"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   31   32   33   34   35   36   37   38   ...   47
 
Marina Svetayeva 
    
   * * * 
   Gedirsən, mənim oxşarım, 
   Gedirsən - gözünü yerə dikərək. 
   Mən də yeriyəndə yerə baxardım! 
   Sən ey yoldan ötən, bir əylən görək! 
    
   Bir az gül-çiçək dər, nəfəs dər bir an, 
   Bir azca dinclik ver ayaqlarına; 
   Bu qara torpaqda kimdi gör yatan, 
   Nə qədər yaşadı bax ki Marina. 
    
   Qəbir torpağıdır - tutur adamı, 
   Unut qəbrimi də qəbir kimi sən… 
   Mən də çox sevərdim 
   sükut məqamı 
   Açılam ürəkdən, güləm ürəkdən! 
    
   Gün vardı, hər günüm yüz ilə təndi, 
   Qıvırcıq tellərim düzlə, dağla bir… 
   Mən də vardım, 
   mən də yoldan ötəndim! 
   Sən ey yoldan ötən, ayaq saxla, dur! 
    
   Qopar bu yerlərin gül-çiçəyindən, 
   Nə qədər istəsən moruq dər, apar - 
   Dünyada qəbristan çiyələyindən 
   İrisi, dadlısı çətin tapılar. 
   Sergey Yesenin 
    
    Anama məktub 
    
   Söylə, qarıcığım, salamatmısan? 
   Mən də salamatam. Salamlar sənə! 
   Süzülüb qoy sirli axşam işığı 


 
181
   O yastı daxmanın axsın üstünə. 
    
   Yazırlar, gizlicə dolub dərd-sərə 
   Yanırsan həsrətdən korun-korun sən; 
   Nimdaş sırıxlında gündə yüz kərə 
   Yoluna çıxırsan mən nankorun sən. 
    
   Şər vaxtı gözlərin dolur təlaşla, 
   Axşamın toranı durur qəsdinə; 
   Guya meyxanada, dava-dalaşda 
   Saplayır bıçağı kimsə köksümə. 
    
   Əl çək, canım-gözüm, qəlbini didən 
   Belə qarış-quruş xəyal-xülyadan. 
   O qədər də əyyaş deyiləm ki, mən 
   Səni görməyincə köçəm dünyadan. 
    
   Mən dəyişməmişəm heç bir tikə də, 
   Elə həminkiyəm - mehriban, həlim. 
   Tək bircə arzum var - bitsin bu kədər, 
   Yenə evimizə qayıdım, gəlim. 
    
   Gələrəm, bağımız baharsayağı 
   Ağappaq gül açıb çiçəkləyincə. 
   Amma oyatma ha məni sübh çağı 
   Oyatdığın kimi səkkiz il öncə. 
 
 
    
Rafael Alberti 
 
    
   * * * 
   Bilsəm də aclıq 
   arzunu, istəyi udur, aparır - 
   yenə əvvəlkitək oxuyam gərək; 
    
   Bilsəm də məhbəs 
   arzunu, istəyi didir, qoparır - 
   yenə əvvəlkitək oxuyam gərək; 
    
   Bilsəm də ölüm 
   arzunu, istəyi puça çıxarır - 
   mən yenə, 
   yenə əvvəlkitək oxuyam gərək! 
    
    
   * * * 


 
182
   Bilirəm, 
   hardasa savaşdır yenə. 
   Bilirəm dünyanın harasındasa 
   insanlar al qana bulaşır yenə. 
    
   Susun! 
   Bir anlığa susun, siz allah! 
   Qoysanız unudam olub-keçəni?! 
   Və qoy uzaqlara, lap uzaqlara 
   aparsın, aparsın bu külək məni.… 
    
 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin