Elektron ticarət sektorunda lider ölkə hansıdır?
ABŞ elektron kommersiya sektorunda liderlik
edərək Şimali Amerika və Avropanı geridə qoyur. 2015-
ci ildə ABŞ-da onlayn satışlardan gəlirlərin 349 mil-
yard dollara çatacağı, “RetailMeNot” şirkəti tərəfindən
tədqiqatın aparıldığı səkkiz Avropa ölkəsində bu
göstəricinin 254 milyard dollar təşkil edəcəyi gözlənilir.
Ölkə həmçinin 115 dollar təşkil edən orta onlayn sifariş
göstəricisi üzrə birinci yerdədir. Bu isə səkkiz Avropa
ölkəsindən 26 faiz (85 dollar), İsveçdən 21 faiz (91 dol-
lar), Böyük Britaniyadan 22 faiz (90 dollar) və Kanada-
dan 15 faiz (98 dollar) çoxdur.
On ölkədə aparılan tədqiqatdan məlum olub
ki, onlayn satışlarda artım bilavasitə mobil ticarətin
populyarlığının artması ilə əlaqədardır. ABŞ-da ba-
zar həmçinin tədqiqatın keçirildiyi digər ölkələrlə
müqayisədə mobil kommersiya sektorunda sürətlə in-
kişaf edir. Proqnozlara görə, 2015-ci ildə ABŞ-da mobil
kommersiyanın həcmi səkkiz Avropa ölkəsinin 20 faiz-
lik göstəricisi (61,5 milyard dollar) ilə müqayisədə on-
layn satışların ümumi həcminin 27 faizini təşkil edəcək.
Bu il onlayn satışların 14 faiz artacağı ABŞ-dan kənar
ölkələrdə Şimali Amerika və Avropa bazarlarının böyük
beynəlxalq müştəri bazasında maraqlı olan pərakəndə
satışla məşğul olanlar üçün cəlbedici olacağı proqnoz-
laşdırılır. Məsələn, tədqiqatın aparıldığı səkkiz Avropa
ölkəsi arasında internet satış həcminin 82 faizi Almani-
ya, Fransa və Böyük Britaniyanın payına düşür.
Həmçinin Almaniyada elektron ticarətin illik artımı-
nın 23 faiz olacağı proqnozlaşdırılır. Hazırda bu ölkə
Avropa bazarında onlayn satışların həcminə görə ikinci
yeri tutur. Fransada bu göstəricinin 17 faiz (Avropada
satış həcminə görə üçüncü yer), Böyük Britaniyada 16
faiz (Avropada onlyan satışların sayına görə birinci yer),
Polşada 21 faiz, Kanadada 13 faiz olacağı gözlənilir.
Dostları ilə paylaş: |