Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/10
tarix19.06.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   10

Ə.M.BƏDƏLOV 
A.M.
AĞAYEV 
S.J.
TAĞIZADƏ 
 
 
 
 
DÜNYA 
İQTİSADİYYATI 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 

 

Giriş 
 
Dünya  ölkələri  təbii,  maddi,  iqtisadi  ehtiyatlarına  görə 
biri-
birindən  fərqlənirlər.  Bununla  yanaşı,  coğrafi  mövqeyinə 
görə,  iqlim  şərtlərinə  görə,  əmək  ehtiyatlarına  görə  biri-birini 
təkrarlamırlar.  Dünyanın  hər  bir  ölkəsində  iqtisadi  potensial 
müxtəlifdir  və  bu  fərq  daim  nəzərə  çarpacaq  şəkildə  inkişaf 
edir. 
Dünya iqtisadiyyatının subyekti kimi ayrı-ayrı dövlətlərlə 
ərazi  əmək  bölgüsü  və  beynəlxalq  əmək  bölgüsü  obyektiv 
zərurət  kimi  istehsal-təsərrüfat  fəaliyyətini  bir-birindən  nə 
qədər ayırıb təcridləşdirsə də, onların qarşılıqlı asılılığını bir o 
qədər gücləndirir. 
Bu 
baxımdan 
dünya 
ölkələrinin 
müstəqil 
iqtisadiyyatlarının öyrənilməsi zərurəti meydana gəlir. “Dünya 
İqtisadiyyatı”nın öyrənilməsi dünya ölkələrinin iqtisadiyyatının 
inkişaf  xüsusiyyətləri,  qlobal  iqtisadi  problemlərin  məzmunu 
və həlli yolları, dünya iqtisadiyyatının müxtəlif səviyyələr üçün 
daha  çox  xarakterik  olan  iqtisadi  inkişaf  perspektivləri  və 
ziddiyətləri haqqında lazımi biliklər əldə etməyə imkan yaradır. 
Müasir dövrdə dövlətlərarası münasibətlərdə iqtisadiyyat 
başlıca  rola  malikdir.  İqtisadiyyatın  başlıca  rola  malik  olması 
ilə  əlaqədar  olaraq  dünya  ölkələri  haqqında  iqtisadi  biliklərin 

 

öyrənilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Digər  tərəfdən  milli 
iqtisadi sistemlərin dünya təsərrüfatı sisteminə qovuşması onun 
dünya  iqtisadiyyatının  ayrılmaz  tərkib  hissəsi  kimi  fəaliyyət 
göstərməsini  tələb  edir.Bu  baxımdan  dünya  iqtisadiyyatının 
müasir  problemlərinin  öyrənilməsinə  böyük  ehtiyac  vardır. 
Dünya  iqtisadiyyatının  həm  bu,  həm  də  daha  mürəkkəb  və 
ziddiyətli inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək 
xüsusilə vacib məsələlərdəndir. 
Təqdim  olunan  “dünya  iqtisadiyyatı”  fənni  üzrə  dərs 
vəsaiti məhz bu vəzifələrin yerinə yetirilməsini təmin etməklə 
tələbələrə  dünya  ölkələrinin  iqtisadiyyatını  özündə  birləşdirən 
və  beynəlxalq  iqtisadi  əlaqələrlə  bir-birinə  bağlı  olan  tam  bir 
sistem  kimi  dünya  iqtisadiyyatı  haqqında  nəzəri  biliklər  əldə 
etməyə kömək edəcəkdir. 
Kita
bda  dünya  iqtisadiyyatının  mahiyyəti,  yaranması  və 
formalaşması, 
dünya 
iqtisadiyyatında 
istehsalın 
beynəlmiləlləşməsi,  dünyada  mövcud  olan  təbii  ehtiyatlar, 
dünya  maliyyə  münasibətləri,  ABŞ,  Rusiya,  Çin  Xalq 
Respublikası,  İnkişaf  etmiş  sənaye  ölkələri,  inkişaf  etməkdə 
olan ölkələr,  yeni  sənaye olkələri, zəif  inkişaf  etmiş ölkələrin 
iqtisadiyyatı  konkret  şərh  olunmuşdur.  Kitabda  həmçinin 
Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası, aparıcı iqtisadi 
sahələrinin  xüsusiyyətləri,  ölkəmizin  dünya  təsərrüfatı 

 

sisteminə  inteqrasiyası,  dünya  iqtisadiyyatında  mövqeyi  və 
gələcək perspektivləri də öz əksini tapmışdır.   
 

 

I Bölmə 
 
Dünya iqtisadiyyatının yaranması və formalaşması 
 
Dünya  iqtisadiyyatının  yaranması.  Dünya  xalqları 
böyük  bir  tarixi  dövr  keçmişdir.Əmək  alətlərinin 
hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə 
bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə - 
ibtidai  icma  quruluşunda  istehsal  münasibətlərinin  əsasını 
kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil 
etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və 
sənətkarlıq  yaranmış  və  inkişaf  etmişdir.  Bu  sahələr  uzun 
müddət  cəmiyyətin  əsas  istehsal  sahələri  olmuşdur. 
Sənətkarlığın  ayrıca  sahə  kimi  inkişafı  cəmiyyətdə  böyük 
ictimai  əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd 
təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf 
etdi, tədricən əmtəə istehsalına keçid yarandı. 
Dövlətçiliyin yaranması prosesi çox uzun bir dövrü əhatə 
etmiş  və  bütün  dünyada  bu  proses  eyni  vaxtda 
get
məmişdir.Eramızdan əvvəl II əsrdə, xüsusilə I əsrdə Roma 
dünyanın  ən  çox  inkişaf  etmiş  quldar  dövlətinə  çevrilmişdi. 
Bizim  eranın  I-II  əsrlərində  Roma  imperiyasının  iqtisadiyyatı 

 

çiçəklənmə dövrünü keçirirdi. Dünyada iqtisadçılardan bəziləri 
dünya iqtisadi
yyatının  yaranmasını  bu  dövrlə  bağlayırlar.O 
dövrün təsərrüfatı dünya sistemi hesab edilirdi. 
Bir  qrup  alimlər  dünya  iqtisadiyyatının  yaranmasını 
böyük  coğrafi  kəşflərlə  (BCK)  bağlayırlar.  Qərbi  Avropa 
ölkələrinin  iqtisadi  inkişafına  mühüm  təsir  göstərmiş    böyük 
coğrafi kəşflərin ictimai-iqtisadi və başqa ilkin şərtləri artıq XV 
əsrdə  yaranmışdı.Böyük  coğrafi  kəşflər  artan  ticarət 
münasibətlərinin  məntiqindən  doğurdu.  Eyni  zamanda  bu 
kəşflər Avropada kapitalist təsərrüfatının formalaşması və ilkin 
kapital y
ığımı  prosesinə  güclü  təkan  vermişdi.  Böyük  coğrafi 
kəşflərin  başlıca  iqtisadi  səbəbləri  və  ilkin  şərtləri  Avropada 
əmtəə-pul  münasibətlərinin  güclənməsi  ilə  Şərqlə  aparılan 
ticarətin daha da genişlənməsinə ehtiyacın artması  idi. Böyük 
coğrafi  kəşflərin  iqtisadi  nəticələri  kimi  ümumdünya  bazarı 
yarandı və ümumdünya iqtisadiyyatı formalaşdı.  
Dünya  iqtisadiyyatının  əsas  faktoru  kimi  ticarətdə  əsl 
çevriliş  əmələ  gəldi.Mühüm  iqtisadi  nəticələrdən  biri  də 
Avropada “qiymətlər inqilabı”nın baş verməsi idi. 1601-ci ildə 
İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada 2,5-3 dəfə 
artmışdı. XVI-əsrin ortalarında kənd təsərrüfatı məhsulları  da 
daxil olmaqla qiymət yüksəlişi bütün sahələri əhatə etmişdi. Bu 
dövrdə  müstəmləkəçilik  sisteminin  əsası  qoyuldu.  Amerika, 

 

Afrika  və  Asiya  qitələrində  Avropa  ölkələrinin  qarətçilik 
siyasəti 
Qərbi 
Avropa 
ölkələrinin 
iqtisadiyyatının 
qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur.  
Dünya iqtisadiyyatının formalaşması. Dünya təsərrüfatı 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  formalaşmağa 
başlamışdır.  Bu  dövrdə  istehsal  və  kapital  təmərküzləşmiş  və 
bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank 
kapitalı  ilə  sənaye  kapitalının  qovuşması  nəticəsində  maliyyə 
kapitalı  və  maliyyə oliqarxiyası  yaranmışdı; əmtəə  ixracından 
fərqli olaraq kapital  ixracı  böyük əhəmiyyət kəsb edirdi. XIX 
əsrin  sonlarında  kapitalist  ölkələrinin  iqtisadi  inkişafının 
başlıca  xüsusiyyəti  ayrı-ayrı  müstəqil  müəssisələrin  azad 
rəqabətinə  əsaslanan  kapitalizmdən  tədricən  inhisarçı 
kapitalizmə  keçilməsi  ilə  müəyyən  olunurdu.XIX  əsrin 
sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox 
artmışdı.  Məhsuldar  qüvvələrin  sürətli  inkişafı  maşınlı 
sənayenin  sahə  strukturunda  ciddi  dəyişikliklərə  səbəb 
olmuşdu.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  dünya 
iqtisadiyyatında  sürətli  inkişafı  ilə  seçilən  ölkələr  ABŞ  və 
Almaniya  olmuşdur.  Bu  ölkələr  sənaye  istehsalının  ümumi 
həcminə  görə  İngiltərə  və  Fransanı  qabaqlayırdı.  Artıq  bu 
dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi. 

 
10 
Lakin müasir dünya t
əsərrüfatı  XX  əsrin  əvvəllərindəki 
səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya 
iqtisadiyyatı daha  vahid  və  bütöv xarakterə  malikdir. Belə ki, 
müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, 
inkişaf etməkdə olan ölkələrin,  yeni sənaye ölkələrinin, keçid 
dövrü  yaşayan  ölkələrin  iqtisadiyyatları  əks  olunur  və  qlobal 
dünya  iqtisadiyyatı  formalaşır.  Qloballaşma  beynəlxalq  əmək 
bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və 
bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. 
Dünyada  mövcud  olan  hər  bir  ölkə  bu  və  ya  digər 
xüsusiyyətləri  özündə  əks  etdirməklə  bir-birindən  sosial-
iqtisadi  quruluş,  inkişaf  səviyyəsinə,  təbii  ehtiyatlarla 
zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya 
ölkələri  cəm  halda,  qarşılıqlı  fəaliyyətdə,  beynəlxalq  əmək 
bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər. 
Dünya  iqtisadiyyatı  beynəlxalq  əmək  bölgüsü  sistemi 
əsasında  yaranan  milli  təsərrüfatların  iqtisadi  və  siyasi 
münasibətlərinin  məcmusu  olmaqla,  bu  təsərrüfatlar  arasında 
hərtərəfli  əlaqəyə  əaslanan  beynəlxalq  iqtisadi  münasibətlər 
sistemidir. 
Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla 
vahid  bir  sistem  təşkil  edir.  Bu  sistem  müəyyən  nizama  və 
qaydaya  əsaslanmaqla  ümumi  bir  məqsədə  xidmət  edir. 

 
11 
Dünyada m
övcud  olan  ayrı-ayrı  dövlətlər,  beynəlxalq 
təşkilatlar  və  transmilli  kompaniyalar  dünya  iqtisadiyyatının 
subyektlərini təşkil edir.  
Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya 
ölkələri  özlərinin  müvafiq  ehtiyatları  olmadan  cəmiyyətin 
tələbatını daha dolğun ödəmək istəyirlər. Eyni zamanda ölkələr 
iqtisadiyyatın  səmərəli  strukturunu  fəallaşdırmaq,  müasir 
texnika və texnologiyaya yiyələnmək, mütərəqqi təsərrüfatçılıq 
və  idarəçilik  təcrübəsi  qazanmaq  istəyirlər.Bu  problemlərin 
həlli  ilə  yanaşı  bu  ölkələr  özlərinin  beynəlxalq  əmək 
bölgüsündə  malik  olduqları  üstünlükləri  reallaşdırmaq  imkanı 
əldə  etmiş  olurlar.Bu  baxımdan  Azərbaycan  respublikasında 
həyata 
keçirilən 
sosial 
iqtisadi 
siyasətin 
strateji 
istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı 
sisteminə  səmərəli  şəkildə  inteqrasiya  olunmasını  təmin 
etməkdir.   
 
Dünya iqtisadiyyatının inkişafında təbii 
ehtiyatların rolu 
 
Hər  bir  milli  iqtisadiyyatın  və  eləcə  də  dünya 
iqtisadiyyatının  inkişafı  iqtisadi  ehtiyatlardan  –  istehsal 
amill
ərindən  asılıdır.  Dünya  iqtisadiyyatının  təbii  ehtiyatları 

 
12 
müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji 
(bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. 
ehtiyatlar aiddir.  
Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan 
istifadə  edilməsi  böyük  rola  malikdir.  Mineral  ehtiyatların 
istehsalı  və  istehlakı  beynəlxalq  əmək  bölgüsü  vasitəsi  ilə 
bütün  dünya  ölkələrini  əhatə  edir.  Sənayenin  inkişafı  ilə 
məhsuldar  qüvvələrin  inkişafında  təbii  ehtiyatlar  və  yerin 
təkindəki  faydalı  qazıntılar  daha  böyük  rola  malikdir.  Yerin 
təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı – 
kömür,  neft,  qaz,  uran  filizi,  müxtəlif  mineral  filizləri,  inşaat 
materialları  istehsalı  üçün  xammal  mövcuddur.  Bütün  bunlar 
bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın 
ən  zəruri  şərti  hesab  edilir.  Bununla  yanaşı  nəzərə  almaq 
lazımdır ki, elmi texniki tərəqqinin nailiyyətləri nəticəsində bir 
çox  süni,  kimyəvi,  texniki  yeniliklər  bu  mineral  ehtiyatların 
əvəzlənməsinə  zəmin  yaradır.  Son  onilliklərdə  bu  sahədə 
Yaponiya,  Cənubi  Koreya,  Sinqapur  bir  çox  nailiyyətlər  əldə 
etmişdir.  Bütün  bu  ehtiyatların  hesablanmasında  müxtəlif 
metodlardan  istifadə  edilir:  bu  metodlar  kəşf  edilmiş, 
proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir. Bəzi ehtiyatlar 
haqqında məlumat vermək daha məqsədəuyğundur.  

 
13 
Geoloji proqnoza görə mineral yanacağın həcmi 12.5 trln. 
ton təşkil edir. Bu min ilə kifayət edə bilər. Bu ehtiyatlar 
kömür (60%), neft və qaz (27%) və eləcə də yanar şist və 
torfdan ibarətdir.  
Yanacaq enerji ehtiyatlarında kömürün xüsusi çəkisi daha 
artıqdır.  Dünya  miqyasında  daş  kömürün  və  boz  kömürün 
ehtiyatı 5 trln. ton (daha dəqiq 4.8 trln. ton) təşkil edir. Kömür 
ehtiyatı  kəşfiyyatı  75  ölkədə  aparılmışdır.  Bunlardan  ən  çox 
kömür olan 
ölkə  ABŞ  (445  trln.  ton),  Çin  (272  mlrd.  ton), 
Rusiya (200 mlrd. ton), CAR (130 mlrd. ton), Almaniya (100 
mlrd ton), Avstraliya (90 mlrd ton), Böyük Britaniya (50 mlrd 
ton), Kanada (50 mlrd ton), Hindistan (29 mlrd ton) və Polşadır 
(25  mlrd  ton).  Hazırda  dünyada  ildə  4.5  mlrd  ton  kömür 
çıxarılır. 
Dünya  miqyasında  kəşfi  məlum  olan  neft  ehtiyatı  90-cı 
illərdə  270-350  mlrd  ton  (proqnoza  görə  isə  800  mlrd  ton) 
qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanı – 
25.4%, İraq – 11%, BƏƏ – 9.4%, Küveyt – 9.3%, İran – 9.1%, 
Venesuela  –  6.8%, Rusiya –  4.8%, Çin – 
2.4%, ABŞ – 2.4% 
(1998) kimi ölkələrdədir.  
İldə orta hesabla 3.0 mlrd ton neft çıxarılır. Xəzər dəniz 
ərazisində  olan  neft  ehtiyatı  cəmi  ehtiyatların  3-4  faizindən 

 
14 
artıq  deyildir.  Dünya  üzrə  neft  və  qaz  çıxarılmasının  40%-ə 
qədəri (OPEK) neft ixrac edən ölkələrin payına düşür. 
Hazırda  bura  daxildir:  Əlcəzair,  Qatar,  Venesuela, 
Küveyt,  Qabon,  Liviya,  İndoneziya,  Nigeriya,  İraq,  Səudiyyə 
Ərəbistanı,  İran,BƏƏ.Bu  təşkilat  1960-cı  ildə  yaranmışdır 
(İqamətgahı Vyanadadır). 
Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil 
edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%, 
Qərbi  Asiya  -32,Şimali  Afrika-6.9%,  Latın  Amerikası-5.1%, 
Şimali  Amerika-4.9%,  Qərbi  Avropa-3.8%. 1998-ci ilin 
əvvəlinə  qaz  ehtiyatının  həcmi  Rusiyada  47600  mlrd.  m
3

İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 
2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668, 
Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m

təşkil edir.  
Hazırda  ildə  2.2  trln  m
3
 
qaz  çıxarılır.  Deməli  təbii  qaz 
ehtiyatı 71 ilə kifayət edə bilər. 
Hidroenergetika  mineral ehtiyatları  faydalı qazıntı  hesab 
edilməsə də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları 
ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehtiyatı 9.7-
9.
8 trln kvt. saatdır.  
Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 600 mlrd. 
tona  bərabərdir.  Ən  çox  dəmir  filizi  yataqları  Braziliya, 
Avstraliya,  Kanada,  Rusiya,  Çin,  ABŞ,  Hindistan  və 

 
15 
İsveçdədir.  İldə  0.9-1  mlrd.  ton  dəmir  filizi  çıxarılır.  Bu 
xammalın  ehtiyatı  250  ilə  kifayət  edər.  Əlvan  metal 
istehsalında  istifadə  edilən  xammallardan  boksidlər  əsas  yeri 
tuturlar.  Boksidlərin  ehtiyatı  proqnoza  görə  50  mlrd.  ton,  o 
cümlədən  kəşf  olunmuşu  20  mlrd.  tondur.  Ən  böyük  boksid 
yataqları  Avstraliya,  Qvineya,  Braziliya,  Venesuelada  və 
Yamaykadadır. Boksid çıxarılması ildə 800 mln. ton təşkil edir.  
Mis filizinin geoloji ehtiyatları 860 mln ton kəşfi məlum 
olan  isə  450  mln  tona  bərabərdir.  (Əsasən  Hindistan, 
Zimbabve,  Zambiya,  Konqo,  ABŞ,  Rusiya,  Kanada  nəzərdə 
t
utulur). İldə 8 mln ton çıxarılır.  
Yer  kürəsinin  səthi  510  mln  kvadrat  km.  təşkil  edir. 
Bunun 149 mln kvadrat kilometri quru sahə, 361 mln kvadrat 
km-
i isə dəniz və dəryalardır. Ümumi quru sahədən Arktika və 
Antarktikanın  buzlu  sahələrini  çıxdıqdan  sonra  qalan torpaq 
sahəsi 134 mln kvadrat km təşkil edir. Torpaq sahəsinin 11%-i 
becərilən  torpaq,  23%-i  çəmənlik  və  biçənəklər,  33%-i az 
məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası, 
nəqliyyat xətləri və s. ibarətdir.  
Hazırda cəmi kənd təsərrüfatına yararlı torpaq sahəsi 48.1 
mln kvadrat km (4810 mln hektar)-dir. Bunun da 1340 mln 
hektarı  becərilən  (əkin)  torpaq  sahəsi,  3365  mln  hektar  isə 
çəmənlik və otlaqlardan ibarətdir. Cəmi torpaq fondunda əkinə 

 
16 
yararlı  sahənin  xüsusi  çəkisi  –  Hindistanda 57.1%,  Polşada 
46.9%, İtaliyada 40.3%, Fransada 35.3%, Almaniyada 33.9%, 
ABŞ-da  19.6%,  Çində  10.3%,  Rusiyada  7.8%,  Avstraliyada 
6%, Kanadada 4.9%, Misirdə 2.8%-dir. 
Azərbaycanın  ümumi  torpaq  sahəsi  8700  min  hektardır. 
Bundan  4  mln  hektarı  kənd  təssərrüfatına  yararlı  torpaq 
sahəsidir.  Bunun  da  32%-i  əkin  yeridir,  2  mln  hektarı 
otlaqlardır. 
Dünyada  ildə  orta  hesabla  6-7  mln  hektar  kənd 
təsərrüfatına  yararlı  torpaq  sahəsi  erroziyaya  uğrayır.  1.5  mln 
hektaradək  şorlaşmaya  məruz  qalıb.  Sənaye  və  nəqliyyat 
tikinti
si  altında  da  xeyli  torpaq  qalaraq  kənd  təsərrüfatı 
dövriyyəsindən çıxır. 
Cəmi su ehtiyatı 1386 mln km
3
-
dir. Su ehtiyatının 95.5%-
i duzlu sudur,  yalnız 2.5%  içməli  sudur. İçməli  suyun əsasını 
çaylar təşkil edir – 47 min km
3
. Bunun da 50%-
i ancaq istifadə 
e
dilir.  Cəmi  istifadə  edilən  suyun  69%-i  kənd  təsərrüfatının, 
21%-
i  sənaye  sahələrinin,  6%-i  kommunal  təsərrüfatı  və  su 
anbarlarının payına düşür. Su ehtiyatlarından istifadə edilməsi 
səviyyəsi  Misirdə  97.1%,  İsraildə  84.4%,  Ukraynada  40%, 
İtaliyada 33.7%, Almaniyada 27.1%, Polşada 21.9%, ABŞ-da 
18.9%, Türkiyədə 17.3%, Rusiyada 2.7%-dir. 

 
17 
Dünya  üzrə  olan  meşə  örtüyü  40.1  mln  km
2
-dir. Bunun 
8.1 mln km
2
-
i Braziliyanın, 2.6 mln km
2
-
i Kanadanın, 2.0 mln 
km
2
-
i isə ABŞ ərazisindədir. Son 200 ildə meşə sahəsi 2 dəfə 
azalmışdır. 
 
Maddi istehsal sahəsində beynəlxalq əməkdaşlıq 
  
Dünya istehsalı və beynəlmiləlləşmə prosesi. Hələ  XIX 
əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar 
üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin  90%-
ə  yaxını  200  km  radiuslu  məsafədən  olan  xammal  və 
materiallardan  hazırlanırdı  və  elə  həmin  hüdudlarda  da 
məhsulların  əksəriyyəti  satılırdı.Bu  gün  inkişaf  etmiş  sənaye 
ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı 
importdan  alınır  və  ya  xaricdəki  filiallarda  və  törəmə 
şirkətlərdə  istehsal  olunur.Bu,sahibkarlıq  fəaliyyətinin 
beynəlmiləlləşməsidir.İstehsalın  beynəlmiləlləşməsinin  tarixi 
mübadilə  sferasından  başlanmışdır.Xarici  iqtisadi  əlaqələrin 
müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına 
çevirmişdir.Beynəlxalq  ticarətin  əsas  inkişaf  bazası  ayrı-ayrı 
ölkələr  arasında  əmək  bölgüsüdür.Ölkələrin  beyəlxalq  əmək 
bölgüsündə (BƏB)iştirakı təbii coğrafi  faktorlardan ,istehsalın 
miqyasındakı  fərqlərdən,  məhsuldar  qüvvələrin  inkişaf 

 
18 
səviyyəsindən asılıdır.Müasir dövrdə BƏB-dəki dərinləşmənin 
ağırlıq 
mərkəzi,sahələrarasından 
istehsalın 
sahədaxili 
ixtisaslaşmasına keçid edir.Hər sahədə  müəssisə  məmulatların 
müəyyən  edilmiş  növünü,detalları  seçir.Hansı  ki,öz  güclərini 
bu  istiqamətdə  konsentrasiya  edirlər.Bu  məmulatlar  eksporta 
göndərilir,elə  həmin  sahə  üçün  zəruri  məmulatlar  import 
olunur.Kooperasiya  şəraitində  beynəlxalq  ticarət  qabaqcadan 
razılaşdırılmış əmtəələrin göndərilməsi üzərində qalır.Bu halda 
ticarət  müstəqil  fəaliyyət  sahəsi    kimi  deyil,əksinə  istehsal 
prosesinin  ayrılmaz  elementi  olur.Hazırda  beynəlxalq 
kooperativ göndərmələri inkişaf etmiş Qərb ölkələrinin bir çox 
sənaye  sahələrinin  məhsulunun  dəyərinin  50-60%-nə 
çatır.Beləliklə,beynəlxalq  ixtisaslaşma  və  kooperativləşmənin 
dərinləşməsi  milli  kapitalın  əmtəə  və  pul  formasında 
əhəmiyyətli  hissəsinin  tam  dövriyyəsini  beynəlxalq  əsaslarla 
həyata  keçirir.Öz  növbəsində,BƏB-nün  inkişafı  sahibkarlıq 
kapitalının  birbaşa  və  portfel  investisiya  formalarında,dünya 
səviyyəsindəki  hərəkətinə  gətirib  çıxarır.Əksər  ölkələrin 
iqtisadiyyatına dərin surətdə tətbiq olunan xarici kapital,onların 
təkrar  istehsal  prosesinin  tərkib  hissəsi  olmuşdur.İstehsalın 
beynəlmiləlləşməsi  təkcə  sahibkar  kapitalının  hərəkəti  ilə 
deyil,həm  də  xarici  iqtisadi  əlaqələrin  digər  formaları  ilə  də 
bağlıdır.Bu,Transmilli  korporasiyaların  (TMK),işin  yerinə 

 
19 
yetirilməsi və ya ayrı-ayrı əmtəələrin göndərilməsi üçün xarici 
şirkətlərlə  bağladıqları  müqavilələri  əhatə  edən  beynəlxalq 
subkontraktasiyasıdır;TMK-lara  xarici  şirkətlərin  işində 
iştiraka  imkan  verən  və  patentdən  istifadəyə  görə  gəlir  alan 
lisenziya 
sazişləridir. 
İstehsalın 
bəynəlxalq 
bəynəlmiləlləşməsinin  yeni  keyfiyyətli  inkişaf  mərhələsi 
beynəlxalq  iqtisadi  inteqrasiyadan  ibarətdir.Xarici  iqtisadi 
mübadiləni  və  istehsal  sferasını  əhatə  etməklə,o,ayrı-ayrı 
ölkələrin milli təsərrüfatlarının qarşılıqlı əlaqəsinə və qarşılıqlı 
asılılığına 
gətirib 
çıxarır,vahid 
regional 
təsərrüfat 
komplekslərinin  yaradılmasına  kömək  edir.Müasir  dövrdə 
iqtisadi  inteqrasiya  regional  xarakterə  malikdir.Məsələn,Qərbi 
Avropa ölkələrinin  Avropa Şurasında (AŞ)  birləşməsi, Şimali 
Amerikanın-Şimali  Amerika  azad  ticarət  assosasiyasında 
(NAFTA) birləşməsi, Latın Amerikasının-Latın Amerika azad 
ticarət  assosasiyasında  (ZAFTA)  birləşməsi  və  s.  Beləliklə, 
dünyanın iqtisadi prosesləri kapitalın, beynəlxalq şəbəkəsində, 
əmək  bölgüsünün  dərinləşməsində,  inteqrasiya  proseslərinin 
inkişafında  özünü  əks  etdirərək  müxtəlif  ölkələrin  təsərrüfat 
həyatının beynəlmiləlləşməsinə gətirib çıxartmışdır. 
Maddi  istehsal  sferasında  beynəlxalq  ixtisaslaşma  və 
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə