Avropa Fövqəladə Hallar Cavabvermə İmkanlarının Gücləndirilməsi
Könüllü birləşdirilmə şəklində Avropa Fövqəladə Hallar Cavabvermə İmkanları AB Mülki Müdafiə Mexanizmində əsas
innovasiyalardandır. Maraqlı ölkələr AB mülki müdafiə missiyalarında iştirak üçün cavabvermə imkanlarının müxtəlif növləri
üzrə əvvəlcədən öhdəlik götürə bilər. Fəlakət baş verən zaman FCKM Üzv Ölkələr ilə sıx əməkdaşlıq çərçivəsində bu
vəsaitlərin əlaqələndirilmiş şəkildə istifadəsinə yardım edəcək. Bu isə cavabvermə imkanlarının dərhal təmin olunmasını və
yardımın proqnozlaşdırılmasını asanlaşdırır və yardımın təşkil olunması və göndərilməsinə sərf olunan zamanı kifayət
qədər azaldır. Üzv Ölkələr və Komissiya müxtəlif qruplar üçün keyfiyyət meyarlarının və sertifikasiya prosesinin
yaradılması istiqamətində əməkdaşlıq edir. Beləliklə, bu bütün qrupların yüksək keyfiyyət tələblərinə və qarşılıqlı fəaliyyət
standartlarına cavab verməsinə və bu sahədə effektiv şəkildə birgə fəaliyyət göstərməsinə zəmin yaradır.
Fəaliyyət və koordinasiyanın yoxlanılması və yaxşılaşdırılması üçün təlimlər və seminarlar təşkil olunur. Mövcud milli
reaksiya potensialının artrılması və sertifikasiya, təlim və seminar ilə bağlı xərclər AB tərəfindən maliyyələşdirilə bilər.
Sertifikatlaşdırılmış və könüllü birləşmənin tərkib hissəsi olan qrupların fövqəladə hallara cavabvermə ilə əlaqədar
nəqliyyat xərclərinin 85%-i birgə maliyyələşdirmə əsasında AB tərəfindən qarşılana bilər.
AB daxilində və xaricində hazırlıq və ya cavabvermə fəaliyyətlərinin həyata keçirilməsi məqsədilə tibbi və ictimai səhiyyə
expertləri və qruplarının səfərbər edilməsi üçün könüllü birləşmənin tərkib hissəsi kimi Avropa Tibb Korpusu (ATK) təsis
edilmişdir. ATK Avropanın Dünya Səhiyyə Təşkilatının nəzdində yaradılacaq Qlobal Fövqəladə Səhiyyə Heyətinə töhfəsi
olacaq. Bu fövqəladə hallar zamanı həkimlərin və tibbi avadanlıqların sayının əhəmiyyətli dərəcədə artması kömək edəcək
və səhiyyə problemləri ilə nəticələnəcək fövqəladə hallara cavab vermək üçün daha planlaşdırma və hazırlıqların yaxşı
təşkilinə imkan verəcək. ATK həmçinin keyfiyyət səviyyəsi tələblərinə cavab verəcək Avropa Tibbi yardımının
formalaşdırılmasına imkan verəcək.
Dostları ilə paylaş: