EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə84/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   80   81   82   83   84   85   86   87   ...   107
2-3 sentyabr

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına 

rəsmi səfərə gəldi. Sentyabrın 2-3-də reallaşan səfər nəticəsində 

ölkə  başçıları  arasında  Azərbaycan–Türkiyə  münasibətlərinin 

müxtəlif  aspektləri,  qarşılıqlı  əməkdaşlığın  genişləndirilməsi, 

beynəlxalq və regional hadisələrin müzakirəsi aparıldı. Görüşdə 

Azərbaycanla  Türkiyə  arasında  strateji  əməkdaşlığa  əsaslanan 

ikitərəfli  münasibətlərin  bütün  sahələrdə  uğurla  inkişaf  etdiyi 

vurğulandı.

11 sentyabr

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

sentyabrın  11-də  Türkiyə  Respublikasının  müdafiə  naziri  İs-

met  Yılmazın  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul  edib. 

Görüşdə  Azərbaycanla  Türkiyə  arasında  dostluq  və  qardaşlıq 

münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və 

hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, 

keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və 

Türkiyə Silahlı qüvvələri arasında əlaqələrin genişləndirilməsi ba-

xımından önəmi qeyd olundu. 



11 sentyabr

Azərbaycan  Respublikasının  müdafiə  naziri  general-pol-

kovnik  Zakir  Həsənovun  1-ci  Azərbaycan  Beynəlxalq  müdafiə 

sənayesi “ADEX-2014” sərgisində iştirak etmək üçün ölkəmizdə 

səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet 

Yılmazın  rəhbərlik  etdiyi  nümayəndə  heyəti  ilə  geniş  tərkibdə 

görüşü oldu. 

19 sentyabr

Türkiyə  Respublikasının  Baş  naziri  Əhməd  Davudoğlu 

Azərbaycan  Respublikasında  rəsmi  səfərdə  oldu.  Səfər  zamanı  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə 

Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək gö-

rüşü  oldu.  Qarşılıqlı  maraq  doğuran  məsələlər  ətrafında  fikir 

mübadiləsi aparıldı. 

30 sentyabr

Ədliyyə  naziri,  Məhkəmə-Hüquq  Şurasının  sədri  Fikrət 

Məmmədov  Türkiyənin  Ali  Hərbi  Məhkəməsinin  sədri  Əhməd 

Zəki Liman ilə görüşüb. Tədbirdə qarşılıqlı fəaliyyətə dair faydalı 

fikir mübadiləsi aparılıb.

3 oktyabr

Sentyabrın  19-dan  başlayan  Azərbaycan  və  Türkiyə  hərbi 

hava  qüvvələrinin  birgə  təlimləri  oktyabrın  3-də  başa  çatdı. 

Təlimlərdə Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinə məxsus 

30-dan artıq aviasiya vasitəsi, o cümlədən “MiQ-29”, “F-16” qırıcı, 

“Su-25” hücum və “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, 

“Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-

60” döyüş-nəqliyyat helikopterləri iştirak edib.



14 oktyabr

Ankarada Transanadolu qaz boru kəməri (TANAP) layihəsini 

əsas  boru  kəmərləri  və  modul  dirsəkləri  ilə  təmin  edəcək 

şirkətlərlə müqavilə imzalanıb. Mərasimdə Türkiyə Respublikası-

nın Baş naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar na-

ziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 

(ARDNŞ) prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər 

iştirak ediblər.



21-22 oktyabr

Ərzurum  şəhərində  yerləşən  Türkiyə  Respublikası  Silahlı 

Qüvvələri Ordu Korpusunun komandiri general-polkovnik Şərəf 

Önqayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda keçirilən 

hərbi  təlimi  izləyib.  Səfər  zamanı  hərbi  əməkdaşlığın  daha  da 

genişləndirilməsi və perspektivləri barədə fikir mübadiləsi apa-

rılıb.

28 oktyabr

Milli Məclisdə Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr 

üzrə işçi qrupunun üzvləri Türkiyənin milli təhsil nazirinin müavini 

Yusif Tekinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



30 oktyabr

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı 

ilə “Qarşılıqlı ixracatın təşkili və üçüncü bazarlara birgə ixracat im-

kanları” adlı Azərbaycan–Türkiyə Biznes Forumu keçirilib. Biznes 

forumunda  iqtisadi  əməkdaşlıq  və  əlaqələrin  genişləndirilməsi 

perspektivləri müzakirə edilib. Tədbirdə Azərbaycan və Türkiyə 

tərəfdən  müvafiq  dövlət  qurumlarının  nümayəndələri  ilə  ya-

naşı,  iqtisadiyyatın  müxtəlif  sahələrində  fəaliyyət  göstərən  125 

nəfərdən çox sahibkar iştirak edib.

23 noyabr

Mədəniyyət günləri ilə əlaqədar Azərbaycanda səfərdə olan 

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik Azərbaycanın 

mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.  



2 dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin elm, sənaye 

və  texnologiyalar  naziri  Fikri  İşıkın  başçılıq  etdiyi  nümayəndə 

heyətini qəbul edib. 



3 dekabr

Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyi  və  İstanbul 

Ticarət  Palatasının  birgə  təşkilatçılığı  ilə  “Bakutel–2014”  sərgisi 

çərçivəsində Azərbaycan–Türkiyə Yüksək Texnologiyalar Forumu 

keçirilib.

5 dekabr

Rabitə  və  yüksək  texnologiyalar  naziri  Əli  Abbasov  “Baku-

tel–2014”  20-ci  Beynəlxalq  Telekommunikasiya  və  İnformasiya 

Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Türkiyə Respub-

likasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq 

etdiyi nümayəndə heyəti ilə görüşüb. 



10 dekabr

Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qars şəhərində 

keçirilən  üçtərəfli  iclasında  iştirakı  çərçivəsində  nazir  Elmar 

Məmmədyarov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb. 



11 dekabr

Müdafiə  naziri  general-polkovnik  Zakir  Həsənov 

Azərbaycanda  səfərdə  olan  Türkiyə  müdafiə  nazirinin  müavini 

Hasan  Yardımcının  rəhbərlik  etdiyi  nümayəndə  heyətini  qəbul 

edib.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin