ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə7/12
tarix15.05.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

1)  birinci  hal:  şübhəsiz  ki,  bu  nizamda  qəhrəmanların 
müqayisəli  səciyyələri  bilavasitə  həm  onların  birxətli  hərəkət 
nizamını,  həm  də  çoxxətli  fərdi  qəhrəmanlıq  keyfiyyətlərinə 
məxsus əlamətləri açıqlamış olur; 
2)  ikinci  bir  halda,  dastanda  qəhrəmanın  poetikası  ilə 
məzmun  və  mündəricənin  struktur  poetikası  vahid  kompozisiya 
üzrə təsriflənir. 
Bununla tədqiqatçı təhlilində təsrifin təsrifini  verir: birinci 
halda  bu təsrif  “Dədə Qorqud” Eposunun  mətn strukturundadır; 
ikinci halda, mətn strukturu kontekstində yeni bir təhlil strukturu 
üzə  çıxır  ki,  bu  da  Dastan  poetikası  üzrə  əlamətlərin  yeni  nü-
anslarını üzə çıxarmış olur. 
Ümumiyyətlə,  Dastanda  obraz  və  obrazlar  üzrə  məzmun 
strukturuna  diqqət  yetirməklə  məsələnin  qlobal  və  özəl  elmi 
səciyyələrini  xarakterizə  etmək  olar:  bu  aspektdə  əsas  meyar, 
sözsüz ki, xalq bədii təfəkkürüdür. Bu mənada, əsas məsələ xalq 
düşüncəsinin  bədii-poetik  inikas  strukturlarını  müəyyənləşdir-
mək və dəyərləndirmək poetikasına bağlıdır. 
Problemin  qoyuluşuna  və  açımına  bu  konseptual  aspektdən 
yanaşsaq,  belə  söyləyə  bilərik  ki,  Kamran  Əliyevin  Epos  qəh-
rəmanlarını  səciyyələndirmək  üçün  apardığı  müqayisə  və  paralellər 
də  sırf  struktur  səciyyə  daşıyır.  Əsl  mahiyyəti  göz  önündə  sər-
giləmək  üçün  o,  qəhrəmanın  tipik  özəlliklərini  açıqlamağa  çalışır, 
obrazın milli xarakteristikasını verir, ona aid olan tipik cəhətləri də, 
əsasən,  bu  motivasiyalardan  açıqlayır.  Təpəgözün  də  mənsubolma 
tipizminin  təfsirində  tədqiqatçı  obrazın  məzmun  strukturunu  Epos 
poetikası mənsubluğundan dəyərləndirir.  

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
89 
Bu  təsbitə  nəzərən,  tədqiqatçı,  Təpəgöz  obrazını  Dastan 
poetikasında tutduğu mövqeyə və oynadığı rola, “daşıdığı funk-
siyaya”  görə  səciyyələndirir  və  bu  nəticəyə  gəlir  ki,  “Təpəgöz 
həm  düşmənçiliyi,  həm  də  Basata  məğlubiyyəti  ilə  Oğuz  elinin 
gücünü əks etdirir”. (*Əliyev K., səh.48). Ən nəhəng düşmən də, 
həmin  ən  nəhəng  düşməni  məğlub  etməyə  qadir  olan  da  Oğuz 
elindən  çıxan  şəxslərdir  və  bütün  bunlar  onu  inikas  etdirir  ki, 
“Dədə  Qorqud”  eposunda  Oğuz  təfəkkürü  Oğuzdan  başqasını 
qəbul etmir” ( *Əliyev K., səh.48). Bu həm də onu təsbit edir ki, 
dünyada heç bir millətdə Oğuz-Türk gücü ola bilməz. 
Məsələn,  Təpəgözün  Aruz  Qoca  cildində  olan  bir  obraz 
kimi  meydana  çıxdığını  söyləyir  və  yazır  ki,  “Təpəgözün  Aruz 
Qoca  simasında  üzə  çıxması  yaxın  dövrün  hadisəsidir,  yəni 
Təpəgözün  ölümü  ilə  Aruzun  Beyrəyi  öldürməsi  arasında  o 
qədər  böyük  zaman  fasiləsi  yoxdur.  Amma  uzaq  gələcəkdə 
Təpəgözü Basat  əvəz edə bilər, çünki Təpəgözdəki  mənfi elekt-
rat birbaşa onu öldürən Basata keçmişdir” ( *Əliyev K., səh.47). 
Təpəgöz  gücünün  və  kininin,  mənfi  təzahürlərinin  Aruz  Qoca 
simasında  zahirə  çıxmağı  məsələsinin  özündə  real  gerçəklik 
vardır:  burada  insan  xislətinə  məxsus  olan  qabarıq  və  sərt 
əlamətlər  təzahür  edir:  Təpəgözlə  Oğuz  elinin  soy  ilişkiləri  də 
real  məzmunlardır:  başqa  bir  fakt  kimi  söyləsək:  Təpəgöz  əfsa-
nəvi obraz deyil və o, Oğuz nəslinin bir fərdidir: Aruz Qoca da, 
Basat da həmçinin.  
Yeri gəlmişkən qeyd edək ki, Təpəgöz obrazı Eposun çox 
qədim  bir  zamana  bağlantısını  göstərir;  bu  anlamda,  tədqiqat-
çının “ Təpəgözün ölümü ilə Aruzun Beyrəyi öldürməsi arasında 
o qədər böyük zaman fasiləsi yoxdur” – fikrində bir balaca tələs-
kənlik  var:  əksinə  zaman  məsafəsi  uzaqdır;  yaxınlıq  faktların, 
hadisə və münasibətlərin xarakter səciyyəsindədir. Qəhrəmanları 
səciyyələndirmək  poetikası  Kamranın  tədqiq  və  təhlillərinin 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
90 
xüsusi  nişanlarındandır.  Təpəgözlə  Basatın  müqayisəli  səciy-
yəsində  göstərir  ki,  “Əslində  “Təpəgöz”  boyundakı  Basat  das-
tanda  mifin  sərhədində  dayanır.  O,Təpəgözü  öldürənə  qədər  və 
Təpəgözü öldürəndə dastan qəhrəmanıdır, onu öldürdükdən son-
ra isə mifik qəhrəmana çevrilir” ( *Əliyev K., səh.48).   
Kamran  Əliyev  “Kitabi-Dədə  Qorqud”  eposundakı  qəh-
rəmanlara bitkin  və tipik xarakterlər kontekstindən  yanaşmış  və 
hər  bir  qəhrəmanı  onun  özünəməxsus  əlamətləri  işığında  səciy-
yələndirmişdir.  Bu  səciyyələr  onu  göstərir  ki,  Dədə  Qorqud 
dastanlarında  xırda,  zəif  xarakterli  və  dar  məzmunlu  obraz 
yoxdur: bütün təhlil və təşbehlər obrazların tipoloji səciyyələrini 
üzə  çıxarmağa  xidmət  edir.  Ümumilikdə,  bütün  poetika  xət-
lərində  Kamran  Əliyev  qəhrəmanlara  onların  milli  özünüifadə, 
milli  özünütəsbit  meyarlarını  üzə  çıxarmış  və  bütün  məsələlərə 
ciddi  və  konseptual  səciyyələndirmələrdən  yanaşmağı  əsas  gö-
türmüşdür.  Bu  mənada,  Təpəgöz obrazına  xas  olan  xüsusi  key-
fiyyətləri  də  tədqiqatçı  oğuz  mənsubluğu  və  oğuz  qəhrəmanlığı 
daxilindən  açıqlamışdır:  Oğuzdan  güclüsü  yoxdur,  oğuza  qalib 
gələcək  ikinci  bir  bəşəri  qüvvə  yoxdur,  elə  bir  düşmən  ola 
bilməz ki, Oğuzun qarşısında diz çokməsin. 
Bütün  bunlar  onu  göstərir  ki,  “Kitabi-Dədə  Qorqud”  dün-
yaya  Türk-Oğuz  mədəniyyətinin  milli  və  bəşəri  məzmunlarını 
inikas  etdirən  dastanlar  dastanıdır.  Eposda  Oğuz    –  Türk  sirlə-
rinin  ən  tipik  əlamətləri  inikas  etmişdir:  bu  tipoloji  məxsusluğu 
üzə  çıxarmaq  üçün  Eposun  poetikasına  ən  tipik  və  konkret  tər-
kiblərdən yanaşmaq gərəkdir. Kamranın müqayisə və paralelləri 
də bu sahədə yeni keyfiyyətlərin üzə çıxması səciyyəsi daşıyır.  
Qəhrəmanın  təbiətinə  aid  olan  əlamətləri  Oğuzların  həya-
tına  və  dünyagörüşünə  məxsus  məzmunlardan  təsnif  edən  təd-
qiqatçı  bütün  diqqətini  ayrı-ayrı  obrazların  tipik  səciyyələri 
üzərinə  yönəldir:  bu  təsnifdə  heç  bir  obraz  vahid  xətdən,  Türk 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
91 
bütövlüyündən  kənar  deyil.  Bu  anlamda,  Kamran  Əliyev  ayrı-
ayrı  məsələləri  bir  müstəvi  üzərinə  gətirməklə  təhlil  rənglərini 
zənginləşdirir. 
Araşdırmalarında, o sıradan təhlil-təsnif xətlərində nəzəriy-
yə, bədii ifadə və  məzmun strukturlarını  müqayisəli şəkildə bir-
ləşdirən  və təhlil üçün  nəzəri  və tətbiqi,  müqayisəli kontekstləri 
kompakt  halına  gətirən  Kamran  Əliyevin  özünəməxsus  poetika 
stilləri  vardır:  bu  bir  tərəfdən  onun  təhlil-tədqiq  maraqlarının 
tipik  əlamətlərinə  aiddirsə,  ikinci  bir  tərəfdən  Dədə  Qorqud 
dastanlarının  bədii  tipologiyasına  xas  olan  əlamətlərin  yeni 
bucaqlardan araşdırılması və təhlil edilməsi tələbləri ilə bağlıdır.  
Bu  anlatma-təhlil-təsnif  poetikasına  xas  olan  bu  xüsusi 
yanaşma  keyfiyyətləri  Kamranın  təhlil  ustalığının  nəticəsidir. 
Bütün  bunlara  nəzərən,  biz  Kamran  Əliyevin  tədqiq  struktur-
larında ayrıca diqqət yetirilən elmi-strukturoloji təsniflərin təhlil 
tərzlərini ümumiləşdirilmiş şəkildə belə xarakterizə edə bilərik: 
- mətn və onun məzmun xarakterini açıqlamaq prinsipi 
üzrə təhlil; 
-  mətnə  münasibətdə  xarakterik  və  tipik  əlamətləri 
ayırmaq tərzi üzrə təhlil; 
- mənalara müqayisəli üsul-taktlarla yanaşma stili üzrə 
təhlil; 
-  Dədə  Qorqud  strukturalizminə  aid  olmanın  genetik 
poetikasını açıqlamaq üzrə təhlil; 
- məsələlərə köklü yönlərdən yanaşmaq tempi üzrə təhlil; 
-  məzmunu  struktur  əlamətlər  ilə  iç-içə  şərh  etmək 
poetizmi üzrə təhlil; 
- struktur tərkibləri  məzmun tərkiblərilə vəhdətdə  təs-
bit etmək sinxronizmi üzrə təhlil; 
-  ayrı-ayrı  poetik  obrazlarla  bağlı  fərdi  əlamət  və  key-
fiyyətləri nizamlı əkildə səciyyələndirmək tərzi üzrə təhlil. 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
92 
Əlbəttə,  bu  xarakteristikanı  bir  az  da  genişləndirə  bilərik; 
lakin  məsəənin  təqdimi  üçün  bunlar  da  kifayət  edir.  Bu  səciy-
yələr  qrqudşünaslıqda  indiki  və  gələcək  tədqiqlər  üçün  gərək 
olan məsəələrin tərkibsahələrini də aydın şəkildə əks etdirir.  
 
BƏHS ETDİYİMİZ MƏSƏLƏ VƏ MƏNBƏ: 
*Kamran Əliyev: Çoban oğlu Təpəgöz.// Eposun poetikası: 
“Dədə Qorqud” və “Koroğlu”. Bakı: 2011. Səh. 36-49. 
   
TƏDQİQATÇININ İSTİNAD ETDİYİ MƏNBƏLƏR:  
1. Abdulla K. Sirr içində dastan və yaxud gizli Dədə Qor-
qud-2. Bakı, Elm, 1999. 
2. Cəmşidov Ş. Kitabi-Dədə Qorqud. Bakı, Elm, 1999. 
3. Əliyev O. Azərbaycan nağıllarının poetikası. Bakı, Səda, 
2001. 
4.  Koroğlu  Xaliq.  Oğuz  qəhrəmanlıq  eposu.  Bakı,  “Yurd” 
1999. 
5.  Kitabi-Dədə  Qorqud”  (Tərtib  edəni  H.Araslı).  Bakı, 
Azərnəşr, 1962. 
6. Kitabi-Dədə Qorqud. Bakı, Gənclik, 1977.  
7.  “Kitabi-Dədə  Qorqud”  (Tərtib  edəni  F.Zeynalov, 
S.Əlizadə). Bakı,Yazıçı, 1988. 
8.  Gökyay  Orhan  Şaik.  Dədəm  Qorqud  kitabı.  İstanbul, 
2000. 
9. Əli Sultanlı. Məqalələr. Bakı, Azərnəşr, 1974. 
10.  Jirmunski  V.M.  Tyurkskiy  qeroiçeskiy  epos.  Lenin-
qrad, Nauka, 1974. 
11. Təhmasib M.N. Azərbaycan xalq dastanları. Bakı, Elm, 
1972.  
 
   

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
93 
2.4. 
URUZ 
OBRAZININ 
MƏTNDAXİLİ 
VƏ 
MƏTNÜSTÜ SƏCİYYƏLƏRİ 
 
Tədqiqlərində dastan poetikası  məsələlərinə konkret situa-
siyalar  kontekstindən  şərhlər  verən  Kamran  Əliyevin  “Kitabi-
Dədə  Qorqud”  eposuna  dair  təhlil  və  yanaşma  taktikası  birbaşa 
Dədə Qorqud dastanlarının məzmun və bədii ifadə özəlliklərinin 
inikas etdirilməsi poetikası ilə bağlıdır. Tədqiqatçı hər ştrixə, hər 
bədii inikas lövhəsinə və tablosuna, hər məzmun və forma məsə-
ləsinə  mətndaxili  və  mətnüstü  kriteriyalardan  yanaşmış  və  qəh-
əmanların  təbiəti  və  xarakter  cəhətləri,  tipoloji  səciyyələri  üzrə 
məzmun və forma strukturlarını da bu kriteriyalar əsasında təsnif 
etmişdir:  bununla  həm  də  Kamran  Əliyev  özünəməxsusi  təhlil-
təsnif kriteriyalarını təqdim etmişdir.  
Və bu strukturoloji yanaşmalarında tədqiqatçı bilavasitə “epo-
sun qaranlıq qalan bir çox cəhətlərinə aydınlıq gətirməyə imkan ve-
rən”  faktları  açıqlamağa  və  onları  məxsusi  əlamətlər  kompozisiya-
sından təhlil etməyə xüsusi əhəmiyyət vermişdir. Kamran Eposdakı 
qəhrəmanlara onların həyatları və Oğuz qaunlarının, həyat və yaşam 
kodekslərinin, milli adət-ənənələr, milli mənsubluq cəhətlərinin kon-
tekstindən  yanaşmış  və  hər  obazın,  hər  qəhrəmanın  fərdi  və  milli 
keyfiyyətlərini düzənə çəkiş, ən incə detallardan tutmuş,  ən mürək-
kəb və prinsipial məzunları vahid bir xətt üzərinə gətirmişdir. Kam-
ran təhlillərində  –  epos  mətni  üzrə  apardığı  təhlillərdə  yalnız  Oğuz 
Qanunları  Poetikasını  əldə  rəhbər  tutmuşdur.  Qəhrəmanların  təbiə-
tinə  dair  poetika  özəlliklərini  xarakterizə  etmək  üçün  Kamran  çox-
saylı və çoxqatlı ifadə əmsallarını zühura gətirir: bu halda o hər ob-
raza yeni məzmun əlamətləri işığından təsnif verir. Uruz obrazına da 
qəhrəmanın həyat və cəmiyyət mövqeyi tələbləri üzərindən yanaşır. 
“Kitabi-Dədə  Qorqud”  eposunda  ən  tipik  obrazlardan  biri 
Uruzdur. Uruz haqqında danışan tədqiqatçılar onun konkret ola-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
94 
raq  üç  boyda  görünməsi  faktını  ayrıca  qeyd  ediblər.  Dastanda 
hansı  boylarda  həm  də  Uruzdan  bəhs  edilir?  Bunlar  aşağıdakı 
boylardır: 
ikinci boy: “Salur Qazanın evinin yağmalanması boyu”; 
dördüncü  boy:  “Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq 
olduğu boy”; 
on  birinci  boy:  “Salur  Qazanın  dustaq  olduğu  və  oğlu 
Uruzun onu xilas etdiyi boy”. 
İndiyədək  Uruzdan  bəhs  edilərkən  tədqiqatçılar  onun 
“Salur  Qazanın  dustaq  olduğu  və  oğlu  Uruzun  onu  xilas  etdiyi 
boy”unda  daha  geniş  planda  olduğu  qənaətində  olmuşlar.  Təd-
qiqatçı  Kamran  Əliyev  Uruz  obrazının  Eposun  strukturunda 
tutduğu yeri xarakterizə etmək məqsədilə məsələyə bir balaca da 
geniş  aspektdən  yanaşmış  və  Uruzla  bağlı  olan  faktların  bədii 
inikasına bütövlükdə “Kitabi-Dədə Qorqud” Eposunun poetikası 
ilə birbaşa  əlaqədar” olan  məzmun və  ideya strukturundan, das-
tan  poetikası  ənənələrindən  və  xalq  bədii  ruhunun  gerçək  priz-
maları görünümündən yanaşmışdır. Hər hala dastan tipizmindən 
təsvir  verən  tədqiqatçı  obrazların  mətndaxili  görünümlərini  çö-
zələyir.  Uruz  çoxəlamətli  qəhrəman  tipindədir.  Lakin  tədqiqat-
çılar  ona  məhdud  dairədən  yanaşmış,  onu  necə  deyərlər  ümumi 
məzmunda  təqdim  etmişlər.  Uruzda  nə  qədər  ümumi  (Oğuz 
mənsubluğu  üzrə)  məzmuna  malikdirsə,  ondan  (ümumi  məz-
mundan)  daha  artıq  xüsusi  məzmun  əlamətləri  vardır.  Kamran 
Əliyev Uruz obrazına həm ümumi və xüsusi məzmun koordinat-
larından yanaşmış və obrazın ən tipik əlamətlərini incələmişdir.  
Bütün  yanaşmalarda  Kamran  mətnə  üz  tutmuş  və  mətnin 
bədii  məzmun  və  ifadə  poetikasına  əsaslanmışdır.  Kamranın 
yanaşma  özəlliyinin  bir  poetika  stili  də  bununla  bağlıdır  ki,  o, 
mətn  məzmunu  üzrə  təhlilləri  zamanı  Epos  poetikası  struktu-
runda  qəhrəmanların  yeri  və  mövqeyi  məsələsinə  xüsusi  önəm 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
95 
verir, qəhrəmanların Oğuz  mənsubluğuna, habelə  onların  həyati 
mövqelərinə mətndaxili və mətnüstü inikas və ifadə məzmunları 
daxilindən səciyyəvi açıqlamalar verir.  
Kamran  Əliyev  bütün  təhlilləri  boyunca  Epos  poetikasını 
konkret  olaraq,  obrazların  xarakter  cəhətlərinin-məzmun  və 
mənşə  problemlərinin  mətndaxili  və  mətnüstü  inikası  işığından 
incələyir və məsələlərə, ümilikdə dastan janrının ölçüləri və nor-
maları dairəsindən yanaşmağa xüsusi önəm verir.  
Təkcə  Dədə  Qorqud  dastanları  üzrə  tədqiqlərində  deyil, 
bütün araşdırma və təhlillərində, məsələn, Romantizmin poetika 
özəlliklərinin açımlarında da Kamran  bütün  əlamət və nişanlara 
mətn  strukturu  daxilindən  təfsir  verir.  Bu,  təsadüfi  deyil.  Bədii 
yaradıcılıq prosesi həmişə hərəkətdə olan bədii ifadə dramatizmi 
üzrə hərəkət edir. Kamran da bədii poetika  məzmunlarına  yara-
dıcılıq prosesinin  inikas xüsusiyyətləri  ilə  bağlı sintezlərdən  ya-
naşır. Məlum olur ki, qorqudşünaslıqda hələ nə qədər açılası mə-
sələlər var. Hər şeydən əvvəl, tədqiqatçıların təhlil-analizlərində 
bir  sıra  vacib  əsas  meyarlar  vardır  və  bu  meyarlar  ilkin  olaraq 
bununla bağlıdır ki, Eposdakı obrazlara həm fərdi, həm də ümu-
metnos əlaqələri sintezindən diqqət yetirilməli idi. 
Bu  anlamda,  Kamranın  təhlil  stilistikasında  bədii  ifadənin 
struktur  poetikasına  yanaşma  istiqamətləri  də  diqqətəlayiqdir. 
Tədqiqatçının  bu  tip  yanaşma  poetikası  aşağıdakı  strukturoloji 
məsələləri əhatə edir:  
1) dastan poetikası ənənələri;  
2) mətn məzmunu-əhvalat, təsvir və tərənnüm konteksti;  
3)  qəhrəmanın  bədii  portretinin  təsvirində  tipik  səciyyələr 
üzrə təhlil konteksti;  
4) qiymətvermədə təhlil və təsnif elementlərinin xarakterik 
məqamlarının təsbiti.  
Kamran  Əliyev  “Kitabi-Dədə  Qorqud”  Eposunun  qəhrə-

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
96 
manlarına  “epik  ənənə”  və  yeni  motivlər  müstəvilərindən  xarak-
teristika  verir.  Məsələn,  diqqəti  belə  bir  məzmuna  yönəldir  ki, 
“Salur Qazanın evinin yağmalanması” boyunda ev, yurd-yuva “üç 
yüz  yigidlən”  Uruza  tapşırılır.  Bu  faktla  bağlı  olaraq,  tədqiqatçı 
qəhrəmanın xarakterik açımında məsələyə ümumdastan poetikası 
ənənələri  etimadından  yanaşır  və  bu  zaman  qəhrəmanlıq  anlayı-
şının başqa bir qatlarını təqdim edir: bu halda dastanda gözlənilən 
süjet və məzmun xronikasının görünmədiyinə də diqqəti yönəldir. 
Tədqiqatçı  bununla  bağlı  yazır  ki,  “folklor  mətnləri,  konkret  an-
lamda  isə  Oğuznamələr üçün tipik  səciyyə  daşıyan  epik  ənənəyə 
görə, əgər bu zaman yurda qəfil basqın olsa, Uruz kiçik bir dəstə 
ilə  düşmənin  son  dərəcə  böyük  qüvvəsinə  qalib  gəlməli,  onu 
darmadağın  etməli,  hətta  Dədə  Qorqud  bu  igidin  qəhrəmanlığı 
müqabilində ona ad verməlidir” (*Əliyev K., səh.51).  
Lakin burada faktiki olaraq, Uruzun qəhrəmanlığından da-
nışmaq  olmur,  çünki  onu  məğlub  edir,  əsir  aparırlar:  “Uruz  ka-
firlərin yurda hücumuna sinə gərmək, onlara müqavimət göstər-
mək,  nəhayət,  qələbə  çalmaq  əvəzinə,  ciddi  şəkildə  məğlubiy-
yətə uğrayır. Anası Burla xatun yesir olur, nənəsi dəvə boynunda 
asılı gedir, Uruzun özünü isə kafirlər əli-qolu bağlı aparırlar”.  
Deməli,  ənənəvi  gözləniş  olmur,  yəni  süjet  xəttində  əsas 
məzmun  başqa  bir  şəkil  alır,  yəni  “Uruzun  məğlubiyyəti  həm 
epos  strukturunda,  həm  də  Oğuz  elində  görünməmiş  və  gözlə-
nilməz  hadisəyə  çevirilir”:  beləliklə,  məsələyə  yeni  məsələ  qo-
şulur: bu cür gediş “eposun strukturu” və Oğuz elinin yaşamı və 
həyatı üçün xarakterik olmayan başqa proses yaranır.  
Bu məsələnin təqdimində Kamran Əliyevin yanaşma təzə-
liyi  nədədir?  Təhlil  prosesinde  tədqiqatçının  yanaşma  poeti-
kasına xas  əlamətlərdən daha bir  maddə zahir olur:  əsas  məsələ 
obrazın “şəxsiyyət” çəkisindədir.  
Ümumiyyətlə, təhlillərində  konkret  situasiyalara  söykənən 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
97 
Kamran  motivlərə  yeni  təhlil  stili  gətirir:  məsələn,  dastan  ənə-
nəsinə  görə,  Uruz  qalib  gəlməli  idi,  lakin  məğlub  oldu:  burada 
klassik dastan düşüncəsinə yeni düşüncənin əlavə edilməsi faktı 
nəzəri cəlb edir: ”klassik epik ənənə ilə yeni bir düşüncə üz-üzə 
gəlir və toqquşur”.  
Bu toqquşma məqbulmu, ya qeyri-məqbul bir haldır? Təd-
qiqatçı  bir  balaca  da  incəliyə  enir:  “Oğuz  eli  üçün  isə  gözlənil-
məzlik  birbaşa  Uruzun  şəxsiyyəti  ilə  bağlıdır.  Nəzərə  alsaq  ki, 
vuruşda  düşmənə  məğlub  olan  Qaraca  Çoban,  yaxud  da  hər 
hansı bəyin oğlu, məsələn: Yegnək, Səgrək, İmran olsaydı, bəlkə 
də,  diqqəti  o  qədər  çəkməzdi.  Belə  ki,  Uruz  gənc  olması  baxı-
mından onlarla bir sırada dayansa belə, şəcərə baxımından onlar-
dan ciddi şəkildə ayrılır”. Konkret məsələ buna bağlıdır ki, Uruz 
şəxsiyyət baxımından Qazanın adına, xanlar xanı Bayındır xanın 
nəsil-kök şəcərəsinə bağlıdır. Yəni hər halda, dastan ənənəsində 
bu şəxslərin adına-sanına ehtiram olmalı idi: yəni Uruz ilk andan 
qəhrəmanlıq nümayiş etdirməli idi.  
Tədqiqatçı  bu  gedişi-yəni  Uruzun  ilk  andan  qəhrəmanlıq 
nümayiş  etdirməməsini  “təbii”  hesab  edir  və  göstərir  ki,  bu  hal 
“eposdakı  hadisələrin  dramatizmini  daha  da  artırmaq  məqsədi 
daşıyır”:  “Doğrudur,  belə  bir  vəziyyət  dastandakı  epik  ənənəyə 
uyğun  gəlmir,  lakin  eyni  zamanda  folklor  düşüncəsinə  zidd  de-
yil. Yəni dastançılıq naminə vəziyyəti bir az da gərginləşdirmək 
üçün  hər  hansı  bir  təsadüfi  obraz  deyil,  süjetdəki  bu  vəziyyətə 
tam  uyğun  gələn,  həmçinin  geniş  mənada  eposun  poetikasına 
tam  cavab  verən  qəhrəman  tapılmalıdır”  (  *Əliyev  K.,səh.52). 
Kamran bu prosesdə belə  bir  incəliyi  nəzərə çarpdırır ki, dastan 
dramatizmini  artırmaq  üçün  şəxsiyyətin  özünün  potensial  gücü 
əsas  şərtdir:  “həmin  qəhrəman  hadisələrin  inkişafını  kəskinləş-
dirmək iqtidarına malik olmalıdır.  
Uruz tanınmaq arealına görə məhz belə qəhrəmandır, çünki 

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
98 
o,  Qazan  xanın  oğlu,  Bayındır  xanın  nəvəsidir”  (*Əliyev  K. 
səh.53).  
Burada  yeni  bir  motiv  aşkara  çıxır:  yəni  qəhrəmanlığın 
yeni  məzmun  sintaksisi  və  üslubu  diqqəti  çəkir:  hər  şeydən 
əvvəl,  burada  aktivliyin-qəhrəmanlıq  nişanlarının  daha  bir  yeni 
motivasiyası  üzə  çıxır:  nədir  bu  motivasiyalı  aktivlik  xarakteri? 
Tədqiqatçı bu motivin Uruzun şəxsi keyfiyyətləri ilə bağlı oldu-
ğunu  göstərir:  ”Uruzun  əsirlikdə  dəyanət  və  dönməzliyinə  söy-
kənən  davranışı  ona  qələbəyə  bərabər  tutula  bilən  şərəf  və  lə-
yaqət gətirir. Çünki əsirlikdə ana və oğul üçün bir-birindən dəh-
şətli  iki  yol  var:  ya  Burla  xatun  özünü  təqdim  edib  kafirlərə 
təslim  olmalı,  ya  da  öldürülmüş  Uruzun  əti  qovurma  kimi  ana-
sına  yedizdirilməlidir”  (*Əliyev  K.,  səh.530).  Bu  cür  situasi-
yaları sərgiləməklə tədqiqatçı mətndaxili məzmunla mətndənkə-
nar  məzmunları  bir  araya  gətirmiş  və  qəhrəmanın təbiətinə  dair 
mühüm əlamətləri açıqlaya bilmişdir. 
Təhlillərində müqayisəli təsniflərə üstünlük verən tədqiqatçı 
Kamran Əliyev Uruzla əlaqədar epos üçün xarakterik olan qəhrə-
manlıq  təsnifində  daha  bir  motivi  xarakterizə  edir:  insanın  “can 
şirinliyi”  məsələsini  fakt  kimi  nəzərə  çəkir:  “Uruzun  bu  əsirlik 
dövrü başqa bir məsələyə də aydınlıq gətirir.  Əsirlikdə ikən onun 
can şirinliyinə əsir olmağın fəlakətlə nəticələnəcəyi barədə müəy-
yən təsəvvürə malik olması təsdiq edilir”. Kamran bu yadasalmada 
Dəli  Domrulun  ata-anasının  can  şirinliyini  hər  şeydən  üstün 
tutması  faktını  xatırladır:  “özünü  qoruyan  və  qorumağa  çalışan 
kimsə  daha  tez  fəlakətə  düçar  olur”  –  təsnifini  verir  və  mülahizə 
edir ki, “Oğuz elinin igidi də, sıravisi də qorxu bilməz insanlardır”.  
Elə  buradaca  diqqəti  başqa  bir  mühüm  amilə  yönəltməklə 
belə  bir  xarakterik  cəhətə  də  işarə  edə  bilərik  ki,  bu  faktlar 
Oğuzun Allah-Təalaya sığınmağının, təqvasının, Allaha bağlılıq 
və İmanının başlıca əlamətləri kimi xarakterikdir; və bunlar onu 

____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
99 
göstərir ki, Allaha bağlılıq Oğuzun gücünün və qəhrəmanlığının 
əsas  mənbəyidir.  Allaha  sığınan  və  bağlanan  şəxsin  düşməndən 
qorxusu olmaz.  
Kamran Əliyevin Oğuz qəhrəmanı Uruzun “can şirinliyinə 
əsir  olmaması”nı  onun  “igidlik  keyfiyyəti”  kimi  səciyyələndir-
məsi  də  onun  (tədqiqatçının)  təbii  prosesləri  düzgün  analiz  et-
məsinin nəticəsidir.  
Deməli,  birincisi,  Uruz  adi  obraz  deyil,  o  Oğuzların  qəh-
rəmanlıq atributlarını özündə əks etdirən igiddir;  
ikincisi,  Uruz  mahir  ovçudur  –  bu  onun  döyüşçülük  key-
fiyyətlərinin daha bir nişanıdır;  
Uruz həm də miras, mal-mülk sahibidir və bu keyfiyyətlərə 
malik  olmaq  asan  məsələ  deyil:  bu  həm  də  özünəsahibolma 
bacarığının  əlamətidir:  özünəsahibolma  eyni  zamanda  vətənə, 
yurd-yuvaya sahibolma səlahiyyətini ifadə edir.  
Kamran  Əliyev  Oğuz  qəhrəmanı  Uruzun  igidliyinə  dair 
amillərdən  birini  də  “ona  ayrılmış  mirasın  mövcud  olması”  ilə 
əlaqələndirir:  “Uruz  “Tavla-tavla  bağlananda  atıma  yazıx!”  de-
məklə ata tərəfindən ona ayrılmış mirasının mövcud olmasını bə-
yan  edir.  Ayrılmış  miras  isə,  şübhəsiz  Uruzun  müəyyən  bir  qəh-
rəmanlığının nəticəsidir” (*Əliyev K., səh.55). Bu məlum və kon-
kret təsnifdir: tədqiqatçı gizli görünəcək məntiqə aşkar yanıt verir. 
Digər bir haldan yanaşsaq, tədqiqatçı burada Buğac igidli-
yilə Uruz  igidliyi arasındakı  bağlılığı  bir kontekstə çəkir və  bu-
nunla Uruz qəhrəmanlığının  yeni  bir  əlamət-nişanını təsnif edə-
rək  belə  yazır:  ”Çünki  Buğac  igidlik  göstərəndə  Dədə  Qorqud 
onun atası Dirsə xana məsləhət görmüşdür ki, Buğaca bəylik və 
taxt,  bədəvi  at  və  qoyun,  qızıl  dəvə  və  ev,  nəhayət,  çiyni  quşlu 
don-cübbə versin. Bu, etnosa bağlı müəyyən bir etiketdir ki, hə-
min  etiket  vasitəsilə  kiminsə  igidliyi  təsdiqlənmiş  olur.  Belə-
liklə, tövlə-tövlə ata sahiblik Uruzun igidliyinin etiraf faktıdır”.  

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
100 
Deməli, Eposda qəhrəmanlıq  motivləri konkret situasiya və 
vəziyyətlərdən əlavə, həm də kişilik, hünər, ərdəmi keyfiyyətlərlə 
bağlıdır  və  hər  bir  Oğuz  igidi  həm  xalq  içərisində  sanballı 
görkəmi  ilə  söz  sahibi  olma  keyfiyyətlərinə  malik  olan  şəxsdir. 
Burada  kişilik-ərdəmlik  keyfiyyətlərinin  dərəcəsi  məsələsi  də 
başqa  bir  meyara  çevirimli  haldadır:  Oğuz  kişisi  oturuşmuş, 
müdrik  bir  alim,  daha  doğrusu,  özündə  ali  məqamları  təcəssüm 
etdirən igid deməkdir. Bütün bunlar ümumilikdə Oğuzlarda igid-
lik meyarlarının məzmun faktlarına aid olan məsələlərdir. 
Uruz  igidliyinin  başqa  səhifələri  də  vardır:  onlardan  daha 
bir  düzümü  “Qazan  bəyin  oğlu  Uruz  bəyin  dustaq  olduğu 
boy”da açılır. Boyda Qazan xanla Uruzun ”qarşılaşması” müna-
sibətləri  və  bu  münasibətlərdə  Uruzun  bir  övlad  kimi  Qazan 
xana  dediyi  “hünəri  oğul  atadan  görər”-  fikri  Uruzun  döyüşlərə 
aparılmaması faktına işarədir.  
Beləliklə, bu qarşılıqlı münasibətlərdən sonra Qazan xan oğ-
lu Uruzla ova çıxır: “əsas məqsəd budur ki, hünər göstərdiyi yer-
lərlə oğlunu tanış etsin”, lakin kafirin on altı minlik qoşunu gəlir, 
döyüşdə  Uruz  da  əsir  düşür:  “ikinci  boydakı  vəziyyət  gözlənil-
mədən təkrar edilir. Yenə də Uruz qələbə əvəzinə dustaq düşür”: 
Qazan xanın bundan xəbəri olmur, oğlunu anasının yanına qaçan 
qorxaq adlandırır və onu “altı yerə böləcəyi” ilə hədələyir; “lakin 
yurda  qayıdanda  bəlli  olur  ki,  Uruz  bəylərin  dediyi  kimi  “quş 
ürəkli  deyilmiş.  Xan  qızının  təkidi  ilə  Qazan  van  oğlunun  arxa-
sınca  yollanır.  Barla  Xatun  da  öz  dəstəsi  ilə  gəlir  və  bəylərin 
birliyi nəticəsində Uruz Dərbənddə dustaqlıqdan azad edilir”.  
Bütün  bu  yanaşmalar  onu  göstərir  ki,  tədqiqatçı  özünə-
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə