EcoVision


atİB İdarə Heyətinin üzvü ali Gümüş



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə41/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   37   38   39   40   41   42   43   44   ...   95
atİB İdarə Heyətinin üzvü ali Gümüş 

avropa İttifaqı ilə azərbaycan dövlət Miqrasiya 

Xidmətinin birgə təşkil etdiyi layihənin bağlanış 

mərasimində iştirak edib

6  mart  2015-ci  ildə  Bakıda  Avropa  İttifaqı  ilə 

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil et-

diyi “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin profes-

sional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq 

layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə 

Heyətinin üzvü Ali Gümüşün başçılıq etdiyi nümayəndə 

heyəti iştirak edib.

Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli 

dövlət  miqrasiya  xidməti  müşaviri  Pərviz  Musayev  bil-

dirib  ki,  xidmətin  təşəbbüsü  ilə  Avropa  Komissiyasına 

təqdim edilmiş 1,050 mln. avroluq Tvinninq layihəsi üzrə 

müvafiq  tədbirlərin  icrası  2013-cü  ilin  yanvar  ayından 

başlayıb və bugünədək davam edib.

Ötən dövr ərzində Avropa İttifaqına üzv olan Nider-

land Krallığı, Latviya və Rumıniyanın miqrasiya sahəsində 

fəaliyyət göstərən aidiyyəti qurumları ilə 4 komponent 

üzrə  birgə  53  tədbir  həyata  keçirilib.  Bura  təlimlər,  se-

minarlar, təlim səfərləri, rüblük rəhbər görüşləri və digər 

tədbirlər aiddir. 

Tədbirdə  Niderland  Krallığının  Repatriasiya  və  Geri 

Qaytarma Xidmətinin baş direktoru Rodia Maas, Latvi-

yanın Vətəndaşlıq və miqrasiya məsələləri idarəsinin rəis 

müavini Janis Citskovskis, Rumıniyanın İmmiqrasiya üzrə 

Baş Müfəttişliyinin idarə rəisi Oktavian Predesku, Avropa 

İttifaqının  Azərbaycandakı  nümayəndəliyinin  proqram 

meneceri Miquel Marko Qomez və digər qonaqlar işti-

rak ediblər.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin