ƏBDÜRRƏŞİD Əl-bakuvi



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/18
tarix18.08.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18


 
ƏBDÜRRƏŞİD ƏL-BAKUVİ 
 
 
 
 
 
 
 
KİTAB TƏLXİS ƏL-ASAR VƏ  
 
ƏCAİB ƏL-MƏLİK ƏL-QƏHHAR 
 
 
(“Abidələrin” xülasəsi və qüdrətli 
hökmdarın möcüzələri) 
 
 
 
 
 
 
 
BAKI – ŞUR NƏŞRİYYATI – 1992 
 
 


 
Ərəbcədən tərcüməsi, müqəddimə və  
Ģərhləri akademik Ziya Bünyadovundur. 
 
NəĢriyyat redaktoru: QəĢəm Ġsabəyli 
 
Bakuvi Ə.  
B 21  Kitab təlxis əl-əsar və əcaib əl-malik 
əl-qəhhar.  Bakı,  «ġur»  nəĢriyyatı,  1992.  -  176 
səh. 
 
Orta əsr (XIV-XV) alimi Ə. Bakuvinin bu 
əsəri  ilk dəfədir ki,  Azərbaycan türkcəsində iĢıq 
üzü  görür.  Görkəmli  alim  Ziya  Bünyadovun 
tərcüməsində 
sizə 
təqdim 
etdiyimiz 
«Abidələrin»  xülasəsi  və  qüdrətli  hökmdarın 
möcüzələri» kitabında ġərq və Qərb ölkələrinin, 
həmçinin  Qafqazın  tarixi-coğrafiyası  haqqında 
bir-birindən  maraqlı  məlumatlar  toplanmıĢdır. 
Qeyd  edək  ki,  kitabın  əsas  məziyyəti  onda  öz 
əksini  tapmıĢ  Azərbaycanla  bağlı  tarixi-coğrafi 
materialların olmasıdır. 
 
B     4703000000        elansız. 
     J - ―ġur‖ (07) - 92 
 
Az 1 
 © «ġur» nəĢriyyatı, 1992. 
 
 


 
MÜQƏDDİMƏ 
 
XV  əsrin  əvvəlində  yazılmıĢ  ƏbdürrəĢid  əl-Bakuvinin 
Təlxis  əl-Asar  və əcaib əl-məlik əl-qəhhar  («Abidələrin xülasəsi  və 
qüdrətli  hökmdarın  möcüzələri»)
1
  Bakılı  müəllifin  yeganə  məĢhur 
əsəridir. 
Müəllifin  adı  ƏbdürrəĢid  ibn  Saleh  ibn  Puri  əl-Bakuvidir. 
YaĢadığı  dövr  XIV  əsrin  ikinci  yarısı  -  XV  əsrin  əvvəlidir.  Özü 
əsərində qeyd edir ki, hicri 806-cı ildə (21. VII. 1403-9. VII. 1404) 
yetmiĢ yeddi yaĢında vəfat etmiĢ atası Saleh ibn Nuri Bakıda anadan 
olub, təhsil görmüĢ imam (ola bilsin ki, Ģafei imamı) idi.
2
 Deyəsən, 
müəllifin  özü  də  Ģafei  idi.  Elə  bir  fərziyyə  var  ki,  ƏbdürrəĢid 
Qahirədə vəfat edib.
3
 
Əsərdə Azərbaycanın Ģəhər və yerləri, xüsusilə Bakı Ģəhəri 
haqqında  olan  dəqiq  məlumatlar,  bu  ölkə  ilə  yaxĢı,  bəlkə  də  Ģəxsi 
tanıĢ olmasına iĢarədir. Bu xəbərdarlıq elə bir ehtimala yol verir «i, 
müəllifin  özü  Azərbaycanda  yaĢayıb,  ya  da  hər  halda  atasının 
vətənində olub. 
Əsərin yazılma vaxtı ili tarixləb müəyyən olunur: birincisi - 
mətndə göstərilən atasının vəfat ili (hicri 806), digəri əsərin surətinin 
bir  nüsxəsini  köçürmə  tarixi  (hicri  816/3.  IV.  1413-22.  III.  1414). 
Beləliklə,  bu  əsər  ya  hicri  806-cı  ildə,  bəlkə  də  bu  ildən  bir  qədər 
sonra, amma hicri 816-cı ildən gec yazılmayıb. 
Bakuvinin  əsərinin  günümüzə  çatmıĢ  yeganə  tam  nüsxəsi 
Paris  Milli  Kitabxanasının  əlyazmasıdır  (№  585).  Buraya  əlyazma 
1683-cü ildə gətirilib. Əlyazmanın sonundakı kolofona görə (vər. 74 
b) o, Suriyadakı Lazikiyyə Ģəhərində hicri 1023-cü il zülqədə ayının 
3-də, cümə günü (1614-cü il dekabrın 5-də) Əli əl-Menufi əĢ-ġafen 
adlı bir nəfərin əliylə köçürülüb.
4
 Bu nüsxə də hicri 816-cı il tarixli 
nüsxədən  köçürülüb.  Deməli,  hicri  816-cı  il  tarixli  nüsxə  Bakuvi 
əlyazmasından köçürülən birinci surətlərindən idi. 
Paris əlyazması 25. x 15 sm. ölçülü, hərəsi 19 sətri olan 74 
vərəqdən ibarətdir. 
Münhen  kitabxanasının  bir  yığma  əlyazmasının  (№  889)
5
 
daxilində  Paris  Milli  Kitabxanasının  Mixail  əs-Sabbağ  və  Ellios 
Boxtor adlı əməkdaĢları tərəfindən ƏbdürrəĢid Bakuvinin əsərindən 
Avropa  ölkələri  və  xalqları  haqqında  məlumatların  iqtibasları 
saxlanılır. 
Əlyazmanın  özü  243  vərəqdən  ibarətdir,  bizi 


 
maraqlandıran  iqtibaslar  isə  22  vərəqə  təĢkil  edirlər.  (Səhifədə  30 
sətir olan 211-232 və 236 vərəqələrdir). 
236  b  vərəqədəki  haĢiyədə  yazılır:  «Bu,  Təlxis  əl-asardan 
gördüyümüz  son  məlumatdır.  Hicri  816-cı  il  tarixli  surətin  hicri 
1023-cü il zülqədə ayında Lazikiyyə Ģəhərində çıxarılıb. Mən də bu 
surətdən  daha  iki  surət  çıxardım»,  Bu  haĢiyə  yəqin  ki,  Mixail  əs-
Sabbağın əliylə yazılıb, lakin onun çıxardığı iki surət barədə heç bir 
məlumat  yoxdur.  Buna  görə  də  Paris əlyazması  Bakuvinin  əsərinin 
yeganə  məlum  olan  tam  nüsxəsi  kimi  qalmaqdadır.  ƏbdürrəĢid 
Bakuvinin əsəri hicri 674 (1275-76)-cı ildə tərtib edilmiĢ Zəkəriyyə 
əl-Qəzvininin  Asar əl-bilad  və əxbar  əl-ibad  («Ölkələr abidələri  və 
Allah  bəndələri  haqqında  xəbərlər»)  adlı  coğrafi  əsərinin  ixtisar 
edilmiĢ variantıdır.
6
 
Zəkəriyyə  ibn  Məhəmməd  əl-Qəzvini  (1203-1283)  məĢhur 
ərəb  kainatüasıdır  (kosmoqrafı)  və  onun  bu  əsəri  coğrafi 
ensiklopediyadır.  Bu  əsərdə  50-yə  qədər,  o  cümlədən  bizə  gəlib 
çatmayan  müəllifin  əsərlərindən  iqtibaslar  hifz  olunub.  Belə  ki, 
Qəzvininin əsərində Ġbrahim əl-TurtuĢinin və Əburəbi Süleyman əl-
Multaninin  itmiĢ əsərlərindən  parçalar  və  əl-Ġstəxri,  Məhəmməd əl-
Tusinin,
7
 Ġbn Sinanın, Ġbn Fədlanın, Əbu Dulafın,  əl-Ceyhaninin və 
b.  və  həmçinin  ərəb  Ġspaniyası  ilə  bağlı  olan  Məhəmməd  ibn 
Əbdürrəhim  əl-Qərnatinin  (1168-də  vəfat  edib),  Əhməd  ibn  Ömər 
əl-Üzrinin  (1023-cü  ildə  vəfat  edib),  Əbdülhəmid  əl-Əndəlüsinin 
(1169-da vəfat edib) əsərlərindən çoxlu iqtibaslar vardır. 
Qəzvininin  əsəri  bütövlükdə  və  ixtisarla  müxtəlif  dillərə 
tərcümə  edilib.  Ruslar,  peçeneqlər,  normanlar  və  Qərbi  Avropa  ilə 
ilə əlaqədar olaraq Qəzvininin mətnindən X. Fren, Q. Yakob
8
 və b. 
tərəfindən müxtəlif iqtibaslar edilmiĢdir. 
Qeyd  etmək  lazımdır  ki,  Qəzvininin  əsərinin  ixtisarı 
ƏbdürrəĢid Bakuvi tərəfindən tələsik, çox hallarda mexaniki, bəzən 
də məna təhrifiylə edilib. 
Bakuvinin  öz  mətnini  ixtisar  edərək  mətni  köçürən,  bu 
qüsurların  sayını  daha  da  artırıb.  Bakuvidə  isnadlar  yoxdur  və 
Qəzvini tərəfindən istifadə edilən əsərlərin adları çəkilmir, Bakuvidə 
Qəzvininin  əsərindəki  Yer  kürəsinin  xəritəsi,  Məkkə,  Qəzvin, 
Konstantinopol Ģəhərinin planları, Ġskəndəriyyə mayakının sxemi və 
Tinnis adasının xəritəsi yoxdur. 
Qeyd  etməliyik  ki,  baĢqa  kompilyatorlar  kimi  Bakuvi  də 
açıq tarix səhvlərinə yol verirdi. Məsələn, ġimadi Afrikada olan əl-


 
Mehdiyə və MərakeĢ Ģəhərləri haqqında o, yazır ki, «Ġndi» bunların 
sahibi Əbdülmöminin nəslidir (Əlmohadlar sülaləsinin idarəsi 1269-
cu ildə, yəni Bakuvidən yüz il qabaq baĢa çatıb). 
1789-cu ildə Bakuvinin əsəri fransız dilinə ixtisar Ģəkildə J. 
de  Qin  tərəfindən  nəĢr  edilmiĢdir.
9
  De  Qin  Bakuvinin  əsərinə 
ĢiĢirdilmiĢ qiymət verib, lakin «o dövrün oxucularının orta təbəqəsi 
malik olan coğrafi məlumatların bütün kompleksinin əlaməti»
10 
kimi 
bu əsər, əlbəttə, çox vacibdir. 
Ərəb  coğrafiyasının  öyrənilməsi  ilə  məĢğul  olan 
tədqiqatçılar qeyd edirlər ki, Bakuvinin əsərində elə çox məlumatlar 
var ki, onlar hətta Qəzvini əsərinin mövcud olması ilə bərabər daha 
çox maraq doğurur.
11
 
Qəzvini  kimi,  Bakuvi  Də  Yer  kürəsini  təsvir  edərkən  onu 
yeddi  iqlimə  bölür  və  bunların  daxilində  əlifba  sırasıyla  vilayət, 
Ģəhər,  ada,  vəng,  kəndlərin  və  s.  adlarını  cərgəylə  verir.  Lakin 
Bakuvi  Qəzvinidə  olan adların  miqdarını  164  ədədə  azaldır  (ixtisar 
edir):  birinci  iqlimdə  -  12  ad  azdır,  ikincidə  -  14,  üçüncüdə  -  58, 
dördüncüdə - 43, beĢincidə - 27, altıncıda - 7 və yeddincidə - 3 ad 
(bax göstəriciyə). Bəzən Bakuvi əsəri üçün məlumatı baĢqa əsərdən 
götürür.  Çox  hallarda  o,  ona  az  tanıĢ  olan  məntəqənin  adını  bir 
iqlimdən  baĢqa  iqlimə  köçürür.
12
  Bunun  səbəbi  də  o  ola  bilər  ki, 
Bakuvi  Qəzvini  əsərinin  bir  neçə  əlyazmalarından  istifadə  etsin.
13 
Belə  köçürmələrin  və  iki  müəllifin  mətnlər  arasında  olan 
uyğunsuzluqların  sayı  altı  yüzə  qədərdir,  lakin  bu  dəyiĢikliklərin 
hamısını Bakuvi özü edib - demək olmaz. Ola bilsin ki, bunların bir 
qismini mətni köçürən özü edib. 
Bəzi yerlərdə Bakuvi Qəzvininin məlumatına əlavələr edir, 
məntəqənin  düz  yerləĢməsinə  çalıĢır  və  onun  uzunluq  və  en 
dairələrini göstərir
14
 (bunlar əlyazmanın haĢiyələrində əlavə edilir və 
tərcüməmizdə  bu  əlavələr  kursivlə  verilir).  Bəzi  hallarda  Bakuvi 
Qəzvininin düz olmayan və Ģübhəli oxunuĢunu düzəldir. Bakuvi orta 
əsr  Bakısının  təsvirini  Qəzvinidən  daha  yaxĢı  verir.
15
  Xəzəryanı 
yolları  və  Azərbaycanı  təsvir  edərkən  çoxlu  orjinal  məlumat  əlavə 
edir.  Qəzvinidə  olmayan  Dərman,  Dazun,  Təbriz,  Mərənd, 
Sultaniyə,  ġabran,  Naxçıvan  haqqında  olan  məlumatlar  dördüncü 
iqlimdə) xüsusi qiymətə malikdirlər. Bundan baĢqa, Bakuvidə baĢqa 
əsərlərdə  olmayan  müxtəlif  ölkələrin  məlumatlarının,  ticarət 
Ģeylərinin təsvirləri və incəlikləri çoxlu baĢqa məlumatlar vardır. 


 
Əlavə  deməliyəm  ki,  ƏbdürrəĢid  Bakuvinin  ikinci,  tibbə 
aid Ədviyə («Dərmanlar») adlı əsəri var. Bu əsərin müqəddiməsində 
müəllifin adı belə yazılır: «Aləmin fazil və kamil imamı, müasirlərin 
qaymağı,  keçmiĢlərin  ən  fəzilətlisi,  dövrün  və  zəmanənin  Qaleni, 
vaxtın  hippokratı,  padĢahların  və  sultanların  seçkini,  mövlana, 
millətin  və  dinin  ulduzu,  islamın  və  müsəlmanlarıi  Ģərəfi,  Allah 
tərəfindən  bağıĢlanmıĢ  imam  Salehin  oğlu  təbib  ƏbdürrəĢid,  Allah 
onun ömrünü uzatsın» (əl-imam əl-aləm, əl-fazil əl-kamil, zübdət əl-
mütəqəddimin, əfzəl  əl-mütəəxxirin.  Cali nus əl-əhd  və  -  z-zaman, 
Buqrat  əl-əvan,  Muxtar  əl-mülük  və  -  s-səlatin,  Maulana,  nəcm  əl-
millə və - d-din, Ģərəf əl-islam və - l-müslimin Əbd ər-RəĢid bin əl-
imam əl-zafur Saleh, ət-təbib adama Allah zilləhu). 
Bakuvinin 
bu 
əsəri 
Ġstanbulun 
Süleymaniyyə 
kitabxanasında saxlanılır (Hacı BəĢir Ağa bölməsi, № 515). 
Tərcümədə  coğrafi  adlar  müasir  xəritələrdə  olanlarla 
uyğundur; qədim, orta əsr, az tanınmıĢ, yeri müəyyən olunmayan və 
ya  oxuna  bilinməyən  adlar  transkripsiyada  verilir.  Mətni  izah  edən 
və ya mətnə əlavə olunan kəlmə və ya cümlə kvadrat mötərizələrdə, 
Qəzvininin  əsərinə  əsasən  verilir.  Sözlük  ərəb  əlifbası  əsasındadır. 
ƏbdürrrəĢid  Bakuvinin  əsərini  ruscaya  tərcümə  edib  1971-ci  ildə 
Moskvada «Nauka» nəĢriyyatında dərc etdirmiĢəm.
16
 
Mətnin çapını üzərinə götürən Gülarə Abil qızı Əmirovaya 
təĢəkkürümü bildirirəm. 
 
AKADEMİK ZİYA BÜNYADOV  
 
Bakı 1992-ci il. 
 
 
 


 
«ABİDƏLƏRİN» XÜLASƏSİ VƏ 
QÜDRƏTLİ HÖKMDARIN MÖCÜZƏLƏRİ 
 
(tərcümə) 
 
Hədsiz  biliyə  malik,  ləyaqətli  alim  ƏbdürrəĢid  ibn  Saleh 
ibn Nuri əl-Bakuvinin - Allah ona rəhmət eləsin - əsəri. 
 
BİSMİLLAHİ ƏR-RƏHMANİ-R-RƏHİM! 
 
Ona  ümid  bağlayıram,  o,  həmiĢə  var,  hər  kəsə  hamidir. 
Əzəmətə  və  Ģöhrətə  malik  olan, qüdrətli  və  daimi,  əə  layiqli  və ən 
uca  Allaha  həmd  olsun!  Ən  gözəl  məxluqa,  peyğəmbərlərin  ən 
ləyaqətlisinə,  sahibimiz  Məhəmmədə,  onun  nəslinə  və  ən  ləyaqətli 
və nəsib yaxın-əshabələrinə salavat və salamlar! 
Və  sonra.  Allah  Təalanın  köməyinə  möhtac  olan 
ƏbdürrəĢid ibn Saleh ibn Nuri əl - Bakuvi deyir: 
«Ölkələr  abidələri»ndə  mən,  Allahın  bir-birinə  oxĢayan 
müxtəlif  ölkələrində  olan,  Onun  geniĢ  torpaqlarında  yerləĢən, 
vaxtımıza  gəlib çatan  Onun əcaib məxluqatından və Onun hikmətli  
möcüzələrindən danıĢmaq  istəyirəm. 
GünəĢin  təsiri,  yağıĢların  yağmağı  və  küləklərin  əsməsi, 
nəticəsində Yer kürəsinin hər bir guĢəsini bir-birindən ayıran fərqlər 
əmələ gəlir. Onların bəziləri möhkəm daĢa döndü, digərləri bərəkətli 
torpaq  oldu, üçüncüsü  də  Ģoranlığa  çevrildi.  Və hər  bir  guĢənin  öz 
xüsusiyyəti  var:  daĢlıqlarda  yaqut  və  zümrüd  yaranır,  bərəkətli 
yerlərdə  taxıl  və  mayvəbar  verir,  Ģoranlıqlarda isə  duzla zəy  əmələ 
gəlir. Və hər bir guĢəni özünə məxsus insan nəsli fərqləndirir: bu, ya 
alimdir, ya dini xadimdir, ya da ki, sənətkardır.  
Bunlar haqda mən onu deyəcəyəm ki, bunların mən Ģəxsən 
özüm  Ģahidi  olmuĢam,  ya  da  bunlarla  tanıĢlığım  olub.  Və  kömək 
üçün əlimi Allaha uzadıram. 
 
 
 


 
MÜQƏDDİMƏ 
 
ġəhər  və  kəndlərin  yaratmasının  lüzumiyyətinə  gəldikdə, 
Uca  Allah  insanı  yer  üzündə  elə  xaliq  edib  ki,  o,  heyvan  kimi 
təkbaĢına yaĢaya bilməz və baĢqasıyla təmasda olmağa ehtiyacı var. 
Buna  görə də  təmas əmələ gəlib  və  bundan  da insanın  yeyəcəyi  və 
geyimi  asılıdır,  bu  isə,  öz  növbəsində,  çoxlu  baĢqa,  vaxtında 
hazırlanmıĢlardan asılıdır, çünki (bütün bunları önləyən iĢləri insan 
təkbaĢına görə bilməz. 
Buna görə Allahın müdrikliyi bu təması lazım bildi və hər 
bir insana təlqin olundu ki, o, hazırlanmıĢlardan birini icra etsin ki, 
onlardan bəziləri baĢqalarının köməyi ilə faydalansın, çünki sənətlər 
çox hallarda bir-birindən asılıdır. 
Belə  bir  quruluĢda  insanlar  bir-biriylə  səhrada  belə 
görüĢsələr,  yenə  də  istidən,  soyuqdan,  küləkdan  və  yağıĢdan 
sığınacaq  tapa  bilərlər.  Əgər  onlar  çadırlarda  və  ya  onlara  bənzər 
yerlərdə  gizlənsələr  belə,  yenə  də  quldurlar  və  düĢmənlərin 
hiyləsindən  mühafizə  oluna  bilməzlər  və  əgər  onlar  yalnız divar  və 
qapılarla  kifayətlənərlərsə,  onda,  divarları  olmayan  kəndlərdə 
göründüyü  kimi,  onlar  özlərini  canilərin  hücumundan  xilas  edə 
bilməzlər. 
Allah Təala insanlara divar, xəndək və hasar tikməyi təlqin 
edib.  Beləliklə,  Ģəhərlər,  kəndlər  və  mənzillər  əmələ  gəldi.  Və 
keçmiĢin  padĢahları  müdrik  adamların  məsləhətiylə  özləri  üçün 
ölkədə  ən  yaxĢı  vilayəti,  bu  vilayətdə  ən  yaxĢı  yeri  və  bu  yerdə, 
dəniz  və  çay  sahilində,  dağlarda  və  Ģimal  küləyindən  qorunan 
mahalı  seçirdilər.  Onlar  Ģəhər  ətrafına  möhkəm  divar  çəkir, 
divarların  içində  çoxlu  qapı-darvazalar  açırdılar  ki,  insanlar  gediĢ-
gəliĢ  vaxtı  toplaĢmasın.  ġəhərlərin  ən  yaxĢı  məhəllələrində  hakim 
üçün  məclislər,  adi  və  cümə  məscidlər,  bazarlar,  karvansaralar  və 
hamamlar  üçün  yer  ayırırdılar.  BaĢqa  yerləri  isə  insanların  evləri 
üçün saxlayırdılar, 
Böyük hökmdarlar tikdiyi binaların məhz belə görkəmi var 
və  bu  yerlərin  sakinləri  xeyirxah,  xoĢ-xasiyyət,  sağlamfikir  və 
olduqca 
qanacaqlıdır. 
BaĢqalarına; 
dəyləmilərə, 
kürdlərə, 
türkmənlərə  və  dəniz  əhlinə  gəldikdə  isə  onların  yaĢayıĢ  yerləri 
bambaĢqadır,  bunlar  pis  xasiyyətli,  ağıldan  kasıb  və  görkəmləri 
yaraĢıqsızdır. 


 
Sonralar bu Ģəhərlərin əhalisi qəĢəng və gözəl binalar tikdi, 
müdrik  adamlar  da  onlar  üçün  əcaib  tilsimlər  yaratdılar.  Oralarda 
mədənlər,  bağlar  əmələ  gəldi,  heyvanlar  artdı  və  insanlar 
cəmiyyətləri  təĢkil  olundu  və  bunlar  Uca  Allahın  mərhəməti  və 
gözəl köməyi ilə elm və sənətkarlıqda öz taylarına üstün gəldilər. 
 
TƏKRAR İSTEHSAL HAQQINDA FƏSİL 
 
Minerallara  gəldikdə  deməliyəm  ki,  qızıl  qumsal 
torpaqlarda  və  yumĢaq  dağlarda,  gümüĢ,  mis  və  dəmir  -  yumĢaq 
torpaqla  qarıĢmıĢ  daĢlarda,  kükürd  -  vulkan  torpağında,  civə  - 
rütubətli  torpaqda  əmələ  gəlir.  Duz  yalnız  duzlaqlarda,  zəy  və 
kuporos - acı torpaqlarda, qatran və neft isə yağlı torpaqlarda çökür. 
Bitkilərə  gəldikdə  deməliyəm  ki,  xurma  və  banan  yalnız 
isti havalı ölkələrdə bitir. Utruc, turĢ portağal və limon da həmçinin. 
Qoz, badam və püstə soyuq  yerlərdə bitirlər, qamıĢ - çay sahilində, 
çinar  və  muqilan  isə  çöllərdə  bitir.  Mixək  hind  adalarında  bitir, 
kokos qozu, istiot və zəncəfil - Hindistanda, hind palıdı, abnos ağacı 
və  sarı  ağac  -  Yəməndə,  zəfəran  -  Rudravərddə,  ətirli  qamıĢ  - 
Nahavənddə, naz isə Xorasanda bitir. 
Heyvanlara  gəldikdə  deməliyəm  ki,  fillər  yalnız  Cənub 
dənizlərin  adalarında  törənir.  Fillər  baĢqa  ölkələrə  nisbətən 
Hindistanda  daha  çox  yaĢayırlar  və  onların  diĢləri  Hindistan 
fillərinin diĢləri kimi o qədər də böyük deyil. Zürafələr HəbəĢistanda 
var,  öküzlər  -  isti  ölkələrdə,  çayların  sahillərində  yaĢayır.  Samur, 
sincab  və  keyiklər  –  Ģimal  -  Ģərq  ölkələrində,  Ģahinlər  və  qartallar 
yalnız  uca  dağların  zirvələrində  balalayır;  dəvəquĢu  və  kata  - 
səhralarda,  suda  üzən      quĢlar  -  çay  sahillərində  və  bataqlıqlarda,    
göyərçin və sərçələr - yaĢayıĢ məntəqələrində,  bülbül və torağaylar 
- bağlarda yaĢayır. 
Bunlar ən çox yayılanlardır. 
 
İQLİMLƏRƏ AYIRMA HAQQINDA FƏSİL 
 
Bil  ki,  səma  ekvatorunun  dairəsi  Yer  kürəsini  iki  hissəyə 
bölür, birisinin adı cənub, ikincisinin – Ģimaldır. Əgər fərz etsək ki, 
dairə ekvatorun hər iki 10 qütbü üzərindən keçib Yer kürəsini kəsib 
keçir,  onda  Yer  kürəsi  dörd  rüb  olur:  iki  cənub  rübü  və  iki  Ģimal 
rübü. 

10 
 
Əlçatan  Ģimal  və  məskun  olunmuĢ  rübə  dənizlər,  adalar, 
çaylar,  dağlar,  çöllər,  Ģəhərlər  və  kəndlər  daxildir.  Qalan,  ġimal 
qütbünə yaxın hissəsi, Ģiddətli soyuqlar və qarın çoxluğundan qeyri-
məskundur.  Bu  məskun  olunmuĢ  rübü  yeddi  hissəyə  böldülər.  Hər 
bir  hissənin  adı  «iqlim»dir  və  hər  bir  iqlimin  uzunluğu  qərbədir, 
enliyi də cənubdan Ģimaladır. 
Ən uzun və ən geniĢ iqlim birinci iqlimdir. Onun uzunluğu 
üç min fərsaha (fərsah - 6 – 7 km - dir), enliyi isə yüz  əlli fərsaha 
yaxındır.  Ġqimlərin  uzununa  və  eninə  ən  gödəyi  yeddinci  iqlimdir. 
Onun  uzunluğu  -  min  beĢ  yüz  fərsaha,  enliyi  isə  əlli  fərsaha 
yaxındır.  BaĢqa  iqlimlərə  gəldikdə  isə,  onların  uzunluqları  və 
enlikləri müxtəlifdir. 
ġimalda,  Bənət  ən  -  NəĢ  orbiti  altında  yerləĢən  yeddinci 
iqlimdən  o  yana,  Ģiddətli  soyuqlara  görə,  heç  bir  sanlı  məxluq 
dünyaya  gəlmir  və heç  bir  bitki  yoxdur,  çünki  orada altı  ay  qıĢdır, 
zülmətdir və suyun özü belə donur. 
Əks  tərəfdə,  cənubda  Süheyl  ulduzunun  orbiti altında, altı 
ay  yay  və  gündüz  olur, hava  çox  qızır  və  samum  yelinə  çevrilir  və 
bu yel diri nə varsa və bitkiləri yandırıb kül edir. 
Qərbə gəldikdə deməliyəm ki, Muhit («Əhatə edən») dənizi 
orada  yaĢamağı  qeyri-mümkün  edir.  ġərqə  gəldikdə  isə,  oraya 
dağlara və dənizlərə görə daxil olmaq mümkün deyil. 
Ġnsanlar da bu yeddi iqlimlərdə yaĢayırlar. 
 
 
 

11 
 
BİRİNCİ İQLİM 
 
Onun  cənub  hissəsi  zəncilərə,  nubilərə  və  HəbəĢlərə 
yanaĢıdır,  Ģimal  hissəsi  isə  ikinci  iqlimlə  həmsərhəddir.  Bu  iqlim, 
gecə - gündüzün bərabərliyində günorta vaxtı kölgənin uzunluğu bir 
qədəm  (addım),  qədəmin  yarısını,  onda    birini  və  on  altıda  birini 
təĢkil  edən  yerdən  baĢlanır.  Onun  axırı  gecə  -  gündüzün 
bərabərliyində kölgə iki qədəm və qədəmin beĢdə üçünü təĢkil edən 
yerdədir.  O,  MəĢriqin  ən  uzaq  yerlərində,  Çin  ölkəsindən  baĢlayıb, 
Çinin  cənubuyla  həmsərhəd  olan  yerlərdən,  Sərəndib      adasından, 
Hindin  cənubunda  olan  dəniz  sahilindən,  dənizin  özündən  keçib, 
Ərəb  yarımadasına tərəf  uzanır,  Qulzum  dənizindən     keçib  HəbəĢ 
ölkəsinə  tərəf,  Misrin  Nil  çayını  aĢır  və  Yəmən  ölkəsini  keçib 
Məqrib dənizi tərəfə uzanır. Yəmən torpaqlarının ortasında Səna və 
Hədrəmaut  yerləĢirlər.  Ġqlimin  cənub  tərəfi  Ədən  torpağındadır, 
Ģimalla  həmsərhəd  olan  hissəsi  isə,  yəni  Tihama,  Məkkənin 
yaxınlığındadır. 
Ġqlimin  ən  uzun  günü,  onun  baĢlandığı  yerdə  on  iki  saat 
yarımdır, ortasında - on üç saatdır, axırında isə on üç saat və on beĢ 
dəqiqədir. 
ġərqdən  qərbə  onun  uzunluğu  doqquz  min  yeddi  yüz 
yetmiĢ  iki  mil
*
  və  qırx  bir  dəqiqədir. Enliyi  -  dörd  yüz  qırx  iki  mil 
iyirmi iki dəqiqə (və qırx saniyə)dir. 
Ġqlimin  daxilində  yerləĢən  ölkələr  (və  baĢqa  məntəqələrə) 
gəldikdə, biz onlar haqqında (ərəb) əlifba sırasıyla danıĢacağıq. 
(1) İRƏM ZAT ƏL-İMAD Sənayla hədrəmautun arasında 
(yerləĢir).  Ad  oğlu  ġəddadın
1
  tikintilərindəndir.  O  onu,  Cənnətə 
bənzər,  qızıl,  gümüĢ  və  qiymətli  daĢ-qaĢlardan  tikib.  Bu  Ģəhərin 
uzunluğu  on  iki  fərsahdır.  Enliyi  də  bu  qədərdir.  ġəddad  onun 
dövrəsinə hündür  divar  çəkmiĢ  və  içərisində  üç min  saray  tikiĢdir. 
Bu  sarayların  iç  və  bayır  divarlarını  müxtəlif  qiymətli  daĢlarla  - 
mirvari, yaqut və zümrüdlə bəzədi. O, (Ģəhərin) yanına çayın axarını 
yaxınlaĢdırdı: qırx fərsah bu axarı yerin altıyla çəkib axırını Ģəhərin 
içində üzə çıxartdı. sonra (bu) çayın sahilində, müəyyən bir yerdə o, 
özü üçün baĢqa saraylardan hündür olan əlçatmaz bir qəsr tikdirdi. 
Evlərin və divarların hündürlüyünü o, üç yüz dirsəyə qədər qaldırdı. 
                                                             
*
    Mil  dörd  min  dirsəyə,  fərsahın  üçdə  birinə  və  ya  kəsirləri  ataraq,  iki  kilometrə 
bərabərdir. 

12 
 
O,  bu  (Ģəhəri)  beĢ  yüz  il  ərzində  tikdirdi.  ĠnĢaat iĢlərini  bitirdikdən 
sonra o, qoĢunları ilə Ģəhərə yaxĢılaĢmaq istədi. Amma Ģəhərə çata-
çatmaya  göylərdən  gurultulu  bir  səs  gəldi:  ġəddad  və  onun 
yoldaĢları  öldülər  və  (Ģəhərdə)  bir  adam  da  olsun  qalmadı. 
Müaviyənin
2
 vaxtında bu Ģəhərə yalnız bir adam, Əbdulla ibn Kilaba 
adlı birisi daxil oldu. Bu Ģəhərə yol tapmaq belə qeyri-mümkündür. 
(2)  BUCA
*
  -  Ayzabın  yuxarı,  qərb tərəf, hissəsiylə  yanaĢı 
olan  ölkədir.  Onun  əhalisini  həbəĢlərin  bir  cinsi  təĢkil  edir.  Orada 
baĢqa  ölkələrə  ixrac  olunan  zümrüdün  mədənləri  var.  Zümrüdün 
yataqları dağlardadır. (Bu ölkənin) zümrüdü baĢqa zümrüdlərdən ən 
yaxĢısıdır.  O,  çuğundur  (yarpağı)  rəngindədir,  yaĢıldır  və  rütubəti
1
 
çoxdur. 
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə