1044) Göz damcıları hansı qatılığa qədər izotonikləşdirilir?
A) 3 faizə qədər
B) 20 faizə qədər
C) 5 faizə qədər
D) 12 faizə qədər
E) 25 faizə qədər
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev. . “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 250
1045) Aptekdə hazırlanan inyeksiya məhlulları nə vaxt kimyəvi analizdən keçirilir?
A) Məhlul hazırlandıqdan sonra
B) Analiz edilmir
C) Ancaq dərman maddəsi analiz edilir
D) Sterilizasiyadan sonra
E) Xəstəyə verilən zaman
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı 1989, səh 218
1046) Yeni doğulmuş uşaqlar üçün məhlullar hansı şəraitdə hazırlanmalıdır?
A) Adi şəraitdə, adi su ilə
B) Adi şəraitdə, steril destillə suyunda
C) Aseptik şəraitdə, destillə suyunda
D) Aseptik şəraitdə, steril destillə suyunda
E) Adi şəraitdə, destillə suyunda
Ədəbiyyat: В.М. Грецкий, В.С. Хоменок. Руководство практи. Занятия по Т.Л.Ф. Бакы 1989. səh 292
1047) Yeni doğulmuş uşaqlar üçün aptekdə hazırlanan dərmanlar hansı yoxlamadan keçirilir?
A) Keyfiyyət analizindən
B) Orqanoleptik analizdən
C) Analiz edilmir
D) Tam kimyəvi analizdən
E) Miqdari analizdən
Ədəbiyyat: В.М. Грецкий, В.С. Хоменок. Руководство практи. Занятия по Т.Л.Ф. Бакы I hissə 1989. səh 294
Dostları ilə paylaş: |