Yərmukdakı qəhrəmanlıq nümunələri:
İkrimə ibn Əbu Cəhl (radıyallahu anhu) Yərmuk döyüşü olan
gündə ayağa qalxaraq dedi: Mən (İslamı qəbul etmədən öncə)
Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qarşı bir çox yerlərdə
döyüşmüşəm. İndi sizin (bizansların) qarşınızdanmı qaçacam?!"
Sonra uca səslə: "Ölümə imza atmaq istəyən kimdir" – deyərək haray
çəkdi. Əmisi əl-Haris ibn Hişam, Dirar ibn əl-Əzvər və onlarla
bərabər müsəlmanların dörd yüz süvarisi ona qoşuldu və şiddətli
döyüş apardılar. Onların çoxu bu döyüşdə şəhid oldu.
Tarixçilər deyirlər ki, onlar döyüşü bitirdikdə su istədilər.
Suyu götürən hər bir döyüşçü öz qardaşını özündən önəmli sayaraq
suyu içmədən qardaşına ötürürdü. Belə olduğu halda onların heç
biri də su içmədi və hamısı həlak oldu.
Müsəlmanlar Yuhənna kilsəsini tutdular. Onu iki yerə bölüb
yarısını məscid, yarısını isə kilsə kimi saxladılar. Həmin məscid bu
gün Dəməşq məscidi adlanır.
36
36
Təbərinin "Tarix", İbn Kəsirin "əl-Bidayə və-n-Nihayə" kitabı. Hicrətin 13-cü
ilində baş
verən hadisələr.