ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 2.8 Kb.

səhifə5/12
tarix15.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
60 
QAYNAQLAR 
  
 1.  H.  Cavidin  125  illik  yubileyinin  keçirilməsi  haqqında 
Azərbaycan  Respublikası  Prezidentinin  17  aprel  2007-ci  il  sə-
rəncamı. 
 2. Cəfər Məmməd. Hüseyn Cavid. Bakı, Azərnəşr, 1960. 
 3. Cəfər Məmməd. Azərbaycan ədəbiyyatında romantizm. 
Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1963. 
 4.  Əlioğlu  Məsud.  Hüseyn  Cavidin  romantizmi.  Bakı, 
Azərnəşr, 1975.  
 5.  Əliyev  Kamran.  Azərbaycan  romantiklərinin  ədəbi-
nəzəri görüşləri. Bakı. Elm, 1985. 
 6.  Əliyev  Kamran.  Hüseyn  Cavidin  şəxsiyyəti  və 
poetikası» ,Bakı,1997.  
 7.  Əliyev  Kamran.  «Mirzə  Fətəlidən  Hüseyn  Cavidə»  . 
Bakı, 1998.   
 8. Əliyev Kamran. Cavid möcüzəsi. Bakı, Nurlan, 2002. 
 9.  Əliyev  Kamran.  Azərbaycan  romantizminin  poetikası. 
Bakı, Elm 2002.    
 10. Əliyev Kamran. Hüseyn Cavid: həyatı və yaradıcılığı. 
Bakı, Elm, 2008. 
 11.  Əzimli  Əbülfəz  Tahir.  Yeni  dövr  tənqidi  və  tənqid. 
Bakı, Elm. 2001. 
 
 
             
     
 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
61 
II FƏSİL 
 
EPOSUN POETİKASI ÜZRƏ 
YENİ TƏDQİQ VƏ TƏHLİL İŞARƏLƏRİ 
 
(“Kitabi-Dədə Qorqud”a münasibətdə struktur özəlliklərin 
təqdimi və yeni açimlar) 
 
2.1.  DASTANIN  İFADƏ  ŞƏKİLLƏRİ  ÜZRƏ  ETNO-
POETİKA MƏSƏLƏLƏRİNƏ DAİR YENİ TƏDQİQ MEYLİ 
  
“Kitabi-Dədə  Qorqud”  Söz  dünyasının  Dünya  ədəbiyya-
tına  yeni  Keşfi-hediyyəsi  oldu.  Dədə  Qorqud  müdrik  bır  şəx-
siyyət, alim, ozan kimi  xalq  mədəniyyətinin, Türk düşüncəsinin 
fövqəladə  təmsilçisi  idi.  O,  hər  şeydən  əvvəl,  Yeni  dünyanın 
müdrik  şəxsiyyəti  kimi  –  ümumdünya  elmi  ictimaiyyətini 
heyrətdə qoydu.  
Son  iki  yüz  il  ərzində  ədəbiyyatşünaslıq  aləmində  Dədə 
Qorqud dastanlarının tədqiqi, öyrənilməsi ilə bağlı bır sıra uğur-
lar qazanıldı:  
- ilkin olaraq, ədəbiyyatşünaslar Dədə Qorqudun şəxsiyyəti 
ilə  bağlı  bəzi  gerçəkliklərə  üz  tutdular:  xüsusilə  onu,  doğru 
olaraq,  bir  şəxsiyyət  kimi  səciyyələndirdilər  və  dastanı  da  bu 
gerçəklik müstəvisindən tədqiq etdilər;  
-  ikinci  bir  halda,  ədəbi-elmi  ictimaiyyət,  oxucular  Dədə 
Qorqudun  söyləmində  bugünədək  gəlib  çatan  dastanların  mətni 
ilə tanış oldular;  
- üçüncü – başqa bir halda, əsas kəşflərdən biri ondan iba-
rət  oldu  ki,  “Dədə  Qorqud  kitabı”  oğuzların,  Azərbaycan  türk-
lərinin  ədəbi  abidəsidir:  onun  söyləm  dili  Öz  Türkcedir,  Oğuz-
ların xalis xalq elminin Türkcesi – Azəri Türkcesidir; 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
62 
- dördüncüsü, daha bir yenilik o oldu ki, yazıya alındığı za-
mandan  asılı  olmayaraq,  Dədə  Qorqudun  söyləm  dili  olduğu 
kimi yazıya alınıb. 
 Beləliklə,  “Kitabi-Dədə  Qorqud”  Azərbaycan  ədəbiyyatı 
tarixindən  gələn  yeni  bir  ədəbi  möcüzə  idi;  və  “Kitabi-Dədə 
Qorqud”  təkcə  Azərbaycan  türklərinin  deyil,  bütün  Türk  Dün-
yası  Ədəbiyyatlarının  kimlik,  məkan  və  zaman  mənsubluğunu 
göstərən  ədəbi  abidə  Kitabı,  xalq  elminin,  Türk  milli  və  bəşəri 
mənsubluğunun potensial gücünü  əks etdirən sənət, mədəniyyət 
və mənəviyyat dastanıdır. 
 “Kitabi-Dədə  Qorqud”  barəsində  indiyədək  nə  qədər 
tədqiqlər  aparılsa  da,  yenə  də  hələ  onun  nə  qədər  açılmamış 
sirləri vardır; sözsüz ki, bu açılmamış sirlər yeni tədqiqlər, təhlil 
və  təsbitlər  tələb  edir.  Bu  anlamda,  Dastan  hər  zaman  tədqi-
qatçıların maraq və heyrətinin dairəsində olacaqdır.  
 XXI  əsrə  təzəcə  qədəm  qoymuşuq:  bu  gün  də  ədəbiy-
yatşünaslıq  “Kitabi-Dədə  Qorqud”a  müraciət  etmək  ehtiyacı 
içərisində olduğunu unutmur. Buna görə də Dastanın bədii özəl-
liklərinin  yeni  əlamət  və  nişanları  haqqında  hələ  nə  qədər  təh-
lillər, filoloji araşdırmalar aparılacaqdır. 
 Budur, ədəbiyyatşünas, Kamran  Əliyevin  “Dədə  Qorqud” 
dastanları ilə bağlı müraciətləri də öyrənmənin yeni zamanı üçün 
diqqətəlayiqdir. Kamran Əliyev 2011-ci ildə “Eposun poetikası: 
“Dədə  qorqud”  və  “Koroğlu”  adlı  bir  kitab  nəşr  etdirdi.  Kitaba 
“Kitabi-Dədə  Qorqud”  və  “Koroğlu”  dastanları  ilə  bağlı  araş-
dırmalarını  daxil  edən  Kamran  məsələlərə  vahid  bir  müstəvi 
üzərindən  yanaşmışdır:  hər  şeydən  əvvəl,  tədqiqatçı  “Kitabi-
Dədə  Qorqud”  dastanlarının,  habelə  “Koroğlu”  dastanının  bədii 
ifadə  hallarından,  qəhrəmanların  xarakter  situasiyalarından,  on-
ların  həyat  və  məişət,  düşüncə  və  təfəkkür  məziyyətlərindən 
bəhs etmək məsələsinə önəm verdi. Bu əsasla tədqiqatçı bir sıra 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
63 
strukturoloji  əlamətləri  vahid  müstəvi üzərinə gətirməklə xüsusi 
taktiki  yanaşma  meyarlarını  təsbit  etmişdir.  Bu  zaman  Kamran 
hansı struktur tərkib və təhlil xətlərini yaratmışdır?  
 -  birincisi,  tədqiqatçı  hər  iki  ədəbi  abidəyə  onların  məz-
mun və mündəricə, ədəbi qəhrəman strukturları problemlərindən 
yanaşma tərzini əsas götürdü; 
 - ikincisi, tədqiqatçı hər iki ədəbi abidənin poetika məziy-
yətlərini  onlardakı  qəhrəmanların  milli  məzmun  və  mündəricə, 
bədii ifadə və ideya özəllikləri ilə bağlı tariflərdən təfsir etdi; 
 -  üçüncüsü,  dastanlardakı  bədii  ifadə  strukturlarına  məx-
sus  poetika  cizgilərini  təfsir  etmək  məsələlərini  ayrı-ayrı  prob-
lem-situasiyalardan izah etməyə çalışdı. 
 Ümumiyyətlə,  Kamran  Əliyev  “Kitabi-Dədə  Qorqud” 
eposu  ilə  bağlı  tədqiqlərini  hansı  istiqamətlərə  yönəltmişdir? 
Budur,  müraciət  edilən  ilk  mövzu  Dədə  Qorqud  dastanlarının 
etnopoetika  məsələsidir  və  yazının  başlığı  da  “Dədə  Qorqud”: 
Etnopoetika məsələləri” adlanır. 
 Hər  şeydən  əvvəl,  bunu  qeyd  edək  ki,  Etnopoeika  xalq 
elminin struktur poetikasıdır: bu poetika hər hansı bir çərçivə və 
məhdudluqdan  uzaq  bir  yaradıcılıq  dəryası,  millətin  –xalqın 
ilkin,  yetkin  və  davamlı  yaradıcılıq  aləmidir.  Şükr  Allaha  ki, 
Kamran Əliyev “Kitabi-Dədə Qorqud” məsələsinə indiki zaman-
da  belə  bəzi  tədqiqatçıların  yanaşma  meyarına  çevirilən  “etnik 
şüur”, dar düşüncə, məhəlli təsəvvür və  xəyal,  habela dalan 
ağıl,  dar  azərbaycançılıq  xırdalıqlarına enib ölü,  məhdud, pri-
mitiv təsəvvürlərdən  yanaşmadı  və hər addımda Böyük Oğuzun 
Böyük Eposu ideologiyasını əsas götürdü.  
  İndiyədək  əldə  edilən  Dədə  Qorqud  dastanları  həm  ayrı-
ayrılıqda, həm də bütövlükdə Oğuz-Azərbaycan türklərinin “sir-
lər xəzinəsi”dir: hər şeydən əfzəl, bu dastanlarda xalq  mədəniy-
yətinin,  milli-bədii  təfəkkürünün  poetika-  söyləm,  ifadə  sirləri 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
64 
aşkar oldu. Bu baxımdan, təzə söz deyənlər üçün Dədə Qorqud 
dastanlarının tədqiqi hər zaman yenidir.  
  Kamran  Əliyev Qorqudşünasların elmi  mövqelərinə ehti-
ramla  yanaşmış,  konkret  olaraq,  özünün  bəhs  etdiyi  məslələrdə 
Əmin  Abid,  Fuad  Köprülü,  Həmid  Araslı,  Orxan  Şaiq  Gökyay, 
Məhərrəm  Engin,  Tofiq  Hacıyev,  Xaliq  Koroğlu,  Kamil  Vəli-
yev, Kamal Abdullayev kimi tədqiqatçıların fikirlərinə də istinad 
etmiş,  təhlil  və  mülahizələrində  sistematik  nizama  diqqət  yetir-
mişdir.  Tədqiqatçı  məsələnin  konseptual  axarını  bununla  bağ-
layır  ki,  “Türk  etnosunun  yaratdığı  bədii  irsin,  o  cümlədən  şeir 
sənətinin etnik mahiyyətini izləmək bu sənətin necə təsnif olun-
masından çox asılıdır” (*-Əliyev K., səh.4).  
 Sözsüz ki, xalqın yaradıcılıq mədəniyyəti onun yaşam mə-
dəniyyətinin  tərkibidir.  Xalq  bədii  təfəkkürünün  get-gedə  yayı-
lan  geniş  bir  axarı  vardır:  bunu  səhra  yayımlarına  xas  olan  bir 
genişlik  kimi  vəsf  etmək  olar.  Ona  görə  də,  Dədə  Qorqud  das-
tanlarına  məxsus  poetika  rənglərini  yalnız  janr  əlvanlıqları 
daxilindən  xarakterizə  etməklə  məsələnin  əsl  mahiyyətini,  yəni 
dastan  dilinin  bədii-poetik  məxsusluqlarını  açıqlamak  olmaz, 
çünki  “janrlar  bir-birindən  törəmədir.  Necə  ki  bayatı,  tuyuq, 
oxşama,  sayaçı  sözləri,  holavar  kimi  janrlar  struktur  baxımdan 
bir-birinin davamı və ekvivalentidir” və bu şəkillər “janrla etno-
poetika arasındakı ünsiyyətin bütün genişliyi ilə dərki yolunda o 
qədər də asan hədəf deyildir” (* Əliyev K., səh.4).  
 İkinci  bir  amil  poetika  amili  obraza  və  obrazlılığa  müna-
sibətlə  bağlıdır:  tədqiqatçı  göstərir  ki,  “etnopoetik  düşüncənin 
öyrənilməsi üçün şeir sənətinin mahiyyətini təmin edən obraz və 
obrazlılığın  önə  keçirilməsi  isə  tarixi  ilkinlik  baxımından  kom-
pleks yanaşmanı yaxına buraxmır” (* Əliyev K., səh.4).  
  Bəs  Kamran  Əliyev  hansı  özəl  məsələni  etnopoetikanın 
öyrənilməsi  üçün  əsas  hesab  edir?  Bununla  bağlı  tədqiqatçının 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
65 
yanaşma  tərzinin  konkret  stili  belədir:  “Əslində  bədiilik  ölçü-
lərinin  özünün  də  doğurduğu  sualların  aydın  və  dürüst  cavab-
lanması  etnosla  poetik  düşüncə  (ayırma-Ə.Ə.)  arasındakı  ilkin 
əlaqələrin  tapılmasından  asılıdır”  (*Əliyev  K.,  səh.4).  Çünki 
məsələnin mahiyyəti zahirdə deyil, batindədir.  
Dastan  poetikasında  da  əsas  varlıq  batini  ruhdur.  Bədii 
ifadə  şəkilləri  də  o  batindən-içdən  gəlmədir.  Bədii  ifadə  özü-
özünə  nəfəs  alır-canlıdır,  bu  zaman  sözlər  qanad  açır,  təsvir  və 
tərənnümə  can  verir.  Yəni  canı  canlandırır:  burada  daha  misra-
ların  sayı  və  düzülüşü  önəmli  deyil,  burada  insanın-etnosun  tə-
biətinin inikası poetizmi önəmlidir. Sözlər təsvir etmə stilinə gö-
rə janrlaşır, yeni bədii formalara çevirilir, yeni əlamətdar rənglər 
təqdim  edir.  Tədqiqatçı  doğru  olaraq  bunu  yazır  ki,  “bədii  dü-
şüncənin məzmun və ifadə planı aid olduğu etnosun təbiətindən 
kənar  deyil.  Əslində  etnopoetika  bədii  düşüncə  ilə  etnosun 
təbiəti  arasındakı  əlaqə  və  təması  öyrənən,  bu  əlaqə  və  təmasın 
xüsusiyyət və əlamətlərini  meydana çıxaran bir elm  sahəsi kimi 
qavranılır” (*Əliyev K., səh.3).  
Burada  kənar,  uzaq,  yaxın  yanaşmalarından  da  dəyər-
ləndirmək  o  qədər  də  münasib  deyil  çünki,  bu  “bədii  düşüncə” 
xalq təfəkkürünün özüdür; başqa cür, məsələn, belə də söyləmək 
olar  ki,  milli  mənşə  mənsubluğu  başqa  bir  obyektə  yaxın  və 
uzaqlıqda  deyil;  əgər  mənbə  mənsubluğu  başqa  bir  obyektdə 
axtarılırsa,  onda,  deməli,  həmin  milli  düşüncə  Özlü  düşüncə 
deyil, başqa yerdən, mənbədən gəlmədir. Kamran məsələni belə 
bir  müstəvidən  təqdim  edir  ki,  “etnopoetika  bədii  düşüncə  ilə 
etnosun  təbiəti  arasındakı  əlaqə  və  təması  öyrənən”  “  bir  elm 
sahəsi”dir (*Əliyev K., səh.3).  
Kamran  Əliyev  Dədə  Qorqud  dastanlarının  poetika  sima-
sını xalqın həyatının və milli düşüncəsünün bədi ifadəsi konteks-
tindən  təsvir  edir;  bu  zaman  şeirin  bölgü  və  ölçülərinə  məxsus 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
66 
əlamətləri xırdalayır, bütün poetik tərkibləri nizamlı şəkildə təq-
dim edir. Bunun üçün dastanların şeir şəkillərinin məzmunundən 
söz  açır  və  bu  kontekstdə  tədqiqatçıların  dastanların  nəsr  və 
nəzm  tərkibində  olduğu  fikrlərini  yada  salır.  Dastandakı  şeirin 
janrından  danışmanı  kənara  qoyur  və  faktı  bununla  bağlayır  ki, 
“Türk etnosunun yaratdığı bədii irsin, o cümlədən şeir sənətinin 
etnik  mahiyyətini  izləmək  bu  sənətin  necə  təsnif  olunmasından 
çox asılıdır. Məsələn, şeirin  janr zənginliyi  etnopoetika  məsələ-
lərini  tədqiq  etmək  üçün  o  qədər  də  optimal  deyil.  Çünki,  janr 
sonradan  doğulandır  və  etnik  keyfiyyətləri  ifadə  etmək  baxı-
mından  xeyli  gecikmişdir”  (*Əliyev  K.,  səh.4).  Bütün  bunlar 
onu təsbit edir ki, Kamran Əliyev bir tədqiqatçı kimi Dədə Qor-
qud  Dastanlarındakı  şeirlərə  qoşa  misra  prizmasından  yanaşır. 
Qoşa misra Dədə Qorqud söyləmi kimi  fikrin, bənzətmənin  bit-
kin,  dolqun  ifadəsi  üçün  xarakterik  haldır.  Buradaca  qeyd  edək 
ki, məsələnin effektliyi göz qabağındadır: Kamran insanla-fərdlə 
onun  mənsub olduğu  milli  və  xəlqi əlamətlərə  vahid prizmadan 
yanaşır.  
  Dədə  Qorqudun  söyləmində  hər  şey  riyazi  ölçüyə  bürü-
nüb:  bu  vahidlik Türkün Söz, Məna-Fikir,Üslub  nizamı demək-
dir.  Bu  nizamda  hər  şey  ölçülü-biçili,  hər  şey  yerli-yerindədir: 
Dədə Qorqudun nitqi axar sular kimi sözlərin ruhunu- onun səs, 
söz,  məna  ruhunu,  sözün  fikrini  ifadə  edir  və  bu  ifadədə  əsas 
axar  səslərin  və  sözlərin  bir-birini  izləməsi,  bir-birini  tamamla-
ması ruhudur: bu, şeirin özüdür. Dastan forması söyləm də şeirin 
bir  janrıdır.  Bu  mənada,  Janr  dastandır,  dastan  da  şairanə  söy-
ləmin irihəcmli növüdür.  
Tədqiqatçı  alim  Kamran  Əliyevin  də  bəzi  araşdırmaçılar 
kimi ümumi estetik  qənaəti budur ki, Dədə Qorqud dastanların-
dakı qoşa misralar “nəsr mətni içərisində gizlənmişdir” (*Əliyev 
K., səh.6). Halbuki Dastanda “nəsr mətni” yoxdur: çünki dastan 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
67 
şair  əsəridir,  başdan-başa  şairanə  ifadələrdən,  deyimlərdən  iba-
rətdir.  Nağıl  da  həmçinin.  Bütün  nağıllar  və  dastanlar  nəzmlə, 
şairanə, qafiyə, ahəng, avaz, ritmlə- poetik hərəkətlə, poetik səs-
lə,  poetik  sözlə,  poetik  təsvir  və  tərənnümlə,  poetik  vəsflə 
söylənmişdir.  Ona  görə  də  “Dədə  Qorqud”  dastanlarından  nəsr 
növü  kimi  danışmaq  olmaz.  Bütün  sözlər  -  istər  nəql-söyləm 
(təhkiyə)  sözləri  olsun,  istərsə  də,  ayrı-ayrı  obrazların  dilindən 
söylənən sözlər – hamısı şeir tərzidir, poeziyadır. 
Bu  baxımdan  Dədə  Qorqud  dastanlarının  Mətn  üzrə  Yeni 
tədqiqləri tələb olunur və bu tədqiqlərdə linqivistik incələmələrə 
və dil strukturlarına xas şəkil, məna, səs, söz, üslub, ümumilikdə 
bütün  struktur  bədii-poetik  əlamətlər  nizamlı  şəkildə  araşdırıl-
malı, təhlil edilməlidir. 
Ümumiyyətlə, şeir Türklərdə zahiri əlamət deyil:  
1)  canlı  bağlantıdır:  hikməti  hikmətli  sözlərlə  ifadə  etmə 
üsuludur;  
2)  mənaları,  üslubları,  məzmun  və  formaları,  fikirləri  rit-
mik  və  ahəngdar,  aydın  və  yığcam,  fəsahətli  və  icaz  tərzində 
söyləmək sənətidir; 
3) şeir Türk həyatının, xüsusilə türkün gündəlik yaşamının 
üzvi tərkib hissəsidir; 
4)  şeir  Türkün,  ümumilikdə,  həyatla,  dünya  ilə  bütöv-
lüyünün fərqli bir bağlılığı deməkdir.  
5)  nəhayət,  şeir  Türkün  yaşam  nizamından  yaranmış  bir 
ədəb sənətidir.  
Kamran  Əliyev  Dədə  Qorqud  Dastanlarındakı  ifadə  məx-
susluğu kimi, iki misralı, eyni zamanda dörd misralı söyləmlərin 
forma  və  məna  əlamətlərini  analiz  edir  və  bütün  nümunələrdə 
xalq  həyatının  tipik  nişanlarının  inikası  məsələsini  diqqət  mər-
kəzinə  çəkir.  Bu  inikas  nə  ilə  ifadə  olunub?  Tədqiqatçı  müqa-
yisəli təhlillər aparır, dastanlardakı poetizmə xas əlamətlərə yeni 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
68 
yanaşma  tərzi  gətirir  və  ümumilikdə  şeir  strukturuna  etnosun 
həyat  və  yaşamı  uyğunluqlarından  yanaşır.  Belə  ki,  “şeir 
strukturlarının  etnosun  təbiəti  ilə  nə  əlaqəsi  vardır?”  (*Əliyev 
K., səh.14) sualına cavab olaraq, tədqiqatçı “qədim türk şeirinin 
poetika qaynağı” (qaynaqlarından!) olan At, At varlığı və həyatı 
üzərində  dayanır.  Bu  zaman  o,  Atın  türklərin  həyat  və  məişə-
tindəki  rolu  barədə  Orxan  Şaiq  Gökyayın  (məsələn:  “At  bu 
dünyada yalnız onun silah arkadaşı olduğu üçün deyil, öldükdən 
sonra  da  öteki  dünyada  hər  baxımdan  kəndisindən  yararlana-
cağına  inandığı  için  ayrı  və  eşsiz  bir  dəyər  daşımaqdadır”), 
Tofiq  Hacıyevin  (“Oğuz  cəmiyyətində  at  bütün  dinamikanın 
mənbəyidir: minik üçün yarayır, döyüşdə çox həlledici qüvvədir, 
hətta  qida  mənbəyidir  -  əti  yeyilir,  südü  içilir,  tükündən  yay 
üçün istifadə olunur, örkən və s. şeylər toxunur. Bir sözlə, Oğuz 
cəmiyyəti üçün atdan qiymətli ikinci varlıq, ikinci təbiət qüvvəsi 
yoxdur” (* Əliyev K., səh. 14-15) fikirlərini təqdim edir və At-la 
Türk şeiri arasındakı bağlılıqları təsnif edir. Bununla Kamran bir 
tədqiqatçı kimi  bənzətmə üzrə təsnifə üstünlük  verir: xarakterik 
üsül  odur  ki,  tədqiqatçı  atla  türk  şeiri  bağlantısından  sözgəlişi 
bəhs etməmişdir, o, fikrini  mənşə  baxımından  buna əsaslandırır 
ki,  At  “qədim  türk  şeirinin  poetika  qaynağı”dır:  bəs  “bütün  bu 
şeir strukturlarının etnosun təbiəti ilə nə əlaqəsi vardır? 
İndi  həmin  suala  birbaşa  cavab  vermək  olar:  qədim  türk 
şeirinin poetika qaynağı və bu mənada şərti olaraq, onun totemi 
Atdır!  Türk  təfəkkürünün  və  dünyagörüşünün,  türk  məişətinin 
və həyat tərzinin  yeniləşməsində, türk qəhrəmanlığının təşəkkül 
tapması  və  formalaşmasında  atın  rolu  əvəzsizdir”  (*Əliyev  K., 
səh. 14).  
Bu  sintaktik  və  üslubi,  müqayisəli  və  nizamlarlı  yanaş-
maları ilə Kamran Əliyev təhlil-təsnifi müqayisə-oxşatma sintezi 
üzrə  aparır  və  konkret  olaraq,  Türk  şeirinin  Atın  ayaqları  və 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
69 
yerişi  ilə  “formalaşması”  kriterilərini  səciyyələndirir:  məsələn, 
atın  “yorğa”  yerişini  şeirdə  qoşa  misra  hesab  edir:  “At  yerişi 
üçün  ən  əhəmiyyətli  məqamlardan  biri  onun  yorğa  yerişidir”. 
Yorğa  yeriş  haqqında  “İzahlı  lüğət”də  verilmiş  fikirləri  yada 
salır: “Bu yerişdə at növbə ilə gah bir tərəfdəki – sağ ayaqlarını, 
gah o biri tərəfdəki – sol ayaqlarını eyni zamanda irəli atır”. Tə-
səvvür  etmək  çətin  deyil  ki,  bu,  şeirdə  qoşa  misradır”  (*Əliyev 
K., səh.15). “Yorğa” yeriş haqqqında verilmiş bu bənzətmə xalq 
təfəkkürünün incəliklərinə dair tipik əlamətlərdən xəbər verir.  
At-hərəkətdir;  At  özünəməxsus  hərəkət  stilinə  malik 
olan  bir  canlıdır:  At  canlı  üslubdur  və  At  üslubu  hərəkətin 
bir formadan başqa bir formaya keçmə tərzidir: bu tərz bə-
dii-estetik dramatizminə görə çoxşaxəli və çoxrəngli hərəkət-
dir. Hansı halda olur-olsun, bu hərəkət stilində başlıca fiqur Atın 
ayaqlarıdır. Buna görədir ki, tədqiqatçı qeyd edir ki, “türk şeiri-
nin  formalaşması  atın  ayaqlarına  və  yerişinə  borcludur”  (*Əli-
yev  K.,  səh.15).  Ümumilikdə,  At  ayaqlarının  ölçülərində,  hərə-
kət nizamında bir sistematiklik var: bu – simmetrik, nizamlı, öl-
çülü,  xüsusi  ritmli,  ahəngli,  bir  sözlə  rəngarəng  konpozisiyalı 
hərəkət sistemidir.  
Hərəkət  stilində  hər  ayaq  öz  nizamına  bağlıdır;  eyni  za-
manda  hər  bir  hərəkət  nizamı  əlbir  hərəkət  taktındadır:  ayaq-
lardan biri  yoxsa, heç bir nizam olmayacaq 
– sistem pozulacaq. 
Bir-birinə  bağlı  olma  vəhdət  halında  olma  nizamidir:  vəhgdət 
halı Türk Atının  hərəkət, yürüş, zəfər halıdır; deməli, ayrılıqda, 
təklikdə nizam yoxdur: deməli mövcudluq da yoxdur.  
At  yerişlərinin  şəkil  və  rənglərinə  dair  xarakteristika  –in-
sanın  gündəlik  həyati  əlamətlərinə  xas  olan  motivlərdən  biridir. 
Tədqiqatçı,  hərəkət  zamanı  Atın  dördnala  qaçışını  Dördlük  şeir 
formasına  müncər  edir:  ”Atın  başqa  bir  yerişi  çapmaqdır,  yəni 
dördnalla  çapmaq.  Bu  vaxt  atın  dörd  ayağının  dördü  də  yerdən 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
70 
eyni  vaxtda  üzülür.  Türk  şeirindəki  dördlük  bununla  bağlıdır” 
(*Əliyev  K.,  səh.  15).  Kamranın  bu  açımı  ritmik,  həndəsi 
nizamın ifadəsidir. Bu stilə görə, Dördlük şer Atın dörd ayağının 
hərəkət  bütövlüyü,  qaçış-uçuş  stili  kimi  yaranmışdır.  Deməli, 
Atın  dördnala  çapmasını-  yəni  atın  dörd  ayağının  dördünün  də 
yerdən  eyni  vaxtda  üzülməsi  ilə  türkün  dördlük  şeir  forması 
arasında  bir  bağlılıq  olduğunu  göstərir.  Hər  yeriş  bir  formada, 
hər forma da bir məxsusi məzmundadır.  
Daha  bir  yeriş  “yortma”-“yortmaq”  adlanır.  Yerişin  bu 
növünün  hərəkət  təqti  necədir?  Bu  yerişdəki  məzmun  bütün 
hərəkət məzmunları içərisində seçilir: “Həmin yerişdə qabaq sağ 
ayaqla  arxa  sağ  ayaq  və  qabaq  sağ  ayaqla  arxa  sol  ayaq  birgə 
atılır” ( *Əliyev K., səh.16). Tədqiqatçı bu cür hərəkət formasını 
şeirdə çarpaz qafiyə şəkli ilə “tam üst-üstə düşdüyünü” söyləyir. 
Daha  bir  başqa  bənzəyiş:  “Atın  sağ  ayağından  hörük-
lənməsi  və  yaxud atı (əslində digər heyvanları da!) kəsərkən üç 
ayağının bağlanması və qabaq sağ ayağının açıq buraxılması tam 
şəkildə  bayatı  təsəvvürünü  yaradır”  (Hətta  burada  “Bayat”  sö-
zünün tərkibində olan “at” hissəciyinə də diqqət yetirmək olar” ( 
*Əliyev  K.,  səh.16).  Bu  məqamda  sual  meydana  çıxır:  bəs 
dördlüklərin  və  dördlükdən  artıq  deyimlərin  yaranması  hansı 
əlamətlərə  bağlıdır?  Tədqiqatçı  “məsələyə  aydınlıq  gətirmək 
üçün” atların oğuz həyatının nizamı üçün oynadığı rolun təsnifa-
tına nəzər yetirməyi vacib sanır və bunları yada salır:  
“Elə at vardır ki, onu qoşqu atı hesab edirlər. Bu at yalnız 
arabaya qoşulmaqdan ötrüdür. 
Minik  atı  yalnız  minmək  üçündür.  “Dədə  Qorqud”  epo-
sundan hər  igidin  minmək üçün bir atı olduğu  yaxşı  məlumdur. 
Hətta onlara ayrıca ad da verilir: 
Qonur at, Boz at, Ağ boz at və sair. 
Arabada  yana  qoşulan  ata  yan  at  deyilir.  Hətta  orta  atı, 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
71 
cıdır atı da vardır” (*Əliyev K., səh.16). 
Tədqiqatçı  təsnifini  yenə  də  iki  misra  formasına  bağlayır 
və bu nəticəni söyləyir ki, “qoşa misra təsəvvürünü yedək atı  –
ehtiyat  üçün  yanda  aparılan  at  yaradır.Yedək  atına  isə  “Dədə 
Qorqud” eposunda yalnız Dədə Qorqudun şəxsində rast gəlirik”; 
məsələn,  Dədə  Qorqud  Banı  Çiçəyin  elçiliyinə  gedərkən  Dəli 
Qarcar təhlükəsindən qaçmaq üçün iki at istəyir. 
Bütün  bu  əlamətlərin  məğzi  olaraq  tədqiqatçı  bu  nəticəyə 
gəlir  ki,  “məhz  qoşa  atın  yanaşı  getməsi  təsəvvüründən  qoşa 
bənd – iki dördlük doğula bilərdi” ( *Əliyev K., səh.17).  
Türk  şeir  şəkillərinin  at  yerişləri  formaları  ilə  bağlanması 
təkcə  Kamran  Əliyevin  tədqiqlərinin  deyil,  həm  də  qorqud-
şünaslıqda  yeni  bir  səhifədir.  Kamranın  tədqiqlərində  hər  bir 
məsələ  özünün  tam  və  dolğun  məzmunu  ilə  təqdim  edilir:  bu 
zaman  indiyədək  Dədə  Qorqud  dastanındakı  boylar  haqqında 
aparılmış tədqiqləri, bu tədqiqlərdəki konkret yanaşma tərzlərini 
də xatırladır, təqdim etdiyi fikirlərlə bağlı özünün müqayisəli və 
təsvirli  anlatımlarını  açıqlayır.  Bu  tərz  anlatımlar  eposa  müna-
sibətin  yeni  əlamətlərindəndir.  Tədqiqatçı  təhlillərində  o,  Türk 
etnosuna  məxsus  təfəkkür  faktlarına,  xüsusilə  onun  bədii  təfək-
kürünə  xas  olan  məxsusi  keyfiyyətləri  analiz  edir.  Bununla 
tədqiqatçı  türk  xalq  mədəniyyətinə  məxsus  icazların  poetika  və 
təfəkkür əlamətlərini təsnif etmişdir.  
Beləliklə,  “Kitabi-Dədə  Qorqud”  eposu  janr  və  kompo-
zisiya tipinə görə xüsusi poetika şəkillərinə malikdir. Epos bədii 
strukturuna  görə  müxtəlif  məzmunlu  və  süjetli  dastanlardan 
ibarətdir:  bu  müxtəliflik  ilkin  olaraq  mövzu,  məzmun,  üslub  və 
ideya  tipində  inikas  olunur.  Eyni  zamanda  bu  strukturda  vahid 
kompozisiyalı  hərəkət  nizamı  vardır.  Hər  şeydən  əvvəl,  bu  onu 
göstərir  ki,  Türk  xalq  təfəkkürü  bədii  yaradıcılıq  aləmində  ger-
çək  həyat  məzmunlarına  əsaslanmışdır.  Və  bu  əsas  türk  təfək-
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə