149) Feldşer bu dərmanlardan hansına resept yazmaq hüququna malik deyil?
A) Koffein təmiz halda
B) Koffein preparatları
C) Narkoz üçün efir
D) Gümüş- nitratın 2 %-dən çox olmayan məhlulu
E) Xanımotu preparatları
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il 5 saylı əmri
150) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Zəhərli dərman preparatlarının alınması, daşınması, saxlanılması, yazılması və qəbulu qaydaları haqqında” 5 saylı əmri neçənci ildən qüvvədədir?
A) 1 may 2001-ci ildən
B) 3 may 2007-ci ildən
C) 1 dekabr 2005-ci ildən
D) 5 sentyabr 2003-cü ildən
E) 28 yanvar 1999-cu ildən
Ədəbiyyat: “ Zəhərli dərman preparatlarının alınması, daşınması, saxlanılması, yazılması və qəbulu qaydaları haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28.I. 1999-cu il 5 saylı əmri
151) Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən 28 fevral 2007-ci ildə təsdiqlənmiş “İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatları”nın siyahısına görə, kimlərə 50% güzəştli şərtlə dərman preparatları buraxıla bilər?
A) Şəkər xəstələrinə
B) Bronxial astmalı xəstələrə
C) Ruhi xəstələrə
D) Əmək fəaliyyəti ilə məşğul olan II qrup əlillərə
E) Hematoloji xəstələrə
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 48
Dostları ilə paylaş: |