Əxlaq fəlsəfəsi
Hər şeydən əvvəl qeyd edilməlidir ki, əxlaqı fəlsəfənin bir məsələsi kimi müzakirə obyektinə çevirən ilk İslam filosofu Kindidir. Lakin, onun əxlaq düşüncəsi özlüyündə əxlaq fəlsəfəsi baxımdan çox məhdud yanaşmaları ehtiva edir. Kindi əxlaq ilə əlaqədar cəmi dörd əsər qələmə almışdır. Amma həmin əsərlərdən, sadəcə, biri günümüzədək gəlib çatmışdır. Nəzərdə tutulan əsərin adı “Risalə filhilə li dəf`il-əhzan”dır (“Məyusluqdan xilas olmanın üsulları”). Bununla yanaşı, filosofun fəlsəfə-əxlaq münasibətləri, əxlaqi fəzilətlər və ruhu təmizləmə yollarına dair görüşlərinə “Təriflər haqqında” və “Nəfs haqqında” adlı əsərlərində də rast gəlmək mümkündür.
Kindiyə görə, fəlsəfənin praktiki həyatdakı faydası insana fəzilətli davranışları qazandırmasıdır. Biz bunu Kindinin fəlsəfə ilə bağlı bəzi təriflərində də görə bilərik. Belə ki, filosofa görə, fəlsəfə “insanın gücü yetdiyi qədər Tanrının feillərinə bənzəməsidir”. Bu tərifdən çıxan nəticəyə görə, fəlsəfədə əsas məqsəd insanın fəzilətlərə, yüksək əxlaqi keyfiyyət və məziyyətlərə malik olmasıdır. Belə olduğu halda, əxlaq fəlsəfənin əsas qayəsidir. Başqa bir fəlsəfə tərifində isə filosof deyir: “Fəlsəfə ölməyi üstün tutmaqdır”. Burada əsas məqsəd insanın həyatda ikən nəfsinin ifrat dərəcədəki istək və arzularını öldürməsidir. Nəticə etibarilə fəzilətlərə və yüksək əxlaqi keyfiyyətlərə gedən yol insanın nəfsini ifrat arzulardan qoruyaraq öldürməsindən keçir.
Son 150 ildə Kindi haqqında aparılan elmi araşdırmalar onu göstərir ki, Kindi orta əsrlərdə Avropada latın və ibrani dillərinə tərcümə olunmuş əsərləri ilə tanınıb. Kindinin on yeddi əsəri latın, dördü ibrani, müasir dövrdə isə əsərlərindən beşi alman, dördü italyan, ikisi ingilis və fransız dillərinə tərcümə edilib. Əslində Kindi riyaziyyatdan musiqiyə, fizikadan metafizikaya qədər hər sahədə əsərlər yazmış bir filosofdur. Onun çox məhsuldar yazı həyatının məhsulu olan 241 əsəri var. Onlardan 22-si fəlsəfə, 20-si məntiq, 7-si musiqi, 29-u astrologiya, 23-ü həndəsə, 12-si siyasət, 10-u meteorologiya, 16-sı astronomiya, 22-si tibb, 17-si polemik, 5-i psixologiya, 50-si digər sahələr üzrədir.
Son 150 ildə Kindi haqqında aparılan elmi araşdırmalar onu göstərir ki, Kindi orta əsrlərdə Avropada latın və ibrani dillərinə tərcümə olunmuş əsərləri ilə tanınıb. Kindinin on yeddi əsəri latın, dördü ibrani, müasir dövrdə isə əsərlərindən beşi alman, dördü italyan, ikisi ingilis və fransız dillərinə tərcümə edilib.
Dostları ilə paylaş: |