100
gün onlan nəzarət altında saxlasın; çünki onlar əksər halda tamahkar, boĢxasiyyət
olar, qızıla aldanarlar.
Onların arasında yabancı gördükdə kim olduğunu öyrənmək lazımdır.
Hər gecə növbəyə gəldikdə gözdən keçirmək lazımdır. Nə gecə, nə
gündüz bu iĢdə sayıqlığı itirmək olmaz. Bu vəzifə çox incə və məsuliyyətlidir.
Otuz beşinci fəsil
ġAHLARDA YAXġI SÜFRƏ AÇMAQ
QAYDALARI HAQQINDA
YaxĢı süfrə açmaq haqqında Ģahlar həmiĢə səhərdən tədbir görməlidirlər
ki, səhər xidmətə gələnlər orada bir Ģey yesinlər. Əgər saray adamlarının səhər
yeməyə meyli olmasa, sonra vaxtı gəldikdə onlar üçün açılmıĢ bu süfrədən yeməyə
ehtiyat etməzlər. Hər halda, səhər süfrəsi açmaq zəruridir.
Sultan Toğrul
141
hər səhər süfrə açdırar, cürbəcür ləzzətli və təmiz
xörəklər hazırlatdırardı, mümkün qədər bol və yaxĢı olmasını tapĢırardı. Ata minib
gəzinti və ya ova çıxdıqda elə xörəklər hazırlatdırıb səhraya göndərərdi ki, bütün
əmirlər, əyan-əĢraf, qara camaat təəccüb edərdilər.
Türküstan xanlarının hamısında belə bir adət vardır: onlar mətbəxdə çox
xörək biĢirtdirərlər ki, xidmətçilər də yesinlər, dövlətin də süfrəsi bərəkətli olsun.
Biz Səmərqənd və Yüzkəndə
142
getdikdə eĢitdik, sözgəzdirənlər çikilli və
mavərənnəhrlilərin adından danıĢırlar ki, guya onlar həmiĢə deyirmiĢlər: "Sultanın
gəlib getdiyi bu müddətdə biz bir dəfə də olsun onun süfrəsindən bir tikə çörək
yemədik'".
Hər kəsin əliaçıqlığı və səxavəti onun ağalığına müvafiq olmalıdır. Sultan
dünyanın ağası və zamanın Ģahları ona tabe olduğundan gərək onun süfrəsi,
əliaçıqlıq və səxavəti, bəxĢiĢ və xələti öz ağalığına müvafiq olsun, özündən əvvəlki
Ģahların hamısından daha dəbdəbəli, daha təmtəraqlı çıxsın. Rəvayətdə deyilmiĢdir
ki, çörək süfrəsini xalq üzünə açıq saxlayan hökmdarın ömrü uzun, dövləti
möhkəm, ölkəsi abad olar.
Dostları ilə paylaş: