ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə6/12
tarix15.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

       
BƏHS ETDİYİMİZ MƏSƏLƏ VƏ MƏNBƏ: 
*  Əliyev  Kamran.  “Dədə  Qorqud”:  Etnopoetika  məsələ-
ləri.//  Eposun  poetikası:  “Dədə  Qorqud”  və  “Koroğlu”.  Bakı, 
Elm və təhsil, 2011,- 164 səh.  
  
TƏDQİQATÇININ İSTİNAD ETDİYİ MƏNBƏLƏR: 
1. Abdullayev K. Gizli Dədə Qorqud. Bakı, “Yazıçı”, 1991. 
2.  Abid  Əmin.  Azərbaycan  türklərinin  ədəbiyyatı  tarixi. 
Azərbaycan Milli Dövlət və İncəsənət arxivi, fond 120. 
3.  Araslı  Həmid:  Kitabi-Dədə  Qorqud.  (Tərtib  edəni  Hə-
mid Araslı). Bakı, Azərnəşr, 1962. 
4.  Engin  Muherrem.  Dədə  Qorqud  kitabı.  Ankara,  1958; 
1963. 
5. Gökyay Orhan Şaik. Dədəm Qorqud kitabı. İstanbul, 2000. 
6.  Hacıyev  Tofiq.  “Dədə  Qorqud  kitabı”nda  qədim  türk 
demokratiyası. Dədə Qorqud. BDU 1999. 
7.  Koroğlu  Xaliq.  Oğuz  qəhrəmanlıq  eposu.  Bakı,  “Yurd” 
1999. 
8.  Kitabi-Dədə  Qorqud”  (Tərtib  edəni  H.Araslı).  Bakı, 
Azərnəşr, 1962. 
9.  Kitabi-Dədə  Qorqud”  (Tərtib  edəni  F.Zeynalov, 
S.Əlizadə). Bakı,Yazıçı, 1988. 
10.  Köprülü  Fuad.  Türk  sağ  şairləri.I  c.,  Milli  Kültür 
Yayınları, Ankara, 1962. 
11. Vəliyev Kamil. Dastan poetikası. Bakı, “Yazıçı”, 1984  
12.  Xəlilov  P.  “Kitabi-Dədə  Qorqud”—intibah  abidəsi. 
Bakı, “Gənclik”, 1993. 
13. Stebleva İ.V. Razvitie tyurkskix form v XI v., M., 1971. 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
73 
2.2  QƏHRƏMANLAR  VƏ  STRUKTUR  SƏCİYYƏ-
LƏR  ÜZRƏ  TƏHLİL  POETİKASI:  QƏHRƏMANLIĞIN 
VƏ MİLLİ MƏNSUBLUĞUN DƏLİ DOMRUL SƏCİYYƏSİ 
  
“Kitabi-Dədə Qorqud” Eposu silsilə əhvalatlardan – heka-
yət və dastanlardan ibarətdir. Əslində ”Kitabi- Dədə Qorqud” bir 
dastan  deyil,  dastanlardan  ibarət  Eposdur.  Hər  dastan  da  boy 
adlanır.  Mətn  kompozisiyasına  görə  Dədə  Qorqud  Dastanı  va-
hid, bütöv bir struktura malikdir.  
Məsələ  burasındadır  ki,  tədqiqatçılar  Eposun  mətn,  məz-
mun strukturları  ilə  “Dəli Domrul” boyunun  məzmunu arasında 
bir-birinə  zəncirvari  bağlılıq  axtarmış,  “Dəli  Domrul”dakı  məz-
munun  fərqli cəhətləri olduğunu dilə gətirmişlər. Bu zaman on-
lar “Dəli Domrul” boyundakı məzmun atributları ilə digər boylar 
arasındakı  məxsusi  əlamətlər  arasında  fərqlər  olduğunu  söy-
ləmiş,  “Dəli  Domrul”  boyunu  mətn  strukturunda  yalqız,  tənha 
kimi görmüşlər.  
“Dəli Domrul” boyu və digər dastanlar məsələsi indiyəqə-
dərki  tədqiqlərdə  diqqət  yetirilən  mövzulardandır.  Bu  tədqiq-
lərdə  “Dəli  Domrul”  boyunun  dastan  strukturundakı  mövqeyi 
necədir?- məsələnin konseptual məğzi buna bağlıdır. 
Kamran  Əliyevin  “Dəli  Domrul”  haqqındakı  təhlilləri  də 
həmin  boya  xas  olan  zərurətləri  açıqlamaq  ehtiyacından  doğ-
muşdur. 
“Dəli Domrul”  boyu  və digər dastanlar  məsələsi tədqiqlərdə 
diqqət  yetirilən  mövzulardandır.  Əsas  səbəblərdən  biri  budur  ki, 
“Dəli  Domrul”  boyunun  ifadə  strukturu  ilə,  ümumən,“Dədə 
Qorqud”un  epos-dastan  strukturunda  bəzi  fərqlər  vardır.  Hər  boy 
Türk xalq elminin məxsusi bədii-poetik özəlliklərindən xəbər verir. 
Təbii ki, Türk etnosunun təfəkkürü-gerçək təfəkkürdür: öz həyat və 
məişəti prosesindəki  məzmunlarla, adət və vərdişlərlə sıx bağlıdır. 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
74 
Bu bilavasitə özü özünü dəyərləndirmə və inkişafetdirmə prosesinə 
bağlıdır. Sözsüz ki, Dədə Qorqud Dastanlarında bu gerçəkliyin ən 
tipik əlamətləri sırasında söz qoşqusunun, bədii ifadə-söyləmlərinin 
də məxsusi özəllikləri vardır. Kamran Əliyev də bu əlamətlər sıra-
sından çıxış etməklə özünün yeni elmi qənaətlərini təqdim etmişdir. 
Bütün  məsələlərdə  tədqiqatçı  ilkin  və  əsaslı  olaraq,  xarakter 
açımına  üstünlük  verir.  Atın  bir  canlı  kimi  Türkün  həyatında, 
məişət bağlılığındakı özəlliklərə də bu aspektdən önəm vermişdir.  
At da bir xarakterdir, özü də bütöv xarakterdir. Dastandakı 
qəhrəmanlar  da  bitkin  xarakterlərdir;  onlar  ən  tipik  özəlliklərə 
malik obrazlardır. O qəhrəmanlar, hər şeydən əvvəl, Türk Etnos 
düşüncəsinin təmsilçiləri və yaradıcılarıdır.  
Keçək indi tədqiqatçının bəhs etdiyi “Dəli Domrul” boyun-
dakı əhvalar və münasibətlərin xarakter açımına.  
Bunu  xüsusi  qeyd  etmək  lazımdır  ki,  xarakter  tamlığına 
görə  Dəli  Domrul  Türk  Öz-ünün,  Türk  milli  gerçəkliyinin  ən 
qədim və yetkin nümayəndəsidir. Tədqiqatçılar bu Öz-ümlüyə o 
qədər də əhəmiyyət verməmişlər, “Dəli Domrul” boyunun əhva-
lat  və  şəxsiyyət  özəlliklərini  digər  boylarla  bağlı  aspektlərdən 
görmək  istəmişlər.  Kamran  Əliyev  tədqiqatçıların  bu  istiqamət-
dəki  fikirlərini  önə  çəkmiş  və  məsələnin  aydın  təsnifatını  ver-
məyə çalışmışdır. Həmin təsnifatın xarakteri nədən ibarətdir? 
Kamran  Dəli  Domrula  məxsus  olan  səciyyələri  bir  neçə 
istiqamətdən  dəyərləndirir.  Əsas  olaraq  o,  “Dəli  Domrul”  bo-
yuna  münasibətdə  etnosun  və  qəhrəmanın  varlığına,  mənsubol-
ma  prinsiplərinə  “təsadüf,  yoxsa  zərurət?”  problemindən  yana-
şır.  Tədqiqatçı  göstərir  ki,  ”Eposdakı  boyların  düzülüş  ardıcıl-
lığı,  (onların)  bir-biri  ilə  əlaqə  imkanları,  eposun  tamlığını  və 
bütövlüyünü  sübut  edən  ehtiyatları,  eyni  zamanda,  şübhə  doğu-
ran  məqamları  xeyli  mülahizə  və  fərziyyələr  yaratmışdır”  ( 
*Əliyev  K.,səh.19). Sözsüz ki, bu “mülahizə və  fərziyyələr” bir 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
75 
çox məqamlarda konkret olmayıb və yaxud da onlarda müşahidə 
və tətbiqetmə əlamətləri zəif olub. Tədqiqatçıların bəziləri “Dəli 
Domrul”un  “Kitabi-Dədə  Qorqud”dakı  yerində  və  mövqeyində 
dırnaqarası  “uyğunsuzluqlar”  axtarmış,  yaxud  da  görmüşlər. 
Halbuki  “abidədəki  boyların  içdən  və  məzmundan  gələn  daxili 
səsləşməsi, surətlərin və poetik vahidlərin qeyri-adi simmetriyası 
(seçmə bizimdir – Ə.T.Ə.) bəzi tədqiqatçıların uyğunsuzluqlarla 
bağlı  müşahidələri  ilə  müqayisədə  ölçüyəgəlməz  dərəcədə  yük-
sək  və  pozulmazdır”.  Fakt  faktdır;  bəs  yanaşma  məsələsi  nəyə 
əsaslanıb?  
Məsələ  buna  bağlıdır  ki,  bəzi  tədqiqatçılara  görə,  “Dəli 
Domrul”  boyu  Eposdakı  boylarla  sanki  bir  bütöv,  sistem  təşkil 
etmir.  Və  bir  ilkin  vardır  ki,  onu  nəzərdən  qaçırmaq  olmaz: 
həmin  ilkin  məsələ  budur  ki,  “Dəli  Domrul”  boyunun  başqa 
boylarla  müqayisədə  müəyyən  zaman  məsafəsi,  əhvali-ruhiyyə 
fərqi, habelə milli Mənşə və Məkan mənsubluğu vardır. Konkret 
olaraq:  Dəli  Domrul  Eposdakı  boyların  qəhrəmanları  ilə  bir 
kökdəndir,  lakin  o  qəhrəmanların  yaşadığı  zamandan  daha 
qədimdir.  Təbii  ki,  məsələ  Eposun  Poetika  Strukturları  ilə  bağ-
lıdır. Kamran Əliyev də məsələnin bu yönündən yanaşmaqla Bo-
yun  mövqeyi  və  bədii  məqamı  üzrə  təhlillər  aparır  və  konkret 
olaraq fikri bu əsasa yönəldir ki, “bu kontekstdə “Dəli Domrul” 
boyunun  digər  boylarla  və  bütövlükdə  eposun  özü  ilə  əlaqə  və 
təmasının  zahirən  zəif  görünməsi  təbii  olaraq  bir  çox  mübahisə 
və  ehtimalların  da  əsasına  çevrilmişdir”  (  *Əliyev  K.,  səh.19). 
“Dəli  Domrul”  boyu  Eposdakı  struktur  mövqeyi  “zahirən”  nə 
üçün  “dayanıqlı  görünmür”?  Və  niyə  “Dəli  Domrul”  boyu  “di-
gər boyların sırasında son dərəcə tək-tənhadır”? Və bu cəhətlərə 
görədirmi ki, “qorqudşünaslıq tarixində eposun başqa qəhrəman-
ları  ilə  müqayisədə  Dəli  Domrulun  aparıcı  bir  qəhrəman  kimi 
öyrənilməsinə  az  diqqət  yetirilmişdir”?  Digər  boylarla  müna-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
76 
sibətdə fərqli cəhətləri bir neçə kontekstdə açıqlayır: 
birinci  hal:  –  Dəli  Domrul  boyunda  digər  boylara 
xarakterik  olan  struktur  müqəddimələr  yoxdur,  burada  dövləti 
təmsil edən şəxsiyyətlərin də adları çəkilmir: “burada Dəli Dom-
rul özündən güclü heç kəsi, hətta dövləti belə tanımır və bununla 
da  boydakı  hadisələr  Oğuz  elindən  kənar  hadisələr  təsiri  bağış-
layır”(*Əliyev K.,səh.21); 
ikinci hal:  – “Dəli Domrul”da başqa Oğuz ərləri, məsələn 
40 igid yoxdur və Dəli Domrul “tək-tənha görünür”;   
üçüncü  hal:  –  boyda  ata-ananın  övlada  dərin  bağlılığı 
yoxdur: belə ki, Dəli Domrulun ata və anası öz canlarını övlad-
larından  çox  istəyirlər:  bununla  “epos  mətninin  valideyn-övlad 
münasibətləri strukturu da açıq-açığına pozulur”; 
dördüncü  hal:  –  Eposda  qəhrəmanların  hər  zaman  rast-
laşdığı və döyüşdüyü obrazlar var; lakin “Dəli Domrul”da bu tip 
obazlar  yoxdur: Dəli Domrulla rastlaşan  və güləşən  və hər dəfə 
də  Dəli  Domrulu  məğlub  edən  Əzrayıl  obrazı  kimi  güclü  və 
yenilməz  obraz  yoxdur:  ”Dəli  Domrulun  qarşılaşdığı  Əzrayıl 
Oğuz  elinin  qəhrəmanlıq  ənənəsi  və  təcrübəsində  rast  gəlin-
məyən bir hadisədir”; burada əzrayıl bütün qəhrəmanlardan- hət-
ta “məliklərdən də, trabzon təkurundan da, Arşın oğlu Dirəkdən 
də, hətta Basatın gözünü bağlayıb, başını kəsdiyi Təpəgözdən də 
güclü və qüvvətlidir”; 
beşinci  hal:  –  hadisələrin  başvermə  zamanıdır:  “bədii  za-
man genişliyi Epos üçün daha çox səciyyəvidir”, “Dəli Domrul” 
dakı zaman isə “qısadır”; 
altıncı hal: – “Dəli Domrul”da tarixi məkan da məhduddur: 
burada Ağcaqala, Dərbənd, Düzmürd, Əlincə, Dərəşam, Trabzon, 
Rum eli, Tatyan qalası adlarından birinə də rast gəlmək olmur; 
yeddinci  hal:  –  Üslubuna  görə  də  “Dəli  Domrul”  boyu 
xüsusi  əlamətlərə  malikdir.  Kamran  Əliyev  boyun  üslub,  ifadə 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
77 
tərzini  xarakterizə  edən  Tofiq  Hacıyevin  fikirlərini  təqdim  edir. 
Tofiq Hacıyev boyun bədii ifadə tipinin nağıl üslubu kimi səciy-
yələndirir,  boyun  “süjetinin”  də  “nağıl  tipində  olduğunu  söylə-
yir;  bununla  bərabər,  Tofiq  Hacıyev  “Dəli  Domrul”  ilə  digər 
boylar  arasındakı  fərqi  belə  səciyyələndirir:  ”bütün  boylarda 
bütün  fantaziyası  ilə,  bütün  mübaliğəsi  ilə  yanaşı,  hadisələr 
həyatda baş verən, mümkün olan, insanın ağlı və fiziki gücü ilə 
bəlli  edilə  bilən  bədiilikdən  ibarətdir”  (  *Əliyev  K.,səh.23). 
Kamran  Əliyev  “Dəli  Domrul”  boyuna  xas  olan  bədii  məxsus-
luğu  səciyyələndirərkən  ondakı  gerçəkliyi  nağıl  gerçəkliyi  kimi 
xarakterizə  edir.  Bu,  Dəli  Domrulla  Əzrayıl  arasındakı  münasi-
bətin  məzmununa  məxsus  olan  bədii  gerçəklikdir.  Kamran 
Əliyev  bədii  gerçəkliyin  struktur  məzmununu  açıqlamaq  üçün 
ayrı-ayrı  detalları  bir  nizam-kompozisiya  üzərinə  çəkir.  Bu 
müstəvidə  tədqiqatçı  faktları  konkret  olaraq  müqayisəli  struk-
turlardan  təqdim  edir.  Bu  müqayisəli  fakt  nizamında  Ozanlar 
Ozanı  Dədə Qorqudun söylədiyi dastanların ümumi  mətn struk-
turuna bağlılığını şərtləndirən əlamətləri açıqlayır. Onlardan biri 
kimi bunu təqdim edir: “Dəli Domrulun da oğuz elinin gələcəyi 
naminə “yaxşı igidin canını” qurtarmaq arzusu və qırq yigid ilən 
yeyüb-işüb  oturması”  faktları  “Dəli  Domrul”  boyunun  eposun 
digər  boyları  ilə  əlaqəsini  təmin  edir,  onu  epos  strukturunun 
zəruri bir vahidi səviyyəsinə qaldırır”( *Əliyev K.,səh.25).  
Digər  bir  əlamət:  At  obrazının  yeri  və  tutumu  barədədir: 
boylarda  At canlı  bir obrazdır,  igidin, oğuzun  yol  yoldaşı, səfər 
yoldaşı, döyüş gücü, cəsarət, hünər simvoludur: “at igidin uğur-
larında”  aparıcı  mövqedə”dir:  bu  bilavasitə  “atın  igiddən  üstün 
tutulması”  faktıdır: tədqiqatçı atın  igiddən üstün tutulmasını də-
qiq fakt kimi səciyyələndirir və qeyd edir ki, bu hal “Dədə Qor-
qud” eposunda yeni xətt kimi ortaya çıxır” (*Əliyev K., səh. 26). 
“Hünər atınmı, ərinmidir?” sualına bəylər hünər “Ərindir” söylə-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
78 
yərkən Qazan xan belə cavab verir: “Yoq, at işləməsə,  ər ögün-
məz. Hünər-atındır” (“Bəkil oğlu İmran boyu”). Kamran diqqəti 
ona  yönəldir  ki,  Atı  ikinci  dərəcəli  hesab  edənlər  bu  faktlara 
nəzər  salmalıdırlar:  “Bu  çalar  (yəni,  “hünər  atındır”  deyimi-
Ə.Ə.) atın və igidin mövqe aydınlığına, hansının daha yüksəkdə 
durması mübahisəsinə işıq salmaqla yanaşı, folklorşünaslıq tari-
xində At obrazına  yardımçı qüvvə kimi  yanaşmaq tendensiyası-
na təzədən baxmaq,  mövcud və sabitləşmiş  müddəalar üzərində 
təshihlər aparmaq ehtiyacını da ortaya qoyur” ( *Əliyev K., səh. 
26). Deməli,  At, Oğuz  üçün həyatda, döyüşdə,  məişətdə, səhra-
da, dağda, meşədə, təsərrüfat həyatında güc, qüvvə, iradədir. 
Tədqiqatçı “Dəli  Domrul” boyunun Epos strukturunda  yer 
almasını  əsaslandıran məsələ kimi, Atla bağlı məzmunun xarak-
terik  cəhətlərini  yada  salır:  “igidin  atdan  asılılığı”  məsələsinin 
“Dəli Domrul” boyu üçün də səciyyəvi olduğunu söyləyir: “Dəli 
Domrul bir-iki gögərçin öldürdü, döndi evinə gəli yürür, Əzrayil 
atının gözünə göründi. At ürkdi. Dəli Domrulu götürdi yerə urdı. 
Qara  başı  bunaldı,  bunlu  qaydı.  Ağ  köksinin  üzərinə  Əzrayil 
basub  qondı”.  Bu  və  ya  digər  koordinasiyalar  üzrə  təhlillərini 
zəncirvari  bir  hərəkət  xəttində  saxlayan  Kamran  müqayisə 
üçün bunları da yada salır ki, Bəkil, Uruz, Qanturalı kimi igidlər 
də  atdan  yerə  yıxılarkən  düşmənləri  onların  “üstünü  alır”,  Dəli 
Domrul  atdan  yerə  düşən  kimi  Əzrayil  onun  sinəsinə  qonur  və 
bu  eynilik  “Dəli  Domrul”  boyu  ilə  digər  boyların  bağlılığına 
dəlil-sübut  kimi,  “Dəli  Domrul”  boyunu  “eposdan  kənar  etmək 
təsəvvürünü tamamilə alt-üst edir” (*Əliyev K.,səh.27). Deməli, 
Dəli Domrul  bir obraz-qəhrəman kimi  nə qədər güclüdürsə,  Atı 
ilə də bir o qədər güclüdür, bütövdür. 
“Dəli  Domrul”  boyunun  dastan  strukturundakı  bütövlü-
yünü səciyyələndirən digər fakt: “Dədə Qorqud”un digər boyları 
kimi,  ad  vermə-“Adını  mən  verdim,  yaşını  Allah  versin”  məz-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
79 
munu  “Dəli  Domrul”  boyunda  da  xarakterik  haldır:  “Doğrudur, 
həmin  boyda  Dədə  Qorqud  heç  kəsə  ad  qoymur,  ancaq  göz-
lənilmədən  Allah,  Dəli  Domrula  və  onun  balalarına  yaş  verir:” 
ol iki halala yüz qırq yıl ömr verdim” (*Əliyev K.,səh.28). Ömür 
vermək yalnız Tanrıya aiddir – bu ideyanın özü Oğuzun inam və 
etiqadının  sabit  və  davamlı  olduğunu  göstərir:  məhz  bu  məz-
munda  dastandakı  əhvalat  və  münasibətlərin  zəncirvari  bağ-
lılığını və bütövlüyünü inikas etdirir. 
Kamran  Əliyevin  tədqiqlərində  bu  cür  müqayisəli  tutuş-
durmalar  diqqəti  eposun  poetikasının  məzmun  tiplərinə  yönəlt-
mək  məqsədi daşıyır. Ba anlamda, Kamran səciyyələrə öz məz-
mun konteksti daxilində təsnif verir. 
Digər  bir  fakt  “Dəli”  sözü  ilə  bağlıdır.  Boyun  adından  da 
göründüyü  kimi,  “Dəli”  adı  Dəli  Domrulun  adından  ayrılmaz” 
haldadır. Dəli  adında başqa  igidlərin də,  məsələn, Dəli Dondaz, 
Dəli Budaq, Dəli Uran, Dəli Qarcar, Dəli Ozan, Dəli Yigid kimi 
obrazların Eposda yer aldığını yada salmaqla tədqiqatçı daha bir 
bağlılığı  səciyyələndirmiş  olur.  Ümumiyyətlə,  Kamran  Əliyev 
faktlara  konkret  və  dəqiq  ölçülərdən  yanaşmış,  təhlil  və  təsnif-
lərində  həmin  faktların  bir-birinə  bağlı,  bir-birinə  yaxın  oldu-
ğunu  göstərmişdir:  “Dəli  Domrulun  quru  çay  üzərindən  körpü 
salması, Dəli Qarcarın yoldaşları ilə buta atması, nişan qoyması, 
Budağın,  Uruzun,  Şir  Şəmsəddinin,  Yegnəyin  ox  atmaları,  bu 
yarışda  Dəli  Ozanın  iştirakı  və  nişan  üzüyünü  dəqiq  nişan  al-
ması, Səkrəyin bir-biri ilə çəkişən yetim oğlana və qıza şillə vur-
ması  ayrı-ayrı  məkan  və  zamanlarda  baş  verən,  məzmun  ba-
xımından bir-birindən fərqlənən, daha çox müxtəlifliyi ilə seçilib 
ayrılan hadisələr olsa da, onlar eposun strukturunda bir-birini iz-
ləyən,  bir-birini  tamamlayan  və  vahid  bir  məqsədə  yönələn  sə-
ciyyəvi həyat mənzərələridir” ( *Əliyev K.,səh.30). 
Dəli  Domrulla  “Koroğlu”  dastanındakı  Dəli  Həsən  ara-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
80 
sında  bir  uyğunluq  məsələsinə  toxunan  tədqiqatçı  bu  nəticəyə 
gəlir ki, “düz yeddi il düşmənlə vuruşa çıxmayan Dəli Həsən bac 
almaqla  gününü  keçirir,  sanki  o,  quru  çay  üstündə  körpü  salıb 
körpüdən keçənlərdən otuz üç axça, (körpüdən) keçməyənlərdən 
qırx axça alan Dəli Domrulun süd qardaşıdır” ( *Əliyev K.,səh. 
31).  Deməli,  Türk  həyatında  Dəli  Domrullar  həmişə  olub  və 
olacaq.  
“Quru  çay”  ifadəsi  ilə  əlaqədar  olaraq  “Dəli  Domrul” 
boyunun  digər  boylarla  yaxınlığı  və  bağlılığına  dair  sintezi  də 
diqqətəlayiqdir. Ümumiyyətlə, Eposda həyatın canlı və hərəkətli 
olmasına  dair  təsvirlər  mətn  strukturunda  xüsusi  yer  tutur: 
tədqiqatçı  Oğuzların  sosial  yaşam  tərzini,  cəmiyyətdaxili  və 
ümuminsani  baxışlarını  və  ümumilikdə,  onların  həyatlarına  və 
dünyabaxışlarına dair prinsipləri təsnif edərkən məzmunu struk-
turlarını  sistemləşdirmiş,  canlı  və  hərəkətli  olma  tərzini  “Oğuz 
həyatının  ciddi  bir  simvolikası”  kimi  açıqlamışdır;  və  bu  sin-
tezdə  o,  “dağların  ucalması”nı,  “çayların  çağlaması”nı,  “ağac-
ların  yaşıl  olması”nı  bir  simvolika  kimi  “Oğuz  həyatının  da, 
Oğuz insanının da dəyər ölçüsü” ( *Əliyev K.,səh.32) adlandırır.  
Aparılan  paralelliklərə,  təhlil-təsniflərə  əsasən  Kamran 
Əliyev “Dəli Domrul” boyu ilə əlaqədar olaraq belə bir nəticəyə 
gəlir ki, “suları coşqun çay obrazının  xüsusi  halı  – quru çay  isə 
məhz “Dəli Domrul” boyunda sadəcə olaraq süjetə daxil olmur, 
həmçinin əlahiddə boyla bütöv eposun əlaqəsini təmin edir, boy-
la  eposun  qarşılıqlı  və  müştərək  ideya-estetik  məzmun  yükünü 
daşıyır 
Dəli Domrul obrazı ilə digər obrazlar arasındakı bağlılıq və 
yaxınlıq Eposdakı əhvalatların, hadisələrin ümumi strukturundan 
irəli  gələn  hallardır.  Oğuzların  dinc  həyatına  dair  məzmunun 
ifadə  xüsusiyyətinə  görə  “Dəli  Domrul”  boyunun  ayrıca  bir 
məzmun-fabulası  var:  və  bu  məzmun-fabula  Eposun  mətn  sis-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
81 
temində  ən  özəl  əlamətlər  sırasında  xüsusi  yer  tutur.  Kamran 
Əliyevin  “Dəli  Domrul”  boyunun  “Kitabi-Dədə  Qorqud”  epo-
sundakı yerinə – mətn strukturundakı mövqeyinə dair müqayisə-
li araşdırmaları – qorqudşünaslıqda yeni yanaşma meyli kimi xa-
rakterik üslubi anlatımlara malikdir.  
Ümumiyyətlə,  “Kitabi-Dədə  Qorqud”  eposu  mətn  struk-
turuna  görə  çoxcəhətli  və  çoxsahəli  poetika  özəlliklərinə  – 
bədii nizam əlamətlərinə malikdir. Kamranın araşdırmaları ilə 
dastanlarda  etnosun  və  onun  qəhrəmanlarının  həyat tərzi,  sosial 
mövqeyi,  milli  və  ümuminsani  ideologiyası,  inam  və  etiqadı, 
yaşam və düşüncə marağı kimi məzmunlardan təhlil edilir.  
Kamran  Əliyevin Epos poetikası quruluşunda  “Dəli Dom-
rul”  boyunun  yeri  haqqındakı  yazısı  həmin  boya  və  bütövlükdə 
Dədə Qorqud dastanlarına xas olan zərurətləri açıqlamaq ehtiya-
cından doğmuşdur. 
Bütün  bunlar  onu  göstərir  ki,  Kamran  Əliyevin  elmi  təh-
lilləri  fikri  konkret  sahələrə  yönəltmə  tərzinə  görə  fərqli  bir 
tendensiyaya  malikdir: burada təhlillər  və təsniflərə xüsusi key-
fiyyət aşılayan əsas amil – məsələyə ümumi və xüsusi hallardan 
sistematik yanaşma tərzidir.  
Fikrimizin yekunu olaraq söyləyək ki, bütün bu elmi səciy-
yələr  Kamran  Əliyevin  özünəməxsus  təhlil-tədqiq  baxışlarının 
aktivliyinin və təhlil-təsnif dinamikliyinin ifadəsidir. 
     
BƏHS ETDİYİMİZ MƏSƏLƏ VƏ MƏNBƏ: 
* Kamran Əliyev. “Dəli Domrul” boyu: Təsadüf, yoxsa zə-
rurət? // Eposun poetikası:  “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 
Elm və təhsil, 2011, 164 səh.  
 
 
 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
82 
TƏDQİQATÇININ İSTİNAD ETDİYİ MƏNBƏLƏR: 
 
1. Araslı Həmid. Kitabi-Dədə Qorqud.(Tərtib edəni Həmid 
Araslı).Bakı, Azərnəşr, 1962. 
2.  Bəhlul  Abdulla.  “Kitabi-Dədə  Qorqud”un  poetikası. 
Bakı, Elm, 1999. 
3.  Gökyay  Orhan  Şaik.  Dədəm  Qorqud  kitabı.  İstanbul, 
2000. 
4.  Hacıyev  Tofiq.  “Dədə  Qorqud:  dilimiz,  düşüncəmiz. 
Bakı, Elm, 1999. 
5.Hacıyev  Tofiq.  “Dədə  Qorqud  kitabı”  Oğuz  tarixinin 
yazılı  dərsliyi  kimi  (yaxud:  Dastanımızın  həcmi  haqqında). 
“Dədə Qorqud” elmi-ədəbi toplusu. Bakı, 2001, N-1, səh. 9-24. 
6. Faruk Sümer. Oğuzlar. Bakı, Yazıçı, 1992. 
7.  Kitabi-Dədə  Qorqud”  (Tərtib  edəni  H.Araslı).  Bakı, 
Azərnəşr, 1962. 
8.  Kitabi-Dədə  Qorqud”  (Tərtib  edəni  F.Zeynalov,  S.Əli-
zadə). Bakı,Yazıçı, 1988. 
9. Acalov Arif. “Dəli Domrul” boyunun kökləri və mifoloji 
semantikası.-Azərbaycan  mifologiyası  məsələləri.  Bakı,  Elm, 
1983.  
10. Koroğlu Xaliq. Oğuz qəhrəmanlıq eposu. Bakı, “Yurd” 
1999. 
 
 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
83 
2.3.    “BASATIN  TƏPƏGÖZÜ  ÖLDÜRDÜYÜ  BOY” 
ÜZRƏ    QƏHRƏMANLARIN  MİLLİ  MƏNSUBLUĞU  VƏ 
STRUKTUR TƏBİƏTİ 
 
“Kitabi-Dədə  Qorqud”  tarixi  zamanların  və  məkanların 
milli  mənşə  sirlərini  əks  etdirən  dastanlar  dastanıdır;  eposun 
məzmun və ideyası ümumbəşəri səciyyə daşıyır. Habelə “Kitabi-
Dədə  Qorqud”  xüsusi  poetika  incəliklərinə,  bədii  strukturlara 
malik olan bənzərsiz ədəbi abidədir. 
Kamran  Əliyev  niyə  Təpəgöz  obrazını  tədqiq  mərkəzinə 
çəkir?  Çünki  Təpəgöz  obrazı  haqqında  nə  qədər  tədqiqlər  apa-
rılsa  da,  tədqiqatçının  qeyd  etdiyi  kimi,  ”eposun  poetikasında 
səciyyəviliyi  və qeyri-adiliyi  ilə seçilən Təpəgözün sirri  hələ də 
kifayət  qədər  açılmamışdır”  (  *Əliyev  K.,  səh.36)  .  Əlbəttə,  o 
sirlər açılması  vacib olan digər sirləri də öz içərisinə alıb  saxla-
mışdır: yəni bir sir başqa bir sirrə aiddir, yaxud bir sir başqa bir 
gizli  sirri  törətmişdir  və  üçüncü  halda:  bir  sirr  başqa  bir  sirdə 
davam  etmişdir.  İlk  sirri  açdıqca  digər  sirlər  də  kompozisiyalı 
halda  düzülüb  gəlir.  Bunlar  Kamranın  təhlillərində  qəhrəman-
ların xarakter və tip çözümləri silsiləvi çözümlərdir. Bu silsilədə 
hələ nə qədər açılmağı gözləyən sirlər vardır. Təhlil stilinə görə, 
tədqiqatçı  məsələlərin  aydın  və  sistemli  açımı  üçün  ilkin 
bağlanma əlamətlərindən başlayır.  
Və  bu  cür  yanaşmanın  konkret  məzmun,  mənşə-mənbə 
strukturu  ona  bağlıdır  ki,  hər  obraz  özü-özlüyündə  bitkin  və 
dolğun məzmuna malikdir və bu məzmunlar hamısı bir məzmun 
mərkəzində  cəm  olub,  yəni  dastan  strukturunda  vahidlik  və  bü-
tövlük vardır. Ona görə də tədqiqatçı  nəzər-diqqəti  belə bir  mə-
sələyə  yönəldir  ki,  “bu  boydan  (“Basatın  Təpəgözü  öldürdüyü 
boy”dan  –  Ə.T.Ə.)  həm  Qalın  Oğuz  elinin  özünə,  həm  mifik 
dünyaya,  həm  də  eposun  strukturuna  və  poetik  sisteminə  nəzər 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
84 
yetirib  bir  çox  elmi  mülahizələri  dəqiqləşdirmək  və  konkretləş-
dirmək  mümkündür”  (*Əliyev  K.,  səh.36).  Məsələnin  məzmun 
strukturu məlumdur. Ümumiyyətlə götürsək, Təpəgöz adi bir ob-
raz deyil; o, çox ciddi  və  mükəmməl  bir obrazdır. Təpəgöz sirli 
bir obrazdır. Əsas məsələ onun bir obraz kimi “əsl mahiyyətinin 
üzə  çıxarılması”  problemi  ilə  bağlıdır;  bunun  üçün  Təpəgözün 
“mənşəyinin  və  poetikasının...düzgün  təyin  edilməsi”  gərəkdir. 
Tədqiqatçı  qeyd  edir  ki,  Məhəmmədhüseyn  Təhmasib,  Əli  Sul-
tanlı,  Orxan  Şaik  Gökyay,  V.Jirmunski,  Xaliq  Koroğlu,  Kamal 
Abdulla kimi tədqiqatçılar araşdırmalarında Təpəgözün mənşəyi 
məsələsinə  üstünlük  vermiş  və  ondan  geniş  şəkildə  bəhs  etmiş-
lər.  Kamran  Əliyev  obrazın  geniş  aspektdən  öyrənilməsi  üçün 
təkcə mənşə məsələsinin kifayət etmədiyini söyləyir. 
Araşdırmalarında  və  açıqlamalarında  Kamranın  maraq  və 
yanaşma  tərzi  nəyi  əsas  götürür?  Tədqiqatçı  araşdırmaçılara  üz 
tutur,  onların  araşdırma  dairələrindəki  mövzuları  dəyərləndirir 
və  konkret olaraq,  bəhs  etdiyi  məsələdə  vacib  olan  başqa  prob-
lem  və  prinsipləri  ön  plana  çəkir.  Kamran  tədqiqlərin  “əhəmiy-
yətini qeyd etməklə bərabər” məsələyə həm də yaradıcılıq poeti-
kası  kontekstindən  yanaşmanın  gərəkli  olduğunu  vurğulayır  və 
göstərir  ki,  “Təpəgözün  mənşəyinin  deyil,  məhz  poetikasının 
dəqiq və hərtərəfli öyrənilməsi onun əsl məzmununun üzə çıxa-
rılmasına,  eposun  strukturunun  və  sisteminin  dərkinə,  bəzi  sir-
lərin  açılmasına  daha  çox  yardımçı  ola  bilər”  (*Əliyev  K.,  səh. 
37). Bu açım strukturunda Bütöv Millət anlayışı daha qabarıq və 
məzmunlu deyilmi? 
Bayındır  xan  obrazının  dastanda  yeri  və  mövqeyi  məsə-
ləsindən  başlayan  tədqiqatçı  qeyd  edir  ki,  “bütün  boylarda  öz 
yerində  görünən,  Oğuz  bəylərini  ətrafına  toplayan,  onlarla  öz 
iqamətgahlarında  məsləhətləşmələr  aparan  Bayındır  xan”  ilk 
dəfə  olaraq  səyahətə  çıxma  halında  təqdim  edilir.  Təpəgöz  qor-

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
85 
xusu  ilə Bayındır  xanın  səyahətə çıxması arasında bir uyğunluq 
olduğunu  göstərir:  Oğuz  bəyləri  Bayındır  xanı  “həmişə  öz  tax-
tında və öz yerində görməyə vərdiş etmişlər”. Bu faktı tədqiqatçı 
“Oğuz eli üçün son dərəcə narahatlıq əlaməti” hesab edir. 
Hələ Təpəgöz təhlükəsini ilk dəfə Bayındır xan “hiss edir” 
və bu adi hiss deyil “təhlükə hissidir” : “Deyəsən, Bayındır xanı 
öz  taxtından  ayağa  qaldırıb,  öz  sabit  yerindən  tərpədərək  hərə-
kətə gətirən, səyahətə çıxaran da məhz elə onun ürəyinə dammış 
bu qeyri-adi hissdir – təhlükə hissidir!” (*Əliyev K., səh.38). Və 
bu “təhlükə hissi” Oğuzun həyatına daxil olar-olmaz, oğuzluğun 
daha bir yeni gücünü üzə çıxartdı.  
Kamran  Əliyev  təhlil  zamanı  Təpəgözə  xas  olan  xüsusi 
keyfiyyətlər  ilə  Oğuz  igidlərinin  şəxsi  keyfiyyətlərini  yan-yana 
gətirməklə  obraza  xas  olan  struktur  məzmun  əlamətlərini  müqa-
yisəli  şəkildə  xırdalayır.  Həmin  əlamətlərdən  biri  budur  ki,  Tə-
pəgözə  məxsus  iradi  bacarıqlar  mənfi  simptomlar  kimi  tipik  və 
dramatikdir:  “Təpəgöz  Eposun  strukturunda  idbar  və  mifik  bir 
düşmən  obrazı  kimi  təkdir.  Onun  adı  özündən,  üzündən  və  gö-
zündən bəlli olur” (*Əliyev K., səh.38). Bədii ifadə və təqdim ba-
xımından  tədqiqatçının  müqayisəli  anlatımları  ümumdastan  poe-
tizminə  daxildir.  Axtarışlar  həmişə  yeni  yanaşmalar  tələb  edir: 
Kamran  da  fakt  içərisindən  fakt  çıxarır  və  ilkin  fakta  yeni  məlu-
mat-şərhlər əlavə edir. Təpəgözə advermə adi fakt deyil, bu, Tür-
kün  həyat qanununa  aid olan  məsələdir.  Fakta  xarakterizə  verər-
kən tədqiqatçı  qeyd  edir  ki,  burada daha Dədə Qorqudun obraza 
ad  qoymasına  ehtiyac  olmur,  “çünki  doğulan  kimi  onun  adı 
bəllidir: Təpəgöz!”. Yəni Təpəgöz öz adını da özü ilə gətirmişdir.  
Digər bir  məsələ odur ki, Təpəgöz insan xislətindən kənar 
olan  xüsusiyyətlərilə  də  fərqli  qəhrəmandır:  “ona  süd  verən 
dayələrin canını alır, oynadığı uşaqların burnunu, qulağını yeyir, 
yol  kəsir,  böyük  hərami  olur.  Nəhayət,  oğuzun  adamlarını 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
86 
yeməyə  başlayır”:  bununla  Təpəgöz  bütün  düşmənlərdən  güclü 
və  sərtdir.  Oğuz  igidləri,  məsələn,  Səlcuq  oğlu  Dəli  Dondar, 
Qaragünə oğlu Dəli Budaq, Qazan xan hər zaman düşmənə qalib 
gəliblər.  Amma  Təpəgözün  qarşısına  çıxacaq  igid  hələ  ki  yox-
dur, məsələn, Qazanın qardaşı Qaragünə Təpəgözün əlində  “zə-
bun  oldu”,  Dözən  oğlu  Alp  Rüstəm,  Uşun  Qoca  oğlu,  Aruq 
candan  iki  qarındaşı  və  neçə-neçə  pəhləvanlar  Təpəgöz  əlində 
şəhid oldular və beləliklə, Təpəgözə batan olmadı. Tədqiqatçı bu 
cür  məğlubiyyət  faktının  “dastan  düşüncəsinə  yad”  olduğunu 
söyləyir.  Bununla  belə,  Təpəgöz  də  bir  Oğuz  soyundan  gəlmə 
fakt  kimi  xarakterikdir:  Çobanla  Pərinin  izdivacından  doğulub; 
bununla  o,  “yarıməfsanəvi”,  yəni  “reallıqla  mifin  müştərək  tə-
cəssümü”ndən doğulan obrazdır (*Əliyev K., səh.40); amma hər 
halda bu Oğuz soyunun başqa bir potensial gücünün inikasıdır.  
“Çobanlıq xislətinin aydınca görünməsi” Təpəgözə məxsus 
olan reallığın əsas məzmunlarından biridir. Pəri anasının verdiyi 
üzüyün  sirri  –  yəni  Təpəgözün  bədəninə  oxun  batmaması, 
qılıncın  təsir  etməməsi  məzmunu  onun  obraz-qəhrəman  kimi 
mifik  xarakterini  göstərən  faktlardır.  Təpəgözə  heç  kəs  bata 
bilmir  və  Təpəgöz  “heç  kəsə  qulaq  asmır”-  yalnız  ümid  Dədə 
Qorquda qalıb və Təpəgözlə “kəsəmət kəsmək üçün yalnız Dədə 
Qorqudu çağırmalı olurlar” (*Əliyev  K., səh.40). Tədqiqatçı  bu 
faktlara  işarə  etməklə  Dədə  Qorqudla  bağlı  belə  bir  bənzətmə 
verir ki, Dədə Qorqudda da “reallıqla mif qovuşuq şəklindədir”. 
Tədqiqatçı  xatırladır  ki,  “onun  reallığına  heç  bir  şübhə  yoxdur, 
çünki qopuz çalır, söz söyləyir”.  
Bəs  tədqiqatçı,  Dədə  Qorqudun  mifikliyini  nə  ilə  qiyas 
edir?  Bu  barədə  konkret olaraq  belə  yazır:  “Dədə  Qorqudun  ad 
verməsi  isə  Allahdan  bir  az  aşağı,  yaxud  Oğuz  elində  Allaha 
yaxın olması və həmişə “adını mən verdim, yaşını Allah versin” 
deməsi onun mifoloji gücü ilə bağlıdır” (*Əliyev K., səh.41).  

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
87 
Təəssüf  ki,  bu  faktları  mifoloji  güc  hesab  etmək  olmaz: 
bunlar  Dədə  Qorqudun  müdrikliyi,  iman  gücü,  paklığına  aid 
olan  şəxsi  keyfiyyətlərdir:  bunlar  Dədə  Qorqud  elminin  ifa-
dəsidir və Dədə Qorqud elminə məxsus olan bu keyfiyyətlər isə 
heç bir halda mifik əlamət deyil.  
Əhvalatın  bu  cür  dramatik  davamı  ilə  Oğuzun  başqa  bir 
gücü ortaya çıxır: Təpəgözlə ancaq Aruz Qocanın itmiş oğlu Ba-
sat  döyüşə  bilər,  çünki  ona  Aslan  süd  verib  bəsləyib,  onda  adi 
insana xas olmayan güc vardır.  
Kamran Əliyevin müşahidəsində doğru olaraq, iki Təpəgöz 
olduğu kimi, iki də Basat məzmunu vardır: bir Basat Təpəgözün 
qarşısında  dayanan  və  onu  məğlub  edən  Basatdır:  onda  mifik 
güc  vardır.  Digər  bir  Basat  Oğuz  qəhrəmanlığını  real  şəkildə 
nümayiş etdirən Basatdır. Basat da iki (həm mifik gücü, həm də 
real gücü olan) Təpəgöz ilə vuruşmalı olur və hər iki Təpəgözü 
də məğlub edir.  
Ümumilikdə,  tədqiqatçı  “dastan  düşüncəsi”nin  mövqeyini 
mətnin  məzmunu  kontekstindən  dəyərləndirir.  Hər  iki  obraz-
qəhrəman Oğuz elindəndir:  “Təpəgöz Oğuzların  heç  vaxt qarşı-
laşmadığı  nəhəng  düşməndir,  bütün  düşmənlərdən  daha  güclü 
bir düşmən obrazıdır  – Oğuz elindən olandır. Beləliklə, xalq tə-
fəkkürü  onu  göstərir  ki,  ən  böyük,  ən  nəhəng  düşmən  də  məhz 
yenə  Oğuzdan  doğulub  böyüyən  bir  obraz  –  Çoban  oğlu  Təpə-
göz ola bilər. Belə bir düşmənə qalib gələn isə Basatdır, çünki o 
da  oğuz  elindən  olandır  –  Aruz  Qocanın  oğludur”  (*Əliyev  K., 
səh.42). Bu məzmunda eyniliklər  və  müxtəlifliklər öz-özünə tə-
zahür edir.  
Kamran  Əliyevin  araşdırmaları  dramatik  və  sistematikdir: 
bu  sistematik  səciyyələndirmələrdə  bir  tip  obraz  yoxdur,  müx-
təlif tip qəhrəmanlar və mövqelər var;  
Habelə  bu  araşdırmaların  ayrı-ayrı  xarakterlərə  məxsus 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
88 
olan  dramatik  pərdələr  (şəkillər-səhnələr-əhvalatlar-hadisələr) 
nizamı vardır; 
Bunlar  həm  də  təhlil  strukturunun  poetika  nizamıdır:  bu 
nizamda daha iki hal var: 
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə