EcoVision


Bakıda Şimali Kiprin elan edilməsinin



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə40/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   36   37   38   39   40   41   42   43   ...   107
Bakıda Şimali Kiprin elan edilməsinin 

31 illiyi qeyd olundu

19  noyabr  2014-cü  ildə  Şimali  Kipr  Türk  Respublikasının 

elan edilməsinin 31-ci ildönümü münasibətilə Şimali Kipr Türk 

Respublikasının  Azərbaycandakı  nümayəndəliyi  rəsmi  qəbul 

təşkil edib. Bayram tədbirində millət vəkilləri, qeyri-hökumət 

təşkilatlarının  rəhbərləri,  media  nümayəndələri,  o  cümlədən 

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvləri 

və digər ATİB üzvləri iştirak edib.

Türkiyə  Cümhuriyyəti  və  Azərbaycan  Respublikasının 

dövlət  himnlərinin  səslənməsindən  sonra  mərasimi  açıq 

elan  edən  Şimali  Kipr  Türk  Respublikasının  Azərbaycandakı 

nümayəndəliyinin  rəhbəri  Sadəttin  Topukçu  ölkəsinin  31-ci 

ildönümü  ilə  bağlı  keçirilən  tədbirə  qatılanlara  təşəkkürünü 

bildirib. Şimali Kipr Türk Respublikasının keçdiyi ağır və şərəfli 

yol  barədə  iştirakçıları  məlumatlandıran  Sadəttin  Topuk-

çu  Kipr  probleminin  həlli  istiqamətində  aparılan  danışıqlar 

barədə söhbət açıb. Ölkəsinin probleminin həlli istiqamətində 

cidd-cəhdlər göstərdiyini, danışıqlar prosesinə sadiq qaldığını 

deyən natiq tezliklə ədalətsizliyə son qoyulması və Şimali Kipr 

Türk Respublikasının da beynəlxalq aləm tərəfindən müstəqil 

dövlət kimi tanınmasını arzulayıb. Sadəttin Topukçu eyni za-

manda Dağlıq Qarabağ probleminin də həll ediləcəyi və işğal 

altında olan Azərbaycan ərazilərinin geri qaytarılacağı ümidini 

ifadə edib. Çıxışında Azərbaycanla Şimali Kipr arasında möv-

cud  olan  əlaqələrə  toxunan  nümayəndəlik  rəhbəri  hər  ötən 

gün bu əlaqələrin bir qədər də inkişaf etdiyini diqqətə çatdırıb.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin