EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə52/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   48   49   50   51   52   53   54   55   ...   107
30

EcoVision

ATİB XƏBƏRLƏRİ

xatirəsi Azərbaycan xalqının, onu tanıyan Türkiyə, eləcə 

də digər ölkələrin vətəndaşlarının qəlbində yaşamaqda-

dır. Ümummilli liderin ideyaları, həyata keçirdiyi siyasət, 

yorulmaz  fəaliyyəti  onun  nurlu  xatirəsini  insanların 

qəlbində əbədi edən əsas dəyərlərdir. Müasir müstəqil 

Azərbaycanın memarı və qurucusu Heydər Əliyev xalqı-

mızın, dövlətimizin tarixində özünə əbədi yer tutub.

Türkiyənin  Azərbaycandakı  səfirliyinin  nümayəndəsi 

Meral  Barlas  deyib  ki,  unudulmaz  lider  Heydər  Əliyev 

adını  tarixə  qızıl  hərflərlə  yazdırıb.  Onun  uzaqgörən 

siyasəti  nəticəsində  Azərbaycan  dövlət  müstəqilliyini 

qoruyub saxladı və qısa bir zamanda böyük inkişaf yolu 

keçərək  bölgədə  söz  və  güc  sahibinə  çevrildi.  Heydər 

Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının 

qürur duyduğu nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev 

mənsub  olduğu  xalqın  qəlbində  əbədi  sevgi  qazanıb.

Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı öz böyük 

oğlunun xatirəsini daim hörmət və ehtiramla yad edir.

TRT televiziya kanalının baş direktoru Şenol Göka ulu 

öndər  Heydər  Əliyevin  “Bir  millət,  iki  dövlət”  kəlamını 

hər dəfə eşidəndə qürur hissi keçirdiyini söyləyib. O de-

yib ki, ulu öndərin bu ölməz kəlamı indi də öz aktuallığı 

ilə diqqəti cəlb edir. Xalqlarımız, dövlətlərimiz daim bir 

yerdə,  bir-birinin  yanındadır.  AzərTAc-ın  baş  direkto-

ru  Aslan  Aslanov  çıxış  edərək  bildirib  ki,  sərgidə  dahi 

şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolunun, zəngin 

dövlətçilik  fəaliyyətinin  çox  maraqlı  anları  əksini  tapıb.

Bu  fotoşəkillər  iki  qardaş  ölkənin  –  Azərbaycanın  və 

Türkiyənin  milli  informasiya  agentliklərinin  arxivlərində 

çox qiymətli sərvət kimi qorunub saxlanılır.

Anadolu  Agentliyinin  baş  direktorunun  müavini 

Əbubəkr Şahin Azərbaycanda olduğu kimi, Türkiyədə də 

ümummilli lider Heydər Əliyevə böyük sevgi və hörmət 

bəslənildiyini  söyləyib.  O,  qardaş  ölkələrimiz  arasında 

əlaqələrin inkişafında Heydər Əliyevin mühüm xidmətləri 

olduğunu  diqqətə  çatdırıb.  Sonra  mərasim  iştirakçıları 

ulu öndər Heydər Əliyevin həyatının ən maraqlı anları-

nın əks olunduğu fotolardan ibarət sərgi ilə tanış olublar.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin