EcoVision


azərbaycan Prezidenti türkiyənin elm



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə20/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   16   17   18   19   20   21   22   23   ...   107
azərbaycan Prezidenti türkiyənin elm

sənaye və texnologiyalar nazirini qəbul edib

Dekabrın  2-də  Azərbaycan  Prezidenti  İlham 

Əliyev Türkiyənin elm, sənaye və texnologiyalar na-

ziri  Fikri  İşıkın  başçılıq  etdiyi  nümayəndə  heyətini 

qəbul edib.

APA-nın  məlumatına  görə,  görüş  zamanı  F.İşık 

Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğanın  və  Baş 

nazir Əhməd Davudoğlunun salamlarını Azərbaycan 

Prezidentinə çatdırıb. Bakıda keçirilən “Bakutel–2014” 

telekommunikasiya  və  informasiya  texnologiyala-

rı sərgisinin əhəmiyyətini vurğulayan türkiyəli nazir 

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 

elm və texnologiyalar üzrə nazirlər toplantısında işti-

rak edəcəklərindən məmnun olduqlarını deyib.

“Biz hamımız Azərbaycan xalqının ümummilli li-

deri, ulu öndər Heydər Əliyevin “bir millət-iki dövlət” 

fəlsəfəsinin  daha  da  möhkəmləndirilməsində 

səylərimizi əsirgəməməliyik”, – deyə o vurğulayıb.

Rəcəb  Tayib  Ərdoğanla  dekabrın  1-dəki  tele-

fon  söhbətini  xatırlayan  Prezident  İlham  Əliyev 

isə  bir  daha  Türkiyə  tərəfindən  Azərbaycanın 

“G-20”nin  tədbirlərinə  və  zirvə  toplantısına  dəvət 

edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq 

münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. 

Dövlət başçısı ölkələrimiz arasında bütün sahələrdə 

uğurla inkişaf edən əməkdaşlığı elm və yüksək tex-

nologiyalar  sahəsində  daha  da  genişləndirməyin 

önəmini qeyd edib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın 

və  Əhməd  Davudoğlunun  salamlarına  görə 

minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə 

Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin