Sankt-Peterburq şəhərində
fəaliyyət göstərən “Plastpolimer” şirkəti
plastik
məmulatlar istehsalı və emalı sahəsində marketinq araş-
dırmaları, dizayn və layihələndirmə sahəsində fəaliyyət
göstərir və Azərbaycanda tərəfdaş axtarışındadır.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adam-
ları daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı
əlaqələndirici şəxsə müraciət edə bilərlər:
zaur Qardaşov
Direktor
T: (+99412) 598 01 47/8 (daxili 102)
E: zgardashov@azpromo.az
67
68
EcoVision
Bİr BaXıŞda əSaS İQtİSadİ GÖStərİcİLər
1999
2000
2001
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2014
Ümumi daxili məhsul (ÜDM)
mln. manat
3775
4718,2
5315,6
6062,5 7146,5 8530,2
12522,5 18037,1 26815,1 40137,2 34578,7 41574,7
50069,0 58 977,8
artım, %
107,4
111,1
109,9
110,6
111,2
107
126,4
134,5
125
110,8
109,3
105,0
100,1
102,8
Qeyri-neft ÜDM
mln. manat
-
3055,8
3195,9
3693,9 4447,6 5242,5
6055
7079,1
9533,9
15197,2 15683,2 18442,7
21974,3 33 038,2
artım, %
-
109,9
108,7
113,8
114,9
113,6
108,3
111,8
111,3
115,7
103,2
107,9
109,4
106,9
Əsas kapitala investisiya qoyuluşları
mln. manat
928,5
967,8
1129,8
2058,6 3561,9 4839,3
5424,3 5963,6
6774,8
9073,6 7358,7
9715,2
12776,4 17615,8
artım, %
84,2
104,2
116,7
182,2
173
135,9
112,7
114,8
117,8
134,3
81,3
121,2
127,3
98,3
Əhalinin nominal pul gəlirləri
mln. manat
3227,4
3511,4
3876,4
4234
4841,6 6009,5
7792,3 9949,8
14305,6 20058,2 22396,1 25605,6
30633,5 39360,7
artım, %
113,2
108,8
110,4
111,4
111,4
120,7
125,7
123,4
140,3
137,8
108,0
113,3
119,6
104,8
Nominal orta aylıq əməkhaqqı
manat
36,9
44,3
52
62,6
76,6
96,7
117,9
141,3
214
268
298
325
356,6
442,1
artım, %
109,3
120,2
126,7
121,2
121,4
126,2
121,9
119,8
142
124,2
108,6
109,1
108,3
105,4
İstehlak qiymətləri indeksi; əvvəlki aya nisbətən, %
0,4
0,6
0,9
0,6
1,5
1,8
2,2
2,1
2,5
-0,4
0,8
1,4
0,9
100,5
İstehlak qiymətləri indeksi; ilin əvvəlindən əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
-8,5
1,8
1,5
2,8
2,2
6,7
9,6
8,3
16,7
20,8
1,5
5,7
7,9
101,4
Büdcə gəlirləri
mln. manat
549,7
715,5
783,8
910,2
1225,5 1481,2
2055,2 3881,2
6006,6
10762
10325,9 11402,5
15700,6
18400.5
ÜDM-də %
14,6
15,2
14,7
15
17,1
17,4
17,3
21,9
23,8
26,8
29,9
27,4
31,4
31.2
Büdcə xərcləri
mln. manat
641,5
763,8
806,6
931,7
1234
1501
2140,7 3789,7
6059,5
10680
10567,9 11766,0
15394,7
18699.3
ÜDM-də %
17
16,2
15,2
15,4
17,3
17,6
18
21,4
24
26,6
30,6
28,3
30,7
31.7
Büdcə kəsiri (-) profisiti (+)
mln. manat
-91,8
-48,3
-22,8
-21,5
-8,5
-19,8
-85,5
91,5
-52,9
82
-242,0
-363,5
305,9
298.8
ÜDM-də %
2,4
1
0,5
0,4
0,2
0,2
0,7
0,5
0,2
0,2
-0,7
0,9
0,6
0.5
İxrac
mln. dollar
929.7
1745.2
2314.2
2167.4 2590.4 3615.5
4347.2 6372.2
6058.2
47756.2 14698.5 21324,8
26571,0
28259.6
artım, %
153.4
187.7
132.6
93.7
119.5
139.6
120.2
146.6
95.1
788.3
30.8
145,1
124,4
İdxal
mln. dollar
1035.9
1172.1
1431.1
1665.5 2626.2 3515.9
4211.2 5266.7
5713.5
7166.6 6119.7
6599,4
9756,0
9332.0
artım, %
96.2
113.1
122.1
116.4
157.7
133.9
119.8
125.1
108.5
125.4
85.4
107,8
147,8
Saldo
mln. dollar
-106.2
573.1
883.1
501.9
-35.8
99.6
136.0
1105.5
344.7
40589.6 8578.8
14725,4
16815,0 18927.6
Nominal effektiv məzənnə, %-lə (dekabr 2000 = 100)
ümumi
-
100
105,3
97,3
85,5
80,2
92,1
90
85,4
100,1
98,3
104,2
108,1
124.5
qeyri-neft
-
100
110,1
105,8
95,8
91,2
101,8
101,5
97,1
117,2
119,1
123,2
131,9
173.1
Real effektiv məzənnə, %-lə (dekabr 2000 = 100)
ümumi
-
100
97,2
86,9
75,2
74,2
85,8
89
95,1
121,8
115,5
127,7
134,2
146.6
qeyri-neft
-
100
96,4
87,1
75,4
73,8
81,4
84,5
89,1
114,1
110,0
115,3
121,5
140.7
İllik ortalama ABŞ dolları
0,8236
0,8948
0,9313
0,9722 0,9821 0,9827
0,9459 0,8927
0,8581
0,8216 0,8038
0,8026
0,7897
0,7844
İllik ortalama avro
0,8781
0,8296
0,8340
0,9183 1,1104 1,2219
1,1799 1,1231
1,1757
1,2100 1,1204
1,0657
1,0995
0,9665
Depozitlər, dövrün sonuna
mln. manat
-
-
413
483,2
644,4
1118
1368,7 2162,1
4127,2
6460,2 6379,1
7625,8
9447,0
15 453,4
Kreditlər, dövrün sonuna
mln. manat
-
-
486,2
520,2
670,3
989,6
1441
2362,7
4681,8
7191,3 8407,5
9163,4
9950,3
18542.6
Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
69
70
EcoVision
YENİ KİTABLAR
Ağır xəstəlikdən 30 il əzab çəkən yazıçı-publisist Ərşad Əzimzadə
gənc yaşlarında iş qabiliyyətini itirərək, 1-ci qrup əlil kimi təqaüdə çıxmaq
məcburiyyətində qalıb. Sağlamlığını bərpa etmək üçün daima alternativ yollar
axtaran Ə.Əzimzadə 60 yaşa çatanda naturopat alimlərin təlimi ilə tanış olmuş,
həyat tərzini dəyişmiş və 8 ağır xəstəliyi təbii üsullarla müalicə etmişdir. Müəllif
öz xalqını xə bütün Türk dünyasını sağlam və xoşbəxt görmək istəyi və ümidi
ilə “Möcüzəsiz Möcüzə” adlı elmi-publisistin əsər yazaraq bütün xəstəliklərə
qalib gəlməyə qadir olan Sağlam Həyat Tərzini geniş təbliğ etməyə başla-
mışdır.
Müəllif son 40 ildə həyatında baş verən hadisələri dərindən təhlil edərək
aşağıdakı məntiqi nəticələri çıxarmışdır:
Sağlam həyat tərzinin alternativi yoxdur! Sağlam həyat tərzi keçirmədən
sağlam olmaq və uzun ömür sürmək mümkün deyil, sağlam həyat tərzi
keçirməyən insan heç vaxt xoşbəxt ola bilməz!
“Bütün fəsadların yuvası mədədir, mütün dərdlərin çarəsi pəhrizdir”
deyən Məhəmməd Peyğəmbər (s.ə.s) və “Düzgün qidalanmadan sağlam ol-
maq mümkün deyil” deyən alim Pol Breqq milyon dəfə haqlıdır. Düzgün qi-
dalanmayan xəstəni sağaltmaq mümkün deyil, düzgün qidalanmayan sağlam
adam hökmən xəstələnməli və ömrünü vaxtından çox-çox əvvəl başa vurmalı-
dır.
Dava-dərman xəstəni sağaltmağa qadir deyil, ondan yalnız xəstəni böh-
randan çıxarmaq üçün istifadə etmək olar.
İnsan orqanizmi – yeni hüceyrələr yaratmağa qadir olan mükəmməl
“maşındır”, ona görə də bütün toxumaları cavanlaşdırmaq, damarlarda,
vətərlərdə, sümüklərdə, qığırdaqlarda baş vermiş qüsurları aradan qal-
dırmaq, ayrı-ayrı orqanların funksiyasını bərpa etmək və yaxşılaşdırmaq
mümkündür.
Ən mükəmməl elmi laboratoriyada keçirilən sınağın nəticəsi adamın öz
üzərində apardığı sınağın nəticəsi qədər dəqiq, dolğun və səmərəli ola
bilməz.
Ağır xəstənin sağalması üçün xəstənin iradəsi ən əsas şərtdir, lakin təkcə
iradə bəs deyil, xəstənin sağalmasını onun özündən artıq istəyən fədakar
adamlar da lazımdır.
Ailəliklə sağlam həyat tərzinə keçmək tək-tək keçməyə nisbətən çox asan,
çox rahat və maddi cəhətdən çox sərfəlidir. Belə həmrəyliyin səmərəsi ağ-
lasığmaz dərəcədə böyükdür. Belə ailə - hər cür qibtəyə və həsədə layiq-
dir!!!
Yalnız özü özünün həkimi olan xəstə sağala bilər.
Sağalmaq istəyən yollar axtarır, istəməyən – bəhanə.
Ulu Tanrının qoruduğu bəndəni heç bir qüvvə məhv edə bilməz! Ulu Tan-
rının istəmədiyi adamı heç bir qüvvə qoruya bilməz!.
Həmişə sağlam olmaq, gümrah və bəxtiyar yaşamaq, öz gəncliyini uzun
illər qoruyub saxlamaq istəyən hər kəs, eləcə də ağır xəstəliklərdən təbii üsul-
larla yaxa qurtarmaq, özünü dava-dərmansız sağaltmaq, özü özünün həkimi
olmaq istəyən hər bir xəstə yaşından asılı olmayaraq bu kitabda “bunu necə
etmək olar” sualına konkret və ətraflı cavab ala biləcək. Kitabda dünya şöhrətli
naturopat alimlərin cansağlığı ilə bağlı təlimlərinə arxalanaraq, özünü 8 ağır
xəstəlikdən dava-dərmansız sağaldan müəllifin baxışları və təcrübəsi öz geniş
əksini tapıb. Bu təcrübə deyir: sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə
var. Sağalmaq istəyən yollar axtarır, istəməyən bəhanə.
Bu kitabdakı qaydalar istənilən adamın aylar və illərlə ağır zəhmətinə
qənaət edə bilər. Və öz potensialınızı üzə çıxarmaq üçün bu qaydalar
inkaredilməzdir. Onlardan hər hansı birinə əməl edilməməsi dəyərli vaxtın
və zəhmətin hədər edilməsi ilə nəticələnər. Uğurun 100 inkaredilməz qa-
nununu tətbiq edərək biznes həyatınızı onlarla harmoniyada yaşadıqda,
bu qanunlardan xəbərsiz insanlar üzərində üstünlüyə malik olacaqsınız.
Əvvəllər təsəvvür belə etmədiyiniz nailiyyətləri asanlıqla qazanaraq uğu-
runuzdan həzz alacaqsınız. Çox insanın bir ömür sərf etdiyi nailiyyətləri
siz bir neçə ilə və hətta aya əldə edəcəksiniz.
Yaşamaq üçün əla zamandır. Şəxsi və peşəkar həyatda qarşıya qo-
yulan nailiyyətləri əldə etmək heç zaman indiki qədər asan olmayıb. Və
bizim vəziyyətimiz ildən-ilə daha da yaxşılaşır.
Bunun səbəbi nədir? Səbəb bu gün biznes və nailiyyət əldə etmək
haqda biliklərimizin dünənkindən daha çox olmasıdır. Və bu biliklər su
kimidir, yeni ideyalar və imkanlar üçün açıq olan və istifadə etməyə ha-
zır olan hər kəsin qəlbinə və beyninə axıb tökülür. İnformasiya və ide-
yaların heyranedici xüsusiyyəti onların sonsuz sayda bölünə bilmələridir.
Əgər biznesi daha effektiv etmək haqda ideyanız varsa və siz bu ideyanı
mənimlə bölüşürsünüzsə biz ikimiz də bundan faydalanırıq. Sonra mən
bu ideyanı başqası ilə və o da, öz növbəsində, digəri ilə bölüşürsə, za-
manla hamı bu ideyanın faydasını dörür.
Və bilik toplanandır. Biliyi əldə etdikdə onu itirmək mümkün deyil.
İstənilən qədər insan bu bilikdən yararlana bilər və yenə də bitməyəcək.
Qazanılan hər bir bilik digəri ilə qarşılıqlı əlaqə yradır və daha da güclənir.
Bilik sahəsində irəli atılan hər bir addım yeni imkanlar açır və tətbiq
etdikcə daha da dərinləşir. Biliyin genişləndirilməsi və texnologiyanın in-
kişafını təmin edən qüvvə rəqabətdir. Bu gün rəqabət həmişəkindən daha
amansız, qəddar, sürətli və yaradıcıdır. Və getdikcə daha da güclənəcəkdir.
Deyirlər, biznes müharibədir. Biznesə dair kitablar, məqalələr və kurs-
lar, “Marketinq döyüşü”, “Taktiki manevr”, “Əks həmlə” və.s. Bu kimi hərbi
terminlərlə doludur. Və bunların hamısı həqiqətdir. Sadəcə bir fərq var:
aparılan müharibənin təbiəti.
Hərbi döyüşlərin məqsədi torpaqların zəbt edilməsi və insanla-
rın əsarətə alınmasıdır. Biznes döyüşlərinin isə məqsədi bazarların ələ
keçirilməsi və müştərilərin qazanılmasıdır. Hərbi döyüş dağıtmağa və
güc üstünlüyü ilə qələbə çalmağa istiqamətlənmişdir. Biznes rəqabəti
isə müştərilərə daha yaxşı xidmət etmək üçün daha effektiv üsullar,
torpaq, həmin müştəriləri ələ keçirmək istəyən rəqibləri qabaqlamağa
yönlənmişdir. Biznesin bütün sahələrində və təbəqələrində uğur qa-
zanmaq üçün strategiya və texnologiyalar heç zaman bugünkü qədər
əlçatan olmamışdır. Və biz hamımız onları öyrənərək və həyatımızda
tətbiq edərək onlardan yararlana bilərik.
Biznes uğuruna aid sevindirici fakt təbiətin neytral olmasıdır. Digər
uğurlu insanların etdiklərini siz də etsəniz, onda onların əldə etdikləri
naliyyətləri siz də əldə edəcəksiniz. Etmədikdə isə nailiyyətiniz də olma-
yacaq. Bu qədər sadə.
Bu qanunlardan çoxu sadə və aydın görünə bilər. Bəziləri müxtəlif
vəziyyətlərdə bir-birini müxtəlif şəkillərdə təkrarlaya bilər. Bu sizi çaş-
dırmamalıdır. Hər bir sahənin ən peşəkar mütəxəssisləri “xırdalıqdan
mükəmməl” olanlardır.
Oxuyarkən hər bir qaydanın sizin həyatınızda necə tətbiq edildi-
yini dəyərləndirmək üçün fasilə verin və düşünün. Bu zaman özünüzlə
səmimi olun. Bəzən bu ideya və ya bir qanunun tətbiqi bütün həyatınızı
dəyişməyə bəs edir.
Uğurun 100 inkar edilməz qanununu tətbiq edərək biznes həyatınızı
onlarla harmoniyada yaşadıqda bu qanunlardan xəbərsiz insanlar
üzərində üstünlüyə malik olacaqsınız.
Ərşad Əzimzadə
“Möcüzəsiz Möcüzə”
Bakı, 2014
"İnci" Nəşriyyatı,
Brayn Treysi
Uğurun 100 qanunu
"Nurlar" Nəşriyyatı,
320 səhifə,
Bakı, 2014
71
Muhammed Bozdağ Trabzon –1967-ci ildə Akçaabatda anadan olmuş-
dur. O, “Düşün Və Başar” kitabını bir Anadolu kənd sakininin göz yaşlarıyla,
həyəcanıyla, dualarıyla, ümidləriylə yazmışdır.
“Düşün və Başar” kitabı müvəffəqiyyətin təməl addımları "Böyük
düşünmək”, “Hədəf müəyyən etmək”, “Metod müəyyən etmək”, “Şiddətli
istəmək”, “Cəsarətli olmaq”, “İndi etmək”, “İndini yaşamaq”, “Bəhanələri yıx-
maq” və “Əsəri sonlandırmaq” başlıqları altında yazılmışdır.
Oxucunu əvvəl düşünməyə, görə bilmədiyi nöqtələri görüb əhatəedici
bir dünyagörüşü qazanmağa çağırır.
Böyük düşünmək – düşüncələr hərəkətlərə yol açar. Tədbirlər vərdişlərin
səbəbidir. Vərdişlərimiz bizim xarakterimizi, kimliyimizi müəyyən edir. Xa-
rakterimiz isə həyatımızı görən ən əhəmiyyətli səbəbdir. Hər kəs getdi-
yi yolun sonunda var olana çatır. Çıxacağımız nərdivana baxaraq sonunda
hara yüksələcəyimizi başa düşə bilərik. Böyük nəticəyə gedən yol böyük
düşüncədən başlayır.
Hədəf müəyyən etmək – hədəf sahibi olduğunuzda bütün duruşu-
nuz hədəfinizə xidmət edəcək. Keçən bütün saniyələrdə zehniniz hədəf
üzərində düşünür, danışıqlarınızı, diqqətinizi və öyrənməyinizi hədəfiniz
müəyyənləşdirir. Beləcə, əkilən bir ağac bəslənərək böyüdüyü kimi,
hədəflərlə dolu bir zehində yaşadılan arzular içdən-içə inşa olmağa və yaşıl-
laşmağa davam edəcək.
Metod müəyyən etmək – üç fərqli sahə üzərində çalışacaqsınız: kafi
məlumat toplamaq, hədəfi dəqiqləşdirmək və hədəfi planlaşdırmaq.
Şiddətli istəmək – bacarmaq yaratmaqdır. Yarada bilmirsinizsə, uğur
qazana bilməzsiniz. Hər müvəffəqiyyətdə varolmanın ayrı bir hekayəsi yer
alır. Bütün uğurların ortaq xüsusiyyəti – içlərində güclü arzu saxlamalarıdır.
Müvəffəqiyyət böyüksə, ona yol açan arzu da böyükdür. Nə qədər uğur qa-
zanmağınız arzulamağınızdan asılıdır.
Cəsarətli olmaq – cəsarətiniz varsa, izinizi uzaqlara daşıyar. Var olmamız
cəsarətimizə bağlıdır. Cəsarət varsa, hər kəs var olduğunuzu bilir. Sizi insanla-
rın dünyasına yalnız cəsarətiniz daşıyır. Cəsarətiniz yoxsa, öz daxili dünyanız-
da həbsə məhkumsunuz.
İndi etmək – eniş-çıxışlarla dolu bir həyatda yaşadığımızı bilirik. Ömrü-
nüzü boğuşduğunuz problemlərin bitəcəyi günü gözləyərək keçirsəniz, heç
bir problemi həll edə bilməzsiniz. Çox maraqlıdır ki, acılarımızdan xilas günü
gözləyirik, amma gözləməklə heç bir şeyin dəyişməyəcəyini də bilirik.
İndini yaşamaq – təbiətin bütün varlığı bu anda içində olduğu vəziyyətdir:
keçmiş yox olub. Yüz il əvvəlki meşələr indi artıq yoxdur. Yüz il sonra küçələrin
necə şəkil alacağını da bilmirik.
Bəhanələri yıxmaq – həyatın qarışqaların qarşısına çıxardığı çətinliklər
bizim qarşımıza çıxan çətinliklərdən kiçik deyil. Hər yağışda evləri başlarına
yıxılan qarışqalar vaz keçmirlərsə, biz niyə imtina edək? Yüksəlmək istəyiriksə,
bu, öz əlimizdədir. Yenilməyi də bacararıq. Həm də nə məharətlə...
Əsəri sonlandırmaq – bir çox insan həyatında inqilab edəcək bir sıçrayışın
tam ucuna gəlir. Bir az da dayansa, özünü zirvədə tapacaq. Amma dırmaşmağı
buraxır. Bir addım atılan minlərlə addımın yox olmasına səbəb olur.
Müəllif bu yeni düşünmə tərzinə, peşə, əxlaqi, ictimai, fərdi hədəfləri
təyin etməyə çağırır. Üçüncü addımda təyin olunan hədəflərə gedəcək
yolların detallarını, gerçəkləşdirilmə şəkillərini dəqiqləşdirmək provayder
dünyagörüşlərini təmin edir.
Bundan sonra sıra şiddətli arzulamağa gəlir. Hərəkətəkeçirici enerjini əldə
etmək üçün qarşıqoyulabilməz arzuların olması gərəkdir. Beləcə, hərəkətə
keçərkən əngəl törədəcək qorxu qəliblərinə qarşı da cəsarətli inkişaf yolları
axtarılmalıdır. Nəhayət, bəhanələrə sığınmaq davranışını yox etməyi və artıq
hədəfə çatana, əsəri tamamlayana qədər bu yol üzrə irəliləyişi təklif edir.
Kitabın hər hissəsində mövzular üç təməl althissədə işlənir: əvvəl möv-
zunun əhəmiyyəti açıqlanır; məqsədin ardından bacarılmasını çətinləşdirən
əsas maneələr sıralanır və nəhayət həll üsulları təqdim edilir.
Dünya şöhrətli liderlik mütəxəssisi Robin Şarmanın “Titulsuz li-
der” əsəri şəxsiyyətin inkişafı barədə bütün dünyada ən çox satılmış
kitablardan biridir.
Əsərin başlıca ideyası hər bir şəxsin öz “Mən”ində liderlik
xüsusiyyətlərini axtarıb tapmasına yönəlib. Kitab işgüzar insanlara
özünüinkişaf cığırıyla irəli getməyə kömək edərək, ətrafındakıları və
tərəfdaşlarını bu yola necə istiqamətləndirməyi anladır.
Dünyanın məşhur şirkətlərinə məsləhətlər verən Robin Şarma bu
əsərində lider olmağın yollarını öyrədir.
Valideynlərinin öldürülməsindən sonra mənəvi sarsıntı keçirən
Bleyk Devis heç bir işdə uğur qazana bilmir. Bir müddət orduya yazı-
lan Bleyk İraqa müharibəyə yollanır. Müharibə onun psixologiyasına
daha ağır təsir edir və o, müharibədən qayıtdıqdan sonra sivil həyata
uyğunlaşa bilmir. Kitab mağazasında satıcı işləməyə başlasa da, Bleyk
Devis hələ də şəxsi həyatından narazı və iş həyatında uğursuzdur.
Onun həyatı bir bazar ertəsi səhəri Bleykin işlədiyi mağazaya həmin
mağazanın başqa bir filialından gələn digər işçi – Tommi Flinlə tanış-
lıqdan sonra müsbət mənada dəyişir. Bleykin atasının köhnə dostu
olan Tommi işində bir çox uğura imza atmış, hörmət edilən bir şəxsdir.
Bu qəribə şəxs Bleykin həyatını dəyişdirmək fikrindədir və o, Bleyki
titulsuz liderlik fəlsəfəsi ilə böyük uğurlar qazanmış dörd müəllimlə
tanış edir. Bu adamlarla tanışlıq Bleykin həm iş, həm də şəxsi həyatını
kökündən dəyişir.
Əsərdə hər bir insanın anadangəlmə lider olduğu, bunun hər
kəsdə potensialının olmasından bəhs edilir. Hər bir insana lider olmaq
üçün titul lazım deyil, o öz bilik və bacarığını ona titul verilmədən də
nümayiş etdirə bilər. Sadə peşə adamları olan ustadlar kitab satıcısı
Bleykə onun necə lider ola biləcəyindən danışırlar.
Birincisi, Bleykin atasının dostu olan Tommi də sadə kitab satı-
cısıdır. O, Bleyki öz işinin ustası olan hotel xidmətçisi Anna ilə, xizək
satıcısı Tayla və masajçı Cetlə görüşdürür.
Onlar gənc Bleykə həyatda uğura necə nail olmağın, necə yaxşı
insan olmağın, uğurlu biznes qurmağın yollarını göstərirlər.
Həqiqi uğur barədə müasir hekayə olan bu əsər insan həyatında
istənilən şeyə çatmaq bacarığı aşılayır. Beynəlxalq bestsellerlər arasın-
da birinci yeri tutan bu kitab uğur qazanmaq istəyən hər bir insana
lazımdır.
Düşün Və Başar
Muhammed Bozdağ Trabzon
272 səhifə, 2014
Robin Şarma
"Bakı" Kitab Klubu
“Titulsuz lider”
320 səhifə, 2015
75
74
EcoVision
BAŞLIQ
Dostları ilə paylaş: |