıllarda olur.  
 Ona görə ki, real həyatda biz  baş tutmayan sevgini sevgi hesab etmirik. Sevgi, yalnız 
sevdiyimiz şəxsi fəht eləməyə ümid - qoy, lap cüzi  
olsun - qalanda əhəmiyyət kəsb edir. 
 Yerdə qalanlar - fantaziyadır. Və sanki mənim fikirlərimi oxuyurmuş kimi, o, stolun o 
başından mənə tərəf bərkdən dedi:  
 - Məhəbbətin şərəfinə içək! 
  O da azacıq kefli idi. Mən bu imkandan istifadə etmək qərarına gəldim. 
 - Məhəbbətin bəzən uşaq ağılsızlığı olduğunu anlamağa qadir müdriklərin şərəfinə. 
 - Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa - ona görə axmaqdır ki, elə bilir, 
məhəbbəti dərk etməyə qadirdir, - o cavab verdi.  
 Stol arxasındakılar onu eşitdilər və bir dəqiqədən sonra sevgi qızğın mübahisənin 
mövzusuna çevrildi. Hər kəsin öz nəzər nöqtəsi vardı, hər kəs dişi ilə, dırnağı ilə öz 
həqiqətini müdafiə edirdi və ehtirasların yatışması üçün bir neçə şüşə şərab gərək oldu. 
Elə bu vaxt kiminsə yadına düşdü ki, artıq gecdir və sahibi restoranı bağlamağa 
hazırlaşır. 
 - Sərbəst beş gün! - stolun o biri başından kimsə qışqırdı. - Sahibi siz ciddi söhbətlər 
etdiyiniz üçün restoranı bağlamaq istəyir. 
  Hamı güldü, hamı – ondan başqa. 
 - Bəs, səncə, ciddi şeylər barədə harda danışmaq lazımdır? 
 - Kilsədə! – birinci şəxs cavab verdi.  
Bu dəfə bütün restoran gülüş səsindən guruldadı.   
 O qalxdı. Mən fikirləşdim ki, o, indicə dava salacaq - axı biz hamımız bir on il  əvvələ, 
gənclik dövrünə qayıtmışdıq. O dövrə ki, dava - öpüş, həyasız sığallar, qulaq batıran 
musiqi  və coşğun sürətlə birlikdə – gecə yığıncaqlarının  vacib elementlərindən idi. 
  Ancaq yox – o, sadəcə mənim əlimdən tutdu və qapıya tərəf getdi. 
  - Biz getməliyik, – dedi. - Artıq gecdir. 
  Yağış Bilbaoda da, bütün dünyada da yağışdı. Sevən kəslər  tapmaq və itirmək 
qabiliyyətinə sahib olmalıdır. O, onların arasında tarazlığı gözləməyi öyrənib. O, şəndir 
və yol boyu zümzümə edir. 
 Mənim başımın içi hələ azca uğuldayır, dünyanın rəngləri hələ bozarmayıb, 
sönükləşməyib, ancaq mən də tədricən tarazlığımı bərpa edirəm. Necə deyərlər, mən 
situasiyaya nəzarət etməliyəm, çünki onunla getmək istəyirəm.  
   Və mənim üçün situasiyanı nəzarətdə saxlamaq çətin deyil, ona görə ki, artıq dəlicəsinə 
sevmirəm. Kim ki, öz qəlbini ram etməyə qadirdir, ona bütün dünya baş əyəcək. 
  «Mən qəlbimi sərbəst buraxmaq istərdim», - deyə düşünürəm. Əgər mən ürəyimi ona  
verə bilsəydim - heç olmasa bir week-endlik – yanaqlarıma düşən yağış damcılarının dadı 
indi fərqli olardı. Əgər sevmək asan olsaydı, o, məni qucaqlayardı və zümzümə etdiyi 
melodiyanın taktında başqa əhvalat danışardı və o, bizim əhvalatımız olardı. Əgər orada 
uzaqda, bayramların arxasında, Saraqosa qayıdan yol görünməsəydi, mən istərdim ki, 
meyxoşluğum heç vaxt keçməsin, onu öpmək, oxşamaq, ancaq sevgililərə məxsus sözləri 
pıçıldamaq və eşitmək üçün yetərincə azad olum. 
  Ancaq yox. Bacarmıram. 


 
81
  İstəmirəm. O isə təklifinə «hə» deyəcəyimi hələ bilmir. Bu risk mənim nəyimə gərəkdir, 
axı? Çünki, bu anda keflilik məni nəşələndirmişdi, çünki mən bir - birinə eynilə bənzəyən 
günlərdən yorulmuşdum. 
  Lakin bu yorğunluq keçəcək. Mən də o dəqiqə Saraqosa - özüm seçdiyim və öz xoşumla 
yaşadığım şəhərə qayıtmaq istəyəcəyəm. Məni məşğələlər gözləyir, müsabiqə gözləyir. 
Mən nə vaxtsa rastlaşmalı olduğum (bu isə o qədər  də asan olmayacaq) - ərim gözləyir. 
 
  Məni sabit və sakit, uşaqlı, nəvəli, təminatlı, təqaüdlü, illik məzuniyyətli həyat gözləyir. 
Ona hansı qorxuların əzab verdiyindən xəbərsizəm, əvəzində öz qorxularımı yaxşı 
tanıyıram. Və onların sayı yetərincədir -yenilərini istəmirəm. 
  Mən kimisə onun qədər sevməyi bacarmazdım: heç vaxt bacarmazdım. 
Mən onu çox  yaxşı tanıyıram - axı, biz uzun müddət yanaşı yaşamışıq: 
Onun bütün zəifliklərini, qorxularını tanıyıram. Mən başqaları kimi ona valeh olmağı 
bacarmaram. 
  Və bir də mən bilirəm ki, məhəbbət - bəndə oxşayır: əgər nazik su şırnağının keçə 
biləcəyi dəlik qoysan, tezliklə onun təzyiqindən divarlar yıxılacaq, elə bir an gələcək ki, 
axının qarşısında dayanmağa heç kimin  
gücü çatmayacaq. 
  Əgər divarlar yıxılsa, məhəbbət hər şeyi zəbt edəcək və hamının üzərində hakim olacaq: 
nəyin mümkün, nəyin qeyri - mümkün olması 
onun vecinə deyil. Onu maraqlandırmır - sevdiyimiz şəxsi yanımızda saxlamağa 
gücümüz çatacaq, ya yox. Məhəbbət idarə olunmazdır. 
Yox, mən divarda dəlik qoya bilmərəm - hətta çox kiçiyini belə. 
 - Bir dəqiqə! 
  O, ani olaraq susdu. Yaş körpüdən kiminsə tələsik addımları eşidildi. 
 - Gedək, - o, əlimdən yapışaraq dedi. 
 - Dayanın! Bircə dəqiqə! - Yolçu qışqırdı. - Mən sizinlə danışmalıyam! 
  Ancaq o, addımlarını yeyinlətdi. 
 - Bizi çağırmır, - o dedi. - Otelə gedək. 
  Bununla belə, məhz, bizə müraciət edirdilər - küçədə başqa heç kim yox idi. 
Mənim ürəyim əsdi, bir anda ayıldım. Yadıma düşdü ki, Bilbao - basklar ölkəsinin 
paytaxtıdır və burda tez-tez terror aktları baş verir. Addımlar  
yaxınlaşırdı.    
 - Gedək! - o dedi və daha da sürətlə yeridi. 
  Lakin artıq gec idi. Aramızda sanki yerin altından çıxmış, başdan - ayağadək yaş kişi 
fiquru peyda oldu. 
 - Dayanın! - həmin adam təkrar etdi. - Bir dəqiqəlik! Allah xatirinə! 
  Mən qorxudan qaçmaq istədim, hansı möcüzəyləsə yanımızda patrul maşının 
əyləclərinin zingildəməsi üçün yalvardım. Qeyri - ixtiyari ondan bərk - bərk yapışdım, 
ancaq o, əllərimi itələdi. 
 - Yalvarıram, - yad kişi dilləndi. - Mən sizin burda olduğunuzu eşitdim. Tanrı eşqinə, 
kömək edin! Mənim oğlumu xilas edin! 
  O ağladı və təkrar – təkrar: 
 - Sizə yalvarıram! Yalvarıram! - deyərək diz çökdü. 
  Mənim dostum dərindən nəfəs aldı, başını aşağı saldı, gözlərini yumdu. Yaranmış 
səssizlikdə yağış damlalarının tappıltısı və körpünün ortasında diz çökmüş adamın necə 
ağlaması eşidilirdi. 


 
82
 - Otelə get, Pilar, - nəhayət, dostum dilləndi - Uzan, yat. Mən ancaq səhərə yaxın 
qayıdacam. 
             
                                                                     
*** 
    
    Məhəbbət - başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək 
istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə - gizlədir. 
  - Bir ətrafa bax, - o dedi. - Gəl diz çökək, yerin ürəyinin necə döyündüyünə qulaq asaq. 
 - İndi yox, - mən cavab verdim. - Mən jaketimi çirkləndirə bilmərəm. Ondan bir dənədir. 
Biz zeytun ağacları ilə örtülü təpələrlə gedirik. Bilbaodakı dünənki yağışdan sonra 
günəşli səhər yuxuya bənzəyirdi. Mənim qara eynəyim yox idi - ümumiyyətlə, özümlə 
heç nə götürməmişdim, çünki elə həmin gün Saraqosa qayıtmağa hazırlaşırdım. Gecə 
ondan götürdüyüm köynəkdə yatmalı oldum, otelimizin yanındakı kiçik dükandan özümə 
mayka aldım, yuduğum -  bir gün əvvəl geyindiyim quruyana qədər dəyişək kimi nə isə 
olsun deyə. 
 - Məni hər gün eyni paltarda görmək, yəqin səni bezdirib, - bu adi söhbətin məni 
gerçəkliyə qaytarmasını istədiyim üçün zarafatyana dedim. 
 - Mən xoşbəxtəm, çünki sən – burdasan.  
   Medalyonu mənə qaytardığı andan etibarən o, mənə daha sevgisi haqqında danışmır. 
Lakin şəndir və özünü 18 yaşlı gənc kimi aparır.Və indi mülayim səhərin şəfəqlərinə 
bürünmüş halda yanımda addımlayır. 
 - Sənin orada nə işin var? – mən üfüqü gizlədən Pireneyin qollarını göstərib soruşdum. 
 - Dağların o biri üzü –Fransadır, – o, təbəssümlə cavab verdi. 
 - Mən məktəbdə coğrafiyanı oxumuşam. Bilmək istəyirəm, niyə ora gedirik və orda nə 
edəcəyik? 
 - Niyə? Ona görə ki, mən sənə bir ev göstərmək istəyirəm. Ola bilsin, o səni 
maraqlandırdı. 
 - Əgər sən əmlak satan agent olmaq qərarına gəlmisənsə, məni yadından çıxart. Mənim 
pulum yoxdu.  
   Mənimçün fərqi yox idi – Navarraya gedirik, ya Fransaya. Təki bayramda Saraqosa 
geri dönməyim. 
  «Hə, necədir? – ağlım ürəyimdən soruşdu. – Onun təklifini qəbul etdiyin üçün 
məmnunsan. Sən dəyişmisən və özün bunu hiss edirsən». 
   Yox, bir qram da dəyişməmişəm. Sadəcə bir az dincəlmişəm. 
  - Bir daşlara bax. 
   Doğrudan da, çaydaşı kimi sığallı, hamardırlar, amma burda, Navarranın 
düzənliklərində heç vaxt dəniz olmayıb. 
  -Onları kəndlilərin, ziyarətçilərin, macəra axtaranların dabanları cilalayıb, - o dedi. – 
Daşlar dəyişib, lakin yolçular da həminki deyil. 
  - Bildiklərinin hamısını sənə səyahətlər öyrədib? 
  - Yox.Vəhyin möcüzələri. 
    Mən onun nəyi nəzərdə tutduğunu başa düşmədim və dərinə getməməyə üstünlük 
verdim. Mən günəşə, düzlərə, üfüqdəki sıra dağlara necə qarışdığımı hiss edirdim. 
  - Biz hara gedirik? – mən soruşdum. 
  - Hələ ki, heç hara. Biz sadəcə səhərdən, günəşdən, gözəl mənzərədən, həzz alırıq. Hələ 
qarşıda bizi maşınla uzun yol gözləyir, – o deyir və ani tərəddüddən sonra əlavə edir. – 
Sən medalyonu gizlətdin? 


 
83
  - Gizlətdim, – mən cavab verirəm və addımlarımı yeyinlədirəm. Bu səhərin sərbəstliyini  
və sevincini korlamamaq üçün bu haqda  danışmaq istəmirəm. 
   Qabaqda şəhərcik peyda olur. Orta əsrlər üçün xarakterik olaraq o, təpənin 
zirvəsindədir və mən aralıda onun kilsə zəngini və qəsrin xarabalığını görürəm. 
  - Gəl, ora gedək, – mən xahiş edirəm. 
  O, tərəddüd edir, ancaq sonra razılaşır. Yolda sovməə ilə (kişik kilsə) rastlaşırıq və mən 
ora girmək istəyirəm. Mən dua edə bilmirəm, ancaq kilsənin sükutu məni həmişə 
sakitləşdirir.  
 «Özünü günahlandırma, sənin heç bir günahın yoxdur, - mən özümə deyirəm. – Əgər o 
sevirsə, bu onun öz işidir». 
  O, medalyonu soruşdu. Mən bilirəm – o gözləyirdi ki, biz yenidən kafedəki köhnə 
söhbətə qayıdacağıq. Gözləyirdi – həm də istədiyini eşitməyəcəyindən qorxurdu. Bax, elə 
buna görə hadisələri tələsdirmir, o mövzuya toxunmur. 
 Ola bilsin ki, o, məni doğrudan da sevir. Ancaq biz bu sevgini nə isə fərqli, daha dərin 
bir şeyə çevirməliyik. 
  «Nə çərənləyirəm, – özümə deyirəm. – Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq 
nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. 
Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir». 
   Yarım saatdan sonra sovməəyə çatırıq. Pillələrdə qoca kişi oturub. 
    Yola çıxdığımız andan o, rastlaşdığımız ilk insandır. – zira indi payızdır, Tanrının 
onlara yenidən bərəkət əta edər. 
...Tanrının onlara yenidən bərəkət əta edəcəyi və insanın öz alın təriylə gündəlik ruzisini 
qazanmasına imkan verəcəyi ümidilə çöllər özlərini yenidən onun öhdəsinə buraxırlar. 
  - Salam, – o, qocaya deyir. 
  - Salam. 
  - Bu şəhərciyin adı nədir? 
  - San-Martin de Unks.  
   - Unks? – mən təkrar soruşuram. – Cırtdan adına oxşayır. 
   Qoca zarafatı başa düşmür və mən bir qədər pərt halda, sovməənin qapısına doğru 
yönəlirəm. 
  - Olmaz, - qoca məni dayandırır. – Günorta bağlıdır. İstəyirsinizsə - dörd üçün gəlin. 
Lakin sovməənin qapısı aralıdır. Və mən, - qarışıq da olsa, -çünki günəşin parlaq şüaları 
gözqamaşdırır – içərini görürəm. 
  - Cəmi bir dəqiqəlik... Mən dua eləmək istəyirəm. 
  - Təəssüf, ancaq icazə verə bilmərəm. Bağlıdır. 
   O, mənim qoca ilə söhbətimi dinləyir və qarışmır.  
    - Yaxşı, gedək burdan, - mən deyirəm. - Mübahisə etməyək. 
   O, əvvəlki kimi boş, soyuq nəzərlərlə mənə baxır. 
   - Bəyəm, sən, sovməəni görmək istəmirsən? - deyə soruşur. 
    Mən bilirəm, mənim özümü belə aparmağım onun xoşuna gəlmir. O, məni - zəif, 
qorxaq, öz istədiyini əldə etməyi bacarmayan biri hesab edir. Şahzadə qız öpüşsüz - 
filansız qurbağaya çevrildi.  
   - Dünən olanları yadına sal, - mən deyirəm. - Barda sən mübahisənin davam etməsini 
istəmirdin və onu yarımçıq qoydun. Amma mən indi həmin şeyi təkrarlayanda, sən məni 
mühakimə edirsən.  
   Qoca laqeydcəsinə bizə qulaq asır. Yəqin, çox məmnundur - onun gözləri önündə heç 
olmasa nə isə baş verir, zira, burda, bu balaca şəhərdə bütün səhərlər, bütün gündüzlər, 
bütün gecələr bir-birindən fərqlənmir.  


 
84
  - Qapı bağlı deyil, - o, qocaya müraciət edir. - Əgər sənə pul lazımdırsa, biz verə bilərik, 
az da olsa. Ancaq bu xanım kilsəyə baxmaq istəyir. 
  - İndi - olmaz. 
  - Yaxşı görək! Biz onsuz da girəcəyik! 
   Və mənim əlimdən yapışaraq içəri daxil olur. 
   Ürəyim az qalır yerindən çıxsın - Qoca qəzəblənə, polis çağıra, səyahətimizi korlaya 
bilər. 
  - Niyə belə elədin? 
  - Çünki sən sovməənin içini görmək istəyirdin. 
  Ancaq məndə alınmır: gözlərim baxmır - bu deyişmə və mənim qadağaya münasibətim 
belə gözəl bir səhərin bütün cazibəsini məhv elədi.  
Mən diqqətlə bayırda baş verənlərə qulaq kəsilirəm, qocanın necə polis çağırdığını 
təsəvvürümə gətirirəm. Kafirlər. Soyğunçular. Onlar qanunu pozurlar, qadağaları 
tapdalayırlar. Axı, qoca onlara dedi - bağlıdır, ziyarət saatı qurtarıb! O xəstə və 
taqətsizdir, onun bizi saxlamağa gücü çatmazdı, biz yaşlıya hörmət etməmişik və bu 
polisin gözündə bizim günahımızı ağırlaşdıracaq. 
  Mən içəridə gözlərin alışması üçün nə qədər vaxt gərəkdirsə, düz o qədər qalıram. Lakin 
ürəyim elə bərk döyünür ki, onun  ürəyimin tappıltısını eşidəcəyindən qorxuram. 
 - Biz gedə bilərik, - mən «Atamız» duasını oxumaq üçün lazım olan vaxtı ötürərək 
deyirəm. 
 - Pilar, qorxma. Sənə bu qocanın çaldığına oynamaq lazım gəlməyəcək. 
  Mən qarovulçu ilə konfliktin dostumla mübahisəyə səbəb olmasını istəmirəm. 
Sakitliyimi qorumalıyam. 
 - Nədən danışdığını başa düşmürəm, - mən cavab verirəm. 
 - Elə adamlar var ki, daima kiminləsə - ətrafdakılarla, özləriylə, həyatla döyüşürlər. Və 
tədricən onların başlarında müəyyən bir teatral oyun yaranmağa başlayır, onun 
librettosunu isə öz uğursuzluqlarının və məyusluqlarının diqtəsiylə yazırlar. 
 - Mən bu cür çoxlarını tanıyıram. 
 - Bədbəxtlik ondadır ki, onlar bu pyesi təkbaşına oynaya bilməzlər, - o davam edir. - Və 
onda onlar başqa aktyorların köməyindən istifadə edirlər.  
  İndi, təxminən, buna bənzər bir şey baş verdi. Qoca kimdənsə nəyə görəsə acıq çıxmaq, 
hirsini kiminsə üstünə tökmək istəyirdi və bizi seçdi. Əgər biz ona qulaq assaydıq, 
qadağasına boyun əysəydik, onda bu an məğlubiyyətin acısını çəkərdik, peşman olardıq. 
Biz onun uğursuzluqlarının və miskin həyatının bir hissəsinə çevrilərdik. 
  Lakin onun düşmənçiliyi çox açıq idi, ona görə də ondan qorunmaq bizim üçün çətinlik 
törətmədi. Bundan da pisi, adamların  həyatın ədalətsizliyindən şikayətlənərək, 
başqalarından məsləhət, yardım, himayə gözləyərək, özlərini qurban kimi aparmağa 
başlayaraq  bizi də «səhnəyə» çağırmasıdır. 
 O, mənim gözlərimə baxdı. 
 - Ehtiyatlı ol, - o dedi. – Belə oyuna qoşulsan - mütləq məğlub olacaqsan. 
  O haqlıdır. Amma yenə də mən rahat deyildim: ürəyimdə xoşagəlməz hiss qalmışdı. 
 - Mən dua elədim. İstədiyim hər şeyi elədim. Biz çölə çıxa bilərik. 
  Və biz bayıra çıxırıq. Kilsədəki yarıqaranlıq və günəşin gözqamaşdıran işığı arasındakı 
kontrast elə güclüdür ki, mən bir neçə dəqiqə heç nə görmürəm. Görmə qabiliyyətim 
bərpa olanda qocanın orada olmadığını sezirəm. 
 - Gedək, nahar edək, - o deyir və şəhərciyə tərəf yönəlir. 
 


 
85
  Nahar zamanı mən iki stəkan şərabın axırına çıxdım. Hələ ömrüm boyu bu qədər çox 
içməmişdim. Mən əyyaşa çevrilirəm. 
  «Ağ eləmə». 
  O, ofisiantla danışır. Ətrafda hələ Qədim Romaya aid tikililərinin xarabalıqlarının 
qaldığını öyrənir. Mən söhbətə qoşulmağa cəhd edirəm, ancaq pis əhval - ruhiyyədə 
olduğumu gizlədə bilmirəm.  
Şahzadə qurbağaya çevrildi. Nə olsun ki? Əgər mənə heç nə gərək deyilsə - nə kişi, nə 
məhəbbət - bunun nə əhəmiyyəti var? 
 «Mən, axı, əvvəldən bilirdim, - mən düşünürəm. - Bilirdim ki, o mənim dünyamın 
tarazlığını pozacaq. Ağlım mənə xəbərdarlıq etdi - ancaq ürəyim onun məsləhətini 
eşitmək istəmədi».  
  Mənə çatan o cüzi nəsnənin əldə olunması  çox baha başa gəldi. Mən arzuladığım bir 
çox şeydən imtina etməli, qarşıma sərilən bir çox yollardan üz çevirməli oldum. 
  Mən arzularımın çoxunu ən böyük arzuma – ruhumun sakitliyinə qurban verdim. Və 
indi onu itirmək istəmirəm. 
 - Səni nə isə narahat edir, - o, qarsonla söhbətini kəsib soruşur. 
 - Hə, düz tapmısan. Məncə, o qoca polisə xəbər verdi. Məncə belə balaca şəhərdə bizi 
tapmaq o qədər də çətin olmayacaq. Və məncə, sənin tərsliyinə salıb, məhz, burda nahar 
etmək istəmənin ucbatından biz tətilimizin üstündən xətt çəkə bilərik.    
  O, içində mineral su olan stəkanı əlində fırladır. O, yəqin bilir ki, mən yalan danışıram 
və iş  heç də qocada deyil. İş ondadır ki, mən xəcalətdən ölürəm. Niyə biz yaşamımızın 
başına belə iş açırıq? Niyə gözdə çöpü görürük, amma dağlara, çöllərə, zeytun meşələrinə 
fikir vermirik?   
 - Qulaq as, - o deyir. - İnan ki, boş yerə narahat olursan: qoca çoxdan evindədir və bu 
hadisəni də artıq unudub. 
  «Axmaq, mən buna görə narahat deyiləm» - mən fikirləşirəm. 
 - Ürəyinin səsinə qulaq as, - o davam edir. 
 - Mən elə belə də eləyirəm, - mən deyirəm. – qulaq asıram. Və burdan getmək istəyirəm. 
İçimdə nə isə xoşagəlməz hiss var.  
 - Bu günlük daha içmə. Şərab sənə kömək eləmir. 
  Bu ana qədər mən özümü birtəhər saxlamışdım. İndi mənə çatır - ən yaxşısı, içimdə 
yığılıb qalan hər şeyi deməkdir. 
 - Sən əminsən ki, hər şeyi bilirsən. Sən sehrli anlar haqqında, böyük adamın qəlbində 
saxlanmış körpə haqqında danışırsan. Və mən başa düşmürəm ki, sənin burda, mənim 
yanımda nə işin var?! 
 - Mən sənə valeh oluram, - o gülür. - Sənə və sənin necə öz ürəyinə qarşı  mübarizə 
aparmana. 
 - Necə, necə? - mən bir də soruşuram. 
 - Heç nə, mən elə-belə… - o cavab verir. 
  Ancaq mən onun nə demək istədiyini artıq başa düşmüşəm. 
 - Özünü aldatma. Əgər istəyirsənsə, biz bunu aydınlaşdıra bilərik. Sən mənim hisslərim 
barədə yanılırsan. 
  O, stəkanı oynatmağı dayandırıb, düz mənim gözlərimin içinə baxır: 
 - Yanılmıram. Mən bilirəm - sən məni sevmirsən. 
  Mən əməlli - başlı çaşıram. 
 - Lakin mən sənin məhəbbətin uğrunda mübarizə aparacam, - o davam edir. - Dünyada 
elə şeylər var ki, onların uğrunda sonuna qədər mübarizə eləməyə dəyər. 
  Mən ona nə cavab verəcəyimi bilmirəm. 


 
86
 - Məsələn, sənin uğrunda, - o sözünü bitirir. 
  Mən baxışlarımı yayındırıram və özümü elə göstərirəm ki, guya,  restoranın interyerinə 
baxıram. Mən özümü qurbağa kimi hiss edirdim və birdən yenə şahzadəyə çevrildim. 
  «Mən onun sözlərinə inanmaq istəyirəm, - mən gözlərimi  üzərində balıqçı qayıqları 
təsviri olunmuş rəsmə zilləyərək fikirləşirəm. – Bu heç nəyi dəyişməyəcək, amma hər 
halda mən özümü bu qədər zəif, lazımsız hiss etməyəcəyəm». 
- Sənə belə hücum etdiyimçün bağışla, - mən deyirəm. 
 O gülümsəyir və ofisiantı çağırıb hesabı ödəyir. 
 
 Geri qayıdanda mənim çaşqınlığım keçməmişdi. Günahkar kim idi? Günəş? - Ancaq indi 
payızdır və günəş nəinki yandırmır, heç isitmir də. Qoca?–Ancaq qoca artıq xeyli vaxt idi 
ki, mənim həyatımdan getmişdi. 
Hər şey günahkar ola bilərdi - yeni olan hər şey. Təzə ayaqqabı ayağı sürtür. Yaşam da 
belədir - o, bizi qəfildən yaxalayır və qeyri - müəyyənliyə sürükləyir. Hətta biz bunu 
istəməsək də, hətta bu bizə lazım olmasa da. 
  Mən ətrafı seyr edərək fikrimi dağıtmağa çalışıram, amma daha zeytun sahələrini, 
təpənin zirvəsindəki şəhərciyi, qocanın kandarında oturduğu sovməəni görə bilmirəm. 
Bütün bunlar mənə yaddır, heç nə tanış deyil. 
Mən dünənki ziyafəti və onun elə hey zümzümə etdiyi nəğməni xatırlayıram: 
   Bu gecə Buenos - Ayresdə nə isə var, 
   Nə isə, heç bilmirəm… 
   Onda bəs mən nəyi bilirəm? 
   Qalxdım və geyindim, evdən çıxdım, Arenales küçəsinə getdim… 
 
Əgər biz Bilbaodayıqsa, Bueons - Ayresin bura nə dəxli var?  Və «Arenales» - hansı 
küçədir? O, bununla nə demək istəyirdi? 
 - Dünən sənin dayanmadan oxuduğun hansı mahnı idi? - mən soruşuram. 
 - «Dəlinin balladası», - o cavab verir. - İndi niyə soruşursan? 
 - Heç, elə-belə, - mən cavab verirəm. 
 Ancaq mənki bunun elə - belə olmadığını bilirəm. Mən bilirəm, o - tələ idi, ona görə 
oxuyurdu. O, hansısa tanış, mənim min dəfə eşitdiyim bir şeyi mızıldana bilərdi, lakin o, 
mənim heç vaxt eşitmədiyim mahnını seçdi. 
  Bəli, bu tələdir. Nə vaxtsa, radioda və ya diskdə mən bu nəğməni eşidən kimi o və 
Bilbao yadıma düşəcək, ömrümün payızının bahara çevrildiyi günlər yadıma düşəcək. 
Mən ruh yüksəkliyini, macəra ruhunu və allah bilir, hardan peyda olmuş körpəni 
xatırlayacam. 
 O, hər şeyi nəzərə alıb. O ağıllı və təcrübəlidir, o həyatı tanıyır və ürəyi istəyən qadını 
fəth etməyi bacarır. 
  «Mən dəli oluram», - öz - özümə deyirəm. İki gün dalbadal içdiyim üçün əyyaşa 
çevriləcəyimdən qorxuram. Elə bilirəm ki, onun bütün hiylə və fəndlərdən xəbəri var. 
Əminəm ki, onun qayğısı məni tora salır və idarə edir. 
  Restoranda o necə dedi? «Mən sənin öz ürəyinə qarşı necə mübarizə aparmağına valeh 
oluram». 
  O yanılır - Mən ürəyimlə artıq çoxdan və böyük uğurla döyüşürəm. Mən əlçatmazı 
sevməyəcəyəm. 
Mən öz imkanlarımın sərhəddini bilirəm, necə ki, əzab çəkmək bacarığımın sonsuz 
olmadığını bilirəm. 
 - Mənə nə isə de, - geri, maşının yanına qayıdarkən mən xahiş edirəm. 


 
87
 - Nə deyim? 
 - Nə isə. Danış mənimlə. 
  Və o, Müqəddəs Məryəmin Fatimədə möcüzəli zühurundan danışmağa başlayır. 
Bilmirəm, o, bunu indi niyə xatırladı, ancaq üç çobanın necə onunla söhbət etməsi 
haqqındakı əhvalat fikrimi dağıdır. 
  Və tezliklə ürəyim sakitləşir. Yəni mən son həddimi bilmirəm? Yəni mən özümü idarə 
edə bilməyəcəyəm?!     
  Biz getdiyimiz yerə gecə çatdıq. Mən kiçik meydançanı, otra əsrlərdən qalma tikililərə 
və su quyusuna zəif sarı işıq salan fənəri qatı duman pərdəsindən güclə seçirdim.  
 - Duman! - o, ucadan sevinclə dedi. 
  Mən təəccüblə ona baxdım. 
 - Biz Sent-Savendəyik, - o davam etdi. 
  Şəhərciyin adı mənə heç nə demirdi. Ancaq artıq Fransada olduğumuzu anladım və mən 
də sevindim. 
 - Sən məni niyə, məhz, bura gətirmisən? - mən soruşdum. 
 - Sənə ev satmaq istəyirəm, - o gülə-gülə cavab verdi. - Bir də ki, mən söz vermişdim ki, 
Müqəddəs Məryəmqüsursuz hamiləliyi gününə qədər qayıdacağam. 
  -Bura? 
  -Məhz, bura yox. Bura yaxına bir yerə.   
  O əyləci basdı. Biz maşından düşərək əl - ələ verib qatı dumanın içinə irəlilədik. 
  -Bu yer mənim həyatıma gözlənilmədən daxil olub, - o dilləndi. 
«Necə ki, sən - mənim», - mən düşündüm. 
  -Bir dəfə, məhz, burda mən başa düşdüm ki, yolumu azmışam. Yox, belə yox. Daha 
doğrusu, mən yenidən öz yolumu tapdığımı başa büşdüm. 
  -Sən tapmaca danışırsan, - mən dedim. 
  -Sənə nə qədər ehtiyacım olduğunu, məhz, burda anladım. 
  Mən, yenə - özüm də niyəsini bilmədən - ətrafa baxdım. 
  -Bunun sənin yoluna nə dəxli var? 
  -Biz kirayə mənzil tapmalıyıq, çünki bu şəhərdəki hər iki mehmanxana yalnız yayda 
işləyir. Sonra yaxşı bir restoranda şam edərik - polisdən qorxmadan  rahatca oturarıq və 
tələsik maşına qaçmaq da lazım gəlməyəcək. Şərab dilimizin bağını sökəndə isə doyunca 
söhbət edərik. 
  Hər ikimiz güldük. Mən yüngülləşdim. Yolboyu ağlıma gələn cəfəngiyyatların 
siyahısını tutmağa başladım. İspaniyanı Fransadan ayıran sıra dağlar keçəndə isə ruhumu 
qorxudan və gərginliklən təmizləməsi üçün Allaha dua etdim. 
  Mən artıq səfeh qız rolunu oynamaqdan, özümü mümkünsüz məhəbbətdən qorxan 
rəfiqələrim kimi - hərçənd heç biri bunun nə olduğunu  dəqiq bilmir - aparmaqdan 
yorulmuşam. Əgər zamanında dayanmasaydım, onunla yanaşı keçirdiyim bu sayılı 
günlərin mənə verə biləcəyi bütün yaxşılıqları itirərdim. 
  «Ehtiyatlı ol, - mən fikirləşdim. – Əgər bənddə çat əmələ gəlsə, dünyada heç bir qüvvə 
onu bərpa edə bilməyəcək». 
  - Müqəddəs Məryəm, bizi qoru: indi və axirətdə, - o dedi. 
  Mən susdum. 
  - Niyə «Amin» demədin? 
  Çünki artıq bunu vacib və gərəkli hesab etmirəm. Vaxt vardı ki, din mənim həyatımın 
bir hissəsi idi. Vardı, amma daha keçdi. 
  O geri döndü və biz maşına yönəldik. 


 
88
  - Ancaq mən hələ də dua edirəm, - mən davam etdim. - Biz Pireneyləri keçəndə mən 
dua elədim. Amma bu mexaniki baş verdi, heç bilmirəm, öz duama inanıram, ya yox. 
  - Niyə? 
  - Ona görə ki, əzab çəkirdim və Allah məni eşitmirdi. Ona görə ki - və bu tez-tez olurdu 
- mən bütün qəlbimlə sevməyə çalışırdım, ancaq mənim sevgim əzilirdi, ona xəyanət 
edilirdi. Əgər Allah məhəbbətin özüdürsə, o, mənim hisslərimə daha ehtiyatlı yanaşa 
bilərdi. 
 
  - Hə, Allah məhəbbətin özüdür. Ancaq bu məsələlərdən Müqəddəs Ananın başı daha 
yaxşı çıxır. 
  Mən qəhqəhə ilə güldüm, ancaq nəzərlərimi ona çevirəndə zarafat etmək fikrində 
olmadığını, tam ciddi danışdığını gördüm: 
  Müqəddəs Anaya «qeydsiz - şərtsiz sevməyin» sirri əyandır. O, sevərək və əzab çəkərək 
bizi cəhənnəm əzabından xilas edir. İsa da bizi ilkin günahdan beləcə xilas etmişdi.      
  - İsa-Allahın oğludur. Müqəddəs Anasa–sadəcə qismətinə Onu öz bətnində gəzdirmək 
xoşbəxtliyi nəsib olmuş adi qadındır, - mən yersiz gülüşümü ciddi tonla ört-basdır etməyə 
çalışaraq cavab verdim. Mən istəyirdim ki, o bilsin - mən onun etiqadına hörmət edirəm. 
Lakin etiqad və sevgi heç vaxt mübahisə etmir, belə sevimli şəhərcikdə isə – xüsusilə. 
  O, maşının qapısını açaraq oturcaqdan bizim rükzaqları götürdü. Mən əlimi 
özümünkünə uzadanda, o, təbəssümlə əlimi itələdi: 
  - İcazə ver, mən aparım. 
  «Mənimlə çoxdan belə nəzakətlə rəftar etməmişdilər» deyə fikirləşdim. 
  Biz rastımıza çıxan ilk qapını döyürük, ancaq qadın səsi deyir ki, burda kirayəyə otaq 
vermirlər. İkinci qapının arxasından cınqır belə çıxmır.    Üçüncü evdə qoca bizi 
gülərüzlə qarşılayır, lakin məlum olur ki, çarpayı ikinəfərlikdir. Mən imtina edirəm. 
  - Bəlkə biz irəli, bundan böyük şəhərə gedək?- çıxanda mən soruşdum. 
  - İndicə otaq tapacağıq, - o cavab verdi. – Sən Özgə haqqındakı pritçanı eşitmisən? Bu - 
yüz il qabaq yazılmış bir əhvalaın fraqmentidir, müəllifi… 
  - Kimin yazdığı vacib deyil, danış, - Sent-Savendəki yeganə meydanda onunla yanaşı 
addımlaya - addımlaya xahiş edirəm. 
  - Bir nəfər, cürbəcür yollarla həyata uyğunlaşmağa çalışan, ancaq bütün əziyyətləri boşa 
çıxan köhnə dostu ilə rastlaşır. «Ona bir az pul vermək lazımdır» deyə o fikirləşir. Amma 
belə alınır ki, elə həmin axşam dostunun varlandığını və bütün borclarını qaytardığını 
eşidir. 
Onlar sevimli barlarına gedirlər və dostu hamının əvəzinə hesabı ödəyir. Ondan uğurunun 
səbəbini soruşanda isə o, cavab verir ki, lap yaxın vaxtlaradək Özgə kimi yaşayırmış. 
  - «Özgə» kimdir?- ondan soruşurlar. 
  - Özgə -  o kəsdir ki, mənə həmişə onun kimi olmağı öyrədiblər, amma mən o deyiləm. 
Özgə əmindir ki, insan bütün yaşamı boyu, qocalanda acından ölməmək üçün  necə pul 
toplamaq barədə fikirləşməyə məcburdur. Və bu barədə o qədər çox fikirləşir, o qədər 
nəhəng planlar qurur ki, yaşadığından ömrünün sonuna sayılı günlər qalanda xəbər tutur. 
O əl - ayağa düşür, lakin artıq gecdir. 
  - Bəs onda sən özün kimsən? 
  - Mən - ürəyinin səsini dinləyən hər hansı birimiz kimiyəm. Adi insanam - həyatın 
misteriyasına məftun olan insan, möcüzəyə açıq olan insan, gördüyü hər işdən sevinən və 
ilham alan insan. Bədbəxtlik ondadır ki, daima  məyusluq qorxusunun təsiri altında əzilən 
Özgə məni istədiyim kimi hərəkət etməyə qoymurdu. 
  - Lakin əzab deyilən bir şey də var, - bardakı digər müştərilər ona etiraz edirlər. 


 
89
  - Məğlubiyyət də var. Və dünyada heç kim ondan sığortalanmayıb, dahası - heç kim 
ondan canını qurtarmayacaq. Odur ki, ən yaxşısı öz arzularının reallaşması uğrunda 
vuruşmaq və bu müharibədə bir neçə döyüşü uduzmaqdır, nəinki nəyin uğrunda 
vuruşduğunu heç vaxt bilmədən darmadağın edilmək. 
  - Vəssalam?- qulaq asanlar soruşurlar.  
  - Vəssalam. Bu həqiqət mənə əyan olanda, qərara gəldim ki, hər zaman olmaq istədiyim 
kimi olum. Özgə orda, mənim evimdə qaldı, o mənə baxırdı, amma mən  onu bir daha 
özümə yaxın buraxmadım, baxmayaraq ki, o məni qorxutmağa, gələcəyim haqqında 
fikirləşməmək, qara gün üçün tədarük görməməklə böyük risk etdiyimi beynimə 
yeritməyə çalışırdı. 
  Və Özgəni həyatımdan qovduğum həmin andan etibarən, İlahi enerji öz möcüzələrini 
göstərməyə başladı. 
 
  «O, bu əhvalatı uydurdu. Bu uydurmadır, hərçənd ola bilsin ki, ağıllı dır», - gecələmək 
üçün yer axtardığımız müddət ərzində mən fikirləşdim. Lakin bütün Sent - Savendə cəmi 
– cümlətanı 30 ev güclə olardı, odur ki, tezliklə o, mənim haqlı olduğumu qəbul etməli 
oldu və qabağa - bundan daha böyük bir  şəhərə getmək fikri ilə razılaşdı. 
  O, nə qədər böyük ruh yüksəkliyi hiss edir - etsin, Özgəni özündən nə qədər çoxdan və 
uzağa qovur - qovsun, Sent - Savenin camaatının ağlına belə gəlmirdi ki, bu şəhərdə 
gecələmək onun arzusudur və  heç bir vəchlə bizə yardım etmək istəmirdilər. Bir də mənə 
elə gəlirdi ki, o, həmin əhvalatı danışanda mən özümü görürdüm - öz qorxularımı, 
qətiyyətsizliyimi, möcüzə vəd edən hər şeydən qaçmaq arzumu, onlara görməmək - çünki 
sabah hər şey bitə bilər və biz əzab çəkməli olarıq - istəyimi tanıyırdım. 
  Allahlar aşıq - aşıq oynayırlar və heç soruşmurlar ki, biz onların oyununda iştirak etmək 
istəyirik, ya yox. Onların vecinə də deyil, sən arxada nə qoymusan - sevgili, ev, iş, 
karyera, arzu. Allahları maraqlandırmır ki,  sənin həyatında hər şey öz yerindədir və sən 
istənilən arzunu iradə və zəhmətin sayəsində reallaşdırmağa qadirsən. Allahlar bizim 
ümidlərimizlə, planlarımızla hesablaşmırlar; Kainatın hansısa küncündə onlar aşıq - aşıq 
oynayırlar - və budur, təsadüfən seçim sənin üstünə düşür. Və o andan etibarən qələbə və 
ya məğlubiyyət – təsadüfün əlindədir. 
  Allahlar oyuna başlayanda Sevgini qəfəsindən buraxırlar. Bu qüvvə yaratmağa və ya 
dağıtmağa - onun azadlığa çıxdığı an küləyin hansı istiqamətdə əsməsindən asılı olaraq - 
qadirdir. 
Hələ ki, külək onun tərəfə əsirdi. Lakin küləklər  allahlar qədər dəyişkən və şıltaqdırlar – 
indicə varlığımın ən dərin qatlarında mən də mehəbənzər nə isə hiss etdim. 
 
  Sanki Özgənin əhvalatının tamamilə gerçək olduğunu və Kainatın hər zaman 
xəyalpərvərlərin tərəfini tutduğunu mənə sübut etmək üçün tezliklə biz kirayə otaq - iki 
çarpayılı - tapa bildik. İlk öncə mən vanna qəbul etdim, paltarımı yudum və təzə 
maykamı çiynimə saldım. Özümü tamamilə fərqli hiss etdim və bu mənə inam verdi. 
  «Nə bilmək olar, Bəlkə Özgənin bu maykadan xoşu gəlmir», - mən öz - özümə güldüm. 
  Ev sahibləri ilə şam etdikdən sonra – payızda və qışda bu şəhərcikdə restoranlar da 
bağlanır - o, səhər alıb qaytaracağına söz verərək bir şüşə şərab istədi. 
  Biz geyindik, iki stəkan götürdük və evdən çıxdıq. 
 
- Gəl, quyunun yanında oturaq, - mən təklif etdim. 
  Elə belə də etdik -  oturduq və isinə - isinə, sakitləşə - sakitləşə şərab içməyə başladıq. 
  - Deyəsən, Özgə qayıdıb və sənin bədəninə keçib,- mən zarafat etdim.-Kefin çox pisdir. 


 
90
 O güldü: 
 - Mən dedim ki, biz otaq tapacağıq və tapdıq.  Kainat həmişə bizə arzularımızı həyata 
keçirməkdə kömək edir - onlar nə qədər axmaq olursa - olsun. Zira onlar bizim 
arzularımızdır və dəyəri yalnız bizə məlumdur.   
  Meydan bir addım o yanı görməyə imkan verməyən və fənərin işığında sarımtıl rəngə 
çalan dumana  bürünmüşdü. 
  Mən dərindən nəfəs aldım. Daha təxirə salmaq mümkün deyildi. 
  - Gəl, sevgidən danışaq, - mən dedim. - Daha bundan qaçmayaq. Axı, sən son günləri 
necə keçirdiyimi bilirsən. Əlimdə olsaydı, belə mövzu, ümumiyyətlə yaranmazdı. Amma 
əgər artıq yaranıbsa, mən onun haqqında fikirləşməyə bilmirəm. 
 - Məhəbbət təhlükəlidir. 
 - Bilirəm. Mən sevmişəm. Sevgi - narkotikdır. Əvvəlcə eyforiya, yüngüllük, tam vəhdət 
hissi yaranır. Növbəti gün sən yenə istəyirsən. Sən hələ içinə çəkməyə macal tapmamısan 
- baxmayaraq ki, hiss etdiklərin xoşuna gəlir - ancaq əminsən ki, istənilən an onsuz 
keçinə bilərsən.  Sən sevimli varlıq haqqında iki dəqiqə fikirləşirsən və üç saat yadına da 
düşmür. Lakin tədricən ona öyrəşirsən və tamamilə ondan asıla hala düşürsən. Onun 
haqqında üç saat fikirləşirsən və iki dəqiqəliyə unudursan. Əgər o, yanında yoxdursa, sən 
növbəti dozadan məhrum olunmuş  narkomanların yaşadıqlarını hiss edirsən. Belə 
dəqiqələrdə dozaya görə qarətə, qətlə, istənilən alçaqlığa  hazır olan narkomanlar kimi 
sən də sevginin xatirinə hər şeyə hazırsan. 
  - Qorxulu bənzətmədir, - o dedi. 
  Doğrudan da, mənim misalım şərabla, quyu ilə, meydanı üzük kimi əhatəyə almış orta 
əsrlərə aid evlərlə yaxşı tutuşmurdu. Ancaq bununla belə hər şey, məhz, mənim dediyim 
kimi idi. Əgər o, bu qədər səyi sevgi əldə etmək üçün çəkibsə, onu hansı təhlükələrin 
gözlədiyini bilməlidir. 
- Ona görə də yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdır, - mən fikrimi 
bitirdim. 
  O, dumana baxa - baxa xeyli müddət cavab vermədi. Deyəsən,  bir daha o, mənə sevgi 
barədə söhbətlərin təhlükəli dalğalarında üzməyi təklif etməyəcək. Bəli, mən çox sərt 
danışdım, amma başqa nə edə bilərdim? 
  «Məsələ bağlandı», - deyə fikirləşdim. Birlikdə keçirdiyimiz üç gün - üstəgəl mən eyni 
paltarda gəzirdim - öz məqsədindən imtina etmək üçün ona yetdi. Mənim qadınlıq 
qürurum sındırılmışdı, lakin eyni zamanda mən həm də yüngüllük hiss edirdim. 
  «Yəni ürəyimin dərinliklərində mən elə bunu istəyirdim?» 
  Yəqin ki… Çünki sevgi küləyinin necə bir fırtınaya çevriləcəyini artıq hiss edirdim. 
Çünki artıq bəndin divarında əmələ gələn çatı görə bilirdim.  
  Biz hələ bir xeyli içdik və boş – boş şeylərdən danışdıq - bizə otaq vermiş ev sahiblərini 
müzakirə etdik, nə vaxtsa bu şəhərciyin əsasını qoymuş müqəddəsi xatırladıq. O, mənə 
dumanda itmiş kiçik meydanla üzbəüz yerləşən kilsə ilə bağlı bir neçə əfsanə danışdı. 
 - Sən mənə qulaq asmırsan, - birdən o dedi. 
 Doğrudan da - fikrim hardasa uçurdu. Mən yanımda elə bir insanın olmasını istərdim ki, 
onu görəndə ürəyim rahat və ahənglə döyünsün, elə bir insan ki, onun yanında sakit 
olum, çünki sabah onu itirmək qorxusu yoxdur. Onda vaxt da yavaş axardı və biz də 
söhbət üçün qabaqda bütöv bir ömrün olduğunu bilərək sadəcə susardıq. Və mənə çətin 
qərarlar qəbul etmək, ciddi şeylər üçün baş sındırmaq, sərt sözlər demək lazım gəlməzdi. 
 
  Biz susuruq və bu çox şey deyir. Həyatımız boyu ilk dəfədir ki, biz susuruq, hərçənd 
mən bunu indicə - o bir şüşə də şərab tapmaq üçün ayağa qalxanda dərk elədim. 


 
91
  Biz susuruq. Mən onun addımlarını eşidirəm - o, bizim bir saatdan çox vaxt 
keçirdiyimiz, şərab içə - içə dumana baxdığımız quyunun yanına qayıdır. 
  Həyatımızda ilk dəfədir ki, biz susuruq - sözün əsl mənasında susuruq. Yox, bu bizi 
Madriddən Bilbaoya qədər maşında sıxan sükut deyil. Heç San-Martin-de-Unks 
yaxınlığındakı sovməədə dayanarkən mənim ürəyimi qorxudan donduran da deyil.  
  Belə sükut hər cür sözdən daha çox şey deyir. Belə sükut mənə deyir ki, bizim bir - 
birimizə nə isə izah etməmizə daha heç bir ehtiyac yoxdur. 
  Addımlar kəsilir. O mənə baxır və yəqin ki, qarşısında gözəl mənzərə peyda olur – 
fənərin zəif işıqlandırdığı gecə, quyu, qadın. 
  Orta əsrlərə aid evciklər, XI əsrə aid kilsə, səssizlik. 
Mən sükutu pozmaq qərarını verəndə şərabın ikinci şüşəsi yarısına qədər boşalmışdı. 
  - Dünən səhər ağlıma gəlmişdi ki, əyyaşa çevrilirəm. Bütün günü içirəm. Bu üç sutka 
ərzində keçən bir ildə içdiyimdən çox içmişəm. 
  O, bir söz belə demədən əllərini saçlarımda gəzdirir. Mən onun toxunuşunu hiss edirəm 
və kənara çəkilmirəm. 
 - Mənə bir az həyatından danış,- mən xahiş edirəm. 
 - Mənim həyatımda fövqəladə heç nə yoxdur. Mən öz yolumu gedirəm və  imkanım 
daxilində bunu ləyaqətlə eləməyə çalışıram. 
 - Bu necə yoldur belə? 
 - Məhəbbət axtaranın yolu, - və boş şüşəni əlində oynada-oynada bir anlıq susur. - 
Məhəbbətsə - çox çətin yoldur. 
 - Çətindir ona görə ki, o səni ya göylərə qaldıracaq, ya da cəhənnəmə atacaq, - mən 
deyirəm, hərçənd dediklərimi o qədər də özümə aid etmirəm. 
  O cavab vermir. Ola bilsin ki, o, hələ də səssizliyin girdabındadır, ancaq şərab yenidən 
mənim dilimi açıb və fikrimi bildirmək ehtiyacı hiss edirəm. 
  - Sən dedin ki, bu şəhərcikdə nə isə dəyişib. 
  - Hə, mənə belə gəlir. Ancaq mən əmin deyiləm, buna görə də səni bura gətirmək 
istədim. 
  - Deməli, bu sınaqdır? 
  - Yox, bu mənim doğru qərar verməmə kömək edəcək Ona bəxşişdir. 
  - O kimdir? 
  - Müqəddəs Ana.  
  Müqəddəs Ana. Özüm də başa düşə bilərdim. Bu qədər səyahətlərdən, kəşflərdən, yeni 
üfüqlərdən sonra onda hələ də uşaq vaxtı vurulmuş katolik peyvəndinin güclü olması 
mənə bərk təsir edir. Amma mən və mənim dostlarım – hər halda bu baxımdan – çox 
dəyişmişik: qəbahət və günahlar artıq çoxdan bizə ağırlıq eləmir. 
  - Nə yaxşı ki, bu qədər çətinliklərdən sonra sən əvvəlki inamını qorumağı bacarmısan. 
  -Yox, bacarmadım. Mən onu itirdim və yenidən qazandım. 
  - Anaya inamı? Namümkünə, mübhəmə, fantastikaya? Sən cismani sevginin nə 
olduğunu bilmirsən? Sən aktiv seksdən qaçırsan? 
  - Heç də yox. Burda hər şey qaydasındadır. Mənimçoxlu qadınım olub. 
  Mən qısqanclığın məni sancdığını hiss edirəm və özüm də buna təəccüblənirəm. Ancaq 
daxilimdəki mübarizə yatışıb və mən onun yenidən başlamasını istəmirəm. 
  - Niyə-o - «Məryəm»? Niyə müqəddəs Ananı bizə digərlərinə bənzəyən  adi qadın  kimi 
göstərmirlər? 
  Bir udumla o şüşənin axırına çıxır - orda lap az qalmışdı. 
Məndən yenə şərab istəyib - istəmədiyimi soruşur - o tapa bilər - mən imtina edirəm.  


 
92
  - Mən ancaq sənin cavab verməni istəyirəm. Hər dəfəsində biz müəyyən mövzulara 
toxunanda sən söhbəti dəyişirsən. 
  - O, elə ən adi qadın idi. O, dünyaya başqa uşaqlar da gətirmişdi. Müqəddəs kitabda 
deyilir ki, İsa üç qardaşın böyüyü idi. İsanın ruhdan əmələ gəlməsinin başqa anlamı var: 
Mariya yeni bərəkətli eranı başlayır, yeni mərhələ açır. O - kosmik gəlindir, səmanı qəbul 
edən və onun mayalandırdığı Torpaqdır. Və həmin anda, onun öz taleyini qəbul etməyə 
cəsarəti çatdığından  O, Allaha Yerə düşmək imkanı verir. Və Müqəddəs Anaya çevrilir. 
  Mən onun fikirlərinin gedişini izləyə biləcək halda deyiləm. Və o bunu başa düşür: 
  -O, Allahın qadın simasıdır.  Onun öz ilahi təbiəti var. 
  Onun nitqi aydın səslənmir - sözlər çətinliklə, gərginliklə tələffüz olunur, sanki onları 
deməklə günah işləyir. 
  - İlahə? – mən soruşuram. 
  Mən onun məni başa salmasını gözləyirəm, lakin o söhbəti davam etdirmir. Hələ bir 
neçə dəqiqə əvvəl mən ondakı katolikliyin nə qədər möhkəm olduğuna ironiya ilə 
gülürdüm, indi isə mənə elə gəlir ki, o, küfr danışır. 
  - Məryəm kimdir? İlahə kimdir? – mən təkid edirəm. 
  - Bunu izah eləmək çətindir, - aydın görünür ki, o özünü yaxşı hiss etmir, hər dəqiqə – 
daha çox. - Məndə bəzi şeylər var. Əgər istəsən, oxuya bilərsən.  
  - Mən indi heç nə oxumayacağam! Sən başa sal! 
  O əlini şərab şüşəsinə uzadır, lakin o boşdur. Biz artıq bizi quyunun yanına nəyin 
gətirdiyini unutmuşuq. Nə isə fövqəladə əhəmiyyətli bir şeyin baş verməsi hissi yaranır - 
sanki o hər bir sözü ilə möcüzə yaradır. 
  - Danış da! 
  - Onun simvolu - sudur, Onu duman əhatə edir. İlahə özünü su ünsüründə aşkar edir və 
göstərir. 
  Sanki, ətrafımızdakı duman canlandı, öz həyatını qazandı, konkret müqəddəs bir 
substansiyaya çevrildi - hərçənd mən əvvəlki kimi onun sözlərinin anlamını tam başa 
düşmürdüm. 
  - Çox dərinə getməyəcəyəm. Əgər istəsən - özün məndəki əlyazmanı oxuyarsan. Bircə 
onu bil ki, bu qadın – İlahə, Müqəddəs Məryəm, yəhudi Şəhina, misirli İzida, Böyük 
Ana, Sofiya - bütün dünyəvi dinlərdə mövcuddur. Onu yaddaşlardan silməyə, qadağan 
etməyə çalışıblar, O simasını gizlədir və dəyişirdi, ancaq Onun kultu minilliklərdən 
keçərək bu günümüzə çatıb. Allahın simalarından biri - qadın simasıdır. 
  Mən ona baxıram. Parıldayan gözləri qarşımızdakı duman kələfinə zillənib. Başa 
düşürəm ki, artıq təkid etməmək olar – o, onsuz da söhbətinə davam edəcək. 
  - Onun haqqında Bibliyanın birinci fəslində yazılıb. Yadındadır - «… və Allahın ruhu 
suların üstündən uçurdu»? Və O Onu ulduzlardan yuxarıda və aşağıda qoydu. Bu - Yerin 
və Səmanın mistik nigahıdır. Müqəddəs kitabın sonuncu fəslində də Onun haqqında 
danışılır 
  Nə vaxt ki 
  Ruh da, gəlin də deyir: gəl! 
  Eşidən də deyəcək: gəl! 
  Qoy, susuzluqdan yanan gəlsin, 
  Və qoy istəyən həyat suyunu havayı götürsün. 
  - Niyə Allahın qadın simasının simvolu sudur? 
  - Bilmirəm. Ancaq, adətən, O, bu vasitələri Özünü aşkar etmək üçün seçir. Yəqin, ona 
görə ki, su - həyatın mənbəyidir, axı ana bətnində doqquz ay biz suyun əhatəsində oluruq. 


 
93
Su - qadın Hökmünün simvoludur, hətta ən mükəmməl və ən kamil kişilərin belə ona 
şübhəylə yanaşmağa, ona iddia etməyə cəsarəti çatmaz. 
  O, bir anlıq susur və davam edir: 
  - O, özünü bu və ya digər formada hər bir dində, hər bir etiqadda göstərir - ancaq 
müqləq göstərir. Mənim üçün – bir katolik olaraq – onun cizgiləri Müqəddəs Məryəmin 
obrazında aydın görünür. 
 
  O, mənim əlimdən tutur və beş dəqiqədən sonra biz artıq Sent-Savendən çıxırıq. Yolda 
üzərinə xaç bərkidilmiş sütunun yanından keçirik, lakin– çox qəribədir! - adətən, İsa 
Məsihin obrazı yerləşdirilən yerdə biz Müqəddəs Məryəmin obrazını görürük. Onun 
sözləri yadıma düşür və təsadüf məni təəccübləndirir. 
 
Və indi zülmət və duman bizi başdan - ayağa qədər tamamilə qoynuna alır. Mən özümü 
suda, ana bətnində təssəvvür edirəm - o yerdə ki, hələ zaman yoxdur, hələ varlıq şüurla 
yüklənməyib. Bəli, oun danışdığı hər şeyin anlamı - özü də tükürpədici anlamı var. Mən 
mühazirədə yanımda oturmuş yaşlı xanımı xatırlayıram. Məni dartıb meydana aparan 
kürən qızı xatırlayıram - axı, o da deyirdi ki, su - İlahənin simvoludur. 
  - Burdan 20 km aralıda mağara var, - o davam edir. – 11 fevral 1858-ci ildə balaca bir 
qız iki başqa uşaqla birlikdə onun yaxınlığında odun yığırdı. Qız xəstəhal, zəif idi, astma 
xəstəliyindən əziyyət çəkirdi, onun valideynləri isə o qədər kasıb idilər ki, az qala 
dilənirdilər. Həmin qış günündə qız çox da böyük olmayan çayın dayaz yerindən 
keçməyə qorxdu - birdən islanar, soyuqlayar və yatağa düşər, valideynləri isə onun 
gətirdiyi qəpik - quruşsuz keçinə bilməzlər. 
  Elə bu anda onun qarşısında ağ paltarlı, üzəri qızılı qızılgüllərlə bəzədilmiş səndəllərdə 
qadın zühur edir. O, qıza bir şahzadə qədər ehtiramla müraciət edərək ondan bir lütf 
göstəməsini - bura bir neçə dəfə bir də gəlməsini istəyir və yoxa çıxır. Bütün bu 
gördüklərindən yerlərindəcə  qurumuş digər iki uşaq, əhvalatı  qarşılarına çıxan hər kəsə 
danışırlar.  
  Amma qızın həyatı o andan etibarən əsl işgəncəyə çevrilir. Onu həbsə alırlar, tələb 
edirlər ki, belə bir hadisənin heç vaxt olmadığını desin. Məxluqdan cürbəcür möcüzə və 
ənam istəməsi üçün ona pul söz verirlər. İlk günlərsə onun valideynlərini hamının gözü 
qarşısında qızın bu görüşü özünə diqqət çəkmək məqsədilə uydurduğunu deyərək rüsvay 
edirlər. 
Qızın isə - onun adı Bernadetta idi - gördüyü şəxsin kimliyi haqqında  təssəvvürü belə 
yox idi. Ağ paltarlı Qadını «O» adlandırırdı və onun təşvişə düşmüş valideynləri kömək 
üçün yerli keşişə müraciət edirlər. O qızdan xahiş edir ki, növbəti dəfə görüşəndə 
qadından adını soruşsun. 
  Bernadetta deyilən kimi edir, lakin cavab əvəzinə təbəssüm alır. «O» daha 18 dəfə qıza 
zühur edir - demək olar ki, hər dəfəsində səssizcə.    Hərçənd bir dəfə qadın 
Bernadettadan torpağı öpməsini istədi.  Qızcığaz səbəbini anlamadı, lakin itaət etdi. 
Başqa bir dəfə isə «O» mağarada çuxur qazmağı xahiş elədi. Bernadetta onun xahişini 
yerinə yetirdi və elə o saat çuxurdan palçıqlı su axmağa başladı - bəs necə, axı, hərdənbir 
pis havalarda mağarada qabanlar gizlənirdilər. 
  -İç - qadın əmr elədi. 
  Su o qədər çirkliydi ki, Bernadetta üç dəfə su götürdü və ağzına yaxınlaşdırmaqdan 
çəkinərək üç dəfə yerə səpələdi. Nəhayət, iyrənə - iyrənə də olsa, əmri yerinə yetirdi. 
Onun qazdığı çuxursa yenidən su ilə doldu.           


 
94
  Bir gözü kor olan adam sudan bir neçə damcı gözünə tökdü və həmin dəqiqə gözləri 
açıldı. Yenicə dünyaya gəlmiş oğlunun ölüm ayağında olmasından başını itirmiş gənc ana 
onu bu bulağın suyuna saldı - temperatur həmin gün sıfırdan aşağı düşdü və körpə 
sağaldı. 
  Yavaş - yavaş möcüzəli bulağın sorağı ətrafa yayıldı və minlərlə adam kəndə axışmağa 
başladı. Bernadetta isə hələ də sehrli qonağın adını öyrənməyə çalışırdı, lakin o, cavab 
əvəzi yalnız gülümsəyirdi. 
  Amma gözəl günlərin birində «O» qızcığaza tərəf çevrildi və dedi: 
  - Mən Müqəddəs Ruhdan Doğanam.  
  Sevincinin həddi - hüdudu olmayan Bernadetta bu barədə danışmaq üçün var - gücü ilə 
keşişin yanına qaçdı. 
  - Belə şey mümkün deyil, - keşiş cavab verdi. – Övladım, indiyə qədər heç kim eyni 
zamanda həm ağac, həm də meyvə ola bilməyib. Sən gəl onun üstünə müqəddəs su çilə. 
Keşişin qatı inamına görə,  yalnız Allah bütün başlanğıcların başlanğıcından var ola 
bilərdi, Allahsa - bütün əlamətlərə görə – kişidir. 
 Bernadetta «O» nun üzərinə müqəddəs su çilədi, ancaq qadın yalnız xəfifcə gülümsədi - 
başqa heç nə baş vermədi.  
 16 iyulda qadın son dəfə göründü. Bundan az sonra Bernadetta  mağaranın yaxınlığında 
yerləşən kiçik kəndin həyatını nə qədər dəyişdiyini ağlına belə gətirmədən rahibə oldu. 
Bulaq qurumadı və möcüzələr davam etdi. 
  Əhvalatın sorağı əvvəl Fransaya, sonra da bütün dünyaya yayıldı. Kənd böyüməyə və 
dəyişməyə başladı, şəhərə çevrildi. Tacirlər gəldilər.    Mağazalar və mehmanxanalar 
açıldı. Bernadetta öldü və doğma yerlərdən çox uzaqlarda dəfn edildi. O,  nə baş 
verdiyini heç vaxt bilmədi. 
Kilsəni çətin vəziyyətdə qoymağa cəsarət edən insanlar meydana çıxdılar - xoşbəxtlikdən 
Vatikan o zamanadək Zühuretmənin mümkünlüyünü etiraf etmişdi - və möcüzələr 
yaratmağa başladılar, lakin tezliklə şarlatan və fırıldaqçı adı ilə ifşa edildilər. Kilsə sərt 
qaydalar qoydu - filan gündən yalnız həkimlər və alimlərin apardığı ciddi yoxlamadan 
keçmiş fenomenlər möcüzə kimi tanınır. 
  Ancaq su hələ də axır və xəstələr sağalır. 
 
  Mənim qulağıma nə isə səs gəldi və mən qorxdum. 
  Ancaq o, hərəkətsiz oturmaqda davam edir. Ətrafımızdakı dumana isə ad aldı, keçmiş 
qazandı. Mən danışılan əhvalat və onun bütün bunları haradan bildiyi haqqında 
düşünürəm. Mənim cavabım yoxdur. 
  Mən Allahın qadın siması haqqında düşünürəm. Mənimlə yanaşı oturmuş adamın 
ziddiyyətli ruhu var. Bir müddət əvvəl o mənə yazırdı ki, seminariyaya daxil olmaq 
fikrindədir, lakin o əmindir ki, Allah qadın simalıdır. 
  O hərəkətsizdir. Mən isə özümü Yer Ananın bətnində həbsə salınmış kimi hiss edirəm - 
harda ki, nə zaman var, nə məkan. Bernadettanın əhvalatı sanki gözlərimin qarşısında, 
bizi ağuşuna alan dumanda baş verir. 
  Və yenə onun səsi eşidilir: 
  - Bernadetta iki mühüm şeyi bilmirdi. Birinci, xristianlıq gələnə qədər bu dağlarda 
keltlər yaşayırdı, İlahə kultu isə onlanın sivilizasiyasının əsasında dururdu. Bir çox 
nəsillər Allahın qadın simasını dərk edirdilər, Onun sevgisinin, Onun şöhrətinin bir 
hissəciyi onlara ünvanlanmışdı. 
  - Bəs ikinci? 


 
95
  - İkincisi isə, Zühurun  baş verməsindən bir az əvvəl Vatikan ierarxiyası gizli yığıncağa 
toplaşmışdı. Onların həmin yığıncaqda nəyi müzakirə etdiklərini kənar şəxslərdən heç 
kim bilmirdi, lurdlu keşişsə - xüsusilə. 
  Kilsə başçıları müqəddəs ruhdan mayalanma haqqında ehkamı verməyin lazım olub - 
olmadığını qərarlaşdırırdılar. Və sonda qərara alındı ki, lazımdır. Bunun nəticəsi papanın 
«İneffabilis Dei» fitvası oldu. Ancaq geniş dindar kütləsinə onun mənasını heç kim başa 
salmadı. 
  - Bəs bütün bunların sənə nə dəxli var? - mən soruşuram. 
  - Mən Onun şagirdiyəm. O məni hazırlayıb, - o deyir. 
  - Yəni sən – Onu görmüsən? 
  - Görmüşəm. 
 
  Biz meydana geri dönürük, bizi kilsədən ayıran bir neçə metr yolu qət edirik. Fənərin 
işığında quyunu və qırağındakı  şüşəni, iki stəkanı görə bilirəm. «Yəqin orda aşiqlər 
oturublarmış, - mən düşünürəm. - Səssizcə oturublar və bir-biri ilə sözsüz - yalnız 
ürəkləriylə danışıblar. Ürəklər hər şeyi söyləyəndən sonra, onlar ulu sirlərə ortaq 
oldular». 
  Yenə də bizim sevgi barədə söhbətimizdən heç nə alınmadı. Bu heç vacib də deyil. Mən 
hiss edirəm ki, nə isə çox mühüm bir nəsnənin astanasındayam və  daha çox başa düşmək 
üçün ondan istifadə etməliyəm. Yadıma bir anlıq universitetdəki məşğələlərim, Saraqos, 
ömrüm boyu rastlaşmaq istədiyim həyat yoldaşı düşür, lakin bütün bunlar uzaq, dumanlı 
örtüyə - lap Sent-Savenin üzərindəki kimi - bürünmüş görünür. 
  - Sən niyə mənə Bernadetta haqqında danışdın? 
  - Özüm də bilmirəm, - o üzümə baxmadan cavab verir. – Bəlkə ona görə ki, biz Lurdun 
yaxınlığındayıq. Bəlkə ona görə ki, sabah – «İneffabilis Dei»  (müqəddəs ruhdan hamilə 
olma) günüdür. Bəlkə də ona görə ki, sənə sübut eləmək istəyirdim: mənim  dünyam 
kənardan göründüyü kimi boş və divanə deyil.  Onun bir hissəsi həm də başqa 
insanlardan ibarətdir. Və onlar söylədiklərinə inanırlar. 
  - Mən heç vaxt sənin dünyanın divanə olduğunu deməmişəm. Bu daha çox mənim 
dünyama aiddir. Mən həyatımın ən gözəl illərini kitab - dəftərlə əlləşərək itirirəm, 
halbuki onlar məni hər şeyi əzbər bildiyim yerdən çıxatmayacaqlar. 
  Mən hiss elədim ki, yüngülləşirəm: mən onu başa düşürdüm. 
  Mən gözləyirdim ki, o yenə də İlahədən danışacaq, ancaq o mənə sarı çevrilərək dedi: 
  -Yatmaq vaxtıdır. Biz çox içmişik. 
 
 
*** 
 
  O, dərhal yuxuya getdi. Mənsə hər şeyi-dumanı, şərabı, meydanı, söhbəti xatırlaya-
xatırlaya xeyli oyaq qaldım. Sonra onun mənə verdiyi əlyazmanı oxudum və xoşbəxtlik 
dalğası hiss etdim: Allah-əgər O, gerçəkdən mövcuddursa-həm Atadır, həm də Ana. 
Mən işığı söndürdüm və quyunu araya almış səssizlik barədə düşünməkdə davam etdim–
məhz, həmin dəqiqələrdə, bizim hər ikimizin susduğumuz vaxt, onun mənə nə qədər 
yaxın olduğunu duyurdum. 
  Nə o, nə də mən bir söz belə demədik. Məhəbbət haqqında danışmağa ehtiyac yoxdur, 
zira onun öz səsi var və öz yerinə özü danışır. Həmin gecə, quyunun yanında, sükut bizim 
ürəklərimizin yaxınlaşmasına, bir - birini daha yaxşı tanımasına imkan verdi. Mənim 
ürəyim diqqətlə onun ürəyini dinləyirdi və dinlədikcə də xoşbəxtlikdən oxuyurdu. 


 
96
 Gözlərimi yummazdan əvvəl mən onun «Özgənin qovulması» adlandırdığı ritualı yerinə 
yetirməyə qərar verdim. 
  «Bax, mən burdayam, bu otaqda, bu şəhərcikdə - əvvəllər heç vaxt olmadığım bir yerdə, 
- mənim fikirlərim axırdı. – Vərdiş elədiyim hər şeydən uzaqda. Həyatda heç vaxt məni 
maraqlandırmamış nəsnələr haqqında düşünürəm. Mən - bir neçə dəqiqəlik də olsa - 
özümü elə göstərə bilərəm ki, guya dəyişmişəm». 
  Və mən həmin bir neçə dəqiqəni necə yaşamaq istədiyimi təsəvvür etməyə başladım. 
Mən şən, hər şeylə maraqlanan, xoşbəxt olmaq istərdim. Hər saniyədən dolu-dolu istifadə 
etmək, həyat suyunu acgözlüklə içmək. Yenidən arzuya inanıb, etibar etmək. Mənim 
üçün əziz və istəkli olan uğrunda mübarizə aparmaq üçün güc qazanmaq. 
Sevgiyə sevgiylə cavab vermək. 
  Bəli, bu odur - mənim olmaq istədiyim qadın. Və o, qəflətən mənim qarşımda peyda 
oldu və mənə çevrildi. 
  Və mən qəlbimin necə Tanrının, ya da İlahənin nuru ilə  dolduğunu hiss elədim - onlara 
artıq çoxdan inanmırdım. Və bir də həmin an Özgənin necə mənim cismimi tərk edərək 
bu balaca otağın küncündə oturduğunu gördüm.  
 Mən ona baxırdım - indiyə qədər mən olana: o zəifdir, amma güclü görünməyə cəhd 
edir. O hər şeydən qorxur, amma özünü inandırır ki, bu qorxu yox, buludlarda uçmayan 
adamın müdrikliyidir. O, köhnə mebelinin üzü bozarmasın deyə, arasından günəşin 
parlaq şüaları dolan pəncərələri  bərk-bərk mıxlayır.    
  Mən otağın küncündə Özgəni görürdüm - zəif, yorğun, məyus. Mən görürdüm ki, o, 
necə tamamilə azad olmalı olan nəsnələri-öz hisslərini- boğur və dustaq edir. Necə 
gələcək sevgi haqqında keçmiş əzablarına əsasən hökm çıxartmağa çalışır.     
  Ancaq məhəbbət-həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaşacağının 
əhəmiyyəti yoxdur-bir, iki, və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. 
Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki 
yerimizdə qoymaz.   Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. 
Ondan imtina etsək - həyat ağacının bardan əyilmiş budaqlarına baxa - baxa və o bardan 
dərməyə cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar - sadəcə əlini uzatmalısan. 
Harda olursan, ol, məhəbbəti axtarmaq lazımdır, hətta bu axtarışlar saatlarla, günlərlə, 
həftələrlə sürəcək kədər və məyusluq anlamına gəlsə də. 
  İş ondadır ki, biz sevginin axtarışına çıxanda, sevgi bizim görüşümüzə gəlir. 
  Və bizi xilas edir. 
 
  Özgə məndən uzaqlaşan kimi ürəyim yenidən mənimlə danışdı. Və dedi ki, bənddəki çat 
bütöv bir axını buraxıb, dedi ki, küləklər dörd tərəfdən əsib və dedi ki, o xoşbəxtdir, zira 
mən yenə onun səsini eşitməyə başlamışam. 
  Ürəyim mənə dedi ki - mən sevirəm. Və mən dodaqlarımda xoşbəxt təbəssümlə yuxuya 
getdim. 
 
  Mən oyananda o, açıq pəncərənin qarşısında dayanaraq dağlara baxırdı. Mən onu 
çağırmadım,  əgər o çevrilsə, o dəqiqə gözlərimi yummağa hazır vəziyyətdə səssizcə 
uzandım. 
  Sanki mənim fikirlərimi oxuyurmuş kimi o çevrildi. Mənə baxdı: 
  -Sabahın xeyir. 
  -Sabahın xeyir. Pəncərəni bağla, soyuqdu. 


 
97
   Özgə xəbərdarlıq etmədən peyda oldu. O, hələ də küləyin istiqamətini dəyişməyə, onun 
qüsurlarını və zəifliklərini görməyə, «Yox, bu qeyri - mümkündür» deməyə çalışırdı. 
Ancaq özü də bilirdi ki, gecdir. 
  -Çıx otaqdan, mən geyinim,- mən dedim. 
  -Mən səni aşağıda gözləyirəm,- o cavab verdi. 
 
   Mən çarpayıdan durdum, Özgə haqqında fikirləşməyi özümə qadağan elədim, təzədən 
pəncərəni açdım, günəşi otağa buraxdım. Onun şüası dağların qarlı zirvələrini, xəzəllə 
örtülü torpağı, çayı – mən onu görmürdüm, lakin şırıltısını eşidirdim - işıqlandırırdı. 
  Günəş mənim sinəmdə əks oldu, mənim çılpaq bədənimi işıqlandırdı və mənə soyuq 
deyildi, çünki bütün bədənim hərarətdən yanırdı - alova, alovdan tonqala, tonqaldan 
yanğına çevrilən cüzi qığılcımın hərarətindən. Yanğını isə heç nə ilə söndürmək, 
keçirmək mümkün deyil. Mən bilirdim. 
  Və istəyirdim. 
  Mən bilirdim ki, bu dəqiqədən etibarən cənnəti və cəhənnəmi, nəşəni və kədəri, 
arzuların həyata keçməsini və çarəsiz ümidsizliyi tanıyacam, bilirdim ki, qəlbimin 
gizlinlərindən qalxan küləkləri cilovlamağa gücüm çatmayacaq. Bilirdim ki, bu səhərdən 
etibarən bələdçim və müşayətçim sevgi olacaq, baxmayaraq ki, o mənim qəlbimdə 
uşaqlıqdan, onu birinci dəfə gördüyüm vatxdan məskən salıb. Zira mən onu heç vaxt 
unutmamışam - onun uğrunda mübarizə aparmağı ləyaqətsizlik hesab eləsəm də. Bu çətin 
sevgi idi və mənim pozmaq istəmədiyim sərhədlərlə əhatə olunmuşdu. 
  Yaddaşımda Soriyadakı meydan və ondan itirdiyim medalyonu axtamağı xahiş elədiyim 
dəqiqə canlandı. Mən bilirdim – bəli, onun mənə nə demək istədiyini mən bilirdim, ancaq 
eşitmək istəmirdim, çünki o,  günlərin bir günü pul qazanmaq məqsədilə, macəra dalınca, 
arzularını həyata keçirmək üçün ata yurdunu tərk edən cavanlardan idi. Mənə isə real və 
mümkün olan sevgi gərək idi, mənim bakirə bədənim və qəlbim gözəl şahzadəni gözləyir 
və istəyirdi. 
  O zamanlar mən sevgi barədə çoz az şey bilirdim. Onu mühazirədə görəndə, təklifini 
qəbul edəndə, elə fikirləşirdim ki, yetkin qadının, öz şahzadəsi ilə görüşə tələsən 
qızcığazın ürəyini cilovlamağa gücü yetəcək. Sonra o xatırlatdı ki, hər böyüyün ürəyində 
mütləq körpə yaşayır - və onda mən vaxtilə olduğum qızcığazın, sevgisini itirmək 
qorxusu ucbatından sevməkdən qorxan o balaca şahzadə qızın səsini yenidən eşitdim. 
  Dörd gün ərzində mən ürəyimin səsini batırmağa çalışdım, ancaq o, daha bərk səslənirdi 
və Özgə daha çox çarəsizləşirdi. Hardasa, ürəyimin ən məhrəm guşəsində əvvəlki 
qızcığaz hələ mövcud idi, hələ inanırdı ki, arzular çin olur. Özgə ağzını da açmağa macal 
tapmadı – mən onun maşınına oturdum, onunla Bilbaoya getməyə razılıq verdim, risk 
eləmək qərarına gəldim. 
  Və elə bu səbəbdən - mənim əvvəlki «mən»imin cüzi hissəsi hələ yaşayırdı – sevgi məni 
yenə tapdı, dünyanın müxtəlif qütblərində uzun axtarışlardan sonra tapdı. Sevgi,  
Saraqosun səssiz küçəsində Özgənin dərsliklərdən, sarsılmaz prinsiplərdən və qərəzli 
fikirlərdən quraşdırdığı əngəlləri aşaraq  yenidən mənimlə görüşdü. 
 
  Mən pəncərəni və ürəyimi açdım. Gün işığı otağı doldurdu, sevgi – mənim qəlbimi. 
 
Bir neçə saat dalbadal biz gah qarda, gah yolda gəzdik, adını heç vaxt bilməyəcəyim 
balaca şəhərcikdə qəhvə içdik. Orada, meydanda qəribə varlığın-yarıilan, yarıgöyərçin - 
heykəli ilə bəzədilmiş fəvvarə vardı. 
 O, bu abidəni görəndə gülümsədi: 


 
98
 - Əlamətdir. Kişi və qadın başlanğıcı birləşdirilib. 
 - Mən əvvəllər heç vaxt sənin dünən dediklərin barədə fikirləşməmişdim, - mən etiraf 
elədim. – Baxmayaraq ki, bu tamamilə məntiqəuyğundur. 
 - «Və Allah insanı özü kimi yaratdı, İlahi obraza uyğun yaratdı: kişi və qadını yaratdı», - 
o, Müqəddəs Kitabdan bir ayəni səsləndirdi. – Çünki bu onun özü kimi və özünəbənzər 
idi - kişi və qadın.  
  Mən görürdüm ki, onun gözləri bu gün başqa cür parıldayır. O, xoşbəxt idi və hər xırda 
şeyə görə qəhqəhə çəkirdi. Arabir yolda rastımıza çıxan yolçularla - əyinlərində kül 
rəngli paltar, çölə işləməyə gedən  əkinçilərlə, növbəti zirvənin fəthinə hazırlaşan 
rəngbərəng kostyumlu alpinistlərlə söhbətə girişirdi. 
  Mən fransızca çox pis danışmağımdan utanaraq dinmirdim, lakin mənim qəlbim onun 
sevincinə sevinirdi. 
  O, elə xoşbəxt idi ki, onunla danışan hər kəs özündən asılı olmadan gülümsəyirdi.  
Yəqin, ürəyi ona nə isə pıçıldamışdı və indi o bilirdi: mən onu sevirəm. Bununla belə o, 
yenə də özünü mənimlə uşaqlıq dostu kimi aparırdı. 
  - Görürəm, sən xoşbəxtsən,- mən dedim. 
  - Hə, çünki həmişə bu dağlarda səninlə gəzməyi, günəşin qızıl suyuna çəkdiyi 
meyvələrdən yığmağı arzulamışam. 
  «Günəşin qızıl suyuna çəkdiyi meyvələr». Bu şer misrasını kimsə lap çoxdan yazmışdı, 
o isə təkrar etdi - lap vaxtında və lap yerində. 
  - Yəqin sənin xoşbəxt olmağının səbəbi təkcə bu deyil, - meydanında bu cür əcaib 
fəvvarəsi olan şəhərciyi gəzərkən mən soruşdum. 
  - Hə? O nə səbəbdir elə? 
  - Sən bilirsən ki, mənə yaxşıdır. Axı, sən, mənim bu gün burda olduğum, dəftər-kitab 
dağına yox, əsl dağlara dırmaşdığım üçün məsuliyyət daşıyırsan. Sən məni xoşbəxt 
elədin. Biz xoşbəxtliyi başqaları ilə bölüşəndə xoşbəxtlik artır. 
 - Sən Özgəni qovmusan? 
 - Hardan bildin? 
 - Bildim, çünki sən özün də tamamilə dəyişmisən. Bir də – ona görə ki, hər birimizin 
həyatında elə bir vaxt gəlib çatır ki, bu qovulma mütləq baş verməlidir. 
  Lakin Özgə bütün səhəri məni daban-dabana izləyirdi. Yaxınlaşmağa çalışırdı. Amma 
hər keçən dəqiqə onun səsi daha da zəifləməyə başlayırdı, onun obrazı isə sanki əriyirmiş 
kimi öz dəqiq cizgilərini itirirdi. Mənim yadıma vampirlər haqqındakı filmlərin finalında 
qəddar qaniçənin necə külə çevrildiyi düşdü. 
  Biz növbəti xaçlı dirəyin yanından keçirik - burda da onun üzərinə İsanın yox, 
Məryəmin təsviri həkk olunub. 
  - Nə barədə fikirləşirsən? – o soruşdu. 
  - Vampirlər barədə. Zülmət gecənin yaratdığı və özlərini möhkəmcə öz içlərinə həbs 
etmiş varlıqlar barədə. Onlar var-güclərilə özlərinə yoldaş axtarırlar. Lakin sevməyə 
qadir deyillər. Məhz, buna görə də belə bir inam mövcuddur ki, vampiri yalnız nizəni düz 
ürəyinə batırmaqla öldürmək olar. Əgər bu zərbəni vurmaq mümkün olsa, onda oyanmış 
ürək şəri məhv edən sevgi enerjisini azadlığa buraxır.  
  - Bu heç vaxt mənim ağlıma gəlməyib. Amma, məncə, sən haqlısan. 
 
  Mən nizəni düz ürəyə batıra bildim. Və o, cadudan azad olaraq bütün mövcudiyyətə 
açıldı. Onda, Özgə üçün yer qalmadı. 
  Mən min dəfə onun əlini sıxmaq istədim və min dəfə özümü saxladım. Mən təşviş 
içində idim - onu sevdiyimi demək istəyirdim, lakin bilmirdim ki, necə başlayım. 


 
99
  Biz dağlardan danışırdıq, çaylardan danışırdıq. Biz düz bir saatlıq meşədə azdıq, ancaq 
sonunda lazımlı cığırı tapdıq. Biz ehtiyat üçün götürdüyümüz buterbrodları yedik və 
susuzluğumuzu ərimiş qarla yatırdıq. Günəş qüruba tərəf meyllənməyə başlayanda Sent-
Savenə qayıtmaq qərarına gəldik. 
 
Bizim addımlarımız daş tağların altında aydın əks-səda verirdi. Mən qeyri-ixtiyari əlimi 
müqəddəs su olan kasaya saldım və xaç  çəkdim. Onun sözləri yadıma düşdü: su - 
İlahənin simvoludur. 
  - Ora gedək, - o dedi. 
  Biz qaranlıq, boş kilsənin içiylə irəliləyərək altında birinci minilliyin əvvəllərində 
yaşamış zahid, müqəddəs Savenin sərdabəsi olan əsas mehraba yaxınlaşdıq. Onun 
yıxılmış divarları artıq bir neçə dəfə təzədən yüksəldilib.  
  Bəli, elə yerlər var ki - müharibə, təqib, laqeydlik onların üzərindən keçir və onları 
məhv edir, lakin onlar müqəddəs olaraq qalır. Bir vaxt kimsə bura gələcək, baxacaq, 
nəyinsə çatışmadığını görəcək və bərpa edəcək. 
Mən çarmıxa çəkilmiş İsanın obrazına baxdım və məndə qəribə, lakin çox aydın bir hiss 
yarandı, sanki Onun başı mənim arxamca çevrildi. 
  - Bura. 
  Biz Müqəddəs Ananın mehrabı qarşısında dayanmışdıq. 
- Obraza bax. 
  Mariya qucağındakı körpəsi ilə birlikdə. İsa göyləri göstərir. 
  Mən gördüyüm barədə dedim. 
  - Diqqətlə bax, - o təkidlə dedi. 
  Mən rənglənmiş və qızıl suyuna çəkilmiş taxta heykəlin bütün xırda detallarına diqqət 
yetirirəm və ustanın Məryəmin paltarlarının qırışlarını necə kamilcəsinə yonduğuna valeh 
oluram. Yalnız indi körpə İsanın səmaya dikəlmiş barmağını görürəm və dostumun nədən 
bəhs etdiyini başa düşürəm. 
  Baxmayaraq ki, İsa Məryəmin əllərində oturub, əslində İsa Onu saxlayır. Və adama elə 
gəlir ki, sanki Körpənin səmaya qaldırdığı əli Onu göylərə qaldırır. Onu Nişanlısının 
olduğu yerə qaytarır. 
  - 600 il əvvəl bu heykəli yaratmış sənətkar nə istədiyini bilirdi. 
  Taxta döşəmədə kiminsə ayaq səsləri eşidildi. Kilsəyə daxil olmuş qadın əsas mehraba 
yanaşdı və onun qarşısında şam yandırdı. 
  Biz onun səssiz duasına  mane olmaqdan çəkindiyimiz üçün sakit və hərəkətsiz 
dayanmışdıq. 
  «Sevgi ehtiyatlılığı sevmir», - onun özünü unutmuş halda necə Məryəmin obrazını seyr 
etdiyinə baxaraq düşündüm. Hələ bir az əvvəl kainat onun varlığı olmadan da anlamla 
dolu idi. İndi isə onun yanımda dayanması mənə hava-su kimi lazımdır - əks halda bütün 
əşyaların gerçək parıltısı məndən gizlənir. 
  Qadın gedəndən sonra o, yenə danışdı: 
  - Rəssam Müqəddəs Ananı, İlahəni, Allahın mərhəmətli simasını tanıyırdı. Sən mənə  
sual vermişdin, amma sənə konkret bir cavab verə bilməmişəm. Sən bütün bunları hardan 
bildiyimi soruşmuşdun, düzdür? 
  «Yox,  elə deyil, mən soruşdum, sən də cavab verdin», - mən demək istədim, amma 
susdum.   
  - Mən bu rəssam kimi öyrənmişəm, - o davam etdi. - Mən səmanın yüksəkliklərindən 
enmiş sevgini qəbul elədim. Məni yönləndirəndə mən müqavimət göstərmədim. Sən 


 
100
yəqin ki, monastıra getmək istəyim barədə yazdığım məktubu xatırlayırsan. Mən hələ də 
sənə bu haqda danışmamışam, lakin mənim arzum həyata keçdi. 
  Və həmin dəqiqə mühazirədən əvvəlki söhbəti yadıma saldım. Ürəyim təşvişə düşdü və 
mən diqqətlə Məryəmin üzünə baxmağa başladım. O gülümsəyirdi. 
  «Bu ola bilməz, - mən fikirləşdim. – Hətta əgər o, monastıra gedibsə də, sonra oranı tərk 
edib. Xahiş edirəm, de ki, seminariyadan çıxmısan». 
  - Mənim gəncliyim coşqun və dolğun kecib, - Bu arada o, mənim nə barədə 
fikirləşdiyimi tapmağa cəhd etməyərək sözünə davam edirdi. – Mən başqa xalqları 
tanıdım, fərqli mənzərələr gördüm. Mən Allahı işıqlı dünyanın hər yerində axtardım.  
Mən başqa qadınları sevdim. Mən çoxlu peşələr öyrəndim. 
  Qısqanclıq yenidən məni sancdı. «Özgənin qayıtmasına imkan vermək olmaz», - mən 
gözlərimi gülümsəyən Məryəmdən çəkməyərək  özlüyümdə dedim. 
  - Yaşamın misteriyası məni ovsunlamışdı və mən onun mənasını daha dərindən dərk 
eləmək istədim. Adamlar mənim sorğu-suallarımın cavabında deyirdilər ki,  bunu 
filankəs bilir, o birini peşmənkəs. 
Mən Hindistanda və Misirdə oldum. Magiya və meditasiyanın biliciləri, əlkimyaçı və din 
xadimləri ilə tanış oldum. Və nəhayət, tapmalı olduğumu tapdım: İnam hardadırsa, 
həqiqət də daim ordadır. 
  İnam hardadırsa, həqiqət də daim ordadır. Mən kilsəyə təzədən və başqa gözlə baxdım – 
zamanın cilaladığı,  dəfələrlə külə çevrilmiş və dəfələrlə bərpa edilmiş daş plitələr. 
İnsanları  belə nəhəng əmək sərfinə, inanılmaz inadkarlığa nə sövq etmişdi? Onları 
ucqarlarda, dağların başında bu kiçik məbədi təzədən tikmək üçün var–qüvvələri ilə 
çalışmağa nə məcbur etmişdi? 
  Nə? - İnam.  
  - Buddistlərin öz həqiqətləri olub, krişnaitlərin öz həqiqətləri, indusların, 
müsəlmanların, yəhudilərin öz. Əgər insan səmimi inam sahibidirsə, o, Tanrıyla vəhdətdə 
olmağı bacaracaq və möcüzə yaratmağa qadir olacaq. Ancaq bunu bilmək kifayət deyildi 
- seçim etmək üçün qətiyyət də lazım idi.  
    Mən katolikliyi seçdim, çünki bu  etiqadda tərbiyə almışdım, uşaqlıq illərimə onun 
möcüzələri hopdurulub. Əgər mən yəhudi doğulmuş olsaydım, iudaizmi seçərdim. Allah 
təkdir - baxmayaraq ki, onun minlərlə adı var, lakin onu hansı adla çağırmaq seçimi, 
məhz, sənə aiddir. Yenidən addım səsləri eşidildi. 
  Naməlum bir adam yaxınlaşdı, bizi nəzərdən keçirdi, sonra baş mehrabın yanına getdi 
və iki şamdan götürdü. Yəqin, o kilsə gözətçisi, ya da keşiş idi. 
  Mən bizi sovməəyə buraxmaq istəməyən qocanı xatırladım. Amma bu şəxs heç bir söz 
demədi. O çıxandan sonra dostum mənə dedi: 
  - Mənim bu axşam görüşüm var. 
  - Xahiş edirəm, söhbəti dəyişmə. Gerisini danış. 
  - Mən bu yaxınlıqdakı seminariyaya daxil oldum. Dörd il mümkün olan hər şeyi 
öyrəndim. Həmin vaxt mən İllüminatlarla, xarizmatiklərlə, çoxdan qapadılmış qapını 
açmağa çalışan cərəyanların davamçıları ilə tanış odum. Mən anladım ki, Allah – 
uşaqlıqda varlığıyla bizi  qorxutduqları cəllad deyil. Xristianlığın ilkin, həç nə ilə 
ləkələnməmiş, qüsursuz mahiyyətinə qayıtmaq cəhdi  yarandı. 
  - Onların İsa və Kilsənin eyni şey olmadığını başa düşmələrinin üzərindən cəmi iki min 
il keçəndən sonra? -  mən təmkinli ironiya ilə soruşdum. 
  - İstədiyin qədər zarafat edə bilərsən, amma söhbət, məhz, bundan gedir. Mən bizim 
monastıra rəhbərlik eldən rahiblərdən birinin yanında öyrənməyə başladım. Və o, mənə 
təlqin elədi ki, vəyh alovunu, Müqəddəs Ruhu mütləq qəbul eləmək lazımdır. 


 
101
   Onun sözlərindən mənim ürəyim sıxıldı. Məryəm isə bayaqkı kimi gülümsəyir, körpə 
İsa şən - şən mənə baxırdı. 
   Nə vaxtsa mən də bütün bunlara inanırdım, lakin zaman keçdi və yaşadığım illər 
ərzində meydana çıxan, sağlam və məntiqli düşüncə sahibi olduğuma, torpağın üstündə 
möhkəm dayandığıma inam hissi məni dindən uzaqlaşdırdı. Əgər neçə illər məni müşayət 
etmiş, əvvəlki uşaq inamı - mələklər və möcüzələrə inam - yenidən dirilsəydi, nə yaxşı 
olardı! Lakin təkcə istəklə onu qaytarmaq qeyri - mümkündür. 
  - Ustadım mənə dedi: «Əgər bildiyinə inansan, əvvəl - axır biləcəksən», o davam etdi. - 
Mən hücrəmin tənhalığında öz - özümlə danışmağa başladım. Mən Müqəddəs Ruhun 
mənə əyan olması və bilməli olduğum hər şeyi öyrətməsi üçün dua edirdim. Və tezliklə 
başa düşdüm ki, mənim səsimlə birgə sözləri mənim əvəzimə deyən, başqa bir, müdrik 
səs də eşidilir. 
  - Mən də belə vəziyyətdə olmuşam, - mən onun sözünü kəsdim.  
  O susaraq gözlədi, amma mən başqa heç nə deyə bilmədim. 
 - Danış, mən qulaq asıram.  
Ancaq sözlər gəlmirdi. O, elə gözəl şeylər haqqında danışırdı ki, mən  o qədər ifadəli 
sözlər tapa bilməzdim.  
 - Özgə hər an qayıtmağa çalışır, - o, sanki mənim düşüncələrimi oxuyaraq dedi. - Özgə 
istəmədən axmaq bir söz deməkdən qorxur.  
 - Hə, - mən var gücümlə qorxuya yenilməməyə çalışaraq cavab verdim. - hərdən elə olur 
ki, mən kiminləsə qızğın şəkildə danışıram və birdən, hansısa bir anda əvvəllər heç vaxt 
ağlıma gəlməyən şeylər haqqında danışmağa başlayıram. Mənə elə gəlir ki, sanki mən 
sadəcə həmişə məndən çox-çox ağıllı, həyatdan yaxşı başı çıxan birinin sözlərini 
çatdırıram. Ancaq bu nadir hallarda baş verir. Adətən, mən susmağa və dinləməyə 
üstünlük verirəm. Və təzə nə isə öyrənəcəyimə inanıram, baxmayaraq ki, axırda hər şeyi 
unuduram. 
  - İnsan üçün onun özü qədər dərkolunmaz heç nə yoxdur. Əgər bizim buğda dəni boyda 
inamımız olsa, bu dağı yerindən tərpədə bilərik. Bax, mən bunu yaxşı yadımda 
saxlamışam. Və bu gün mən öz sözlərimi hörmətlə dinləyə-dinləyə təəccüblənirəm. 
Apostollar savadsız, cahil balıqçılar idilər. Lakin onlar göylərdən enən Alovu qəbul 
edirdilər. Onlar öz cahilliklərindən utanmırdılar–Onların Müqəddəs Ruha İnamı vardı. Bu 
vergi yalnız onu qəbul etmək istəyənlərə məxsusdur. Yetər ki, inanasan, qəbul edəsən, 
səhv buraxmaqdan qorxmayasan. 
 
  Məryəm təbəssümlə qarşımda dayanmışdı. Dünyada hamıdan çox onun ağlamaq üçün 
səbəbləri vardı - amma o gülümsəyirdi. 
  - Davam elə, - mən dedim. 
  - Mən artıq hər şeyi dedim. Vergini qəbul etmək lazımdır. Və onda o  özünü göstərəcək, 
öz ifadəsini tapacaq. 
  - Bu şey belə işləmir. 
  - Bəyəm, sən məni başa düşmürsən? 
  - Düşürəm. Ancaq mən bütün insanlar kimiyəm – mən qorxuram. Haqqında 
danışdığından sən, sənin qonşun istifadə edə bilər, mən yox.  
  - Sən anlayanda ki, biz hamımız qarşımızdakı, bizə baxan bu körpəyə bənzəyirik, hər 
şey dəyişəcək.  
- Amma o vaxta qədər biz işığa çox yaxınlaşdığımızı anlayacağıq və öz alovumuzu 
yandıra bilməyəcəyik. 
 O cavab vermədi. 


 
102
  - Sən seminariya barədəki fikrini tamamlamadın, - bir azdan mən onun yadına saldım. 
  - Mən seminariyadan çıxmayacağam. 
  Və mən nə isə deməyə macal tapmamış ayağa qalxdı və mehraba tərəf yönəldi. 
 
Mən tərpənmədim. Başım fırlanırdı, nə baş verdiyini başa düşmürdüm. «Seminariyadan 
çıxmayacağam»! 
 Ən yaxşısı fikirləşməməkdir. Bənd parçalanıb, sevgi qəlbi batırıb və axının qarşısını 
almaq mənim iradəmdə deyil. Bir çıxış yolu da var - Özgəni köməyə çağırmaq, ruhi 
zəifliyin sərt, cəsarətsizliyin – soyuq qadına çevirdiyi məni. Lakin mən daha bunu 
istəmirdim. Mən daha həyata onun gözləri ilə baxa bilmirdim. 
  Fikir selini qəfil səslənən  səs qırdı - şiddətli və uzun, sanki yanımda kimsə nəhəng 
fleytada not götürdü. Mənim ürəyim əsdi.  
 Birinci səsin ardınca ikincisi eşidildi. Sonra daha biri. Mən geri baxdım: taxta pilləkən  
kilsənin soyuq gözəlliyi və harmoniyası ilə kəskin kontrast yaradan başdansovdu tikilmiş 
meydançaya qalxırdı. Meydançada mən qədimi orqan gördüm. 
  Və – onu. Yarıqaranlıqda mən onun sifətini seçə bilmirdim, ancaq bilirdim - o ordadır. 
  Mən yerimdən qalxdım, amma o dəqiqə onun həyəcanlı səsi eşidildi: 
  - Pilar! Yerindən tərpənmə!  
   Və mən itaət elədim. 
  - Qoy, Müqəddəs Ana məni ilhamlandırsın, - o davam elədi. - Qoy, musiqi bu gün 
mənim duam olsun. 
 
  Və «Ave Mariya»nı çalmağa başladı. Saat altıya yaxın olardı, «Anqelus»un vaxtı, işıq 
və qaranlığın qarışdığı vaxt yaxınlaşırdı.      Orqanın səsi sanki  divarların qədim 
daşlarına hoparaq,  müqəddəslərin statuyalarını bürümüş əfsanələrin ruhu və duaların 
qızğınlığı ilə qarışaraq  boş kilsəyə yayılırdı. Musiqi qəlbimin lap dərinliklərinə keçsin 
deyə, ordakı bütün qorxuları, günah hissini silsin deyə, məni düşündüyümdən daha yaxşı, 
daha güclü olduğuma inandırsın deyə, gözlərimi yumdum.   
  Mən dəhşətli dərəcədə dua eləmək istədim, din yolundan döndüyüm vaxtdan bu yana 
mənimlə ilk dəfə idi ki, belə bir şey baş verirdi. Mən əvvəlki kimi skamyada 
oturmuşdum, lakin ruhum Müqəddəs Ananın qarşısında diz çökmüşdü, «Hə» deyən 
qadının ayaqlarına düşmüşdü. 
Hərçənd, o «yox» da deyə bilərdi və onda mələk başqasını axtarıb tapardı və onun rədd 
cavabı Allahın gözündə günah olmazdı, Allah Öz övladlarının nəyə qadir olduqlarını 
yaxşı bilir. Ancaq o dedi «sənin İradənə tabeyəm» Hərçənd dərk edirdi ki, seçdiyi taledə 
mələyin sözləri ilə birlikdə əzab – əziyyətdə qazanır; hərçənd qəlbinin gözü ilə sevgili 
oğlunun ata evini necə tərk elədiyini, insanların onun ardınca necə getdiyini və sonra onu 
dandığını  artıq görə bilirdi, ancaq o dedi «sənin İradənə tabeyəm» hərçənd hər bir 
qadının həyatındakı ən ali, ən müqəddəs anı o, pəyədə yaşamalı və malların əhatəsində 
doğmalı oldu, zira Müqəddəs Kitabda belə yazılmışdı, «sənin İradənə tabeyəm» 
hərçənd o, təlaş içində oğlunu küçədə axtarırkən onu məbəddə tapdı. Və oğlu, ondan 
mane olmamasını istədi, çünki o, başqa öhdəlikləri yerinə yetirməli, başqa vəzifəni 
həyata keçirməli idi, 
«sənin İradənə tabeyəm» hərçənd bilirdi ki, ömrünün sonuna qədər oğlunu axtaracaq, 
əzab sancısı həmişəlik onun ürəyində qalacaq və hər dəqiqə onun həyatı üçün əsəcək, zira 
o həyat- təhlükə altındadır, oğlusa qovulur və təqib edilir, «sənin İradənə tabeyəm» 
hərçənd camaatın içində oğlu ilə rastlaşanda  ona yaxınlaşa bilməyəcək, «sənin İradənə 
tabeyəm» hərçənd o, kiminləsə oğluna xəbər göndərəndə ki - burdadır, oğlu əli ilə öz 


 
103
şagirdlərinə göstərərək, ona çatdırılmasını əmr etdi: «budur mənim anam və mənim 
qardaşlarım», «sənin İradənə tabeyəm» hərçənd hər şey sona çatanda və hamı yaxasını 
kənara çəkəndə, çarmıxın altında, düşmənlərin rişxəndinə və dostların qorxaqlığına  
dözərək  təkcə o, daha bir qadın və bir şagird qaldı, «sənin İradənə tabeyəm»  İlahi, sənin 
İradənə tabeyəm. Zira övladlarının ruhən nə qədər zəif olduğu  yalnız sənə əyandır və hər 
birinin üzərinə onun daşımağa gücü çatacaq ağırlığı qoyursan. Zira Sən mənim sevgimi 
anlayırsan, çünki bu -  yeganə şeydir ki, həqiqətən  mənə məxsusdur, yeganə şeydir ki, 
mən özümlə başqa dünyaya götürə bilərəm. İlahi, elə elə ki, o,  öz cəsarətini və 
təmizliyini qorusun, dünyanın ona qurduğu bütün tələləri və qurğuları keçə, yaşaya 
bilsin, dünyanın uçurumuna və dibsizliyinə düşməsin. Orqanın səsi kəsildi və günəş də 
dağların arxasında gizləndi - bu eyni anda baş verdi,  sanki Eyni bir Əlin hərəkətinə 
boyun əydi. Musiqi, doğrudan da, onun duasına çevrildi və onun duası eşidildi. Mən 
gözlərimi açdım - kilsə qaranlığa qərq olmuşdu və  Məryəmin obrazı önündə bircə dənə 
şam yanırdı. 
   Və budur, mən onun yaxınlaşan addımlarını eşitdim. Tənha şamın işığı mənim göz 
yaşlarımı və mənim təbəssümümü işıqlandırdı – o, Məryəmin təbəssümü qədər gözəl 
olmasa da, qəlbimin yaşadığını sübut edirdi. 
  O mənə baxdı, mən ona. Mənim əlim axtarmağa başladı və onun əlini tapdı. Mən onun 
ürəyinin indi daha bərk döyündüyünü hiss etdim, az qala zərbələrin səsini eşidirdim, axı 
biz sakit və səssizcə dayanmışdıq. 
Ancaq mənim ruhum rahat, ürəyimsə sakit idi. 
 
  Mən onun əlini sıxdım, o məni qucaqladı. Deyə bilmərəm, heykəlin yanında nə qədər 
qaldıq, bunun nə qədər çəkdiyini bilmirəm – zaman donmuşdu. 
  Məryəm bizə baxırdı. Öz taleyinə «hə» demiş gənc kəndli qız. Bətnində Allahın oğlunu, 
qəlbində İlahəyə sevgini daşımağa razılıq vermiş Qadın. O, bizi anlamağa qadirdir. 
  Mən ondan heç bir şey haqqında soruşmaq istəmirdim. Kilsədə keçirdiyimiz anlar 
tamamilə kifayət etdi ki, bizim səyahətimiz anlam qazansın. Onunla keçirdiyimiz dörd 
gün tamamilə kifayət etdi ki, diqqətəlayiq heç nəyi ilə yadda qalmayan bu il əhəmiyyətli 
və vacib olsun. 
  Və buna görə də mən ondan heç bir şey haqqında soruşmadım. Biz ələ - ələ tutaraq 
kilsədən çıxdıq və otağımıza qayıtdıq. Başımda hər şey bir - birinə qarışmışdı - 
seminariya, Müqəddəs Ana, onun kiminləsə axşama nəzərdə tutulmuş görüşü. 
 Və onda mən dərk elədim: o da, mən də ruhlarımızı eyni taleyə tapşırmaq istəyirik, 
ancaq Fransada seminariya, Saraqosda isə universitet var. Mənim ürəyim sıxıldı. Mən 
orta əsrdən qalma evciklərə, dünən gecə yanında oturduğumuz quyuya nəzər saldım. 
Yadıma Özgə qadının - bu yaxınlara qədər mən olanın - kədəri düşdü.  
«İlahi, Sən özün görürsən - mən əvvəlki inamımı diriltməyə çalışıram. Bir haldaki mənim 
başıma belə iş gəlib, məni tərk eləmə, tək qoyma», - mən qorxunu qovaraq yalvardım. 
  O çox yatmadı, mən də pəncərədəki qara uçuruma baxaraq oyandım. Sonra biz yenə də 
yuxuya getdik, oyandıq, bizim azdanışan ev sahiblərimizlə şam elədik və o, onlardan evin 
açarını istədi. 
  - Bu gün biz gec qayıdacağıq, - o, sahibəyə dedi. 
  - Gənclərə əylənmək lazımdır, - qadın razılıqla başını tərpətdi. – Və bayramı mümkün 
qədər yaxşı keçirmək. 
  - Mən bir şey barədə soruşmalıyam, - biz maşına oturanda mən dedim. – İstəmirdim, 
amma özümlə bacarmıram. 
  - Seminariya barədə? 


 
104
  - Hə, mən başa düşmürəm, - cavab verdim, özümsə fikirləşdim:  «Hərçənd artıq bunun 
heç bir əhəmiyyəti yoxdur». 
  - Mən həmişə səni sevmişəm, - o danışmağa başladı. – Mənim başqa qadınlarım olub, 
ancaq təkcə səni sevmişəm. Mən medalyonu həmişə özümlə gəzdirmişəm, nə vaxtsa onu 
sənə qaytaracağım, cəsarətimi toplayaraq «Mən səni sevirəm» deyəcəyim ümidilə. 
Dünyada hansı yolla gedirəm-gedim, o, məni mütləq sənin yanına gətirirdi. Mən sənə 
yazırdım və üzərində sənin imzan olan hər zərfi qorxa-qorxa açırdım - axı, cavab 
məktublarından istəniləni mənə sənin başqası ilə görüşdüyün xəbərini gətirə bilərdi. 
Məhz, onda mən mənəvi çağırışı eşitdim. Daha doğrusu, mən bu çağrıya cavab verdim, 
çünki o məndə - elə sən də - uşaqlıqdan mövcud idi. Mən anladım ki, Tanrı mənim 
yaşamımda həddindən artıq vacib yer tutur və əgər arzumun ardınca yollanmasam, heç 
vaxt xoşbəxt ola bilməyəcəyəm. Mən İsanın simasını dünyada qarşıma çıxan hər kasıbın 
üzündə görürdüm və mən Onu görməzdən gələ bilməzdim. 
 
  O susdu, mənsə onu tələsdirməmək qərarına gəldim. 
İyirmi dəqiqədən sonra o, maşını saxladı və biz düşdük. 
  - Biz Lurddayıq, - o dedi. – Buraları yayda görəsən. 
  İndi isə mən adamsız küçələr, bağlı mağazalar, mehmanxanaların girişində polad 
şəbəkələr görürdüm. 
  - Yayda burda altı milyon turist olur, - o  şövqlə davam etdi. 
  - Bilmirəm yayda necədi, amma hal-hazırda o xəyalət-şəhəri xatırladır. 
  Biz körpünü keçdik. Əzəmətli dəmir darvazanın bir tayı – kənarlarında mələk fiqurları 
olan - açıq idi. Və biz içəri girdik. 
  - Sonra nə baş verdiyini danış, - mən xahiş elədim, baxmayaraq ki, bir az əvvəl təkid 
etməməyə qərar vermişdim. – İsanın simasının adamların üzündə necə tanınmasından 
danış. 
   Elə o dəqiqədə başa düşdüm – o söhbətini davam etdirmək istəmir. Ola bilsin ki, indi 
vaxtı deyil və bura da yeri deyil. Ancaq bir halda ki başlayıb, sona çatdırmalıdır. 
 
  Biz hər iki tərəfində qarlı düzənliklər sərilmiş geniş prospektlə irəlilədik.  Uzaqda 
məbədin  silueti görünürdü. 
  - Danış, - mən təkrar elədim. 
  - Sən artıq hər şeyi bilirsən. Mən seminariyaya daxil oldum. Hələ birinci il Allahdan 
sənə olan sevgimi bəşəri sevgiyə çevirmək üçün kömək etməsini istədim. İkinci kursda 
başa düşdüm ki, mənim dualarım eşidilib. Üçüncü il - nə qədər qəribsəsəm də, qəti 
əminlik yarandı ki, sevgim yavaş-yavaş mərhəmətə, duaya, ehtiyac duyanlar üçün 
yardıma çevrilir. 
  - Bəs niyə sən yenidən məni axtardın? Niyə məndə bu odu yenidən alovlandırdın? Niyə 
Özgənin qovulması haqqında danışdın, yaşamımın nə qədər miskin və mənasız olduğuna 
gözlərimi açdın? 
  Mənim səsim titrəyirdi, sözlər dolaşırdı. Keçən hər dəqiqə o, seminariyaya daha yaxın 
və məndən daha uzaq olurdu. 
  - Niyə qayıtdın? Niyə bu əhvalatı mənə yalnız bu gün danışdın - axı, sən görürdün ki, 
mən səni sevməyə başlayıram?!   
  - İndi deyəcəyim sənə axmaqlıq kimi görünəcək, - o, azca yubanaraq cavab verdi. 
  - Görünməyəcək! Mən daha gülməli olmaqdan qorxmuram. Və bunu mənə sən öyrətdin. 


 
105
  - İki ay əvvəl mənim ruhi müəllimim onunla birlikdə bir qadının yanına getməmi xahiş 
elədi - o, ölürdü və bütün əmlakını bizim seminariyaya vəsiyyət eləməyə hazırlaşırdı. 
Qadın Sent-Savendə yaşayırdı. 
  Məbəd artıq lap yaxında idi. Mən təhtəlşüurda hiss etdim: Ona çatan kimi söhbət 
kəsiləcək. 
  - Dayanma, - mən xahiş etdim. – Mənim izahata haqqım var. 
  - Onun evinə girdiyim dəqiqə mənim yadımdadır. Pəncərələr Pireneylərə açılırdı və 
qarın parıltısından daha da gözqamaşdırıcı görünən günəş hər tərəfi doldurmuşdu. Mən 
əşyaları siyahıya almağa başladım, amma tezliklə dayanmağa məcbur oldum. İş ondaydı 
ki, mərhumənin zövqü tamamilə mənim zövqümə uyğun idi – o, mənim aldığım diskləri 
alırdı, pəncərənin arxasındakı bu mənzərəni seyr edə-edə mənim də qulaq asacağım 
musiqiyə qulaq asırdı. Rəflərdə xeyli kitab vardı – onlardan bəzilərini mən oxumuşdum, 
digərlərini isə məmnuniyyətlə oxuyardım. Mebel də, şəkillər də, otaqlara səpələnmiş 
cürbəcür xırda əşyalar da - hər şey elə idi ki, sanki onları mən özüm seçmişdim. Və 
həmin gündən mən o evi unuda bilmirəm. Hər dəfə dua  eləmək üçün sovməəyə girəndə 
yadıma düşürdü ki, mənim dünyadan imtinam bütöv deyil. Mən belə bir evdə səninlə 
necə yaşadığımı, həmin musiqini dinlədiyimi, dağların qarlı zirvələrinə, buxarıdakı alova 
baxdığımı təsəvvür edirdim. Mən bizim uşaqların otaqlarda necə o yan - bu yana 
qaçdıqlarını, Sent-Saveni dövrəyə almış çöllərdə necə oynadıqlarını təssəvvür edirdim.  
  Mənsə, baxmayaraq ki, heç vaxt o evdə olmamışdım, onun necə göründüyünü dəqiq 
bilirdim. Və mən istərdim ki, o, daha heç bir söz deməsin, onda mən xəyal qura bilərdim. 
  Ancaq o davam edirdi: 
  - İki həftə əvvəl mən ruhi yorğunluğumun öhdəsindən gələ bilmədim. Öz müəllimimi 
tapdım, ona baş verən hər şeyi danışdım. Səni sevdiyimi və evi siyahıya alarkən hansı 
hissləri keçirdiyimi etiraf elədim.  
  Pəncərənin arxasında xırda yağış yağmağa başladı. Mən başımı aşağı saldım, bərk-bərk 
jaketə büründüm. Mən sonra nələr baş verdiyini öyrənməyə qorxurdum. 
  - O isə mənə dedi: «Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən 
düşünürsən ki, bu sənin taleyindir, get, axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik 
yaymağa qadirdir». «Bunun mənim taleyim olub-olmadığını bilmirəm, - mən ona dedim. 
– Bu monastıra qapanmaq qərarını verəndə mən ruhi rahatlıq tapdım». «Onda dünyaya 
get, bütün şübhələrindən azad ol,- o cavab verdi. – dünyada qal, ya da seminariyaya 
qayıt. Ancaq özün üçün seçəcəyin həmin yerdə sən özünlə tam vəhdətdə olmalısan. 
Bölünmüş çarlıq kiçik təzyiqdən dağılacaq. Bölünmüş insan həyatın üzünə ləyaqət və 
cəsarətlə baxa bilməz». 
  O cibində nə isə çıxartdı və mənə uzatdı. Bu açar idi. 
  - Mənim müəllimim o qadının evinin açarını mənə verdi və dedi ki, əşyaları satmaqda 
tələsməyim. Mən bilirəm – o, mənim ora səninlə qayıtmamı istəyirdi. Madriddəki 
mühazirəni o, mənim üçün təşkil eləmişdi, bizim yenidən görüşməmiz üçün. 
  Mən onun əlindəki açara baxdım və səssizcə gülümsədim. Ancaq sinəmdə sanki zənglər 
çalınırdı, başımın üstündə göylər açılmışdı. O, Allaha xidmət edəcək, lakin özünəməxsus 
şəkildə - mənim yanımda. Çünki mən bunun uğrunda mübarizə aparacam.  
  - Götür, - o dedi. 
  Mən əlimi uzatdım, açarı barmaqlarımın arasında sıxdım, cibimdə gizlətdim.  
 
  Məbədin baziliki artıq qarşımızda idi. Mən söz deməyə macal tapmamış kimsə onu 
gördü və ona tərəf qaçdı. Narın çisək yağmaqda davam edirdi və mən burda nə qədər 
qalacağımızı bilmədiyimdən bir dəqiqə belə unutmurdum - mənə islanmaq olmaz, 


 
106
dəyişək yoxdur. 
 
  Mən ancaq bu barədə fikirləşməyə çalışdım və  yer və göy arasında asılı olan və taleyin 
əlinin nə zaman ona toxunacağını gözləyən ev haqqındakı  fikirləri  qovdum.    
  O, məni səslədi və mən yaxınlaşanda bir neçə nəfərə təqdim elədi. Kimsə haradan 
gəldiyimizlə maraqlandı və o Sent-Savenin adını çəkəndə dedi ki, orada müqəddəs zahid 
dəfn olunub. Rəvayətə görə, məhz, o, birinci dəfə meydanın ortasında quyu tapıb və 
başlanğıcda şəhərcik əvvəlki kimi yaşamaq istəməyən, dağlarda Allah axtaran möminlər 
üçün sığınacaq qismində nəzərdə tutulub. 
  - Onlar indi də ordadırlar,- mən daha kiminsə səsini eşitdim. 
  Mən bu əhvalatın nə qədər gerçək olduğunu bilmirdim və «onların» kimliyi barədə heç 
bir təsəvvürüm yox idi.  
  Təzə adamlar da gəldilər və hamı mağaranın girişinə tərəf istiqamətləndi. Digərlərindən 
böyük görünən bir nəfər mənimlə fransızca danışdı, lakin mənim, demək olar ki, heç nə 
anlamadığımı görəndə sınıq ispan dilinə keçdi: 
  - Siz bura qeyri-adi bir adamla gəlmisiniz. Möcüzə yaradan bir adamla.  
 
*** 
 
 Mən heç nə demədim, ancaq yadıma Bilbaodakı axşam və ona sarı atılan ümidsiz kişi 
düşdü. Onda hara getdiyini o, mənə demədi, mənəsə bu maraqlı idi. İndisə mənim 
fikirlərim evdə cəmlənib - mən onun necə olacağını dəqiq bilirdim: orada hansı kitablar 
və disklər olacaq, pəncərədən hansı mənzərə görünəcək. 
Dünyada elə bir yer var ki, orada bizim əsl evimiz dayanıb, günlərin bir günü biz ora 
gələcəyik. Mənim sakitcə onun qayıtmasını gözləyəcəyim ev. Balaca qız və oğlanın 
dərsdən sonra qaça-qaça gələrək yaşam sevinci liə dolduracağı ev.  
Adamlar Zühürün baş verdiyi yerə çatana qədər yağışın altında bükülərək səssizcə 
getdilər. Hər şey düz mənim təsəvvürümdəki kimi idi – mağara, Müqəddəs Ananın 
heykəli və bir vaxtlar möcüzənin baş verdiyi yerdə, şüşənin altında çeşmə. Ziyarətçilərin 
bəziləri dua edirdi, digərləri sadəcə gözlərin yumaraq sakitcə oturmuşdu. Mağaranın 
qabağından çay axırdı və onun səsi mənə sakitləşdirici təsir etdi. Müqəddəs Məryəmin 
obrazını görəndə mən qısa bir dua pıçıldadım - Müqəddəs Anadan mənə kömək 
eləməsini istədim, zira mənim ürəyimə daha əzab gərək deyil. 
«Əgər qismətimdə, əzab çəkmək varsa, qoy o, tez gəlsin, - mən deyirdim.  – Çünki 
mənim qarşımda bütöv bir həyat var və ondan mümkün olduqca yaxşı istifadə eləmək 
lazımdır. Əgər o seçim etməlidirsə, qoy tez eləsin. Onda mən onu gözləyəcəyəm. Ya da 
unudacağam. Gözləmək - işgəncədir. Unutmaq - ağırdır. Ancaq əzablardan ən dəhşətlisi 
– hansı qərarı verəcəyini bilməməkdir». 
 Qəlbimlə hiss elədim ki, mənim dualarım eşidildi. 
 
 
*** 
 
Bazilikanın üzərindəki saat gecəyarısını göstərəndə bizim ətrafımıza artıq yetərincə çox 
adam toplaşmışdı - yüzdən az olmazdı. Onların arasında keşişlər, rahiblər vardı və hamı 
gözlərini obrazdan çəkmədən yağışın altında hərəkətsiz dayanmışdı.  
- Eşq olsun sənə, Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm! – mənim yanımda kimsə 
dilləndi və elə həmin an saatın sonuncu zərbəsi səsləndi. 


 
107
- Eşq olsun! – hamı xorla cavab verdi və əl çaldı. 
Dərhal bizə gözətçi yaxınlaşdı və sakitliyi qorumamızı xahiş etdi – biz başqa  zəvvarlara 
mane oluruq. 
- Axı, biz uzaqdan gəlmişik, - bizim qrupdan kimsə dedi. 
- Onlar da, - gözətçi yağışın altında dayanmış adamları göstərərək cavab verdi. – Buna 
baxmayaraq səssiz dua edirlər.  
Mən gözətçinin ziyarətgaha bir daha girməməsini elə çox istərdim ki.. Mən buradan çox 
uzaqda, onunla təklikdə olmaq, əlindən tutmaq, nələr hiss etdiyimi demək istəyirdim. Biz 
planlar qurardıq, ev haqqında və məhəbbət haqqında danışardıq. Mən onu 
sakitləşdirərdim, mən mehriban və nəvazişli olardım, mən deyərdim ki, onun arzusunun 
həyata keçməsinə az qalıb - çünki mən onun yanındayam və ona kömək edəcəyəm. 
Gözətçi tezliklə uzaqlaşdı, keşişlərdən biri isə astadan təsbehlə dua eləməyə başladı. O, 
duanın «iman gətirirəm» adlı son hissəsinə çatanda hamı gözlərini qapayaraq hərəkətsiz 
dayanmışdı. 
- Bu adamlar, kimdi onlar? – mən soruşdum. 
- Xarizmatiklər, - o cavab verdi. 
Mən bu sözü artıq eşitmişdim, amma mənasını izah edə bilməzdim. O bunu daşa düşdü. 
 - Bu adamlar Müqəddəs Ruhun alovunu qəbul edirlər. İsanın qoyduğu alovu, o alovu ki, 
yalnız bəzilərinə onun odundan  öz şamını yandırmaq qismət olur. Bu adamlar 
xristianlığın ilkin həqiqətinə - hamının möcüzə yaratmağa qadir olduğu ideyasına 
yaxındırlar. Bu adamlar Gün İşığına Bürünmüş Qadına bəllidirlər, - o, gözləri ilə 
Məryəmin heykəlini göstərərək dedi. 
Adamlar sanki yalnız onların eşitdiyi bir əmrə tabe olaraq yavaş səslə oxumağa 
başladılar.  
- Sən əsirsən. Donmusan? Sən bunda iştirak etməyə bilərsən. 
- Bəs sən? 
- Mən qalacağam. Bu – mənim yaşamımdır. 
- Onda mən də qalıram, - mən cavab verdim, baxmayaraq ki, buradan çoz uzaqda olmağı 
üstün tutardım. – Əgər bu sənin dünyandırsa, mən onun bir hissəsi olmaq istəyirəm və 
bunu öyrənəcəyəm. 
Adamlar oxumaqda davam edirdilər. Mən gözlərimi yumdum, anlamadığım fransız 
sözlərini mənasız səs yığını kimi tələffüz edərək melodiyanı izləməyə çalışdım. Vaxt belə 
tez ötürdü.  
Bütün bunlar tezliklə qurtaracaq. Və biz Sent-Savenə qayıda biləcəyik. Yalnız ikimiz - o 
və mən.  
Mən fikirləşmədən, avtomatik oxumaqda davam edirdim və tezliklə başa düşdüm ki, 
musiqi məni ovsunlayır, sanki o öz həyatını yaşayır və mənə hipnoz kimi təsir edir. 
Yüngül titrətmə keçdi, mən artıq yağışa əhəmiyyət vermirdim, dəyişəyim olmadığını 
yadıma salmırdım. Musiqi məni oxşayırdı, əhvalımı yüksəldirdi, Allahın yaxın olduğu və 
mənə kömək elədiyi zamanlara aparırdı.  
Mənim tamamilə musiqiyə qarışdığım anda o kəsildi. 
Mən gözlərimi açdım. Bu dəfə gözətçi yox, keşiş işə qarışdı. O, dua edənlərin sırasındakı 
həmkarına yanaşdı və ona astadan nə isə deyərək getdi. 
İkinci keşiş bizə tərəf çevrildi: 
- Biz dualarımızı çayın o biri sahilində etməli olacağıq. 
Və budur, biz səssizcə göstərilən yerə yönəlirik. Mağara ilə üzbəüz dayanan körpüyə 
qalxırıq, çayın qarşı sahilinə keçirik. Bura gözəldir - ağaclar, düzənlik və indi bizimlə 
mağara arasında uzanmış çay.  Buradan Müqəddəs Məryəmin işıqlandırılmış heykəli 


 
108
aydın görünür və biz başqa zəvvarlara mane olmaqdan çəkinmədən yüksək səslə oxuya 
bilərik. 
Belə bir hiss təkcə məndə yaranmayıb – o sanki hamıya sirayət edir: adamlar başlarını 
səmaya qaldıraraq və gülümsəyərək bərkdən oxumağa başlayırlar, yağış damlaları isə bu 
arada onların üzüylə axır. Kimsə əllərini göyə açır, bir andan sonra hamı onun etdiyini 
təkrarlayır və musiqinin ritminə uyğun yırğalanır.  
Məndə daxili mübarizə gedir – mən həm bu vəhdətdə əriyirəm, həm də eyni zamanda 
ətrafımda nələrin baş verdiyini diqqətlə izləmək istəyirəm.  Yanımdakı keşişlərdən 
hansısa ispanca oxumağa başlayır və mən də onun sözlərini təkrar edirəm.  Bu yalvarışlar 
Müqəddəs Ruha və Məryəmə ünvanlanmışdı - dua edənlərin üzərinə ensinlər, onlardan 
hər birini öz nemətləri ilə mükafatlandırsınlar, öz qüdrətlərindən pay versinlər deyə. 
- Qoy, bizə dil qabiliyyəti iltifat edilsin, - o biri keşiş dedi və sonra bu cümləni ispanca və 
italyanca təkrarladı. 
Sonra baş verənləri tam dərk eləmədim. Ətrafımda dayanan adamlardan hər biri mənə 
məlum olmayan dildə danışmağa başladılar. Bu nitqdən daha çox əlaqəsiz səs-küy idi - 
sözlər sanki birbaş qəlbdən gəlirdi, heç bir məntiqi ardıcıllıq olmadan. Mən dərhal bizim 
kilsədəki söhbətimizi -  onun vəyh haqqında və hər bir elmin hər şeydən əvvəl öz 
qəlbinin səsini dinləmək bacarığından ibarət olması haqqında danışdıqlarını xatırladım. 
«Ola bilsin ki, bu mələklərin dilidir», - mən, onları yamsılamağa çalışaraq və bunun 
mənasız olduğunu hiss  edərək fikirləşdim. 
Sanki transdaymış kimi hamı çayın o biri sahilinə, Məryəmin heykəlinə baxırdı. Mən onu 
gözlərimlə axtardım, gördüm ki,  əllərini göyə qaldıraraq məndən aralanıb və o da surətlə 
hansısa sözlər deyir, sanki Məryəmlə danışır. O, hərdən razılaşaraq gülümsəyirdi, hərdən 
də elə bil, anlamırdı. 
«Budur onun dünyası», - mən düşündüm. 
Bütün bunlar məni qorxutmağa başlayırdı. Yanımda tutmaq istədiyim kişi danışırdı ki, 
Allah həm də qadın cinsinə aiddir, naməlum, ağlagəlməz dillərdə sözlər deyirdi, transa 
düşürdü və adama elə gəlirdi ki, mələklərə yaxınlaşıb. Və mənim xəyalını qurduğum 
dağdakı ev reallıqdan itirdi, onun geridə qoyduğu dünyanın bir hissəsinə çevrilirdi.  
Madriddəki mühazirələrdən başlayaraq son bir neçə gün mənə bir yuxu,  mənim yaşam 
məkanından və zamanından kənar səyahət kimi görünürdü. Ancaq bu yuxuya dünyanın 
sonsuzluğu hissi, kitab marağı, yeni macəraların ruhu hopmuşdu. Nə qədər mübarizə 
aparsam da, mənə məlum idi ki, məhəbbət qadın ürəyini tez alovlandırır,  odur ki, mənim 
küləyə əsmək, suya isə bəndi yıxmaq icazəsi verməyim – sədəcə zaman məsələsidir. 
Prinsipcə, nə qədər buna qarşı olsam da, mən əvvəllər sevmişəm və indi mən yaranmış 
situasiyanı necə həll etmək barədə fikirləşirdim. 
Lakin burda nə isə elə bir şey vardı ki, mən dərk eləmək gücündə deyildim. Allah 
qanunları dərslərində mənə bu katolik dinini  öyrətmirdilər. Öz həyat yoldaşımı mən belə 
təssəvvür etmirdim, belə görmürdüm. 
«Həyat yoldaşı… nə qəribə söz birləşməsidi», - mən düşündüm və düşüncələrimə özüm 
də heyrətləndim. 
Çay və kaha mənim qəlbimdə qorxu və qısqanclıq doğurdu. Qorxu – çünki bu mənim 
üçün yeni idi, yeniliksə həmişə qorxudur. Qısqanclıq – çünki mən tədricən başa 
düşürdüm: məhəbbət mənim təsəvvür etdiyimdə böyükdür, məhəbbət elə sərhədləri keçir, 
elə yerlərdə gəzir ki, ora heç vaxt mənim ayağım dəyməyib. 
«Bağışla məni, Müqəddəs Məryəm, - mən dedim. – Bağışla ki, bu qədər cılız, yazıq, 
miskin olan mən bu adamın təkcə məni sevməsini tələb eləyirəm». Bəs əgər onun əsl 
taleyi – dünyadan çəkilmək, seminariyaya qapanmaq və mələklərlə dua etməkdirsə, necə 


 
109
olsun? 
 
O öz arzusuna qarşı nə qədər müqavimət göstərə biləcək, onun evi, musiqini, qiraəti 
atması üçün nə qədər vaxt keçəcək? Və hətta o, seminariyaya qayıtmasa belə, onu əsl 
arzusuna yaxın buraxmamaq üçün mən hansı bədəli ödəməli olacağam? 
Adama elə gəlirdi ki, ətrafda hamının bütün fikrini elədiklərinə cəmləşdirmişdi – hamı, 
məndən savayı. Mən gözümü ondan çəkmirəm, o isə mələklərin dilində danışır. 
 
Tənhalıq qorxu və qısqanclığı sıxışdırdı. Mələklər özlərinə həmsöhbət tapdılar, mənsə tək 
dayanmışdım.  
Bu qəribə dildə danışmağa məni nəyin vadar elədiyini bilmirəm. Ola bilsin, onunla 
dəhşətli dərəcədə görüşmək, görüşmək və nələr hiss etdiyimi ona danışmaq zərurəti. Ola 
bilsin, qəlbimin mənimlə söhbət etməsinə ehtiyacım vardı – ürəyim şübhələrlə dolu idi və 
mənə cavablar lazım idi. 
Ancaq mən nə etmək lazım gəldiyini bilmirdim, - nə qədər gülünc göründüyüm 
düşüncəsi böyüyür və möhkəmlənirdi. Lakin mənim yanımda, mənim ətrafımda adamlar 
dayanmışdılar – kişilər və qadınlar, qocalar və cavanlar, dünyəvilər və ruhanilər, rahiblər 
və tələbələr. Onların yaxınlığı mənə güc verdi və mən Müqəddəs Ruhdan mənə qorxunu 
yenməm üçün güc istədim. 
«Cəhd elə, - mən özümə dedim. Anlamadığın sözləri deyə bilmək üçün ağzını açmaq və 
cəsarətini toplamaq kifayətdir. Cəhd elə». 
Və mən cəhd etmək qərarına gəldim. Lakin əvvəl nə vaxt başladığını başa düşmədiyim 
bu sonsuz – uzun günü əvəz etmiş gecənin mənim üçün zühur gecəsi olmasını istədim. 
Və Tanrı da, sanki mənim dualarımı eşitdi. Və sözlər asan səslənməyə başladı, tədricən 
onlar insan dilinin cizgilərini itirdilər. Artıq utanc məni o qədər də incitmirdi, özümə 
inam artmışdı və dilim də itaətkar və çevik oldu.  Mən əvvəlki dediklərimdən heç nə başa 
düşmürdüm, ancaq  bu qəribə sözlər mənim qəlbimə aydın idi. 
Mən cəsarətimi  topladığım və mənasız sözləri dediyim üçün sevinc dalğası hiss elədim. 
Mən azad idim, əməllərimə izahat verməyə və ya axtarmağa artıq ehtiyacım yox idi. Yeni 
əldə etdiyim bu azadlıq məni göylərə qaldırırdı – elə bir yerə ki, orda yanında özünü heç 
zaman atılmış hiss etməyəcəyin, hər şeyi bağışlayan Böyük Məhəbbət mənə qucağını 
açacaq.  
«Mənə elə gəlir ki, mən təzədən inanıram», - məhəbbətin yaratmağa  qadir olduğu bütün 
o möcüzələrə təəccüblənərək fikirləşdim. Mən hiss edirdim – Müqəddəs Məryəm öz 
libası ilə məni örtərək və qızındıraraq əllərində saxlayır.  Naməlum sözlər mənim 
dodaqlarımdan get-gedə daha yüngül və çevik qopurdular. Mən ağladım, göz yaşlarımın 
səbəbini özüm də bilmədən. Sevinc mənim ürəyimi doldurdu, məni başdan-ayağacan 
batırdı. O, qorxudan, mənim miskin həqiqətimdən, həyatımın hər saniyəsini etmək 
məqsədindən güclü idi.  
Mən başa düşürdüm – bu göz yaşları mənə yuxarıdan göndərilib, axı, hələ məktəbdə 
rahibələr mənə təlqin edirdilər ki, ən ali yüksəliş anında müqəddəslər ağlayırlar. Mən 
gözlərimi qaranlıq səmaya baxaraq açdım, göz yaşlarının yağış damlaları ilə necə 
qarışdığını hiss elədim. Torpaq canlı idi, yüksəklikdən enən su özü ilə dağ zirvələrinin 
möcüzəsini gətirirdi. Biz bu möcüzənin bir parçasıydıq.  
- Nə yaxşı, Allah qadın ola bilər, – mən yavaşca dedim, çünki başqaları oxuyurdular. – 
Əgər bu belədirsə, onda onun, məhz, qadın siması bizə sevməyi öyrədib.  
 


 
110
  - Gəlin «çadırlarla» dua edək, - keşiş dedi və dərhal da cümləsini ispan, fransız, italyan 
dillərində təkrarladı. 
Mən yenə çaşdığımı və nə baş verdiyini anlamadığımı hiss elədim. Kimsə mənə 
yaxınlaşdı, qolunu çiynimə doladı. Başqa biri də o biri tərəfdən qucaqladı. 
Biz səkkizimiz də birlikdə qucaqlaşaraq dairə yaradırıq, elə əyilirik ki, başlarımız bir-
birinə toxunur.  
Doğrudan da, bu canlı çadıra oxşayır. Yağış güclənir, lakin heç kim ona fikir vermir. 
Dayandığımız poza bizim bütün diqqətimizi və bədənimizin istiliyini tələb edir. 
 - Qüsursuz Hamilə qalmış Müqəddəs Məryəm, mənim oğluma kömək elə, qoy o, öz 
yolunu tapsın, - məni sağ tərəfdən qucaqlamış kişi deyir. – «Ave Mariya»nı mənim 
oğlum üçün oxuyaq. 
- Amin, - digərləri cavab verir və səkkiz baş duaya başlayır. 
- Müqəddəs Məryəm, məni nurlandır, mənə loğmanlıq qabiliyyəti göndər, - bizim çadırda 
qadın səsi deyir. – «Ave Mariya» oxuyaq. Yenə «Amin» və ardınca da dua səslənir.  
Səkkiz nəfərdən hər biri öz xahişini bildirir və hamı onu öz duası ilə dəstəkləyir. Mən 
özüm özümə heyrət edirəm – çünki uşaq kimi dua edirəm və uşaq kimi də inanıram ki, 
bizə Ənam veriləcək. 
Bir anlığa sakitlik yarandı. Mən başa düşdüm ki, mənim Məryəmə dua ilə müraciət 
eləmək vaxtım çatıb. Başqa şəraitdə mən utandığımdan ölərdim – deməyə heç nə 
tapmazdım. Amma burda Zühuretmiş vardı və mənə inam verirdi.   
- Müqəddəs Məryəm, mənə sevməyi öyrət, Sən sevdiyin kimi, - mən öz səsimi eşidirəm. 
– Qoy, bu sevgi məndə və kimə xitab olunubsa, onda möhkəmlənsin. «Ave Mariya» 
oxuyaq. 
Biz birlikdə dua edirik və mən yenə də azad oluram. 
Neçə illər mən öz ürəyimə qarşı mübarizə aparmışam, çünki unudulmaqdan, əzabdan, 
kədərdən qorxurdum. Lakin həmişə bilirdim ki, əsl məhəbbət – bütün bunlardan 
yüksəkdir, bilirdim ki, ölmək yaxşıdır, nəinki bir daha sevməmək. 
Ancaq mənə elə gəlirdi ki, bunun üçün gərəkli cəsarətə başqaları sahibdir, məndəsə o 
yoxdur. Və yalnız indi anladım – var! Hətta məhəbbət özü ilə ayrılıq, tənhalıq, qüssə 
gətirsə belə, o, bizim onun üçün ödədiyimiz bədələ dəyər.  
«Təkcə bu barədə fikirləşmək olmaz, mən diqqətimi mərasimdə cəmləşdirməliyəm».  
Bizim qrupu idarə edən keşiş dairəni açmamızı istədi və dedi ki, indi biz xəstələr üçün 
dua edəcəyik. İnsanlar yağışın altında Allahın və Müqəddəs Məryəmin şərəfinə dualar 
edir, oxuyur, oynayırdılar. Hərdənbir hamı əllərini göyə qaldıraraq yırğalana-yırğalana 
naməlum dillərdə danışmağa başlayırdı.  
- Aramızdan kimin gəlini axsayırsa, bilsin ki, o sağalır, - birdən qadın dedi.  
Dualar və onunla birlikdə nəğmələr və rəqslər bərpa olundu. Aradabir həmin qadının səsi 
eşidilirdi: 
- Aramızdan kimin bu yaxınlarda anası ölübsə,  qoy qəti əmin olsun ki, o Allahın 
rəhmətini qazanıb. 
Sonra o mənə danışdı ki, peyğəmbərlik vergisi deyilən nəsnə, məhz, budur və bəzi 
adamlar özlərindən minlərlə mil uzaqda bu dəqiqə nələr baş verdiyini və ya verəcəyini 
hissetmə qabiliyyətinə sahibdirlər. 
Və o heç vaxt xəbər tutmadı ki, mən möcüzələrdən danışan qadının səsinin gücünə 
inanırdım. Mən gözləyirdim ki, bu qadın ikimizin sevgisi haqqında danışacaq, ümid 
edirdim ki, o deyəcək – bu məhəbbətə bütün mələklər, müqəddəslər, Allah və İlahə xeyir-
dualarını verdilər. 
 


 
111
Mərasimin nə qədər davam etdiyini bilmirəm. Adamlar dəfələrlə naməlum dillərdə 
danışır, oxuyur, oynayır, öz yaxınları üçün dualar edir, möcüzə göndərilməsini istəyir, 
onlara xeyir-dua verildiyini bildirirdilər. 
Və nəhayət, mərasimə rəhbərlik edən keşiş dilləndi: 
- Gəlin, xarizmatik yeniləşmədə bu gün birinci dəfə olanlar üçün dualar edək.  
Belə çıxır ki, mən burda tək deyiləm. Bu fikrin dərki məni sakitləşdirdi. 
Yenidən nəğmələr səsləndi. Bu dəfə mən hamı ilə birgə oxumurdum, yalnız qulaq asır və 
arzularımın xeyir-dua almasını istəyirdim.  
Mənəsə çox şey lazım idi. 
- Xeyir-dua alaq, - keşiş dedi. 
Hamı üzünü çayın o biri sahilindəki işıqlandırılmış mağaraya tərəf çevirdi. Keşiş bir neçə 
dua oxudu və bizə xeyir-dua verdi. Bundan sonra hamı bir-birini öpdü, bayram 
münasibətilə təbrik etdi və dağılışdı. 
 
O, mənə yaxınlaşdı. Siması adətən olduğundan daha şən idi. 
- Sən tamam yaşsan, - o dedi. 
- Sən də, - mən gülərək cavab verdim. 
Biz maşına oturduq və Sent-Savenə qayıtdıq. Mən bu dəqiqəni necə arzulayırdım, amma 
indi o an çatanda – bilmirəm, nə deyim. Dağlardakı evi, kitabları və diskləri, anlaşılmaz 
dilləri və səkkiz ibadətçinin yaratdığı  çadırı hansı sözlərlə təsvir etmək olar? 
 
O, iki dünyada yaşayır. Nə vaxtsa və hardasa bu dünyalar qovuşacaqlar və mən bunun 
necə baş verəcəyini mütləq anlamalıyam. 
Lakin belə anlarda sözlər heç bir anlam daşımır. Sevgi yalnız sevgi ilə dərk olunur. 
 
- Mənim təkcə bir sviterim var, - biz otağa daxil olanda o dedi. – Geyin onu. Sabah 
özümə başqasını alaram. 
- Gəl, paltarları kaloriferin üstünə asaq. Sabaha qədər quruyacaq, - mən cavab verdim. – 
Mənim maykam var, dünən onu yumuşam.  
Bir neçə anlıq sakitlik çökdü.  
Paltar. Çılpaqlıq. Soyuq. 
O, çemodanından bir dənə də futbolka çıxartmalı oldu. 
- Gecəköynəyi əvəzinə yarayar? 
- Əlbəttə. 
Mən çırağı söndürdüm. Qaranlıqda yaş paltarı əynimdən çıxartdım, kaloriferin üstünə 
asdım və tənzimləyicini tam gücü ilə açdım. 
Mənim siluetimi görməsi və çılpaq olduğumu bilməsi üçün küçə fənəri yetərincə işıq 
salırdı. Mən maykamı geyindim və yorğanın altına girdim. 
- Mən səni sevirəm, - onun səsini eşitdim və cavabında dedim: 
- Mən səni sevməyi öyrənirəm. 
O siqaret yandırdı.  
- Necə bilirsən, indi münasib vaxtdır?  
Mən onun nədən danışdığını bilirdim. Qalxdım və onun çarpayısının qırağında oturdum. 
Siqaretin qızılı qığılcımı bərabər fasilələrlə onun sifətini işıqlandırırdı. O, mənim əlimdən 
tutdu və biz bir az belə oturduq. Sonra mən əlimi çəkdim və onun başını sığalladım. 
- Sən soruşmamalısan, - mən cavab verdim. – Məhəbbət sual vermir, əgər biz düşünməyə 
başlasaq, qorxmağa başlayacağıq. Bu – izahedilməz qorxudur, hətta mən onu sözlə ifadə 
etməyə belə çalışmayacam. Bu  rədd edilmək, sevilməmək  qorxusu ola bilər, qorxu 


 
112
cazibəni pozacaq. Axmaq səslənir, amma bu belədir. Ona görə də soruşmaq yox, hərəkət 
eləmək lazımdır. Sən özün də dəfələrlə dediyin kimi - riskə getmək lazımdır.  
- Mən bilirəm. Və əvvəllər heç vaxt soruşmamışdım. 
- Sən artıq mənim ürəyimə sahib olmusan, - özümü onun sözlərini  eşitmirmiş kimi 
göstərərək dedim. – Sabah məni tərk edə bilərsən, amma  bu günlərin möcüzəsini biz 
daim xatırlayacağıq: romantik məhəbbəti, arzunu, imkanı. Ancaq məncə, Tanrı fövqaladə 
və sonsuz müdriklik sahibi olduğundan cəhənnəmi cənnətin ortasında gizlədib.  Və ona 
görə belə edib ki, biz həmişə ayıq olaq. Ona görə ki, biz Mərhəmətin sevincindən həzz 
ala-ala Qanunlar sütununu da unutmayaq.  
Mənim saçlarımı sığallayan əllər gərginləşdi.    
- Sən bacarıqlı şagirdsən, - o dedi. 
Bu qeyd məni təəccübləndirdi, ancaq sonra səsim yadıma düşdü: «Əgər bildiyinə 
inansan, əvvəl-axır biləcəksən». 
- Fikirləşmə ki, mən toxunulmazam, - mən dedim. – Mənim çox kişilərim olub. Mən 
hətta yaxşı tanımadığım kişilərlə də sevgi oynamışam. 
- Mən də, - o cavab verdi. 
O istədi ki, bu təbii səslənsin, lakin onun əlinin təmasının dəyişməsindən anladım, mənim 
sözlərim onu ağrıtmışdı.  
- Lakin bu səhərdən etibarən mən yenə bakirə oldum. Başa düşməyə çalışma – yalnız 
qadın bilir, mən nədən danışıram. Mən sevgini özümçün təzədən açıram. Və bu kəşf 
zaman tələb edir.  
O mənim yanağıma toxundu. Mən dodaqlarımla  azacıq onun dodaqlarına toxundum və 
öz çarpayıma qayıtdım. 
Özüm də bilmirəm ki, niyə özümü başqa cür yox, məhz, bu cür aparırdım. Başa 
düşmürəm – onu özümə daha möhkəm bağlamaq istəyirdim, yoxsa azadlığa buraxmaq.  
Ancaq bu gün elə uzun oldu ki… Mən düşünmək üçün həddindən artıq yorulmuşdum.  
 
Gecə mən tamamilə sakit və rahat oldum. Elə bir dəqiqə oldu ki, dərin yuxuda olsam da, 
oyandığımı sandım. Mən yanımda sanki çoxdan tanıdığım qadının varlığını duydum, ona 
görə də özümü müdafiə olunmuş və sevimli hiss etdim.  
 
Əslində isə mən saat yeddidə dözülməz istidən ayıldım. Yadıma düşdü ki, paltarı 
qurutmaq üçün qızdırıcını tam gücüylə işləməyə qoymuşam. Bayır hələ qaranlıq idi. Onu 
oyatmamaq üçün səssiz hərəkət eləməyə çalışaraq mən qalxdım. 
Qalxdım və gördüm ki, o yoxdur. 
Məni təlaş bürüdü. Və özgə də həmin dəqiqə  gözlərini açaraq dilləndi:    «Hə, görürsən? 
Sən razılıq verən kimi o yoxa çıxdı. Bütün kişilər eynidir». 
Təlaş hissi dəqiqəbədəqiqə güclənirdi. Mən özümə nəzarəti itirə bilməzdim. Lakin Özgə  
səsini kəsmədən danışırdı: 
«Mən hələ burdayam. Sən küləyə istiqamətini dəyişməyə icazə verdin, sən qapıları 
taybatay açdın ki, sevgi həyatına daxil olaraq onu batırsın. Əgər vaxt itirmədən hərəkətə 
başlasaq, hər şeyi təzədən nəzarət altına ala bilərik». 
Mən buludlarda uçmağa son qoymalıyam. Mən diqqətli olmalıyam.  
«O getdi, - Özgə davam edirdi. – Və indi sən mümkün qədər tez bu daldabucaqdan canını  
qurtarmalısan. Sənin Saraqosadakı həyatın hələ dəyişməyib, qayıt ona. Tələs, var-gücünlə 
qaç. Nə qədər ki, bu qədər ağır zəhmətlə əldə etdiklərini itirməmisən». 
«Onun, yəqin ki, bir səbəbi olmalıdır», -  mən fikirləşdim.  


 
113
«Kişilərin həmişə səbəbi var, - Özgə mənə etiraz elədi. –   O cavab vermədi, üzü isə 
dalğın ifadə aldı. «Bu cür suallardan qaçmaq lazımdır, mən fikirləşdim. – Yoxsa, o, elə 
düşünər ki, mən onun həyatına soxulmaq istəyirəm». 
  Biz səssiz bir az da getdik və bu bapbalaca şəhərciyin meydanında «Restoran «El Sol»» 
yazılmış neon elanı gördük. 
  -Açıqdır, gəl, girək, - vəssalam, onun dediyi təkcə bu oldu. 
  Qırmızı bibərlə əhatəyə alınmış ançouslar boşqaba ox şəklində düzülüb, yanında da 
qoyun pendirinin yarımşəffaf tikələri. 
  Stolun mərkəzində yanan şam və «Rioxi» şüşəsi qoyulub. 
  -Orta əsrlərə aid çaxır anbarından, - ofisiant – oğlan izah elədi. 
  Bu gec saatda barda heç kim yox idi. O ayağa durdu, telefona yaxınlaşdı, sonra isə stola 
qayıtdı. Mən dəhşətli dərəcədə onun kimə zəng etdiyini soruşmaq istəyirdim, ancaq bu 
dəfə özümü saxlaya bildim.  
  -Biz gecə üçün yarısına qədər işləyirik, - ofisiant davam etdi. – Lakin əgər siz 
bağlanandan sonra da qalmaq istəsəniz, əlavə vetçina, pendir, şərab da verə bilərik və siz 
meydanda oturarsınız. Şərab sizi donmağa qoymaz.  
  -Yox, oturmağa vaxtımız yoxdur, - o cavab verdi. – Biz səhər Saraqosda olmalıyıq.  
  Oğlan piştaxtanın arxasına qayıtdı. Biz təzədən qədəhləri doldurduq. Onda, Bilbaoda 
olduğu kimi mən yenə də yüngüllük hiss etdim: «Rioxo» öz yumşaq təsirini göstərməyə 
və söhbətin çətin anlarında kömək etməyə başlamışdı. 
  Mən bir qurtum da içdim və dedim: 
  -Sən maşın sürməkdən yorulmusan, həm də biz içirik. Yaxşı olardı ki, burda bir yerdə 
gecələyək. Yolda mən parador gördüm. 
  O, razılıq əlaməti olaraq başını tərpətdi və dedi: 
  -Bir o stola bax. Yaponlar bunu şibumi adlandırırlar – sadəlikdə mürəkkəblik. Adamlar 
pul yığırlar, bahalı restoranlara gəlirlər və elə hesab edirlər ki, dəbdəbəli yaşayırlar.  
  Mən bir az da içdim.  
  Parador. Onunla yanaşı daha bir gecə. 
  Əsrarəngiz şəkildə bərpa olmuş bakirəlik. 
  -Seminaristin dəbdəbə haqqında necə mülahizə yürütdüyünü eşitmək gülməlidir, - mən 
öz düşüncələrimdən qopmağa çalışaraq dedim.  
  -Niyə ki? Məhz, seminariyada mən başa düşdüm ki, inamımızın sayəsində biz nə qədər 
Allaha yaxınlaşırıqsa, O, bir o qədər sadələşir. Və o, nə qədər sadələşirsə, mövcudluğu 
bir o qədər güclü hiss olunur.  
  Onun əli stolun üstü ilə sürüşdü. 
  -İsa ağac kəsə – kəsə, ağac yona – yona, şkaf, çarpayı, stul düzəldə - düzəldə  öz 
missiyasını öyrənib. Hansı iş görməyimiz vacib deyil – istənilən şey bizi Tanrı sevgisinin 
dərkinə gətirib çıxarda bilər -  İsa bunu göstərmək üçün bizə dülgər qismində göndərilib. 
  Qəflətən o dayandı:  
  -Bu barədə danışmaq istəmirəm. Başqa sevgi barədə danışmaq istəyirəm. 
  Onun əlləri mənim üzümə toxundu. 
  Şərab bir çox şeyləri onun üçün yüngülləşdirmişdi. Elə mənim üçün də. 
  -Niyə susdun? Niyə Allah haqqında, Bakirə Məryəm haqqında, mənəvi aləm haqqında 
danışmaq istəmirsən? 
  -Mən başqa sevgidən danışmaq istəyirəm, - o təkrar etdi. – Kişi və qadının sevgisindən. 
Bu sevgidə də möcüzələr baş verir. 
  Mən onun əllərini sıxdım. Bəlkə də ona İlahənin böyük sirləri əyandır – lakin məhəbbət 
haqqında o da mənim qədər bilir. Hərçənd bütün dünyanı gəzib. 


 
114
  Və o, tələb olunan bədəli ödəməyə məcburdur – ilk addımı o atmalıdır. Çünki qadın 
daha yüksək bədəl ödəyir – o özünü verir. 
  Biz hələ uzun müddət beləcə oturduq: əl – ələ tutaraq. Mən onun gözlərində qədim 
qorxuların əksini görürdüm – onlar həqiqi sevginin keçməli olduğu sınaqlar idi. Mən 
onun gözlərində  dünən gecə ona təslim olmadığımı, bizim uzun ayrılığımızı, monastırda 
belə əhvalatların baş vermədiyi dünyanın axtarışına sərf edilmiş illəri görürdüm. 
   Mən onun gözlərində görürdüm ki, o dəfələrlə bunun necə baş verəcəyini – mənim saç 
düzümümdən tutmuş paltarımın rənginə qədər bizi əhatə edəcək hər şeyi xəyalından 
keçirib. Mən ona «hə» demək, «xoş gəlmisən» demək istəyirdim, demək istəyirdim ki, 
mənim ürəyim bu döyüşdə qalib gəldi. Mən onu necə sevdiyimi, bu dəqiqə necə 
arzuladığımı demək istəyirdim. 
  Lakin susmaqda davam edirdim. Susmaq və sanki kənardan, yuxuda olduğu kimi, onun 
daxili mübarizəsini izləmək. Mən görürdüm ki, onun qarşısında mənim «yox» um 
dayanıb, məni itirmək qorxusu, yaddaşdakı, belə anlarda səslənən kəskin sözlər onu sıxır 
– zira biz hamımız bundan keçirik və  indiyə qədər heç kim yara və çapıqlardan can 
qurtara bilməyib. 
  Budur, nəhayət, onun gözləri parıldadı. Mən anladım ki, o, bütün bu əngəllərin 
öhdəsindən gəlməyi bacardı. 
  Onda mən, əlimi onun əlindən çəkərək stəkanı götürdüm və stolun lap kənarına 
qoydum. 
  -Düşəcək, - o xəbərdarlıq etdi.  
 -Yəqin ki. Mən sənin onu atmanı istəyirəm. 
  -Stəkanı sındırım? 
  Bəli, stəkanı sındırmaq. İlk baxışda sadə bir hərəkət – lakin o, özündə o qədər qorxular 
gizlədir ki,  biz heç vaxt onları axıradək dərk edə bilmərik. Ucuz stəkanı döşəməyə 
çırpmaqda qeyri – adi nə var? – axı, hər birimiz bunu dəfələrlə təsadüfən və qəflətən o 
qədər etmişik ki… 
  -Stəkanı sındırım? – o təkrarladı. – Axı, neyçün? 
  -Mən sənə geniş izahat verə bilərdim, - mən cavab verdim. – Amma yalnız bir şey 
deyəcəyəm – onun sınması üçün. 
  -Bu sənə lazımdır? 
  -Təbii ki, mənə yox. 
  O, stolun lap qırağında dayanmış stəkana baxırdı və onun düşəcəyindən  ehtiyatlandığı 
aşkar görünürdü.  
  «Bu ritualdır, - mən demək istəyirdim. – Bu – qadağadır. Bilərəkdən stəkanı qırmaq 
olmaz. Biz öz evimizdə və ya restoranda oturanda çalışırıq ki, stəkanı stolun qırağına 
qoymayaq. Bizim Kainat ehtiyatlı olmamızı tələb edir, stəkanlar döşəməyə düşməsinlər 
deyə». 
  Əgər qəfildən və naqolaylıqdan sındırsaq, qeyri – adi heç nəyin baş vermədiyini 
görəcəyik. Ofisiant: «Narahat olmayın» deyəcək, mən də hələ ömrümdə bir dəfə də 
görməmişəm ki, sınmış stəkanı hesaba qatsınlar. Stəkan qırmaq – adi işdir, məişətdə baş 
verir və heç kimə zərər toxunmur – nə bizə, nə restorana, nə yaxınımıza. 
  Mən stola toxundum. Stəkan tərpəndi, amma düşmədi.  
  -Yavaş! – o ucadan dedi. 
  -Sındır onu, - mən inadla təkrar elədim, özümsə düşündüm: 
  «Sındır onu, bu simvolik jesti elə. Çalış başa düşəsən ki, mən içimdə stəkandan daha 
qiymətli və vacib bir şeyi sındırmışam – və mən xoşbəxtəm. Daxilində mübarizə gedən 
qəlbinə bax, - və sındır onu». 


 
115
Zira bizim valideynlərimiz bizə stəkanlara və bədənə ehtiyatla yanaşmağı öyrədiblər. 
Beynimizə yeridiblər ki,  uşaqlıq ehtirası – mümkünsüzdü, biz ruhani olmağa hazırlaşan 
insanı seçdiyi yoldan sapdırmamalıyıq, insanlar möcüzə yaratmağa qadir deyillər və əgər 
hara apardığını bilmirsənsə, yola çıxmaq lazım deyil.  
  Xahiş edirəm, stəkanı sındır – və sən ikimizin də üstündən bu cadunu siləcəksən, 
inadkarcasına hər şeyin izahını axtarmaq meylindən, yalnız başqalarının bəyənəcəyi işləri 
görmək xəstəliyindən azad edəcəksən. 
 - Sındır stəkanı,- mən bir də dedim. O, zəndlə mənim gözlərimə baxdı. Sonra onun əli 
yavaş-yavaş stolun üstü ilə sürüşdü, stəkana toxundu-və sərt hərəkətlə onu yerə saldı. 
Şüşənin cingiltisi hamının diqqətini çəkdi.Qışqırmaq, naqolaylığına görə özünü 
danlamaq, ya da buna bənzər bir şey etmək əvəzinə o, sakitcə, təbəssümlə mənə baxdı-
mən də gülümsədim. 
- Eybi yoxdur!- gənc qarson bizə müraciətlə səsləndi. 
Lakin o, qarsonu eşitmədi. Azacıq qalxdı, başımı özünə yaxınlaşdırdı və dodaqlarını 
dodaqlarıma yapışdırdı. 
Mən də barmaqlarımı onun saçlarına saldım, onun dilinin ağzımda necə tərpəndiyini hiss 
edə-edə dodaqlarımla dodaqlarını sordum. Sevginin anlamını başa düşmədiyimiz 
vaxtlarımızda, uşaqlıq illərində çay sahilində doğulmuş bu öpüşü mən çox gözləmişdim. 
Bizim yetişkin çağlarımzda sanki havada asılı qalmış, medalyon haqqındakı xatirələrin 
ardınca bütün dünyanı dolaşmış, məni müsabiqəyə hazırlamaq kimi xeyirxah məqsəd 
güdən kitab qalaqlarının arxasında gizlənmiş öpüşü. Bu öpüş neçə dəfə yoxa 
çıxmışdı,neçə dəfə itmişdi və nəhayət, biz onu tapdıq. Onda-cəmi bir dəqiqə çəkməsinə 
baxmayaraq-uzun illərin axtarışları, məyusluğu, həyata keçməyən arzuları gizlənmişdi. 
Mən öpüşə cavab verdim. Yəqin ki, barın azsaylı müştəriləri bizə baxırdılar və 
fikirləşirdilər ki, qeyri-adi heç nə baş vermir – iki nəfər öpüşür. Onlar hardan biləydilər 
ki, həmin an öpüş mənim yaşadığım bütün günlərin, onun və günəşin altında öz yolunu 
gözləyən, onu axtaran və onu arzulayan hər kəsin bütün həyatının  cəmi və nəticəsi oldu. 
 Mənim  yaşamımın bütün xoşbəxt anları əriyərək bu öpüşə qarışdı. 
 
O, paltarımı soyundurdu və mənə daxil oldu – qorxa-qorxa, var-gücüylə, ehtirasla. Mən 
yüngül ağrı hiss elədim, lakin onun heç bir əhəmiyyəti yox idi. Həmin anda duyduğum 
kəskin həz də heç bir əhəmiyyət daşımırdı. Mən onun başını qucaqlamışdım, iniltisinə 
qulaq asırdım və allaha təşəkkür edirdim – onun mənimlə və məndə olduğu üçün, hər 
şeyi birinci dəfəymiş kimi hiss etdiyim üçün. 
Biz bütün gecə sevişdik – gerçəklik xülyalarla, yuxuyla qarışmışdı. Mən onun varlığını 
içimdə duyurdum və var –gücümlə onu özümə sıxırdım- hər şeyin həqiqətən baş 
verdiyinə əmin olmaq,  indi otelə çevrilmiş bu qəsrdə qədim zamanlarda yaşamış gəzəri 
cəngavərlərin getdiyi kimi gözlənilmədən getməsinə yol verməmək üçün. Səssiz Daş 
divarlar və tağtavanlar gözləməyə, göz yaşı axıtmağa, bir xəbər, bir ümid, bir işarə 
həsrətilə üfüqə baxaraq günlərini pəncərə önündə keçirməyə məhkum olan gözəllər 
haqqında xatirələri qoruyurdu. 
 Yox, mən heç vaxt bunları yaşamayacağam – özümə and içdim. Mən heç vaxt onu 
itirməyəcəyəm. O, əbədilik və daima mənimlə olacaq – zira mən mehrabdakı xaça 
baxanda Müqəddəs Ruhu eşidirdim və O, bütün dillərdə və ləhcələrdə deyirdi ki, mən 
günah etmirəm. 
Mən onun yol yoldaşı, dostu olacağam, biz yenidən yaradılmış dünyanı fəth edəcəyik. 
Biz Müqəddəs Ananın haqq sözünü yayacağıq, biz arxangel Mixaillə çiyin-çiyinə 
döyüşəcəyik, biz yalnız öncüllərin qisməti olan əzabları və fərəhi birlikdə yaşayacağıq.. 


 
116
Bunları mənə dillər deyirdilər –və təpədən-dırnağa qədər inamla silahlanmış mən onların 
həqiqəti dediklərini bilirdim. 
 
                                                                  *** 
 
Mən onun sinəmə qoyduğu əllərinin təmasından oyandım. Pəncərə arxasında gün 
tamamilə işıqlanmışdı və yaxındakı kilsənin zəngləri çalınırdı. 
O, məni öpdü. Əlləri bir də bədənim boyu sürüşdü. 
- Vaxtdır, - o dedi. – Bu gün bayram sona çatır, yollar maşınla dolu olacaq.  
- Mən Saraqosa getmək istəmirəm,- mən cavab verdim. – Mən sənin olduğun yerdə 
olmaq istəyirəm. Tezliklə banklar açılacaq, mən hesabdan pul götürəcəyəm, özümə paltar 
alacağam. 
- Axı, sən deyirdin ki, pulun azdır? 
- Bəs eləyər. Mən öz keçmişimlə əlaqəni qəddarcasına kəsməliyəm. Əgər Saraqosa 
qayıtsam, axmaqlıq etdiyimi, tezliklə imtahanların başlayacığını və mən onları verənə 
qədər, iki ay bizim ayrı qala biləcəyimizi fikirləşəcəyəm. 
Əgər imtahanlardan kəsilsəm, ola bilsin ki, Saraqosdan getmək istəməyəcəyəm. Yox, 
yox, mən qayıda bilmərəm. Körpüləri yandırmaq lazımdır- indiki mənlə əvvəlki arasında 
heç bir əlaqə qalmamalıdır.  
- Barselona, - o, sanki öz-özünə danışırmış kimi dedi. 
- Nə? 
- Yox, heç nə. Yolumuza davam edək. 
- Axı sənin mühazirən var. 
- Hələ iki gün var, - o cavab verdi və mənə elə gəldi ki, onun səsi nə isə qəribə səsləndi. 
- Başqa şəhərə gedək. Birbaş Barselonaya getmək istəmirəm. 
Mən çarpayıdan qalxdım. Xoşagəlməz heç bir şey haqqında düşünmək istəmirdim – 
bəlkə kimnləsə ilk eşq gecəsindən sonra kefsiz oyanmaq və karıxdığından belə soyuq 
olmaq onun xasiyyətidir.  
Pəncərəyə yaxınlaşdım, pərdəni çəkdim, balaca küçəyə baxdım. Qonşu evlərin 
eyvanlarında alt paltarları asılmışdı. Kilsə zəngləri çaldı. 
- Bilirsən, nə var?- mən dedim. – Gəl, uşaqlıqda getdiyimz yerə gedək. Mən o vaxtdan 
orda olmamışam. 
- Harda «orada»? 
- Pyedra monastırında. 
Biz oteldən çıxırıq, zənglərsə hələ də çalır. O, kilsəyə girməyi təklif edir.  
- Biz elə bununla məşğuluq, - mən cavab verirəm. – Kilsə, dualar, ayinlər. 
- Düz deyil, - o deyir. – Biz sevişmişik. Üç dəfə sərxoş olmuşuq. Dağlarda gəzmişik. 
Mərhəmət və Ciddiliyi əməlli-başlı tarazlaşdırmışıq.  
Yersiz danışdığımı hiss edirəm. Mən artıq yeni həyata öyrəşməliyəm.  
- Bağışla, - mən deyirəm. 
- Az oturarıq. Zənglər bizə işarə verir.  
O, tamamilə haqlı çıxdı, ancaq mən bunu yalnız növbəti gün başa düşəcəkdim. 
İşarənin gizli mənasını sonadək anlamadan biz maşina oturduq və dörd saatdan sonra 
monastırda idik.  
 
Tavanın suvağı qopub, müqəddəslərin azsaylı heykəlləri isə başsız qalıb. Hamısı. 
Birindən başqa.  


 
117
Mən ətrafa nəzər saldım. Yəqin ki, keçmiş zamanlarda burada güclü iradəyə malik, hər 
bir daşın təmizlikdən parıldamasının, hər bir skamyada o dövrün qüdrətli 
yepiskoplarından birinin oturmasının qayğısına qalan adamlar sığınacaq tapırmışlar.  
Lakin indii hər şey xarabalığa çevrilmişdi. Onları uşaq vaxtı birlikdə oynadığımız, mənim 
öz sehrli şahzadəmi axtardığım qəsrlər kimi təsəvvür etmək mümkün idi. 
Pyedra monastırının rahibləri əsrlər boyu bu cənnət bucağını özləri üçün qoruyublar. 
Təbii geoloji çökəklikdə yerləşmiş monastır yarandığı ilk gündən göylərin mərhəməti 
sayəsində, qonşu şəhərlərin, qəsəbələrin ağır zəhmət və yalvarışlar bahasına əldə etdiyi 
şeyi – suyu elə–belə alırdı. Burda Rio-Pyedra onlarla qollara bölünürdü, şəlaləyə 
çevrilirdi, göllər əmələ gətirirdi, onun sahillərində qalın və sıx ağaclar, kollar, otlar 
bitirdi. 
Amma bir neçə yüz addım atmaq kifayət edirdi – və sən yarğandan çıxırdın. Hər tərəf 
cansız, bəhrəsiz səhraya çevrilirdi. Hətta bu təbii çökəklikdə fırlanmaqdan yorulmuş çay 
öz gənclik qüvvəsini itirirdi və yenidən zorla sezilən su şırnağı olurdu. 
Rahiblər bu barədə bilirdilər və suyu qonşularına baha qiymətə satırdılar. Monastırın 
tarixi yerli sakinlər və rahiblər arasında baş vermiş saysız toqquşma və qarşıdurmalarla 
zəngindir. Və bir dəfə İspaniyanı sarsıtdığı dövrdə monastırı kazarmaya çevirdilər. 
Monastır kilsəsinin içində atlar gəzirdilər. Bir – birini bayağı əhvalatlarla əyləndirən və 
bütün ətraf yerlərin qadınlarını zorlayan əsgərlər skamyaların arasında öz çadırlarını 
qurmuşdular. 
Beləliklə, gec də olsa, monastır öz cəzasına çatdı. O, qarət olundu və dağıdıldı.  
Və bir daha heç vaxt rahiblər öz itirilmiş cənnətlərini qaytara bilmədilər. Hətta sonsuz 
məhkəmə çəkişmələrindən birində kimsə yerli əhalinin Allahın monastıra çıxardığı 
hökmü yerinə yetirməsini təklif etdi. Zira İsa susuzların yanğısını söndürməyi əmr 
etmişdi, rahiblərsə onun sözlərinə kar qalmışdılar. Bax, elə buna görə də Allah təbiətin 
təkcə onlara aid olduğunu fikirləşənləri cəzalandırdı. 
Bəlkə elə həmin səbəbdən monastır kilsəsi əvvəlki kimi xarabalıq idi, baxmayaraq ki, 
monastırın çox hissəsini yenidən tikib mehmanxanaya çevirmişdilər. Yerlilər, təbiətin 
insanlara havayı verdiyi bəxşiş üçün əcdadlarının necə baha qiymət ödəməli olduqlarını 
unutmamışdılar.  
 - Bu bütöv qalmış heykəl kimindir?- mən soruşdum. 
- Müqəddəs Tereza Avillinin,- o cavab verdi.- O, qüdrət sahibidir. Və qisas hissi yerli 
əhalini nə qədər yandırsa da, heç kim onu murdarlamağa cəsarət etməyib. 
O, mənim əlimdən tutdu və biz çıxdıq. Monastırın sonsuz dəhlizlərində addımladıq, geniş 
taxta pillələrlə qalxdıq, kəpənəklər uçuşan daxili həyətə girdik. Mən bütün təffərrüatları 
yada salırdım, çünki uşaqlıqda tez-tez burda olurdum və köhnə xatirələr daha aydın və 
parlaq görünürdü. 
Yaddaş. Mənə elə gəlirdi ki, ötən həftəyə qədər olan ayların və xüsusilə günlərin mənim 
həyatıma dəxli yoxdur, ya da mən onları özümün başqa cildimdə yaşamışam. Dünyada 
heç nəyin xətrinə mən o zamana qayıtmaq istəməzdim, zira onun saatlarını məhəbbətin 
əli ölçmürdü. Mən hiss edirdim ki, uzun illər ərzində eyni cür oyanaraq və yataraq, eyni 
sözləri təkrarlayaraq, eyni işləri görərək eyni bir günü yaşamışam. Elə yuxuma da eyni 
şeylər girirdi. 
Mən, atamı və anamı, valideynlərimin valideynlərini və bir çox dostlarımı xatırladım. 
Əslində mənə ümumiyyətlə gərək olmayan bir şeyi əldə etmək üçün nə qədər zəhmət 
çəkdiyimi xatırladım. 
Bütün bunları niyə edirdim? Mən birmənalı cavab tapa bilmirdim. Bəlkə ona görə ki, 
başqa yollar xatarmağa tənbəllik edirdim. Bəlkə başqalarının mənim barəmdə nə 


 
118
fikirləşəcəyindən və nə deyəcəyindən qorxduğum üçün. Bəlkə ona görə ki, həmin 
başqalarından fərqlənmək çətindir. Bəlkə ona görə ki, insan köhnə nəslin addımlarını 
təkrarlamağa məhkumdur – və bu yerdə mən müqəddəs atanı xatırladım –müəyyən sayda 
insanlar fərqli davranmağa başlayana qədər. 
Elə, ya da belə, hər halda dünya dəyişir – və biz də onunla birlikdə. 
Lakin bu artıq məni qane etmirdi. Mən taleyimdən haqqım olanı almışdım və indi o, 
mənə özümü dəyişmək və eyni zamanda dünyanın dəyişməsində iştirak etmək imkanı 
vermişdi. 
Mən yenə də dağlar haqqında düşündüm, yolda rastlaşdığımız alpinistləri yadıma saldım 
– gənc,qarda parlaq ləkə uzaqdan nəzərə çarpsın deyə xüsusi tikilmiş rəngbərəng 
kostyumlarda, dağın ətəyindən zirvəsinə qədər konkret bir marşuruta riayət edən. 
Yamaclara artıq alüminium çəliklər çalınıb – alpinistlərə təkcə qoruyucu kəndirlərin 
qarmaqlarını onlara keçirmək və zirvəyə qalxmaq qalırdı. Onlar istirahət günlərində bura 
kəkin hisslər xatirinə gəliblər, bazar ertəsi isə həmişəki monoton həyatlarına 
qayıdacaqlar, ancaq onlara elə gələcək ki, təbiətə meydan oxuyublar və bu yarışdan qalıb 
çıxıblar.   
Gerçəkdə isə bu heç də belə deyil. Macəra ehtirası buralara başqalarını-təzə yollar 
açanları, öncülləri qovmuşdu. Onlardan bəziləri yoxuşun heç yarısını da qət edə 
bilmədilər- uçuruma yıxıldılar. Digərlərinin əllərini, ayaqlarını don vurdu. Çoxları, 
ümumiyyətlə, xəbərsiz-ətərsiz itdi. Lakin  gözəl günlərin birində kimsə zirvələrdən birinə 
qalxdı. 
Və ilk dəfə onun gözləri aşağıda döşənmiş mənzərəni gördü, onun ürəyi qürurdan tez-tez 
döyündü. O risk etdi və indi öz qələbəsilə – cəhdləri baş tutmayanları, yarıyolda qalanlara 
ehtiram borcunu ödədi. 
Çox ola bilər ki,orada, aşağıda adamlar düşünürlər: «Yuxarıda maraqlı nə var axı? Bəlkə 
təkcə mənzərə. Bu onun nəyinə gərəkdi?» 
Ancaq o, bu zirvələrə birinci qalxan səbəbi bilirdi. Çağırışı qəbul etmək və irəli getmək 
üçün. Bir günün o birisinə bənzəmədiyini, hər səhərin bizə öz təkrarsız möcüzələrini əta 
etdiyini, köhnə qalaktikaların öldüyü və yeni ulduzların doğulduğu sehrli anların 
olduğunu bildiyi üçün.   
Bu zirvələrə birinci qalxan şəxs, yəqin hündürlükdən tüstüsü çıxan evciklərə baxaraq 
özünə həmin sualı verirdi: «Aşağıdakı adamların bir günü o birindən fərqlənmir. Bu 
onların nəyinə gərəkdi?» 
 
İndi dağlar artıq fəth olunub, astronavtlar artıq kosmik fəzaya giriblər və Yer planetində 
kəşf olunmasını gözləyən hətta ən kiçik ada belə yoxdur, lakin böyük ruhi macəralar hələ 
yetərincədir – və onlardan biri indi mənim qismətimə düşüb. 
Bu xeyir-dua idi. Müqəddəs ata heç nə anlamadı. Necə ləzzətli bir əzabdır?! 
İlk addımı atmağı bacaranlar bəxtiyardırlar. Nə vaxtsa adamlar başa düşəcəklər ki, 
mələklərin dilində danışmağa qadirdilər. Başa düşəcəklər ki, bizim hər birimizdə 
Müqəddəs Ruhun vergiləri var və hamımız möcüzə yarada, gələcəyi görə, ehtiyacı 
olanlara sağalda, yaxınlarımızı anlaya bilərik. 
 
Günün bütün ikinci yarısını biz kanyonda gəzirik, uşaqlıq illərini yada salırıq. O, bu 
barədə birinci dəfə danışırdı – Madriddən Bilbaoya qədər getdiyimiz müddətdə mənə elə 
gəlirdi ki, keçmiş ona artıq maraqlı deyil. 
Amma indi o özü mənə yaşıdlarımızın həyatı haqqında sual verir, xoşbəxt olub-
olmadıqlarını soruşur, məşğuliyyətləri ilə maraqlanır. 


 
119
Nəhayət ki, biz Rio-Pyedranın kiçik çayların suyunu bir yerə toplayan və sonra da 
təxminən 30-metrlik hündürlükdən səpələyən ən böyük  şəlaləsinə çatdıq. Biz şəlalənin 
kənarında dayanmışıq, boğuq uğultunu dinləyirik, dumanda əmələ gələn göy qurşağına 
baxırıq. 
- «At Quyruğu», - mən deyirəm və özüm də bu adı hələ unutmadığıma heyrətlənirəm- axı 
onu çoxdan eşitməmişəm. 
- Yadıma gəlir ki… - o danışmağa başlayır. 
- Mən bilirəm, sən indi nə deyəcəksən! 
Əlbəttə bilirəm! Şəlalə nəhəng mağaranı gizlədir. Uşaq vaxtı, Pyedra monastırından 
qayıdandan sonra biz hələ bir neçə gün onun haqqında danışırdıq. 
- … Orda mağara vardı, - o, sözünü bitirir. - Gedək ora! 
Yüksəklikdən tökülən suyun şaquli şırnağı altından keçmək qeyri –mümkündür və 
rahiblər hələ çox qədim zamanlarda kanyonun yuxarısından mağaranın dərinliyinə aparan 
tunel qazmışdılar. 
Girişi tapmaq çətin deyil. Yayda  yəqin turistlər azmasınlar deyə orda şam yandırırlar, 
lakin indi bizdən başqa heç kim yoxdur və tunel qaranlığa qərq olub. 
- Gedirik? – mən soruşuram. 
Əlbəttə. Mənə güvən. 
 
Və biz şəlalənin yanında açılmış dəliyə düşərək enməyə başlayırıq. Bizi zülmət ağuşuna 
almışdı, ancaq biz yolu bilirdik – və bir də o, ona güvənməmi istəmişdi axı. 
«İlahi, sənə təşəkkür edirəm, - biz torpağın bətninin daha da dərinliklərinə endikcə mən 
fikirləşirdim. – Zira mən yolunu azmış qoyun idim, Sənsə məni sürüyə qaytardın. Zira 
mənim həyatım ölü idi, Sənsə onu canlandırdın. Zira məhəbbət çoxdan mənim ürəyimdən 
yaşamırdı, Sənsə yenidən mənə onun xeyir-duasını əta etdin». 
Mən sevgilimin çiynindən yapışmışdım və o, işığın tezliklə yenidən üzümüzə açılacağını, 
bizim sevinəcəyimizi bilərək qaranlıq yollarda mənim addımlarımı istiqamətləndirirdi. 
Çox ola bilər ki, gələcək rolları dəyişsin- mən, eyni sevgi və eyni imanla silahlanacam, 
təhlükəsiz yerə çıxana qədər ona yol göstərəcəm və onda biz rahatlıq tapacağıq. 
Biz yavaş gedirdik və elə bil ki, bu yolun heç vaxt sonu olmayacaqdı. Bəlkə bu yeni ritm 
həyatımın bütöv bir mərhələsinin sonuna işarədir- o zamanlar yaşamımı aydınladacaq 
kiçicik işıq şüası da yox idi. . Tuneldə yeriyə-yeriyə mən eyni bir yerdə tərpənməz 
oturaraq, heç nəyin bitmədiyi və bitməsinin mümkün olmadığı yerdə kök atmağa 
çalışaraq boş-boşuna nə qədər vaxt öldürdüyümü xatırlayırdım. 
Lakin Allah rəhmlidir və budur, mən yenidən keçmiş ruh yüksəkliyini də, yaşama 
sevincini də, arzuladığım macəraları da, özüm də bilmədən bütün həyatım boyu 
gözlədiyim insanı da tapdım. O, seminariyanı atdığı üçün mən bir damcı da vicdan əzabı 
çəkmirdim-müqəddəs atanın Tanrıya xidmət etməyin müxtəlif yolları olduğu və bizim 
məhəbbətimizin bu yolları artıracağı barədə dedikləri yadımda idi. Bu dəqiqədən etibarən 
mən də kömək və xidmət etmək imkanı qazanıram- və bütün bunlar onun sayəsində olur. 
Biz adamların arsına gedəcəyik. O, onların qəlbinə sülh, əmin-amanlıq gətirəcək, mən 
onun.    
«Rəbbim, sənə xidmət etməmə kömək olduğun üçün minnətdaram. Bu şərəfə necə layiq 
olmağı öyrət. Onun missiyasının bir parçası olmaq üçün, onunla yanaşı yerimək üçün , öz 
mənəvi həyatımı diriltmək üçün mənə güc ver. Qoy bizim günlərimiz son bir neçə gün 
kimi olsun- qoy, biz xəstələri sağalda-sağalda, ümidsizlərə təsəlli verə-verə, Müqəddəs 
Ananın məhəbbət sözlərini hamımıza ötürə – ötürə ölkədən-ölkəyə keçək». 
 


 
120
  Qəfildən şəlalənin səs – küyü yenidən eşidilməyə başladı, bizim yolumuz işıqlandı və 
zülmət tunel yer üzünün ən gözəl məkanlarından birinə çevrildi. Biz nəhəng mağaranın – 
baş kilsənin ölçüləri boyda – içində idik. Onun üç divarı daşdan idi, dördüncü divarı 
yüksəklikdən ayağımızın altındakı göy – yaşıl gölə tökülən su əvəz edirdi. 
Günəşin içəpi daxil olan şüaları onun arasından keçirdi və yaş daşlar parıldayırdılar. 
Bir kəlmə belə demədən biz, əldən düşmüş halda divara söykəndik. 
Bizim uşaq oyunlarımızda, körpə fantaziyalarımızda buy er quldurların qarət etdiklərini 
gizlətdikləri xəzinə idi. İndi Torpaq Ananın möcüzəsinə dönmüşdü: mən hiss edirdim ki, 
onun bətnindəyəm, mən bilirdim – O burdadır, Onun daşdan olan üç divarı bizi qoruyur, 
dördüncü, su isə – bizim günahlarımızı yuyur. 
- Çox sağ ol, - mən dilləndim. 
- Kimə təşəkkür edirsən? 
- Ona. Və Onun iradəsinin aləti olmuş, mənə əvvəlki inamımı qaytarmış sənə. 
O, yeraltı gölün yanına getdi. Göy – yaşıl suya baxdı və gülümsədi. 
- Bura gəl.  
Mən yaxınlaşdım.  
- Mən sənə hələ bilmədiyin bir şey danışmalıyam. 
 Bu sözlər məni təşvişə saldı, lakin onun baxışları sakit qalmaqda davam edirdi və mən 
də sakitləşdim. 
- Yer üzündə ki hər bir insana vergi verilib, - o başladı. – Bəzilərində o öz – özünə üzə 
çıxır, digərləri onu tapmaq və meydana çıxartmaq üçün qüvvə sərf etməlidirlər. Məsələn, 
mən seminariyada ueçirdiyim bütün dörd il ərzində çox çalışmışam. 
İndi, əgər qoca qarovulçu bizi sovməəyə buraxmayanda onun dediyi sözü xatırlasaq, mən 
oyun oynamalı idim. 
Özümü elə göstərməliydim ki, guya heç nə bilmirəm. 
«Eybi yox», - mən düşündüm və rolumu yaxşı oynamaq üçün vaxt qazanmaq məqsədilə 
dedim: 
- Sən seminariyada nə edirdin ki? 
- Ümumiyyətlə, bu vacib deyil, - o cavab verdi. – Vacib olan odur ki, mən öz 
qabiliyyətimi inkişaf etdirməyi və möhkəmlətməyi bacardım. Allah izn verəndə, mən 
xəstəlikləri sağalda bilirəm. 
- Bu ki əladır! – mən özümü heyrətlənmiş kimi göstərərək qışqırdım. – Həkimlərə pul 
sərf etməyə ehtiyac olmayacaq. 
Lakin o, mənim zarafatıma gülümsəmədi.Və mən özümü axmaq kimi hiss etdim. 
- Mən öz qabiliyyətimi sənin gördüyün xarizmatik ritualların sayəsində inkişaf 
etdirmişdim. Mənim dualarıma cavab olaraq Müqəddəs Ruh mən zühur etdi və məni 
aydınlatdı, mən naxoşları əlimin təması ilə müalicə edirdim və sağaldırdım.Tezliklə 
bunun sorağı bütün ətrafa yayıldı və monastırın qarşısında səhər erkəndən məndən kömək 
gözləyən əzabkeşlərin, xəstələrin, əlillərin uzun növbəsi düzülürdü. Hər bir irinli, üfunətli 
yarada mən İsanın yaralarını görürdüm. 
- Mən səninlə fəxr edirəm, - mən pıçıldadım. 
- Monastırda çoxları bunun əleyhinə idilər, lakin müqəddəs ata məni daima  
dəstəkləyirdi.  
- Biz bunu davam etdirəcəyik. Dünyanı birlikdə gəzəcəyik. Mən yaraları təmizləycəyəm, 
sən onlara xeyir – dua verəcəksən, Allahsa öz möcüzələrini əyan edəcək. 
O, baxışlarını məndən çəkərək gölə zillədi. Sent – Savendə, quyunun yanında onunla 
şərab içdiyimiz gecə olduğu kimi mən yanımda naməlum varlığın mövcudluğunu hiss 
etdim.  


 
121
- Mən artıq sənə danışmışam, amma təkrar edəcəyəm, - o dava etdi. -  Bir dəfə mən gecə 
oyandım. Mənim hücrəmə parlaq işıqla işıqlanmışdı. Mən Müqəddəs Ananın simasını, 
Onun sevgi dolu baxışlarını gördüm. O vaxtdan etibarən O, arabir mənim gözümə 
görünməyə başladı. Mən Onu çağıra bilmirəm, lakin hərdən O, qarşımda peyda olur. 
Mən özüm onda artıq Kilsənin həqiqi islahatçılarının sırasında idim. Və qəti bilirdim: 
mən yerdəki vəzifəm – yalnız xəstəlikləri sağaltmaq yox, Qadın – Allahın dünyaya 
gəlməsi üçün yol açmaqdır. Qadın başlanğıcı güclənəcək, təzədən Mərhəmət sütunu 
ucalacaq – insanların ürəklərində Müdriklik Məbədi qurulacaq.  
Mən gözqırpmadan ona baxırdım. Onun bir dəqiqə əvvəl gərginlik ifadə edən siması 
yumşaldı. 
- Bunun öz bədəli vardı və mən ödəməyə hazır idim. 
Və o, sanki nə deyəcəyinibilmədiyindən susdu. 
- Necə yəni «vardı»?- mən soruşdum. 
- İlahənin yolu təkcə söz və möcüzə ilə salına bilərdi. Ancaq bizim dünyamız belə 
qurulmayıb. Hər şey daha çətindir. Göz yaşları, əzab, anlamamazlıq  olacaq. 
«Bu müqəddəs atanın işidir, - mənim başımdan keçdi. – Keşiş onun ürəyinə qorxu səpib. 
Lakin mən onun üçün təsəlli və ruhlandırıcı olacacağam». 
- Bu əzab yox, şöhrət yoludur, - mən cavab verdim. 
- Adamların çoxu hələ də məhəbbətə etibar eləmir… 
Mən hiss edirdim – o, mənə nə isə demək istəyir, amma bacarmır. Bəlkə ona yardım 
etmək lazımdır? 
- Mən bu barədə fikirləşmişəm, - onun sözünü kəsdim. – Pireneylərin ən yüksək zirvəsini 
ən birinci fəth edən kəs anlamışdı ki, risksiz həyat Tanrının nemətlərindən məhrumdur.  
- Sən nemətlər haqqında nə bilirsən? – o qışqırdı və mən sakitliyin onu yenidən tərk 
etdiyini gördüm. – Müqəddəs Ananın adlarından biri – Bərəkətli Müqəddəs Məryəmdir 
və onun əli verdiyi nemətləri qəbul etməyi bacaran hər kəsə xeyir – dua verir. 
Biz başqalarının yaşamlarını mühakimə edə  bilmərik, zira hər kəs təkcə öz əzablarını 
tanıyır və öz məhrumiyyətlərindən keçir. Doğru yolu tapdığını düşünmək bir şeydir, 
özünü və digərlərini bu yolun yeganəliyinə inandırmaq isə tamam başqa. 
İsa deyib: «mənim Atamın evində yaşayanlar çoxdur». Vergi Tanrı nemətinin özüdür. 
Lakin zəhmət və yaxınlarına sevginin olduğu sadə, ləyaqətli həyat da Tanrı nemətləri ilə 
zəngindir. Məryəmin Yer üzündə adsız zəhmətin qiymətini göstərə bilmiş həyat yoldaşı 
vardı. O, özü kölgədə qala – qala arvadını və oğlunu başlarının üstündəki tavan və qida  
ilə təmin elədi, onlara missiyalarını yerinə yetirmək imkanı verdi. Baxmayaraq ki, onun 
əməyini heç kim layiqincə qiymətləndirmədi, o, çox əhəmiyyətlidir. 
Mən dinmədim. O, mənim əlimdən tutdu. 
- Bağışla, mən kobud və səbirsizəm. 
Mən onun ovucunu öpdüm və yanağıma sıxdım. 
- Mənim sənə izah etmək istədiyim budur, - o dedi və onun üzündə təbəssüm peyda oldu. 
– Bizim təzədən görüşdüyümüz dəqiqədən etibarən mən anladım ki, səni əzablara 
məhkum edə bilmərəm, onlarsa mənim bu dünyadakı missiyamın ayrılmaz parçasıdır. 
Mən narahatçılıq  hiss elədim. 
- Dünən mən sənə yalan dedim. Birinci və sonuncu dəfə. Mən dedim ki, seminariyaya 
gedirəm, amma əslində dağa qalxdım və Müqəddəs Ana ilə danışdım.  
Mən Ona dedim ki, əgər O istəsə, mən səndən uzuqlaşacam və öz yolumla getməkdə 
davam edəcəyəm – qapımın ağzandakı xəstələrlə, gecə səfərlərilə, inamı rədd etmək 
istəyənqlərin anlamamazlığıyla, məhəbbətin xilas gətirdiyinə inanmayanların təhqiredici 


 
122
baxışları ilə. Əgər Müqəddəs Ana bunu istəsə, mən ən əziz varlıqdan imtina edəcəyəm – 
səndən. 
Və bu anda müqəddəs ata bir də mənim yadıma düşdü. O haqlı çıxdı. Həmin səhər seçim 
edilmişdi. 
- Lakin yenə də, əgər bu qismətin məndən yan keçməsi mümkündürsə, mən dünyaya sənə 
olan sevgimin vasitəsilə xidmət eləməyə söz verirəm. 
- Sən nə danışırsan? – mən qorxu içində soruşdum. 
Amma sanki eşitmirdi. 
- Öz inamının möhkəmliyini sübut etmək üçün dağları yerindən tərpətmək lazım deyil, - 
o davam etdi. – Mən əzabları təklikdə qəbul etməyə və onlara dözməyə hazıram, laki onu 
səninlə bölüşməyə yox. Əgər mən əvvəlki yoluma davam eləsəm, bizim heç vaxt ağ 
pərdəli pəncərələri dağlara baxan evimiz olmayacaq.  
- Mən o ev haqqında heç nə bilmək istəmirəm! Mən onun kandarından belə keçmək 
istəmirdim! – mən qışqırmamağa çalışaraq dilləndim. – mən səni müşayət etmək, sənin 
mübarizəndə yanında olmaq, birinci risk edənlərin sırasında olmaq istəyirdim. Yəni sən 
başa düşmürsən? Sən mənə inamımı qaytarmısan! 
Cünəş yerini dəyişdi və onun şüaları mağaranın divarlarını işıqlandırdı. Lakin indi bu 
gözəlliyin elə bir mənası yox idi. 
Allah cəhənnəmi cənnətin ortasında gizlətmişdi. 
- Sən anlamırsan,- o dedi və onun gözləri mənə yalvarırdı ki, başa düşüm. – Sən bunun 
necə risk olduğunu anlamırsan. 
- Lakin səni o, xoşbəxt edir! 
- Hə. Amma bu mənim riskimdir. 
Mən onun sözünü kəsməyə cəhd etdim, ancaq o, məni eşitmədən danışırdı: 
- Ona görə də dünən mən Müqəddəs Məryəmdən möcüzə göstərməsini istədim. Xahiş 
elədim ki, o, məni vergimi geri götürsün. 
Mən qulaqlarıma inanmadım. 
- mnim bir az pulum var, saysız – hesabsız səyahətlərdə qazandığım təcrübəm var. Ev 
alarıq, mə niş taparam və Allaha İosif kimi xidmət edərəm – kölgədə qalanın itaətkarlığı 
ilə. İnamımı qorumaq üçün mənə daha möcüzə lazım deyil. Mənə sən lazımsan. 
Mənim ayaqlarım pambıq eimi oldu, sanki indicə huşumu itirəcəkdim. 
- Mən Müqəddəs Məryəmə bu dua ilə müraciət etdiyim an içimdən naməlum dillərdə 
səslər gəldi və mən eşitdim: «Əllərini torpağa daya. Sənin vergin səni tərk edəcək və 
Ananın bətninə qayıdacaq». 
- Ancaq sən bunu etmədin? – mən dəhşətlə soruşdum. 
- Etdim. Mən, məni qoruyan Müqəddəs Ruhun dediklərini etdim. Duman çəkilməyə 
başladı və günəş yenidən dağların zirvələri arxasında parıldadı. Mən hiss etdim ki, 
Müqəddəs Məryəm məni başa düşdü – axı, o da ürəkdən sevib.  
- Amma o, öz ərinin ardınca getdi! Və oğlunun əməllərini bəyəndi! 
- Bizdə Onun gücü yoxdu, Pilar. Mənim vergim başqasına keçəcək – o, bihudə itib – 
batmayacaq.  
Dünən mən barda Barselonaya zəng vurdum və mühazirəni ləğv elədim. Gedək Saraqosa 
– orda sənin tanışların çoxdur, orda balamaq asan olacaq. Mən tez iş tapacağam. 
Mən artıq fikirləşmək iqtidarında deyildim. 
- Pilar! 
Lakin mən artıq tunellə geri qayıdırdım və artıq mənim dayağım, mənə yol göstərən bir 
kimsəm yox idi, mənim ardımca isə minlərlə kütlə gəlirdi – ölümə məhkum edilmiş 


 
123
xəstələr, əzab çəkməyə məhkum edilmiş ailələr, həyata keçirilməmiş möcüzələr, dünyanı 
gözəlləşdiməmiş təbəssümlər, əvvəlki yerlərində qalmağa məcbur dağlar.             
 Mən hər tərəfdən üstümə yeriyən az qala fiziki qatı zülmətdən başqa, demək olar ki, heç 
nə görmürdüm. 
                                      
                                                                          *** 
 
Rio – Pyedranın sahilində mən oturdum və ağladım. O gecə mənim başımdan keçən 
fikirlər dağınıq və tutqun idilər və onda nə barədə düşündüyümü indi yadıma salmaqda 
çətinlik çəkirəm. Bircə onu başa düşürəm ki, ölüm lap yaxınımda idi – ancaq onun 
sifətini xatırlamıram, məni hara apardığını bilmirəm. 
Amma mən onu yadıma salmaq istərdim -  öz ürəyimdən qoparmaq üçün. Ancaq 
bacarmıram. Qaranlıq tuneldən çıxaraq üstünə zülmət çökmüş dünya ilə üz –üzə gəldiyim 
ana qədər hər şey yuxuya bənzəyir. 
GÖydə bir dənə də ulduz yox idi. Maaşına necə çatdığım, oturacaqdan rükzakı necə 
götürdüyüm və hara getdiyimi bilmədən irəlilədiyim tutqun yadıma gəlir. Yəqin, şosseyə 
çıxmışam, Saraqosa gedən yol maşınlarını saxlamağa çalışmışam – amma nəticəsiz. 
Axırda monastırın bağına qayıtmışam.  
Hər yerdən su səsi eşidilirdi – hər tərəf şəlalə idi və mən hara gedirəmsə, gedim, arxamca 
gələn Müqəddəs Ananın varlığını hiss edirdim. Axı, o da dünyanı Allahı sevdiyi qədər 
möhkəm sevirdi, axı, o, öz öğlunu adamlara qurban vermişdi. Lakin onun qadın – kişi 
məhəbbətindən xəbəri vardımı? 
Ola bilsin ki, O da sevgidən əziyyət çəkib, amma bu başqa sevgi idi. Onun Böyük Əri hər 
şeyi bilirdi və möcüzələr yaradırdı. Onun dünyəvi əri qadınının yuxularındakı hər şeyə 
inanan, itaətkar, zəhmətkeş idi. Ona sevdiyin kişini atmağın və ya onun tərəfəndən tərk 
edilməyin nə demək olduğunu bilmək qismət olmayıb. İosif,Onun hamiləliyindən xəbər 
tutub evdən qovmaq istəyəndə, Səmavi Ər buna Mane olmaq üçün onun yanına mələk 
göndərdi. 
Bəli, Oğlu onu tərk etdi. Lakin uşaqlar həmişə ata evindən gedirlər. Yaxınına, oğluna və 
ya bəşəriyyətə sevgi xatirinə əzablara dözmək asandır. Bu əzablar sənin həyatın bir 
parçası olman hissini yaradır və sənin əzabların dahi və alicənabdırlar. Öz missiyanı 
gerçəkləşdirmək üçün, ali amal xatirinə əzablara dözmək asandır – bu əzablar əzabkeşin 
ruhunu göylərə qaldırır.  
Ancaq kişi üçün əzab çəkdiyini necə izah edəsən və bəraət verəsən? Heç cür. Bu 
mümkün deyil. Və biz cəhənnəmə düşürük, zira bu əzablarda nə alicənablıq, nə böyüklük 
var. Bəs nə var? Heç nə yoxdur. Yalnız bədbəxtlik. 
Həmin gecə mən donmuş torpağa yıxıldım və sanki soyuq mənim acılarımı keyləşdirdi. 
Hərdən belə bir fikir yaranırdı: sığınacaq tapmasam, donacağam. Nə olsun? Həyatımdakı 
ən vacib şeylər bir həftə içndə səxavətlə mənə bağışlandı – bağışlandı və həmin anda geri  
alındı, elə tez alındı ki, mən heç səsimi də çıxartmağa macal tapmadım. 
Məni əsməcə tutmuşdu,lakin mən buna fikir vermirdim. Vaxt çatacaq – bədənim məni 
isitmək üçün sərf etdiyi bütün gücünü itirərək dayanacaq və mən artıq heç nə edə 
bilməyəcəyəm. Onda mənim bədənim öz adi sakitliyinə dönəcək, ölüm məni öz qoynuna 
alacaq. 
Bir saatdan çox titrədim. Və rahatlıq gəldi. 
Gözlərim yumulana yaxın qulağıma anamın səsi gəldi. O, mənim uşaqlıqda eşitdiyim 
əhvalatı danışırdı və heç ağlına da gətirmirdi ki, bu əhvalat mənim haqqımdadır. 


 
124
«Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri – birini sevdilər – anamın 
səsi ya ölümqabağı bihuşluqda, ya da yuxuda eşidilirdi. – Və evlənmək qərarına gəldilər. 
Bəy və gəlinsə həmişə birinə hədiyyə verir.  
Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox 
gözəl saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi.  
Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin 
dükanına getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı.  
Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə 
gəlinə – kəsdirdiyi saçları üçün daraq». 
Kimsə məni möhkəm silkələyərək oyatmağa çalışırdı və mən ayıldım. 
- İç! – mən kişi səsi eşitdim. – Tez iç! 
Mən nə baş verdiyini anlamırdım və müqavimət göstərə bilmirdim. Adam mənim 
dişlərimi araladı və içimi yandıran mayeni ağzıma tökdü. Nəzərimə onun təkcə köynəkdə 
olduğu, öz gödəkcəsi ilə məni bürüdüyü çarpdı.  
- İç! İç! – o tələb etdi.  
Və mən boyun əydim. Sonra yenə gözlərimi yumdum. 
Monastırda ayıldım. Kimsə bir qadın mənə baxırdı.  
- Siz, az qala, ölmüşdünüz, - o dedi. – Əgər monastırın arovulçusu olmasaydı, indi 
dünyanızı dəyişmişdiniz. 
Mən nə elədiyimi tam anlamadan çətinliklə ayağa qalxdım. Dünənki hadisədən bəzi 
şeyləri xatırladım və həmin qarovulçunun yaxınlıqda olmasına təəssüfləndim.  
Lakin ölümün məqamı ötürülmüşdü. Mən yaşamalı idim.  
Qadın məni mətbəxə apardı, qəhvə tökdü, boşqaba yeməyə nə isə qoydu. O, heç nə 
soruşmurdu, mən də heç izah etmədim. Yeməyimi bitirəndə o, rükzakımı mənə uzatdı. 
- Yoxlayın, görün hər şey yerindədirmi? 
- Yəqin ki. Bir də orda qiymətli heç bir şey yoxdu.  
- səni qarşıda həyat gözləyir, qızım. Uzun həyat. Onun qədrini bil. 
- Hardasa buralarda kilsəli olan kiçik şəhər var, - mən özümü ağlamaqdan güclə 
saxlayaraq dedim. – Dünən bura gəlməzdən qabaq mən həmin kilsəyə girmişdim… - və 
tutuldum. - …uşaqlıq dostumla  
birlikdə. Mən kilsələri gəzməkdən yorulmuşdum, amma orda kilsənin zəngləri çaldı və o 
dedi ki, bu işarədir və biz içəri girməliyik. 
Qadın yenidən mənim fincanımı doldurdu, özünə də süzdü və yanımda oturaraq mənə 
söhbətimə qulaq asmağa başladı. 
- Və biz içəri girdik. Ora qranlıq və boş idi. Mən işarənin nə olduğunu 
müəyyənləşdirməyə çalışdım, lakin adi mehrabdan və müqəddəslərin heykəllərindən 
başqa heç nə görmədim. Qəflətən hardasa yuxarıda, orqanın olduğu yerdə canlanma 
yarandı.  
Məlum oldu ki, xorda altı simli gitara çalan bir neçə oğlan alətləri kökləməyə başlayıb. 
Biz qərara gəldik ki, oturub bir az qulaq asaq, sonra yolumuza davam edək. 
Az sonra kimsə bir Adam da bizə qoşuldu. O şən idi və oğlanlara qışqırırdı ki, pasodobl 
çalsınlar. 
- Ümid edirəm, onlar bunu etmədilər! – qadın dedi. – Pasodoblu öküz döyüşündə çalırlar.  
- Etmədilər. Ancaq güldülər və flamenko çaldılar. Bütün bunlar dostumla mənə möcüzə 
kimi göründü – kilsənin dincəldici qaranlığı, gitara simlərinin cingiltisi və yanımızda 
oturmuş o məzəli adam. 
Yavaş – yavaş kilsə camaatla dolurdu. Musiqiçilər flamenko çalmaqda davam edirdilər 
və gələnlərin hamısı melodiyanın ritminə uyaraq gülümsəyirdilər. 


 
125
Mənim dostum messanı dinləyib – dinlməyəciyimi soruşdu – tezliklə ibadət başlamalıydı. 
Mən imtina etdim, çünki yolumuz çox uzaq idi. Biz çıxmağa hazırlaşdıq, lakin əvvəlcə 
həyatımıza bir gözəl an daha yazdığı üçün Allaha təşəkkür etdik.  
Qapıya yaxınlaşanda gördük ki, həddindən çox adam  - az qala bu balaca şəhərin bütün 
sakinləri – kilsəyə axışır. Mən düşündüm ki, bəlkə də bura İspaniyanın sonuncu tam 
katolik şəhəridir – yəqin ona görə ibadətlər burda belə şən və canlı keçir. 
Maşina oturanda dəfn mərasimi gördük. Adamlar əllərində tabut aparırdılar. Ağlaşmaya 
hazırlaşırdılar. Dəfn mərasimi məbədin qapısından içəri girəndə musiqiçilər flamenkonu 
kəsdilər və rekviem çaldılar. 
- Allah rəhmət eləsin! – qadın xaç çəkərək dedi. 
 Mən də xaç çəkdim və davam etdim: 
- Bax, işarə bu idi. Bizə xəbər verilirdi ki, hər bir əhvalatın sonu mütləq kədərlidir. 
Qadın mənə baxdı, amma heç nə demədi. Sonra çıxdı və tez də bir qalaq kağız və 
qələmlə qayıtdı.   
- Gəl, bayıra çıxaq.  
Biz çıxdıq. Hava işıqlanırdı.  
- Dərindən nəfəs al, - o xahiş etdi. – Qoy, səhərin təmiz havası ciyərlərinə dolsun, qanına 
işləsin. Sən dünən möcüzə nəticəsində sağ qalmısan. 
Və belə görünür ki, indicə mənə danışdığın əhvalatın mahiyyətini Heç sən özün də 
anlamırsan. Sən onun təecə kədərli sonluğunu gördün və kilsədə yaşadığın xoşbəxt anları 
unutdun. Unutdun ki, sanki göylərin necə yerə endiyini görmüsən. Unutdun ki, bütün bu 
anları … - o, dilini sürüdü və və gülümsəyərək öz vurub sözünü bitirdi. – uşaqlıq 
dostunla birlikdə və onun yanında yaşamağın necə yaxşı olduğunu düşünmüsən. İsanın 
sözləri yadındadı: «»Qoy, ölülər öz ölülərini basdırsınlar». Zira o bilirdi ki, ölüm yoxdur. 
Həyat biz bu dünyaya gələnə qədər olub və bi zonu tərk edəndən sonra da olacaq.  
Mənim gözlərim yaşla doldu.  
- Eyni şey sevgiyə də aiddir, - o davam etdi. – O, əvvəllər də var olub və əbədilik olacaq.  
- Mənə elə gəlir ki, siz mənim həyatımı bilirsiniz, - mən dedim.  
- Bütün sevgi əhvalatları biri birinə oxşayır. Mən də vaxtlə Bundan keçmişəm. Ancaq 
mən bu yadımda qalmayıb. Yadımda qalan odur ki, sevgi dirildi və başqa insanın, yeni 
ümidlərin, yeni arzuların simasında qayıtdı.  
O, kağızı və qələmi mənə uzatdı. 
- Bütün hiss etdiklərini yaz. O hissləri öz qəlbindən çıxart, onları kağıza tök, sonra da 
tulla. Rəvayətdə deyilir ki, guya Rio – Pyedranın suları elə soyuqdur ki, bu çayın sularına 
düşən hər şey – yarpaqlar, həşəratlar, quş lələkləri – vaxt keçdikcə onun məcrasını 
döşəyən daşlara çevrilirlər. Nə bilmək olar, bəlkə əzabları da selə atmağın xeyri olacaq? 
O, məni öpdü və dedi ki, əgər istəsəm, nahara qayıda bilərəm. 
- Unutma! – o, arxamca çağırdı. – Sevgi əbədidir. Sevgililər dəyişir.  
Mən güldüm, o, mənə əl yellədi. 
Mən uzun müddət çaya baxdım, Göz yaşlarımın quruduğun hiss edənə qədər ağladım.  
Və onda mən yazmağa başladım. 
 
                                   
Epiloq 
 
 Mən bir, iki, üç gün yazdım. Hər səhər çayın kənarına gəlirdim. Axşama yıxın Həmin 
qadın peyda olurdu və əlimdən tutaraq məni öz evinə – köhnə monastırdakı hücrəsinə 
apırırdı.  


 
126
O, mənim paltarlarımı yuyurdu, sadə şam yeməyi hazırlayırdı, boş  - boş şeylərdən 
danışırdı və məni yatırdırdı. 
Bir səhər, işimin sona çatmasına az qalmış, mən eşitdim – maşın gəldi. Ürəyim dayandı, 
sonra bərk çırpındı, lakin mən onun dediklərinə inanmaq istəmirdir. Mən artıq özümü hər 
şeydən azad hiss edirdim və dünyaya qayıtmağa, yenidən onun bir parçası olmağa hazır 
idim.  
Ən təhlükəli an özü haqqında işıqlı kədər qoyaraq keçmişdi.  
Amma ürəyim məni aldatmırdı. Gözümü əlyazmadan çəkmədən onun varlığını duydum, 
addımlarını eşitdim.  
- Pilar, - o, yanımda oturaraq dilləndi.  
Mən cavab vermədim. Yazmağa davam etdim, amma fikirlərim artıq qarışmışdı və mən 
onları bir yerə toplamaq iqtidarında deyildim. Ürəyim elə döyünürdü, elə titrəyirdi ki, 
sanki sinəmi tərk etmək, onun görüşünə cummaq istəyirdi. Lakin mən buraxmırdım. 
O, oturaraq çaya bıxırdı, mənsə dayanmadan qələmi kağızın üzərində gəzdirirdim. Bütün 
səhər beləcə keçdi – heç birimiz bir kəlmə belə danışmadıq – və quyu kənarında 
keçirdiyimiz həmin gecənin səssizliüini xatırladım – onda mənə qəflətən əyan olmuşdu – 
mən onu sevirəm.  
Yorğunluqdan əllərim üyüşdü və mən dayandım. Onda o dedi: 
- mən mağaradan çıxanda artıq qaranlıq düşmüşdü və mən səni gözdən itirdim. Saraqosa 
getdim. Sonra – Soriyaya. Mən səni axtararaq bütün dünyanı dolaşardım. Pyedra 
monastırına qayıtdım və burda bir qadınla rastlaşdım. O, sənin yerini mən dedi. Və əlavə 
etdi ki, bütün bu günlər sən məni gözləmisən.  
Mənim gözlərim yaşla dolurdu.  
- Sən bu sahildə oturduğun müddətcə mən sənin yanında qalacam. Yatmağa gedəngə – 
kandarda uzanacam. Əgər uzaqlara getsən, ardınca yollanacam.  
Sən «Get» deyənə qədər belə olacaq. Onda mən gedəcəm. Amma yenə də bütün həyatım 
boyu səni sevəcəm. 
Mən artıq göz yaşlarımı gizlədə bilmirdim. O da ağlayırdı.  
- İstəyirəm, biləsən ki… - o davam etdi. 
- Heç nə demə. Götür, oxu,- mən cavab verdim və bir topa yazılı vərəqi ona uzatdım. 
Həmin günü mən axşama qədər çaya baxaraq keçirdim. Qadın bizə şərab və buterbrodlar 
gətirdi, hava haqqında nə isə dedi və bizi yenidən tək qoydu. OЁ bir neçə dəfə oxumağı 
dayandırdı və dərin düşüncələrə dalmış halda heç nə görməyən baxışlarını üfüqə zillədi.  
Mən meşədə gəzmək, kiçik şəlalələrə, dağ yamaclarına baxmaq istədim – onların hər 
birinin öz əhvalatı vardı, hər biri gizli anlam daşıyırdı. ,ünəş qüruba enəndə onu qoyub –
getdiyim yerə qayıtdım. 
- Çox sağ ol, - o, əlyazmasını mənə verərək dedi. – Və bağışla.  
 Mən Rio – Pyedranın sahilində oturdum və gülümsədim.  
- Sənin məhəbbətin məni xilas etdi və arzularıma qaytardı, - o davam etdi. 
Mən səssizcə və tərpənmədən oturmuşdum. 
- 137- ci surə yadındadır? – o soruşdu. 
Mən başımı yellədim. Ağzımı açmağa qorxurdum. 
- Babil çaylarının yanında… 
- Hə, hə, əlbəttə, yadımdadır, - mən yavaş – yavaş həyata qayıtdığımı hiss edərək dedim. 
– Orada çöhbət sürgündən gedir.Ürəklərinin istədiyini çala bilmədikləri üçün arfalarını 
ağacların budaqlarından asmış adamlardan danışılır.  
- Lakin ağlaşma bitəndən sonra ağıçı röyalarının torpağını işıqlı kədərlə xatırlayaraq 
özünə söz verir: 


 
127
Əgər  mən səni unutsam, Yerusəlim, 
Unut məni, sağ əlim mənim 
Qırtlağıma yapış, dilim mənim 
Əgər mən səni unutsam, Yerusəlim 
O, yenidən gülümsədi: 
- Mən bunu unutmağa başlamışdım. Sən mənim xatırlamağıma səbəb oldun. 
- Necə bilirsən, sənin vergin sənə qayıdacaq? – mən soruşdum. 
- Bilmirəm. Ancaq Allah həmişə mənə ikinci şans verib. O, mənə səni verir. Və sən 
təzədən öz yolumu tapmaqda kömək edəcəksən. 
- Bizim yolumuzu, - mən düzəliş verdim.  
- Hə, bizim. 
O, mənim əlimdən tutdu, yerdən qalxmağa kömək elədi. 
- Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.  
 
(Son) 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin