EcoVision



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə72/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   68   69   70   71   72   73   74   75   ...   95
risk navigator – 

risklərdən qorunma və 

risklərin idarə edilməsi 

üçün yeni üsul

aXa MBaSK-dan növbəti yenilik

AXA  MBASK  Sığorta  Şirkəti  korporativ  sosi-

al  məsuliyyət  çərçivəsində  Risk  Navigator  –  yol-

nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin 

istifadəsinə verir.

Risk  Navigator  ilk  növbədə  respublikada  yol-

ların  vəziyyətinin  profilaktikasına  və  yaxşılaşdırıl-

masına  yönəldilmiş  sosial  bir  layihədir.  Bu  resurs 

şirkətin  istər  paytaxtda,  istər  də  respublikanın 

bölgələrində AXA MBASK Şirkətinin yol-nəqliyyat 

hadisələrinin statistikasına əsaslanan məlumatların 

nəşr  edilməsi  və  vizuallaşdırılması  üçün  xüsusi 

işlənib hazırlanmışdır.

Resursa www.axambask.az ünvanından daxil ol-

maq olar.

Şirkətin  və  Risk  Navigator  layihəsinin  əsas 

vəzifəsi  –  istifadəçilərə  YNH-nin  konsentrasi-

ya  yerlərini,  “qəza  ocaqları”nı  aşkarlamaq  imka-

nı  vermək,  beləliklə,  sürücülərin  təhlükəsizlik  və 

marşrutlara  düzəliş  etmələri  məqsədilə  həmin 

yerlərdə  hərəkət  tərzinin  dəyişdirilməsinin  təşkili 

üçün tədbirlər görülməsinə yardım etməkdir.

 Hazırda layihəyə 2014-cü ildən bugünə qədər 

baş  vermiş  yol  hadisələri  barədə  məlumatlar  da-

xil  edilmişdir.  Qəzaların  topoqrafik  təhlili  şirkətin 

ekspertləri tərəfindən hər ay yenilənəcəkdir.

Xəritənin  tətbiqi  çox  sadə  olduğundan  onun 

istifadəsi  İnternet  şəbəkəsinə  çıxışı  olan  hər  kəs 

üçün əlçatandır.

Yaxın zamanlarda xidmətə YNH-nin növü (toq-

quşma,  piyadanın  vurulması  və  s.),  həlak  olanlar 

və ya xəsarət alanların sayı, hadisələrin başvermə 

səbəbləri haqqında məlumatı nəzərdən keçirmək, 

eləcə də müəyyən vaxt ərzində statistikaya sorğu 

vermək imkanı kimi seçimlər də əlavə ediləcəkdir.

Sığorta  bazarının  liderlərindən  olan  AXA 

MBASK  2010-cu  ildən  etibarən  şirkətin  mövcud 

biznes proseslərinə AXA beynəlxalq standartlarının 

tətbiqi prosesinə başlayıb.

 Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışla-

rın inkişafı planı həyata keçirilməklə qısa müddət 

ərzində bütün Azərbaycan ərazisində fiziki və hü-

quqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri 

ilə  bütün  sığorta  növləri  üzrə  işə  yönəlmiş  80-ə 

yaxın sığorta polisinin satışı məntəqəsi açılmışdır.

Avropa  keyfiyyətli  xidmət,  habelə  ödənişlərin 

vaxtlı-vaxtında  və  tam  həyata  keçirilməsi  şirkətin 

qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi yed-

di beynəlxalq  və milli mükafata layiq görülməsinə 

gətirib çıxarmışdır. 




41

SAHİBKAR


Hörmətli Cem bəy,  ATİB-in “EcoVision” jurnalının “Sa-

hibkar” rubrikası üçün müsahibəyə vaxt ayırdığınız üçün 

Sizə təşəkkür edirik.  Zəhmət olmasa  ilk öncə  şəxsi və 

karyera həyatınızla bağlı oxuculara məlumat verərdiniz.

Orta təminatlı bir ailənin ikinci övladı olaraq İstan-

bul  şəhərində  dünyaya  göz  açmışam.  Bir  oğlum  var, 

hal-hazırda  İspaniyada  təhsilini  davam  etdirir.  İlk  və 

orta məktəbdən sonra texniki lisey məzunu olmuşam. 

Bu  səbəbdən  iş  həyatıma  texnik  olaraq  başlamışam, 

lakin  qəbul  edə  bilmədiyim  üçün  sahəmi  dəyişdirərək 

maliyyə müşavirliyi bürosunda mühasib olaraq işləməyə 

başladım. Sonra isə iki il ərzində mağazada pərakəndə 

satışla məşğul oldum, burada həm satışla yaxından ta-

nış oldum, həm də gənc yaşımda təchizat sahəsi üzrə 

idarəetmə  təcrübəsi  qazandım.  1990-cı  ildən  bəri 

"Coca-Cola"da işləyirəm.

Necə  oldu  ki,  “Coca-Cola”da  çalışmaq  qərarına 

gəldiniz? 

"Coca-Cola"da  işləməyə  başlayanda  hələ  20  ya-

şımda  idim.  "Coca-Cola"  İstanbulda  satış  heyəti 

tərkibini böyütmək qərarına gəlmiş və gənc, başlanğıc 

səviyyəsində  idarəçilik  üçün  namizəd  axtarırdı.  Mar-

ka,  uşaqlığımdan  bəri  sevdiyim,  istehlak  etdiyim  dün-

ya  səviyyəsində  bir  marka  olduğu  üçün  arzu  edərək 

müraciət etdim və müsahibələrdən müsbət nəticə ala-

raq böyük həvəslə işə başladım.

İstərdik  ki,  şirkətdəki  karyera  yüksəlişinizlə  bağlı 

oxucularımıza məlumat verəsiniz

"Coca-Cola" şirkətində satış şefi olaraq işə başladım, 

Satış və marketinq şöbələrində ölkədaxili və ölkəxarici 


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin