Bakıda Şimali Kiprin elan edilməsinin
31 illiyi qeyd olundu
19 noyabr 2014-cü ildə Şimali Kipr Türk Respublikasının
elan edilməsinin 31-ci ildönümü münasibətilə Şimali Kipr Türk
Respublikasının Azərbaycandakı nümayəndəliyi rəsmi qəbul
təşkil edib. Bayram tədbirində millət vəkilləri, qeyri-hökumət
təşkilatlarının rəhbərləri, media nümayəndələri, o cümlədən
Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvləri
və digər ATİB üzvləri iştirak edib.
Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının
dövlət himnlərinin səslənməsindən sonra mərasimi açıq
elan edən Şimali Kipr Türk Respublikasının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Sadəttin Topukçu ölkəsinin 31-ci
ildönümü ilə bağlı keçirilən tədbirə qatılanlara təşəkkürünü
bildirib. Şimali Kipr Türk Respublikasının keçdiyi ağır və şərəfli
yol barədə iştirakçıları məlumatlandıran Sadəttin Topuk-
çu Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar
barədə söhbət açıb. Ölkəsinin probleminin həlli istiqamətində
cidd-cəhdlər göstərdiyini, danışıqlar prosesinə sadiq qaldığını
deyən natiq tezliklə ədalətsizliyə son qoyulması və Şimali Kipr
Türk Respublikasının da beynəlxalq aləm tərəfindən müstəqil
dövlət kimi tanınmasını arzulayıb. Sadəttin Topukçu eyni za-
manda Dağlıq Qarabağ probleminin də həll ediləcəyi və işğal
altında olan Azərbaycan ərazilərinin geri qaytarılacağı ümidini
ifadə edib. Çıxışında Azərbaycanla Şimali Kipr arasında möv-
cud olan əlaqələrə toxunan nümayəndəlik rəhbəri hər ötən
gün bu əlaqələrin bir qədər də inkişaf etdiyini diqqətə çatdırıb.
Dostları ilə paylaş: |