Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə61/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   57   58   59   60   61   62   63   64   ...   100
Siyasetname

Hekayət. Səd ibn Vəqqasıır
223
(allah ona rəhmət eləsin) dövründə 
Bağdad, Vasit, Ənbar, Xuzistan, Bəsrəyə baxan bir yəhudi amil var idi. Bir gün bu 
yerlərin əhalisi Əmirəlmöminin Ömərə (allah ondan razı olsun) ərizə yazıb bu 
amildən Ģikayət etdilər. Dedilər: "O vəzifəsini bəhanə edərək bizi incidir, bizi ələ 
salır, adam yerinə qoymur. Artıq dözməyə taqətimiz qalmamıĢdır. Olmaz ki, bizim 
üzərimizə bir müsəlman amili təyin edəsiniz həmdin olduğumuz üçün qanunsuzluq 
edib bizi incitməsin. Əgər bunun əksini etsə, yenə də müsəlmandan təhqir və 
istehza eĢitmək yəhudidən yaxĢıdır." 
Əmirəlmöminin bu ərizəni oxucaq dərhal dedi:"Yəhudinin yer üzərində 
səlamət yaĢaması bəs deyil ki, hələ bir müsəlmanlar üzərində ağalıq edib onlara 
əziyyət də verir." 
Dərhal əmr etdi, Sədi ibn Vəqqasa məktub yazsınlar ki, o yəhudini iĢdən 
götürüb yerinə bir müsəlman təyin etsin. 
Sədi ibn Vəqqas məktubu oxucaq dərhal bir atlı göndərdi ki, bu yəhudi 
harada olsa, Kufəyə gətirsin. BaĢqa süvariləri də göndərdi ki, Əcəm vilayətində nə 
qədər müsəlman amil varsa, yığıb Kufəyə gətirsinlər. Yəhudini və baĢqa amilləri 
topladıqdan sonra məlum oldu ki, heç bir ərəb bu iĢi bilmir, ərəb olmayan 
müsəlmanlar içərisində də elə bir amil tapılmadı ki, yəhudidə olan bacarıq və 
qabiliyyət onda olsun. Heç kəs maliyyə iĢini onun qədər bilmirdi, gümüĢ hasil 
etməyi, adam tanımağı, mədaxili, məxarici hesablamağı bacarmırdı. Sədi ibn 
Vəqqas nə edəcəyini bilmədi, yəhudini öz vəzifəsində saxlamağa məcbur oldu. 
Əmirəlmöminə belə bir məktub yazdı:"Yəhudini gətirtdim, ərəblərdən heç kəs 
maliyyə və təsərrüfat iĢini bu yəhudi qədər bilmədi, iĢin xatiri üçün onu
vəzifəsində saxlamağa məcbur oldum". 
Məktub əmirəlmömininə çatdıqda oxuyub qəzəbləndi və dedi: "Bu çox 
qəribədir, ixtiyarıma qarĢı ixtiyar, məsləhətimə qarĢı məsləhət çıxarırlar." Qələmi 
götürüb məktubun üzərində yazdı. "Yəhudi öldü". Haman məktubu yenə Sədi ibn 
Vəqqasa göndərdi, mənası bu idi ki, "Ġnsan ölə bilər. Amilin iĢdən çıxarılması 


124 
ölümdür. Amil ölsə, ya onu vəzifədən çıxarsalar, iĢ bundan axsamamalı, bu vəzilə 
dərhal baĢqasına tapĢırılmalıdır. Nə üçün belə acizlik və iradəsizlik göstərirsən? 
Fərz et ki, bu yəhudi ölmüĢdür." Məktub Sədə çatcaq, dərhal yəhudini haman iĢdən 
götürdü, o vəzifəyə bir müsəlman göndərdi. Bir il keçdikdən sonra gördülər ki, 
müsəlman bu iĢi daha yaxĢı yerinə yetirir, həm pul var, həm camaat razıdır, həm 
məhsul boldur, həm də ölkə abad. Sonra Sədi ibn Vəqqas ərəb əmirlərinə 
dedi:"Əmirəlmöminin Ömər böyük Ģəxsiyyətdir, biz o yəhudi haqqında uzun bir 
sicilləmə yazdıq, o iki kəlmə ilə cavab verdi, o deyən kimi də oldu." 
Ġki adam iki söz demiĢdir, hər ikisi bəyənilmiĢdir, qiyamətədək ərəb və 
əcəmdə o məsəl olaraq qalaracaqdır. Biri odur ki, Əbubəkr (allah ondan razı olsun) 
Məhəmməd s.ə.və s. ölərkən minbərdən demiĢdir: "Kim Məhəmməd üçün ibadət 
edirdisə, Məhəmməd ölübdür, kim Məhəmmədin allahına ibadət edirdisə, 
Məhəmməd onlar üçün sağdır.,, Təfsiri belədir: "Məhəmmədə sitayiĢ edirdinizsə, o 
öldü. Məhəmmədin allahına sitayiĢ edirdinizsə, o ölməyib və ölməyəcəkdir. Bu söz 
müsəlmanların xoĢuna gəldi, ərəblərdə məsəl oldu. Biri də odur ki, Ömər ( allah 
ondan razı olsun) demiĢdir:" Yəhudi öldü,,. 
ĠĢini yaxĢı bilən, lakin əliuzunluq edən, ya bədməslək olan bir amili 
vəzifədən götürmək istədikdə deyərlər:" Yəhudi öldü". 
Qayıdaq mətləb üstünə. Dedik ki, amillər və onların iĢi vəzirə aiddir.
YaxĢı vəzir Ģahın adını yaxĢıya çıxarar, ona yaxĢı xasiyyətlər aĢılayır. Adları 
qiyamətə qədər yaxĢılıqla çəkiləcək bütün böyük Ģahlar o Ģahlardır ki, yaxĢı 
vəzirləri olmuĢdur. Peyğəmbərlər də belədir: Süleyman ə.s.-ın Asəf bine Bərxiyası; 
Musa ə.s.-ın Harun ə.s. kimi qardaĢı, Ġsa ə.s.-ın ġəmuni, Mustafa ə.s. və s.-ın 
Əbubəkr-sədiqi (allah ondan razı olsun) padĢahlardan: Keyxosrovun-Güdərz; 
Mənuçöhrin-Sam; Əfrasiyabın-Piranu Veysə; GəĢtasibin-Camasi; Rüstəmin-
Zivade; Bəhram Gurun-Xorderuz; NuĢirəvanın-Büzürcmehr; Bəni Əbbas 
xəlifələrinin-bərməkilər: samanilərin-bələmilər: Sultan Mahmudun-Əhməd ibn 
Həsən; Fəxdəddövlənin-Sahib Ġsmayıl bin Əbdad; Sultan Toğrulun Əbu Nəsr 
Kəndəri, Alp Arslan və MəlikĢahın- Nizamülmülk kimi vəzirləri var idi. Belələri 
çoxdur. 
Lakin vəzir xeyirməslək, hənəfi, ya Ģafeiməzhəb, mömin, ləyaqətli, 
maliyyəĢünas, səxavətli, padĢahpərəst olmalıdır. Əgər vəziroğlu olsa daha yaxĢı 
olar. ƏrdəĢir Babəkandan baĢlamıĢ əcəm Ģahlarının axırıncısı olan Yəzdgürdün 
dövrünə qədər Ģah oğlu Ģah ola bildiyi kimi, vəzir oğlu da vəzir olmalı idi. ġahlıq 
əcəmlərin əlindən çıxdıqda vəzarət də vəzirlər ailəsinin əlindən çıxdı. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin