EcoVision


anadolu Universiteti azərbaycan Proqramlarının



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə66/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   62   63   64   65   66   67   68   69   ...   107
anadolu Universiteti azərbaycan Proqramlarının 

tələbələrinə tələbə biletləri təqdim edildi

15  dekabr  2014-cü  ildə  Türkiyənin  Anadolu  Dövlət  Uni-

versitetinin  qəbul  imtahanlarında  müvəffəqiyyət  qazanaraq 

universitetin tələbəsi olmağa layiq gənclərə tələbə biletlərinin 

təqdimetmə mərasimi keçirildi.

Gəncləri və onların valideynlərini təbrik etmək üçün təşkil 

olunmuş  tədbirdə  Türkiyənin  Azərbaycandakı  səfiri  Alper 

Coşkun, Anadolu Dövlət Universitetinin rektoru prof. dr. Naci 

Gündoğan, ATİB İdarə Heyətinin sədri Cemal Yangın, Anadolu 

Dövlət  Universiteti  Azərbaycan  Proqramlarının  koordinatoru 

Azər  Hətəmov,  səfirliyin  təhsil  müşaviri  Abdulqafur  Büyükfı-

rat, Türkiyə Səfirliyinin digər müşavirləri, həmçinin qonaqlar, 

valideynlər, tələbələr də iştirak edirdilər.

İlk  olaraq  tədbirin  açılışında  Azərbaycan  və  Türkiyə  res-

publikalarının himnləri səsləndirildi. Sonra qonaqlar Anadolu 

Dövlət Universiteti haqqında tanıtım çarxına baxdılar.

Tədbirdə çıxış edən Anadolu Dövlət Universiteti Azərbaycan 

Proqramlarının koordinatoru Azər Hətəmov gənclərin ilk ad-

dımlarında  onlara  uğurlar  arzuladı.  Universitetin  fəaliyyəti, 

həmçinin yenidən yaradılmış və genişləndirilmiş saytları haq-

qında  (www.azanadolu.edu.az)  tələbələri  bilgiləndirdi.  Bildir-

di ki, onlar istədikləri vaxt bu sayta daxil olub videokonfrans, 

dərslər, tədris materialları, Anadolu Universitetinin Azərbaycan 

Proqramları ilə bağlı informasiyaları əldə edə bilərlər.

ATİB İdarə Heyətinin sədri Cemal Yangın tələbələri təbrik 

edərək, qurumun könüllü olaraq bu işlərə dəstək verdiyini və 

gələcəkdə daha çox dəstək verməyi nəzərdə tutduğunu bil-

dirdi.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin