Beynəlxalq enerji agentliyi neft qiymətlərində
sıçrayışı qaçılmaz hesab edir
Beynəlxalq enerji agentliyi (BEA) neftin qiymətinin
ucuzlaşdığı 9 aylıq dövrün demək olar ki, başa çatdı-
ğını, bazarın dibə endiyini və qiymətlərin bərpa olma-
ğa başlayacağını elan edib.
AzərTAc The Wall Street Journal qəzetinə istinad-
la xəbər verir ki, BEA–nın dərc olunmuş məruzəsində
neftin qiymətlərində sıçrayışın qaçılmaz olduğu de-
yilir. Agentliyin ekspertlərinin proqnozuna görə, neft
bazarında təklif və tələb arasında qeyri-bərabərlik
artıq 2015-ci ilin ikinci yarısından etibarən tədricən
aradan qalxmağa başlayacaq. Bu müsbət tendensiya
hasilat həcminin azalması səbəbindən baş verəcək.
Bununla belə, BEA neft qiymətində sıçrayışın kiçik
olacağı, qiymətlərin bərpasının isə zəif templə davam
edəcəyi barədə də xəbərdarlıq edib. Agentlik hesab
edir ki, 2016-cı ildə dünya bazarında neftin barrelinin
orta qiyməti 60 dollardan yuxarı qalxmayacaq.
Dostları ilə paylaş: |