EcoVision


azərbaycanla türkiyə kosmik sənaye sahəsində



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə21/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   17   18   19   20   21   22   23   24   ...   107
azərbaycanla türkiyə kosmik sənaye sahəsində 

yeni əməkdaşlıq imkanlarını araşdıracaqlar 

Dekabrın  5-də  rabitə  və  yüksək  texnologiyalar 

naziri  Əli  Abbasov  “Bakutel–2014”  20-ci  Beynəlxalq 

Telekommunikasiya  və  İnformasiya  Texnologiyaları 

Sərgi  və  Konfransı  çərçivəsində  Türkiyə  Respublika-

sının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın 

başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

RYTN-in mətbuat xidmətinin məlumatına görə, iki 

qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə 

uğurlu  inkişaf  dinamikasına  toxunan  nazir  Əli  Ab-

basov  əməkdaşlığın  genişləndirilməsində  rabitə  və 

yüksək  texnologiyalar  sahəsinin  xüsusi  çəkiyə  malik 

olduğunu vurğulayıb.

Texnoparkların 

yaradılmasında 

Azərbaycanın 

yeni  addımlar  atdığını  da  diqqətə  çatdıran  nazir  bu 

sahədə  artıq  irəliləyişlər  əldə  etmiş  Türkiyənin  zəngin 

təcrübəsinin  ölkəmiz  üçün  faydalı  ola  biləcəyini  bildi-

rib. F.İşık da ölkələrimiz arasında təcrübə mübadiləsinin 

vacibliyinə  diqqət  çəkərək,  nəzəri  biliklərin  texnoloji 

həllərə  yönəldilməsinin  əhəmiyyətini  qeyd  edib.  Dün-

ya  kosmik  klubunun  üzvü  kimi  Azərbaycanın  peyk 

sənayesinin  inkişafında  əsaslı  rol  oynaya  biləcəyini  də 

vurğulayan  türkiyəli  nazir  bu  sahədə  birgə  layihələrin 

reallaşmasını  məqsədəuyğun  sayıb.  Kosmik  sənaye 

sahəsində,  o  cümlədən  müşahidə  peyklərinin  istehsa-

lında Türkiyənin müvafiq yer tutduğunu xatırladan F.İşık 

Azərbaycanla birgə peyk istehsalı imkanlarının nəzərdən 

keçirilməsi fikrini irəli sürüb. Türkiyəli qonaq bio-, nano-, 

yüksək texnologiyalar və digər istiqamətlər üzrə də birgə 

əməkdaşlıq üçün geniş potensial olduğunu diqqətə çat-

dıraraq, bu potensialdan faydalanmağın hər iki ölkəyə 

böyük imkanlar qazandıracağını vurğulayıb.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin