EcoVision


İnsanları elektron ticarətə hazırlamaq



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə78/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   74   75   76   77   78   79   80   81   ...   95
İnsanları elektron ticarətə hazırlamaq 

və bazar yaratmaq lazımdır

“GoldenPay” ASC-nin təsisçisi və idarə heyətinin sədri Fərid İsmayılzadə “EcoVision” jurnalının suallarını cavablandırır


50

EcoVision

ƏSAS MÖVZU 

“elektron vərdişlər” yoxdur. Amma mən bununla razı 

deyiləm.  Hesab  edirəm  ki,  elektron  xidmətlərdən 

istifadə vərdişləri olan təbəqəni yaratmaq lazımdır və 

bu, mümkündür. Çünki son illərdə ölkəmizdə plastik 

kart istifadəçilərinin sayı xeyli artmışdır. Bu baxımdan 

problem yoxdur. 

Gəlin  kommunal  xidmətlərə,  mobil  operatorla-

ra  və  ya  bank  kreditləri  ilə  bağlı  ödənişlərə  baxaq. 

Bugün  əhalimiz  təxminən  7  portalda  bu  şirkətlərə 

ödənişlərini öz telefonları və ya kompüterləri vasitəsilə, 

heç bir yerə getmədən, bank kartları vasitəsilə rahat 

şəkildə edə bilərlər. Düzdür, bu, tam olaraq elektron 

ticarət  sayılmır,  amma  bu  ödənişləri  onlayn  etməyi 

vərdiş  edənlər həm də məhsul və digər xidmətlərin 

onlayn həyata keçirilməsində maraqlı olan potensial 

istifadəçilərdir.  Bu  tip  ödənişlərin  qeyd  olunan  por-

tallarda etdiyi dövriyyə ümumi dövriyyənin 5-7 faizini 

təşkil edir. Bizdə 93-95 faiz insanlar təqaüd və maaş 

kartlarında  olan  pulu  bankomatdan  çıxarıb  nağd 

şəkildə bu tip ödənişlərini edirlər. Kinoya bileti tez-tez 

almamaq  olar,  amma  kommunal  ödənişi  mütləq  ən 

azı ayda bir neçə dəfə etməlisən. Deməli, kommunal 

ödənişi onlayn ödəməyə alışmış şəxs sabah kinoya da 

bileti onlayn alacaq. 



Bəs  niyə  insanlarımız  nağd  ödənişə  onlayn 

ödənişdən  daha  çox  üstünlük  verirlər?  Rahat,  sərfəli 

və  təhlükəsiz  olmasına  baxmayaraq,  onlayn  ödəniş 

etmirlər? 

Mən deyərdim ki, buna əsas səbəb bu sahədə az 

maarifləndirmədir. 

Bu  tip  ödənişlərin  rahat,  sərfəli  və  təhlükəsiz  ol-

duğunu daha öncə qeyd etdiyimiz həmin yeddi por-

taldan  başqa,  demək  olar  ki,  təbliğ  edən  yoxdur. 

Elə  bilirsiniz  amerikalılar  onlayn  ödənişlər  olmadan 

öncə  hazır  şəkildə  oturub  onun  göydən  düşməsini 

gözləyirdilər?  Amerikada  onlayn  ödənişləri  qəbul 

edən şirkətlər də, kartları müştərilərə paylayan bank-

lar da öz müştərilərini maksimum şəkildə bu imkan-

lar  barədə  maarifləndirirdilər.  Banklar  kartlardakı 

məbləğləri  sığortalayır,  riskləri  sıfıra  endirir,  ödəniş 

qəbul edən şirkətlər isə əlavə inisiativlərlə adamları bu 

tip ödənişlərə yönləndirirdilər. Deyin görüm nə vaxt-

sa ölkəmizdə olan hansısa bankın, mobil operatorun 

ödənişlərin bu növünü geniş miqyasda təbliğ etdiyini 

görmüsünüzmü? Onlayn ödənişlər mobil operatorla-

ra pulları qəbul etmənin ən sərfəli yoludur. Bu, sərfəli 

olsa da, onlar bunu çox da təbliğ etmirlər. Müştərilərə 

onlayn ödəniş etdiklərinə görə əlavə dəqiqələr, əlavə 

internet paketləri kimi hədiyyələr verilsə və bu, düzgün 

şəkildə tətbiq olunsa, sizcə, insanlar bu tip ödənişlərə 

üstünlük verməzmi? Razılaşarsınız ki, bu yeddi portalın 

hamısının  birlikdə  marketinq  büdcəsi  istənilən  mobil 

operatorun 

büdcəsindən 

yüz  dəfə  kiçikdir.  Burada 

ən maraqlı məqam odur ki, 

onlayn  ödənişləri  bir  dəfə 

edən məcbur qalmasa, nağd 

ödəniş etmir. Bu da bəhs et-

diyimiz elektron vərdiş. İndi 

bu  vərdişə  yiyələnmiş  insa-

na  istədiyiniz  digər  xidməti 

onlayn 


sata 

bilərsiniz. 

Şirkətimizə məxsus Hesab.az 

portalında bəlli bir qədər in-

san olduqdan sonra sığorta 

və kinoteatr biletlərinin satı-

şını təşkil etdik. İndi bu yeni 

xidmətlərin dövriyyəsi ildə 4-5 dəfə böyüyür. Deməli, 

problemi əhalidə axtarmaq lazım deyil. İnsanları elek-

tron ticarətə hazırlamaq, bazar yaratmaq lazımdır.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin