ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə4/12
tarix15.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
42 
1.4.  HÜSEYN  CAVİDİN  SƏNƏTKAR  ŞƏXSİYYƏTİ 
VƏ ƏDƏBİ MÖVQEYİNİN YENİ ELMİ AÇIMI 
 
Hüseyn  Cavid  də  Cəlil  Məmmədquluzadə,  Mirzə  Ələkbər 
Sabir,  Əbdürrəhimbəy  Haqverdiyev, Məhəmməd  Hadi  və başqa 
müasirləri  kimi  özünü  aydın  və  sərbəst  ifadə  edən  dahi  idi.  Bu 
cür özünüifadəetmə poetizmi ədəbiyyatın aydınlığı və sərbəstliyi 
demək idi.  
Ümumtürk  xalq  müdrikliyinin  və  bütün  ruhani-mənəvi 
aləmlərin  kəhkəşanında  Hüseyn  Cavid  bənzəri  olmayan  ulduz-
lardandır. O, həyatın və cəmiyyətin ictimai-siyasi, mənəvi-əxlaqi 
məzmununu,  faciələri,  milli  və  bəşəri  gerçəklikləri  ən  dramatik 
və ciddi, prinsipial sənətkar mövqeyindən qələmə alırdı.  
XX  əsr  Hüseyn  Cavidə  müxtəlif  rəngli  yanaşmalar-müna-
sibətlər əsri kimi də xarakterik oldu. İllər müxtəlif təzahürlər bu-
rulğanına qapılmış və gerçək olana yalan, yalan olana gerçək il-
luziyası geyindirmə taktikası üstündə qurulan  bolşevik-kommu-
nist hakimiyyəti çarizmin müstəmləkəçilik siyasətinin yeni, daha 
qırmızı  forması  idi;  milli  yazıçılara  da  bu  nəzərdən  yanaşılır, 
onlara  qarşı  düşmənçilik  siyasətləri  də  bu  qırmızı  rəngin  tələb-
ləri  üzərində  hökm  sürürdü.  Milli  ədəbiyyatlara,  o  cümlədən 
Mirzə  Cəlil,  Sabir  və  Hüseyn  Cavidə  qarşı  sərt  siyasi  təzyiqlər 
qorxu və hiylə taktikası üzərində qurulurdu.  
XX  yüzillikdə  Cavidə 20-30-cu illər  münasibəti  ilə  50-60-cı, 
habelə  70-ci  illər  yanaşma-münasibətlər  arasında  bir  bənzəyiş  var-
dır. Hər iki halda Hüseyn Cavid sənətinin məzmun və idaya, poe-
tika strukturu dərk edilməmiş, ona münasibət onu təqdimetmə 
mahiyyəti  daşımış  və  bu  müstəvidə  ona  eyiblər  qoşulmuşdur. 
Müəlliflər  məlum  qəliblərdən  çıxış  etməklə  kifayətlənmiş,  sa-
dəcə olaraq, onun adının möhtəşəmliyindən kənarda qalmışlar. 
Birinci  halda  proletar-bolşevik  mübəlliğləri  20-30-cu 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
43 
illərdə  onun  yaradıcılıq  poetikasını,  sənətkarlıq  sirlərini,  milli-
bəşəri  böyüklüyünü  anlamamış,  əsərlərinin  mövzu  və  ideyasın-
dan vahiməyə düşmüşlər.  
İkinci  halda  50-60-cı  illərdə  Caviddən  bəraət  almış  bir 
şəxs kimi söz açılmış, seçilmiş əsərləri çap edilmişdir. Məmməd 
Cəfərin  (2;  3),  Məsud  Əlioğlunun  (4)  tədqiqləri  nisbətən  də-
rinliyə getmək meyli üstündə köklənmişdir. Lakin Məmməd Cə-
fər prinsipcə prinitiv və yanlış sovet təsəvvürünü, necə deyərlər, 
müdafiə etmiş, 30-cu illər yanaşmalarında olduğu kimi, 30-40 il-
dən sonra da o ənənəni, necə deyərlər, davam etdirmiş, Caviddə 
qüsurlar, nöqsanlar da axtarmışdır.  
Bu  tərz  axtarış  56-cı  il  bəraətindən  sora,  50-ci  illərin 
axırlarında,  60-70-ci  illərdə  Cavidə  qeyri-səmimi  yanaşmanın 
yeniləşmiş başqa bir tipi idi. Təqdimlərin formal tipi belə idi: O, 
böyük  şair  idi,  ancaq...  O,  sənətkardır,  ancaq  romantikdir, 
dahi  deyil  və  s.  Yəni  tədqiqlərin,  Caviddən  bəhs  etmənin  düs-
turu, məntiqi belə idi. 
Hüseyn Cavidə münasibət və yanaşmanın metodoloji məz-
mun istiqamətlərini bu cür də təsnif edə bilərik: 
Birincisi,  ədəbiyyatşünaslıq  Cavidə  (habelə  digər  məslək-
daşlarına)  onun  öz  sənətinin-poetikasının  dahiliyi  mərtəbəsin-
dən,  ümumən,  Böyük  Ədəbiyyat  kontekstindən  deyil,  əksinə 
totalitar  rejimin  səviyyəsinə  uyğun  olan  dayaz  məntiqdən,  bəsit 
və birtərəfli anlayış və təsəvvürdən yanaşmışlar;  
İkincisi, bir az da konkret desək, Cavidə Cavid Romantiz-
mindən deyil, Realizm çərçivəsindən səciyyələr verməyə üstün-
lük vermişlər.  
Üçüncü  –  yəni  son  mərhələdə  bir  qayda  olaraq,  onun  adı 
çəkilmiş,  represiyaya  uğradığı  göstərilmiş,  əsərlərinin  adları 
sadalanmış, mövzuları yad edilmişdir; 
Dördüncüsü – daha bir hal: Son zamanlar Hüseyn Cavidin 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
44 
adından  «xaltura»  edənlər  də  tapıldı.  Bəziləri  isə  onun  haqqıda 
bugünədək  yazılmış  əsərlərdəki  fikir  və  yanaşmaları,  məlumat-
ları, hətta cümlələri belə öz adına yazmış, plagiatlıq etmişlər.  
Hüseyn  Cavid  haqqında  danışmaq  üçün  gərək  Böyük 
Ədəbiyyatın həm klassik böyüklüyündən, həm də bu böyük-
lüyü ifadə edən söz poetizmindən, ictimai-siyasi, milli-bəşəri 
gerçəkliyin ideoloji mahiyyətindən, ədəbiyyat gerçəkliklərin-
dən  baş  aça  biləsən.  Çünki  “Azərbaycan  poeziyasında  fəlsəfi 
lirikanın  təkrarsız  nümunələrini  yaradan  Cavid  ümumbəşəri 
problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciə-
ləri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir 
mərhələ  açmışdır.  Milli  bədii  düşüncə  tarixini  mövzu  baxımın-
dan  və  bir-birindən  parlaq  xarakterlərlə  zənginləşdirən  Hüseyn 
Cavid  sənətkar  şəxsiyyətinin  bütövlüyünü  nümyiş  etdirən  ibrə-
tamiz həyat yolu keçmişdir” (1 ).  
Və  Hüseyn  Cavid  bütün  hallarda  milli-mənəvi,  milli-
ruhani  gerçəkliyin  ifadə  poetikasını,  üslub  möhtəşəmliyini 
nümayiş  etdirmişdir  və  bu  möhtəşəmlik  Böyük  ədəbiyyat 
aləminin  ümumbəşəri  ideallarına  xidmət  etmək  missiyasını 
yerinə yetirmək demək idi. 
Cavidə, ümumən, romantizmə sağlam  məntiqdən yanaşma 
tərzinə görə, Kamran Əliyevin «Hüseyn Cavid: həyat və yaradı-
cılığı» (Bakı, «Elm», 2008; bax: 10). monoqrafiyası çağdaş ədə-
biyyatşünaslıqda  böyük  sənətkara  münasibətin  yeni  meyllərin-
dən  biri  kimi,  xüsusi  elmi-poetik  və  nəzəri-metodoloji  xüsusiy-
yətlərə  malikdir.  Hər  şeydən  əvvəl,  qeyd  edək  ki,  XX  əsrin  ilk 
30-40  ili  ərzində  bütün  romantik  və  realist  məzmunlar  Hüseyn 
Cavidin  dühasının  işığında  aydın  göründü.  Cavidə  yanlış  mü-
nasibət  ücbatından  20-80-ci  illər  ədəbiyyatşınaslığı  özünü 
qaranlığa,  tutqunluğa  salmışdır.  Çünki  Ədəbiyyatda  realist 
və romantik hüdudlar, hədlər axtaranlar Cavidin yaradıcılı-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
45 
ğının möhətəşəm dərinliyni və genişliyini anlaya bilməzdilər.  
Ötən  yüzillikdə  Cavidə  qarşı  irəli  sürülən  ittiham  və  iradlar, 
böhtanlar  da  bu  anlamazlıqlardan  irəli  gəlirdi.  Əsr  sona  yetdikcə 
ədəbiyyatşünaslıq  özünün  qaranlıqlara  salınmış  aydınlıqlarını  an-
lamağa və onu aradan qaldırmağa çalışdımı? Əlbəttdə. Məsələn, bu 
sətirlərin  müəllifi  1989-cu  ildə  tamamladığı  “Yeni  dövr  (1800-
1920-ci  illər)  tənqidinin  ədəbiyyatşünaslıqda  öyrənilməsi  məsələ-
ləri”  adlı  monoqrafiyasında  romantizmə  və  romantik  sənətkarlara 
dair  tədqiqlərdə  yer  almış  qeyri-elmi  və  bəsirətsiz  münasibətlərin 
həm  ideya-estetik,  həm  də  sosioloji  təzahürlərini  açıqlayaraq 
qüsurların səbəblərini və mənbəyini səciyyələndirmişdir (bax: 11).  
Romantizmə  münasibətdə  Kamran  Əliyev  fərqli  mövqedən 
çıxış  etdi.  Kamran ötən əsrin  80-ci  illərindən-  elmi  axtarışlarının 
ilk  vaxtlarından  bəri  romantizmi  tədqiqat obyektinə  çevirmiş,  bu 
sahədə davamlı olaraq axtarışlar aparmış, bir sıra səciyyəvi təhlil-
təsniflər  vermişdir.  Onun  Hüseyn  Caviddən  bəhs  edən  mo-
noqrafiyası da bu axtarışların, elmi tədqiqlərin  məhsulu kimi üzə 
çıxdı.  Bu  həm  də  onunla  xarakterik  idi  ki,  ədəbiyyatşünaslıq 
Hüseyn  Cavidin  şəxsiyyətinə  və  ədəbi-ideloji  aydınlığına  doğru 
yeni  addımlar  atırdı.  Kamranın  da  romantizmə  dair tədqiqləri  bu 
aydınlığın  ifadəsi  baxımından  diqqətəlayiq  idi.  XX  əsrin  Azər-
baycan  romantiklərinin  ədəbi-nəzəri  görüşlərinin  tədqiqi  Kamra-
nın  ilk  axtarışlarının  obeykti  oldu.  Onun  XX  əsrin  sonunda  çap 
etdirdiyi «Hüseyn Cavidin şəxsiyyəti və poetikası» (1997), «Mir-
zə  Fətəlidən  Hüseyn  Cavidə»  (1998)  kitablarında  tədqiq  və  təh-
lillərin istinad nöqtəsi də Hüseyn Cavid idi. Çünki Hüseyn Cavid 
dedikdə, göz önünə XX əsr Azərbaycan Romantizminin rüknü, bu 
Romantizmin  ümümbəşəri  və  ümumdünya  ədəbiyyatı  üfüqləri 
üstündə əzəmətlə dayanan bir dahi gəlir. Elə bir dahi ki, onun söz 
aləmində  ədəbiyyatın  həm  klassik,  həm  də  müasir  məzmunu 
inikas  edirdi. Bu  mənada, XXI  əsrin  ilk  illərindən  Kamran  Əli-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
46 
yevin  Hüseyn  Cavidə  baxışlarının  yeni  struktur,  məzmun-mün-
dəricə sahələri üzə çıxdı. «Cavid möcüzəsi» (2002) kitabı işıq üzü 
gördü.  Bütün  bu  axtarışların  ümumi  kontekstində  o,  Azərbaycan 
Romantizminin  bədii  xüsusiyyətləri,  mövzu,  janr,  ideya,  ifadə 
məxsusluğuna dair «Azərbaycan romantizminin poetikası» (2002) 
monoqrafiyasını ədəbi-elmi ictimayyətin ixtiyarına verdi.  
Kamranın 2008-ci ildə nəşr olunan «Hüseyn Cavid: həyatı və 
yaradıcılığı» monoqrafiyası da elmi axtarışların ümumi kontekstin-
də  yeni elmi təsnif  və  yanaşmalarına görə uğurlu tədqiqat əsəridir. 
324 səhifəlik monoqrafiyada Hüseyn Cavidin həyatına, ədəbi yara-
dıcılıq yoluna, bədii mövqeyinə və sənətə-ədəbiyyata dair ideya-es-
tetik baxışlarına vulqar-sosioloji münasibətlərin – ittihamların siya-
si-sinfi rəngləri, ümumilikdə, böyük sənətkarın çoxnövlü və çoxşa-
xəli  əsərləri  ayrı-ayrı  hallarda,  konkret  və  yığcam  detallarla  təhlil 
edilir.  İlkin  səhifələrdə  tədqiqatçı,  Hüseyn  Cavid  və  Azərbaycan 
Romantizmi məsələsini dəyərləndirir, Cavidi “bütöv və qeyri-adi bir 
şəxsiyyət” adlandırır və belə bir cəhəti vurğulayır ki, “Hüseyn Cavi-
din  bədii  yaradıcılığı  da  sənətkarlıq-poetika  baxımından  bütöv  və 
qeyri-adi idi” (10, 7). Məhz bu möhtəşəmliyə görə Hüseyn Cavidsiz 
XX əsr romantizmi “yarımçıq” olar, özünün daha bir yeni poetikası-
nı, metodoloji sistemini yarada bilməzdi. Tədqiqatçı ikinci abzasda 
yazır  ki,  “böyük  fəlsəfi  düşüncəyə,  cahanşümul  idraka  sahib  olan 
Hüseyn Cavidin ədəbiyyatımızdakı, eyni zamanda dünya ədəbi pro-
sesindəki  mövqeyini  janrda,  mövzu  və  ideyada,  bədii  qəhrəmanda 
axtarmaq üçün elə birbaşa onun XX əsr Azərbaycan romantizmi ilə 
əlaqə və təmasının mahiyyətini bilmək lazımdır” (10, 7).  
Hüseyn Cavidlə XX əsrin əvvəllərində Azərbaycan romantiz-
mini formalaşdıran, romantizmin Poetika sistemini təsbit edən janr-
lar  gərək  idi;  tədqiqatçının  mülahizəsi  ilə  desək,  bunun  üçün  “janr 
və poetika baxımından seçilən, əvvəlkiləri təkrar etməyən nümunə-
lərə ehtiyac duyulur. Bəlkə, elə bu daxili ehtiyacın, yaxud da roman-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
47 
tizmin  sistemə  çevirilmək  zərurətinin  nəticəsi  olaraq,  Məhəmməd 
Hadi  yalnız ömrünün sonlarına  yaxın  “Əlvahi-intibah” poeması  ilə 
romantik şeiri  lirik poema  ilə əvəz edə bilmiş,  lakin nə qədər təəs-
süflü olsa da, həmin poema Hadi yaradıcılığının yeganə faktı olaraq 
qalmışdır” (10, səh. 8). Ümumdünya ədəbiyyatı poetikasında ədəbi 
prosesi,  bədii-petik  hərəkatı  səciyyələndirən  və  xarakterizə  edən 
janr  stixiyaları  olmuşdur;  ba  mənada,  “bütün  xalqların  ədəbiyya-
tında onun, ilk növbədə, özünəməxsus janr siması vardır” (10, səh. 
8). Tədqiqatçı, Hüseyn Cavidin janr seçimini də bu konstruktivizm-
lə  bağlayır,  onun  mənzum  faciələrini  romantizmin  metod  siması 
kimi  təzahür  etdiyinə  nəzərən,  bu  janrı  -  mənzum  faciəni  roman-
tizmi yaratmaq və ona qovuşmaq hadisəsi kimi səciyyələndirir.  
Kamran Hüseyn Cavidin faciə janrına münasibəti ilə antik 
dünyanın  Aristotel,  Esxil,  yeni  dünyanın  Nizami,  Füzuli  müs-
təvilərində tam bir bağlılıq görür, eyni zamanda romantik meto-
dun  mənbəyinin Esxildən, Elxilin  faciələrindən qaynaqlandığını 
göstərir  və  qeyd  edir  ki,  «Hüseyn  Cavid  antik  dövrün  kəşfi  və 
intibah  dövrünün  sığınacaq  yeri  olan  faciəni  Azərbaycan  klas-
sikasının romantik metodlarına malik poeziya ilə birləşdirdi. Da-
ha  geniş  mənada  isə  yalnız  Cavid  deyil,  bütövlükdə  XX  əsr 
Azərbaycan Romantizmi öz janr əsasını ayrıca götürülmüş faciə-
də,  yaxud  ayrıca  götürülmüş  poeziyada  deyil,  onların  birliyi  və 
vəhdətində – mənzum faciədə tapdı» (10, 9). 
Romantizmin yaradıcılıq imkanlarını genişləndirmək baxı-
mından Hüseyn Cavid ilə başqa romantiklər arasında fərqlər var 
idi.  Hər  şeydən  əvvəl,  tədqiqatçının  qeyd  etdiyi  kimi,  Məhəm-
məd  Hadi,  Abbas  Səhhət,  Abdulla  Şaiq  və  başqa  romantiklərin 
yaradıcılıqları  «romantizmi  tam  təsəvvür  etmək  imkanları  baxı-
mından yetərli deyildir» (10, 10). 
Nəyə görə? Çünki Hüseyn  Cavidədək  Azərbaycan roman-
tizmi, əsasən, lirik təsvir və tərənnüm poetizmi üzərində idi. Əs-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
48 
lində, ümumtürk, ümumşərq klassikasına XX əsrlə dörd müstəvi 
daxil oldu:  
1)  Cəlil  Məmmədquluzadə  müstəvisi  –  bu  hər  hansı  bir 
janr  müstəvisi  deyil,  bu,  ədəbiyyatın  yeni  nəfəsi,  yeni  səsi  və 
yeni məzmun-ideya aləmi, yeni ifadə, üsul-tərz sistematikası de-
məkdir; bədii ədəbiyyatın üst qatıdır;  
2)  Mirzə  Ələkbər  Sabir  müstəvisi;  –  bu,  şeirin  və  bədii 
ifadənin  yeni  simfoniyasıdır:  bu  simfoniyada  hər  yer  ağır  və 
acınacaqlı rənglərilə görünür; poeziyanın yeni Füzuli formasıdır; 
3)  Əbdürrəhim  bəy  Haqverdiyev  müstəvisi  –  bu,  bədii 
genişliyin təsvir və hərəkət səhnələrini canlanmaqdır; 
4) Hüseyn Cavid müstəvisi.  
Hər dörd müstəvi də ədəbiyyat və həqiqət, dünya və insan, 
cəmiyyət  və  həyat,  cəmiyyət  və  xalq  problemlərini,  bu  prob-
lemlərin  ümumbəşəri  və  ümummilli  məzmununu  əks  etdirmək 
proetizmini  ifadə  edirdi.  Sözsüz  ki,  bu  yazıçılar  arasında  zidiy-
yətlər axtaran və onu «kəşf» edən ədəbiyyatşünaslıq elmi-meto-
doloji,  poetik  təhlil-təfsir  vəzifəsini  yerinə  yetirə  bilmirdi.  Hər 
bir  yazıçı  istər Nəcəfbəy Vəzirov, Cəlil  Məmmədquluzadə,  Əb-
dürrəhimbəy  Haqverdiyev,  Nəriman  Nərimanov,  Yusif  Vəzir 
Çəmənzəmənli, istərsə də Məhəmməd Hadi, Abbas Səhhət, Ab-
dulla  Şaiq,  Hüseyn  Cavid  və  b.  eyni  missiyanı  yerinə  yetirirdi. 
Onlar  arasındakı  fərqlər,  xarakterik  əlamətlər  poetika  fərqləri, 
onların  bədii  fərdiyyətləri  idi.  Realizmlə  Romantizm  arasındakı 
fərqlər də poetika fərqləri deməkdir. 
Kamran Əliyevin şair-mütəfəkkir Hüseyn Cavid haqqındakı 
tədqiqi  böyük  sənətkara  münasibət-yanaşmanın  münasib  və  uy-
ğun  bir  poetikası  kimi  səciyyəvidir.  XX  əsr  Romantizminin  Hü-
seyn  Cavid  tərəfindən  təmin  olunan  janr  strukturu,  bədii  metod 
stilistikası və mövzu və məzmun müəyyənliyi öz-özlüyündə yeni 
qəhrəman və yeni poetika çalarlarını ortaya çıxarırdı və tədqiqat-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
49 
çının da qeyd etdiyi kimi, «yeni janr, yeni mövzu, yeni qəhrəman 
və  bütövlükdə  yeni  poetika  müəllifi  olan  Hüseyn  Cavid  XX  əsr 
Azərbaycan Romantizminin tarixi taleyidir» (10, səh. 10-11). 
Tədqiqatçı monoqrafiyada Hüseyn Cavidin yaradıcılıq yolu-
na  ardıcıl  münasibət  bəsləyir.  Burada,  ilkin  olaraq,  şəxsiyyət  və 
yaradıcılıq  bütövlüyü  meyarını  dəyərləndirir.  Cavid  haqqında  de-
yilmiş  fikirlərə  istinad  edərək,  böyük  sənətkarın  qazandığı  ehti-
ramı  yada  salır.  Məsələn,  hələ  ilk  kitabının  («Keçmiş  günlər”in) 
nəşrindən sonra Cavidi «Qafqazın ən dərin düşüncəli və incə duy-
ğulu  əməlpərvər,  həqiqi  şairi»  («Yeni  iqbal,  1915»)  adlandırmış-
lar. Kamran Əliyev Cavidi  şəxsiyyəti  ilə yaradıcılığı arasında bü-
tövlük  olan  sənətkar  kimi  səciyyələndirir:  «H.Cavid  şəxsiyyətcə 
ağır və səbrli idi. O, çox vaxt qulaq asar, az-az danışardı. Bəlkə də, 
H.Cavidin  qibtə  ediləcək  təmkinli  təbiətinə  paxıllıqdan  idi  ki, 
tənqidçilərdən biri onun «Knyaz» əsəri haqqında yazırdı: «Pyesdə 
heç  bir  dinamika  yoxdur».  Mümkündür  ki,  tənqidçi  «Knyaz»  fa-
ciəsindəki  dəyişən  məkanları  (Tiflis  və  Berlin)  dinamikaya  daxil 
etməsin lakin təkcə Knyaz obrazının hərəkətini və onun psixologi-
yasındakı dinamizmi görməmək isə ən azı günahdır» (10, səh.17). 
Sovet  dövrü  öz  hökmünü  möhkəmləndirməklə  Cavidləri 
inkar etməyə başladı; bu, ayrı-ayrı şəxsləri yox etmək taktikası ilə 
həyata  keçirilən  bir  diktatura  hökmü  idi.  Cavidləri  inkar  etmək 
planlı bir iş idi. Məntiqi baxımdan türklüyə, türk milli-bəşəri mənə-
viyyatına qarşı olan – yeridilən bir siyasət idi. Sovet represiyasının 
ən  sərt  üzü  olan  37-ci  il  faciələri  içərisində  Hüseyn  Cavidə  qarşı 
ittiham  mətnlərinə  üz  tutan  tədqiqatçı  «Ölüm  var  ki,  həyat  qədər 
dəyərli» başlaqlı məlumat səhifələrində şair-darmaturqa aid böhtan 
və şantaj yazılardan bəzəilərini diqqət mərkəzinə çəkir.  
Stalin rejiminin ölkə daxildə törətdiyi sinfi-siyasi qarayaxma-
lar Azərbaycanda daha sərt xarakter aldı. Stalinizm adi vətəndaşlar-
dan tutmuş, bütün  yazıçı  və şairləri, ziyalıları  «xalq düşməni»  yar-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
50 
lığı–damğası ilə məhv etmək siyasətini dərinləşdirdi. Stalinin ideya 
müxalifləri haqqında söylədiyi «ziyançılar, diversantlar», «trotiskist, 
buxatinçi» ittihamlarına dair çıxışından gətirdiyi sitatla Kamran mə-
sələnin köklü və əsaslandırılmış  bir haldan təzahür etdiyini xatırla-
dır. Stalin məruzəsində konkret və sərt hökm vermişdir: «...Aydındır 
ki,  bu  cənabları  işçi  sinfinin  düşmənləri  kimi,  vətənimizin  xainləri 
kimi  amansızcasına  darmadağın  etmək  və  onların  kökünü  kəsmək 
lazım  gələcəkdir.  Bu  aydındır  və  yeni  izahat tələb  etmir».  Bundan 
sonra  yığıncaqlarda  və  mətbuatda  Hüseyn  Cavid,  Əhməd  Cavad, 
Mikayıl  Muşfiq, Hacı  Kərim Sanılı, Yusif Vəzir Çəmənzəminli  və 
başqalarına qarşı qərəzli, fitnəkar sözlər, ittihamlar söyləndi. Müəllif 
Azərbaycan Sovet Yazıçılar İttifaqının 18-23 mart tarixlərində keçi-
rilmiş plenumundakı məruzələrdən çıxışlar verir, Cavidə və müasir-
lərinə  söylənmiş  yalançı  ittihamların  səbəblərini  açıqlayır.  Plenum 
qərarından sonra ittihamlar konkretləşdi və «müqəssirlər» cəzalandı. 
Hökm-cəzanın ilkin üzü «Ədəbiyyat qəzeti»nin 29 may nömrəsində 
konkret olaraq belə təqdim edildi: “Bu təşkilatda məfkurəcə pozul-
muş, orjinallığını itirmiş, bədii yaradıcılığı solğunlaşmış şəxslər üzv 
olmamalıdır. Hüseyn Cavid, Salman Mumtaz, Sultan Məcid Qəni-
zadə, Sanılı, Musaxanlı, Yusif Vəzir kimilərin tezliklə Azərbaycan 
Sovet  Yazıçıları  İttifaqı  şurasından  xaric  edilməsini  qəti  və  inadlı 
surətdə tələb edirik» (10, səh. 23). 
Kamran məsələnin ardıcıllığını, siyasi ağırlığını diqqət mərkə-
zinə çəkmək üçün 37-ci ildə partiyanın və Yazıçılar İttifaqının yığın-
caqlarındakı hökm  və  ittihamların  nəticələrinə doğru gedir: 1937-ci 
ildə,  iyun  ayının  3-də  axşam  saat  6-da  Azərbaycan  K  (b)  P  13-cü 
qurultayı  başladı,  sübhçağı  H.Cavid  həbs  edildi.  Bu  illərin  bağış-
lanmaz  facilərindən  biri  də  bu  idi  ki,  tədqiqatçının  təbirincə  desək, 
«bizim yazıçılar bizim yazıçılara qarşı dayandılar» (10, səh. 25). 
Bütün  bu  faciə-faktları  yada  salmaqda  tədqiqatçı  böyük 
sənətkarın cəmiyyətdaxili mövqeyini, zamanla, dövrlə bağlı mü-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
51 
barizə gücünü, iradə və inamını, şəxsiyyət bütövlüyünü, haqdan 
dönməzliyini əks etdirmiş olur. 
Ümumiyyətlə, Hüseyn Cavidin şəxsiyyət mövqeyi böyük türk 
dünyasının, İslam əzəmətinin, ümumbəşəri idealların ifadə mövqeyi 
idi. Cavid həyat gerçəkliklərini inikas etdirirdi: bu, hər şeydən əvvəl 
onun  sənətkar  mövqeyinin  inikası  tələblərindən  irəli  gəlirdi.  Siyasi 
məhdudluq  yox,  ümuminsani  təəssübkeşlik,  hunanizm  ideallarını 
təbliğ,  bəşəri  faciə  və  onu  doğuran  səbəbləri  əks  etdirmək  tələbi 
Cavidin sənətkar şəxsiyyətini xarakterizə edən əlamətlər idi.  
 
QAYNAQLAR 
1. H.Cavidin 125 illik yubileyinin keçirilməsi haqqında Azər-
baycan Respublikası Prezidentinin 17 aprel 2007-ci il sərəncamı 
2. Cəfər Məmməd. Hüseyn Cavid. Bakı, Azərnəşr, 1960. 
3.  Cəfər  Məmməd.  Azərbaycan  ədəbiyyatında  romantizm. 
Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1963. 
4.  Əlioğlu  Məsud.  Hüseyn  Cavidin  romantizmi.  Bakı, 
Azərnəşr, 1975. 
5.  Əliyev  Kamran.  Azərbaycan  romantiklərinin  ədəbi-
nəzəri görüşləri. Bakı, Elm, 1985. 
6.  Əliyev  Kamran.  Hüseyn  Cavidin  şəxsiyyəti  və  poeti-
kası» (1997),  
7. Əliyev Kamran. «Mirzə Fətəlidən Hüseyn Cavidə» (1998)   
8. Əliyev Kamran.Cavid möcüzəsi. Bakı, Nurlan, 2002. 
9.  Əliyev  Kamran.  Azərbaycan  romantizminin  poetikası. 
Bakı, Elm Nəşriyyatı, 2002.    
10.  Əliyev  Kamran.  Hüseyn  Cavid:  həyatı  və  yaradıcılığı. 
Bakı, Elm Nəşriyyatı, 2008. 
11.  Əzimli  Əbülfəz  Tahir.  Yeni  dövr  tənqidi  və  tənqid. 
Bakı. Elm Nəşriyyatı, 2001. 
   

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
52 
1.5.  BƏDİİ  OBRAZLARIN  —  ƏDƏBİ  ŞƏXSİYYƏT-
LƏRİN  SEÇİMİNDƏ CAVİD MÖVQEYİNİN SƏCİYYƏSİ 
ÜZRƏ TƏHLİL 
 
Kamran Əliyev “Hüseyn Cavid: həyatı və yaradıcılığı” adlı 
monoqrafiyasında  böyük  sənətkarın  yaradıcılıq  aləminin  xrono-
loji inkişaf xətlərini izləyir, onun janr stixiyasının tipik seçim və 
təyin  xüsusiyyətlərini  nəzərdən  keçirir.  Əsas  məsələni  Bö-
yüklüyün şəxsiyət və sənətkar müstəvisindəki uyğunluqları kon-
tekstindən  açıqlamağa  çalışır.  Kitabın  «Bədii  yaradıcılıqda  şəx-
siyyət»  başlığında tədqiqatçı diqqəti dramaturq Hüseyn Cavidin 
ədəbi-tarixi mövqeyində mühüm əhəmiyyət kəsb edən bir məsə-
ləyə – şəxsiyyət axtarışları məsələsinə yönəldir. Hüseyn Cavidin 
yaradıcılıq aləmi, bu aləmdə insan (şəxsiyyət) və cəmiyyət prob-
lemləri  cahansümul  bir  məsələ  idi.  Cavid  böyük  sələfi  Nizami-
dən  sonra  şəxsiyyət  və  cəmiyyət,  şəxsiyyət  və  zaman  problem-
lərinə  daha  çox  yer  verən  sənətkar  oldu.  Bu  anlamda,  Cavidin 
ədəbi  qəhrəman,  obraz  seçimi  də  romantizmin  ümumdünya  si-
masına  yeni  yanaşma  stili  ilə  fərqləndi.  Məsələn,  Şeyx  Sənan 
obrazının  ədəbi  qəhrəmanlar  sırasında  tamamilə  yeni  cəhətlər-
dən  seçildiyini  göstərir:  “Şeyx  Sənanın  mübarizə  taktikasının 
mənzərəsi  insana  qarşı  savaşı  və  vuruşu  məqbul  saymırdı.  Ona 
görə  də  bu  obraz  ədəbiyyat  tariximizin  və  folklor  irsimizin  ox 
atan və qılınc vuran qəhrəmanlarına oxşayıb onları təkrar etmir. 
Şeyx  Sənan  həyatda  və  ədəbiyyatda  şəxsiyyəti  və  kamilliyi  hər 
şeydən  üstün  tutur,  şəxsiyyətin  və  kamil  insanın  cəmiyyəti  və 
insanı dəyişdirmək bacarığını qiymətləndirir” (10, səh. 32).  
İblis  obrazının  seçimi  də  bədii,  ictimai,  mənəvi-əxlaqi 
simasına  görə  fərqlənir.  Bununla  bağlı  Kamran  Əliyev  obrazın 
ədəbiyyat tarixindəki yerini və məqamını xarakterizə edərək ya-
zır:  “H.  Cavid  şərin  bədii  obrazını  yaradanda  isə  tərəddüd 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
53 
etmədən  əcinnələr  içindən  adi  bir  cini  və  şeytanı  deyil,  onların 
ən  nəhəngini  və  qartımışını  –  İblisi  seçdi.  O  bununla  yalnız 
Azərbaycan  ədəbiyyatı  tarixində  Şərin  ümumi  obrazını  yaradan 
sənətkarlardan  deyil,  eyni  zamanda  dünya  ədəbiyyatının  Dante, 
Şelli,  Höte,  Lermontov  kimi  dahilərdən  də  fərqləndi  və  ayrıldı. 
Sanki azərbaycan klassikası İblisin simasını və “şəxsiyyətini” ilk 
dəfə gördü, onu ilk dəfə yaxından duydu və tanıdı” (10, səh. 32). 
Kamran  Əliyev  Cavidin  simasında  təzahür  edən  ədəbi 
yeniliyi onun ədəbi qəhrəmanlarının şəxsində yada salır. Cavidin 
qəhrəmanlarının  hamısı  tipik  şəxsiyyətlərdir.  Onlar  özlərinin 
yaşadıqları  tarixi  zaman  və  məkanların  dramatik  məzmununu 
inikas  etdirirlər.  Bu  baxımdan,  Hüseyn  Cavidin  ədəbi  qəhrə-
manları (Ana, Şeyx Sənan, Peyğəmbər, Topal Teymur, Səyavuş, 
Xəyyam, İblis və b.) ədəbiyyat tarixmizdə yeni poetika simasına, 
ideya,  məzmun-müntəricə,  xarakter, obraz-  şəxsiyyət  səciyyələ-
rinə görə yeni idi. 
Kamrın  bədii  yaradıcılıqda  sənətkar  və  şəxsiyyət  bağlı-
lığını  Cavidin  obrazlara  münasibəti,  onların  ədəbi  portretlərinin 
ideoloji,  dramatik  məzmunu  və  mövqeyi  məsələlərinə  nəzərən 
şərh  edir.  «Peyğəmbər»  əsərində  qəhrəmanın  böyük  ədəbi  şəx-
siyyəti  ilə  idealları  bir-birini  inikas  etdirir.  Bu  kontekstə  görə 
Kamran Əliyev əsərin ideya-məzmun açımında qəhrəmanın kon-
kret mövqeyi məsələsinə aydınlıq gətirir və belə qənaətə gəlir ki, 
Cavid Peyğəmbər obrazını səhnəyə gətirməklə «İslam renessan-
sının yeniləşdirmək gücünə üstünlük verdi» (10, səh. 33). 
Hüseyn  Cavid  «Peyğəmbər»  əsərində  ədəbi  qəhrəmanın 
simasında  cəmiyyətlə  bağlı  hansı  ideoloji-siyasi,  mənəvi-iradi 
problemləri  inikas  etdirirdi?  Sözsüz  ki,  ideoloji  mövqelər  qəh-
rəmanların  şəxsiyyətləri,  tarixi  simaları  kontekstindən  təzahür 
edir.  Antik  faciədə  əfsanəvi  məzmunlar  diqqət  mərkəzində  idi, 
Cavid romantizmi tarixi şəxsiyyətlər, onların zamanları ilə bağlı 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
54 
olan mövzuları səhnəyə gətirməklə zamanları bir müstəvi üzəri-
nə gətirmiş olurdu. Digər tərəfdən, faktlar, gerçək olan məzmun-
lar  ilə  ədəbi  qəhrəmanlar  da  ideoloji,  siyasi,  əxlaqi  baxımdan 
müasir  idi. Bu  mənada, ədəbiyyat,  ədəbi qəhrəman  məhəlli,  hər 
hansı bir milli məhdudluq çərçivəsinə qapanma, özünəaludəolma 
psixologizmi  deyil,  ümumbəşəri  məzmunlar  vəzifələr,  ideallar 
sənətidir.  
Sözsüz  ki,  Cavidin  ədəbi  qəhrəmanları  yeni  tipli  obrazlar 
idi.  Kamran  Hüseyn  Caviddə  qəhrəmanın  seçimi  problemi  ilə 
bağlı estetik məsələni belə açıqlayır: «Hüseyn Cavid Peyğəbərin 
şəxsiyyətini böyük bir eranın başlanğıc faktı kimi ortaya qoyur-
du.  Adamların  yaddaşını  təzələyirdi.  Və  onlara  hansı  erada 
yaşadıqlarını  xatırladırdı.  İnsan  ruhunu  buxovlayan  və  əzən 
ictimai  gerçəkliyi  hamıdan  öncə  görürdü  və  xəbərdarlıq  edirdi» 
(10, səh. 33). Tədqiqatçı bu cümlənin ardınca ədəbi qəhrəmanın-
-Peyğəmbər  obrazının  cahanşümul  dəyərini  ədəbiyyatda  yeni 
keyfiyyətlərdən hesab edir: “H. Cavid “Peyğəmbər” əsərində baş 
qəhrəmanın  –  Peyğəmbərin  əzabını,  onun  keçdiyi  yolun  çətin-
liyini və keşməkeşli olmasını daha qabarıq verməklə əslində qib-
təyə  layiq  olan  şəxsiyyətin  görünməyən  ağrılarının  mənzərəsini 
yaradırdı.  Beləliklə,  Hüseyn  Cavid  üçün  Peyğəmbər  şəxsiyyəti 
bəşəri bir dəyər idi” (10, səh. 33-34).  
Beləliklə,  Caviddə  yenilik  poetikası  struktur  baxımdan 
müxtəlif estetik tutuma malik idi. Və sözsüz ki,  insanlarda inqi-
labi  demokratizmi  formalaşdırmaq  və  milli  özünüdərki,  ümum-
bəşəri humanizm ideyalarını inikas ideolojisinə görə də Cavidin 
bədii yaradıcılığı yeni idi. 
Sözsüz ki, Cavid XX  əsrin tüğyan edən burulğanlarını ay-
dın görürdü. Xarakterinə görə, XX əsrin əvvələri  (Cavid dövrü) 
faciələr,  haqsızlıqlar  və  ədalətsizliklər  dövrü  idi.  Cavid  də  əsə-
rində  bu  faciələrin  məzmununu  tarixi  zamanlara  istinadən  əks 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
55 
etdirirdi. Məsələn, Topal Teymur, Səyavuş, Xəyyam kimi obraz-
larla  Cavid  «bölünmüş  yeni  dünyanın  xəritəsini  əhatə  edən 
məkanını tarixi coğrafiyasına diqqət yönəldirdi» (10, səh.34). 
Kamran  Əliyev  Cavidin  ədəbi  qəhrəmanlarına  xas  olan 
poetika  əlamətlərini,  bədii  ifadə-inikas  xüsusiyyətlərini  onların 
şəxsiyyətlərinin  böyüklüyü  ilə  bağlayır  və  yazır  ki,  Teymur, 
Bəyazid,  Keykavus,  Əfrasiyab,  Alp  Arslan,  Məlikşah,  Bağdad 
Xəlifəsi  obrazları  H.Cavidin  simasında  romantik  dramaturgiya-
nın  «sujet  və  kompozisiyasına,  dilinə,  üslubuna,  bütövlükdə, 
poetikasına da «nəzarət edirlər» (10, səh.35). 
Hüseyn Cavid ədəbiyyat və sənətə özünün qlobal baxışları 
olan  dahidir.  Onun  yaradıcılıq  axtarışları,  yazdığı  əsərlərin  ide-
ya-estetik,  bədii-poetik  mündəricəsi  də  bu  baxış-münasibətlərin 
təzahürü olaraq, təşəkkül tapmış və formalaşmışdır və təbii ola-
raq,  böyük  mütəfəkkirin  –  Hüseyn  Cavidin  ədəbiyyata  dair 
özünəxas baxışlarının ədəbi-estetik, ictiami-siyasi, fəlsəfi, bədii-
poetik özəllikləri vardır. Kamran Əliyev bu cəhətləri nəzərə alıb, 
Cavidin ədəbiyyata dair münasibətlərinə də səhifələr ayırmışdır. 
Məsələn, o, gənc şair Hüseyn Cavidin böyük ziyalı-alim Qurba-
nəli  Şərifzadəyə  göndərdiyi  məktublardan  birində  belə  bir 
parçanı təqdim edir: “Bən hammallığı, xidmətkarlığı pək ziyadə 
sevərəm,  fəqət  belə  bir  dövri-hürriyyət  və  zəmani-səadətdə 
bənliyimi  satmaq,  əsir  olmaq  istəməm;  əsir  olduğum  bir  şey 
varsa, o da həqiqət və məhəbbətdir”. Həqiqət və Məhəbbətə əsir 
olmaq romantizmdə üst mərtəbə və məqamlardadır.  
Kamran Əliyev tanınmış alim Qurbanəli Şərifzadənin fikir-
lərinə  isnadən  fikrini  belə  açıqlayır:  “Romantik  sənətkarın  dün-
yagörüşündə və məsləkində yaranmış bu prinsip, şübhəsiz, az və 
ya çox dərəcədə Türkiyə ədəbiyyatının təsirindən kənarda deyil-
dir.  1908-ci  ildə  yazdığı  həmin  məktubundakı  “həqiqət  və 
məhəbbətə əsir olmaq” məsələsi H. Cavidin bütün sonrakı ədəbi-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
56 
bədii  yaradıcılığının  estetik  qayəsinə  çevrildi.  Onun  “Şeyx 
Sənan” əsəri bu qayənin, bu idealın təsdiqidir. H. Cavidin faciə-
dəki ən böyük qələbəsi məhz həmin vahid məsləkin işığında izah 
edilir” ( 10, səh.410).  
Monoqrafiyanın  forma  və  mündəricə  xarakterinə  uyğun 
olaraq, tədqiqatçı Hüseyn Cavidin sənətə dair estetik baxışlarına 
da  çox  yığcam  və  konkret  şəkillərdən  yanaşmış,  şair-dramaturq 
Cavidin ədəbiyyata baxışını, əsasən, iki aspektdən şərh etmişdir: 
1)  ədəbi-nəzəri  mənbələr  aspektindən;  2)  romantizm  uğ-
runda mübarizə aspektindən. 
Birinci  məsələdə  o,  Cavidin  şeir,  sənət  haqqındakı  düşün-
cələrinin  ədəbi-nəzəri  mənbələrini  yada  salır;  onun  bədii  əsər-
lərində  («Nəcmi-geysudar»,  «İbtilayi-qəram».  «Şeir  məftunu» 
adlı  şeirlərində), elmi  məqalələrində («Müharibə  və ədəbiyyat», 
«Bir-ik  söz»,  «Cavablara  cavab,  yaxud  ikinci  və  son  rica», 
«Mirzə  Abdulla  Məhəmmədzadə,  A.Sur  yaxud  Abdulla  Tofiq» 
adlı  dərc  olunmuş  yazılarında)  irəli  sürdüyü  fikirlərinin  mövzu 
və ideya istiqamətlərini açıqlayır. Cavidin ədəbi-estetik görüşlə-
rində  Şərq  və  Qərb  ədəbiyyatı,  ədəbi  düşüncələri  ilə  bağlı  mə-
sələlərin  qoyuluşu  diqqəti  cəlb  edən  problemlərindən  idi,  başqa 
sözlə desək, Cavid romantizminin estetik yükü ümumədəbiyyat, 
ümumromantizm problemləri kontekstində idi.  
Hüseyn  Cavid  və  XIX  əsrin  sonu-XX  əsrin  əvvələri  Os-
manlı-türk  ədəbi  şəxsiyyətləri  məsələsi də Cavidin  ədəbi görüş-
lərinin,  bədii  yaradıcılıq  psixologiyasının  açımında  xüsusi  əhə-
miyyət  daşıyır.  Bu  mənada,  Hüseyn  Cavidin  Şərq  Poetikası, 
habelə  Qərb  ədəbiyyatı  ilə  bağlı  fikirləri,  osmanlı-türk  ədəbi 
mühitinə,  şairlərinə  münasibəti,  bədii-poetik  baxışları,  bədii 
yaradıcılıqda  forma-məzmun,  ideya axtarışları kompleks təhlili-
tədqiq tələb edir. Təbii ki, Kamran Əliyev monoqrafiyasında bu 
məsələləri  şərh-tədqiq  etmək  məqsədi  güdməmiş,  kitabın  quru-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
57 
luş-forma  tələblərinə  uyğun  olaraq,  məsələnin  tezisvari  təqdi-
mini verməyə çalışmışdır. 
Bu təqdimdə «Şeyx Sənan» əsəri ilə bağlı bir məsələyə öz 
münasibətimizi  bildirmək  istərdik. İndiyədək, ədəbiyyatşünaslar 
Şeyx  Sənan  obrazına  böyük  Şərq  (ümumdünya  təfəkkürünün, 
mənviyyatının  timsalı  olan  Şərq)  zehniyyətindən  yanaşılmamış, 
Şeyx  Sənanda  mahiyyət,  məntiq  deyil,  zahir  axtarmışlar.  Kam-
ranın  belə  bir  obrazlı  ifadə  söyləyir  ki,  “Şeyx  Sənanı  özünün 
ziyarətgah  olmağından  daha  çox,  Xumarın  ziyarətinə  getmək 
düşündürür» (səh,41).  
 Bu  doğrudur;  çünki  Şeyx  Sənan  bunu  (Eşqin  hikmətini) 
anlayana  kimi  böyük  hikmət, ruhaniyyət  məktəbi  keçmişdir.  O, 
insanı  kamilləşdirən  bir  gücə  –  Eşqə  qovuşmuşdur.  Belə  olan 
təqdirdə  tədqiqatçının  aşağıda  söylədiyi  fikir  də  əvvəlki  yanlış 
münasibətlərin  təsirinə  qapılmış  haldadır:  guya  «din  ecazkar-
lığını  itirir, gözəllik və  məhəbbət həqiqət səviyyəsinə  yüksəlir». 
Halbuki  Şeyx  Sənanda  ruhaniyyətin  təntənəsi  vardır  və  ona 
kamilliyi gətirən də o ruhaniyyətdir–Eşq aləmidir. Bu halda, din 
ecazkarlığını itirmir; əksinə Sənana eşq-məhəbbət ecazkarlığını 
verən elə o dindir-ruhaniyyətdirBurada Z.Əkbərovun sitat kimi 
verilmiş–  «...əsl həqiqətin  isə  bütün din  və təriqətlərdən  yüksək 
olması» fikri də yanlışdır. 
«Romantizm  uğrunda  mübarizə»–  XX  əsr  romantizminin 
yaradıcılıq prinsiplərinin yaranması, formalşması mənasında an-
laşılmalıdır.  Tədqiqatçı,  romantizm  estetikasında  mühüm  faktor 
olan  bir  problemi–ədəbiyyat  və  həyat  bağlılıqlarının  idrakı  mə-
sələsini  nəzərdə tutaraq,  Cavidin  həyata  baxışının  estetik  cəhət-
lərini diqqət mərkəzinə çəkir. 
«Müharibə  və ədəbiyyat»  məqaləsində  isə  Kamran  Əliyev 
Hüseyn Cavidin idaya və bədii ifadə tərzinə görə məxsusi cəhət-
lərini  örnək  alır,  şairin  sənət  tələbini  təqdir  edir.  Bununla  bağlı 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
58 
olaraq, tədqiqatçı şair Hüseyn Cavidin zəif şair və ədiblərə qarşı 
sərt  mövqeyini  əks  etdirən  fikirlərinə  istinadən  edir  və  hər  bir 
gedişdə  o,  böyük  şair-dramaturuqun  ədəbi  mövqeyini  açıqlayır. 
Tədqiqatçı  yazır:  «H.  Cavidin  yeni  ədəbiyyat  uğrunda  apardığı 
mübarizədə sənətə ictimai mətləblər və yüksək ideallıq baxımın-
dan yanaşma əsas prinsip idi. Ona görə də H.Cavidin mülahizə-
lərindəki  əsas  tənqid  istiqaməti  ideyasız,  təsirsiz  əsərlərə  qarşı 
çevrilmişdir. Romantik sənətkar öz fikrini sərt və amansız şəkil-
də bildirir: “Firdovsi, Sədi, Nizami, Hafiz, Xəyyam kimi nadire-
yi-fitrəttəblər müstəsna, onlardan sonra gəlib də dünyanı beş qu-
ruşa  almayan  zahidməslək  ədiblər,  laübalı  və  məsxərəci  şairlər, 
əxlaqsız  və  yaltaq  məddahlar,  əcəba  hansı rəzalət qaldı ki,  yap-
madılar? Nə saçmalar, nə uydurmalar yapmadılar?» (10, səh.45). 
Cavidin  bu  fikirləri  XX  əsrin  20-30-cü  illərindəki  ab-ha-
vaya qarşı sərt bir münasibət idi. Kamran Əliyev Cavidin başqa 
bir  yazısındakı  –  «Həsbi-hal»  («Həqiqət»,  may,  iyun  1910) 
məqaləsindəki  fikirlərini  ədəbi  mübarizə  üçün  xarakterik  sayır 
və burada söz və onun ifadə poetikası ilə əlaqədar olaraq, Cavi-
din  estetik  qənatələrini,  bədiiliyə  dair  poetik  tələblərini  önə  çə-
kir: «Hər söz sahibinin sözü  ilk öncə ruhi  ilə, vicdanı  ilə üzləş-
məli,  müvəffəqiyyət etməli, sonra müxatibə söylənilməlidir. Bir 
ərəb ədibi deyir ki, «qəlbdən çıxan sözlər daima qəlbə nüfuz edə 
bilər..». 
Demək ki, sözün təsirbəxş olması üçün söz söyləyənin eyi 
bir  qəlbə,  parlaq  bir  vicdana,  gözəl  bir  əxlaqa,  həqiqi  bir 
məlumata  malik  olması  icab  ediyor»  (10,  səh.48).  Göründüyü 
kimi,  tədqiqatçı,  Cavidin  sözə,  ədəbiyyata  baxışları  üçün  ən 
xarakterik olan cəhətləri yada salır. 
Ümumiyyətlə,  Cavid  şeirə,  bədii  sözə  ən  dramatik  tələb-
lərdən,  psixoloji-fəlsəfi  konseptuallıqdan  yanaşırdı.  XX  əsrin 
Romantizm  estetikası  üçün  ədəbiyyat  və  həyat,  ədəbiyyat  və 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
59 
cəmiyyət  problemləri  insan  və  cəmiyyət  problemi  demək  idi. 
Hüseyn Cavid və müasirlərinin – Mirzə Cəlil, Mirzə Ələkbər Sa-
bir,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Əlibəy  Hüseynzadə,  Mə-
həmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Seyid Hüseyn, Yu-
sif  Vəzir  Çəmənzəmənli  və  Cəfər  Cabbarlının  sənətkar  (yazıçı) 
mövqeylərinin əsasında da bu məsələlər dayanırdı. 
Mövzu  seçimi,  həyat  həqiqətlərinin  bədii  əksi  problemləri 
Cavidin  yeni  ədəbiyyat  uğrunda  mübarizəsi  üçün  xarakterik 
tələblər  idi.  Bu  mənada,  Hüseyn  Cavidin  Romantizmin  ideya-
məzmununa,  bədii-poetik  ifadə  xüsusiyyətlərinə  dair  estetik  qə-
naətləri  onun  yaradıcılığına  xas  olan  bədii  keyfiyyətlərin,  ideo-
loji  inikasın  əsasına  bağlı  idi.  Kamran  Əliyev  həyatı  inikas 
poetikasında  Cavidin  simvollardan  «Xəyal»  və  «Uzaq»,  «anla-
yışlarından»  istifadə  prinsipinin  romantizm  üçün  xarakterik 
keyfiyyətlərdən olduğunu söyləyir. 
Yeni  forma  və  məzmun  tələbi,  dram  və  teatr  vasitəsilə 
həyat və cəmiyyət gerçəkliklərini əks etdirmək, xalqa çatdırmaq 
prinsipləri  Cavid  romantizminin  poetika  sturukturunda  başlıca 
estetik  şərtlər  idi.  Cavid  ədəbiyyata  metodlar  sxematizmindən 
deyil, böyük sənət tələblərindən qiymət verirdi. Buna görə idi ki, 
o,  Mirzə  ələkbər  Sabirin  şəxsiyyətini  milli  ədəbiyyatın  böyük-
lüyü ucalığından qiymətləndirirdi: «O lətif və düzgün sima hala 
gözümün  önündə  təcəssüm  edib  duruyor.  Qafqaz  eylə  nadir  bir 
vücuda çətinliklə nail ola bilər» («Nakamlıq». «İqbal» qəzeti, 14 
may 1912). 
Hüseyn  Cavidin  özü  də  Böyük  ədəbiyyatın  nadir  vücud-
larından  idi.  Kamran  Əliyev  “Hüseyn  Cavid:  həyat  və  yaradı-
cılığı”  monoqrafiyasında  Cavidin  şəxsiyyəti  ilə  ədəbi  mövqeyi 
məsələsini də bu aspektdən izah etməyə çalışmışdır. 
 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə