Altıncı sinir paralicində BAT
Altıncı kranial sinir paralicində BAT-in istifadəsi vacib göstəriş sahələridən birini təşkil edir [17]. Hal hazırda
altıncı sinir paralicinin müalicəsində BAT ilk müalicə üsulu ilə qəbul olunur. Altıncı sinir paralicində BAT daxili
düz əzələyə vurulur. Kəskin və ya xroniki dövrdə istifadə olunur. Kəskin dövrdə BAT inyeksiyasının daxili düz
əzələdə baş verəcək kontrakturanın qarşısını alması düşünülür və spontan düzəlmə şansının artdığı önə sürülür.
Ancaq daha sonra aparılan tədqiqatlar göstərdi ki, kəskin dövrdə BAT inyeksiyası simptomatik düzəltməni saxlayır,
lakin spontan düzəlməyə təsiri yoxdur. Hissəvi paraliclərin xroniki dövründə BAT tək başına yetərli müalicə ola
bilər. Bəzən bir və ya bir neçə inyeksiya nəticəsində əlavə bir müalicəyə ehtiyac olmaya bilər. Hər hansı bir səbəb
ilə əməliyyat istənməsə və xarici düz əzələnin funksiyasında nəzərə çarpan bir yetməməzlik varsa, BAT ilə qalıcı
düzəltmə alınmasa belə, müntəzəm inyeksiyalar ilə xəstədə binokulyar tək görməni saxlamaq olar. Bu şəkildə
poliativ bir müalicə əldə edilir.
Beləliklə, xroniki dövrdə BAT inyeksiyası xarici düz əzələnin potensial funksiyası haqqında vacib məlumat
verir. BAT sonrası xarici düz əzələnin funksiyasında artma olmasa vertikal düz əzələlərə transpozisiya, artma baş
verərsə, daha sonra resessiya-rezeksiya cərrahiyyəsi planlana bilər. Vertikal əzələlərin transpozisiyasında ortaya
çixan ən vacib məsələ ön seqment işemiyasıdır. Daxili düz əzələyə BAT inyeksiyası ilə kombinə vertikal əzələlərin
transpozisiyası aparıldığında on seqment işemiyası bildirilmiştir. Gərilətmə-rezeksiya cərrahiyyəsi planlanarsa
bunun üçün BAT-nin təsirinin keçməsini gözləmək lazımdır.
|