türkiyənin azərbaycandakı Səfirliyinin təhsil
müşaviri atİB ofisində olub
4 dekabr 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birli-
yinin ofisində İdarə Heyətinin sədri Cemal Yangının Türkiyənin
Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Abdulqafur Bü-
yükfırat ilə görüşü olub. Görüşdə İdarə Heyəti sədrinin mü-
avini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın
Məmmədov iştirak ediblər.
Görüşdə Türkiyə–Azərbaycan dostluğu, iki ölkə arasın-
da əlaqələr və qarşılıqlı münasibətlər müzakirə olunub. Ce-
mal Yangın əməkdaşlıq üçün təşəkkür edərək, ATİB-in son
fəaliyyəti barədə məlumat verib. O, Türkiyə Səfirliyinin hər
zaman ATİB-ə xüsusi diqqət ayırdığını vurğulayıb və bun-
dan sonra da əməkdaşlıq üçün geniş perspektivlərin oldu-
ğunu bildirib. Görüş əməkdaşlıq əlaqələrinin daha da inkişaf
etdirilməsi ilə bağlı müzakirələrlə davam etdirilib.
Dostları ilə paylaş: |